Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə92/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   88   89   90   91   92   93   94   95   ...   402

 

194 


Cəmiyyətdə  yaxşı  həyatın  başlıca  şərti  ümumi  təsərrüfatın  həyati 

tsiklə  uyğun  olaraq  və  müəyyən  hədlər  daxilində  dayanıqlı  və 

harmonik  bir  tərzdə  aparılması idi.  Təsərrüfatın  ağılla idarə  olunması 

çox vacib hesab edilirdi

71

. Platona görə, polisin daimi əhalisi olmalıdır 



-  Qanunlarda  o,  5040  sakin  (sahib)  və  yalnız  onların  özlərini  təmin 

etmələri üçün kifayət olan ərazi barədə danışır

72



Platona  görə  iqtisadiyyat  polisin  çiçəklənmə  və  süqut  etmə 



amilidir.  Məlum  tarixi  səbəblər  ucbatından  o,  onu  tarixin  xətti 

inkişafının  bir  aspekti  olaraq  başa  düşmür  -  axı  Platonun  özü  bu 

inkişafın yalnız başlanğıc mərhələsindədir. 

Müasir  terminlərdən  istifadə  edərək  demək  olar  ki,  Platon 

"tarixi-iqtisadi"  olaraq  deyil,  "siyasi-ekoloji"  olaraq  düşünmüşdür. 

Platon  düşünürdü  ki,  istehsalı  siyasət  idarə  etməlidir,  bunun  əksi 

olmamalıdır

73

.  Cəmiyyəti  stabil  vəziyyətdən  çıxara  bilən  heç  bir 



dəyişikliyə  (və  ya  inkişafa)  yol  verilməməlidir.  Əlbəttə  ki,  inkişaf 

olmalıdır,  bir  tərəfdən,  məhsulun  yetişməsinin  bioloji  prosesləri 

şəklində  və  digər  tərəfdən  isə,  fəzilətli  həyatın  reallaşması  ilə  bağlı 

dəyişikliklər  şəklində.  Əslində  Platonun  bütün  siyasi  fəlsəfəsi  əmək 

bölgüsünün və sinfi fərqlərin mövcud olduğu şəhər-dövlətin stabil və 

harmonik  cəmiyyətində  hər  bir  fərdin  (onun  başa  düşdüyü  mənada) 

fəzilətli həyata hazırlanmasına və insani inkişafına yönəlmişdir

74



                                                

71

 Onun işarə olunması üçün ev təsərrüfatı mənasını verən oikos və təlim, zəka 

mənalarını verən logos sözlərindən təşkil olunmuş oiko-logi sözündən istifadə 

olunmuşdur. O ki, qaldı ekologiya sözünə, bu, on doqquzuncu əsrdə yaranan 

yeni sözdür.  

72

 Qanunlar, 737 d-e, 745 s.  

73

 Eksponensial  inkişaf  ideyası  bir  yunan  olan  Platon  üçün  müvazinəti  inkar 

edən və xaosa doğru aparan absurd bir təkəbbür (hybris) idi.  

74

 Platonun  dövlətinin  terminoloji  olaraq  kommunistik  dövlət  kimi 

xarakteristikası  qarışıqlığa  gətirib  çıxara  bilər.  Platonun  ideal  dövlətini 

həmçinin  "faşist"  dövləti  də  ("dövlət fərddən  yüksəkdir")  adlandırırlar.  Lakin 

belə  bir  xarakteristika  da  düzgün  deyildir.  Həqiqətən  də,  Yeni  dövrdə 

individualizmin  və  kollektivizmin  müəyyən  dərəcədə  qarşı-qarşıya  qoyulması 

geniş yayılmışdır. Bunlardan birincisi təsdiq edir ki, fərd hər şeydir, dövlət isə 

–  heç  nədir; ikinci isə təsdiq  edir  ki,  dövlət  hər şeydir,  fərd  isə  –  heç  nədir. 

Lakin  yunan  polisində  ümumiyyətlə  ayrıca  "fərd"  və  ya  fərddən  ayrıca  olan 

ümumiyyətlə  "dövlət"  barədə  söhbət  getmirdi.  Platon  təbii  cəmiyyət  barədə 

çox  danışır,  burada  insanlar  onların  üzərinə  düşən  funksiyaları 

reallaşdırırlar. Kollektivizmin və individualizmin (həmçinin də liberalizmin və 

faşizmin) belə bir qaydada qarşı-qarşıya qoyulması Platonun ideal dövlətinə 

tətbiq oluna bilməz.  


 

195 


Məgər Platon antidemokrat deyilmi? Axı o, bütün hakimiyyəti 

əksəriyyəti idarə etməli olan "ekspertlərə" həvalə edir. Bu, düzgündür. 

Amma  həmçinin  onu  da  əlavə  etmək  zəruridir  ki,  Platonun  ideal 

dövlətinin  "ekspertləri"  bizim  cəmiyyətdə  malik  olduğumuz 

ekspertlərdən fərqlənirlər. Bizim ekspertlər ona görə ekspert adlanırlar 

ki,  onlar  müəyyən  anlayış  və  metodoloji  müqəddəm  şərtlərdən  çıxış 

edərək,  reallığın  ayrıca  qatları  haqqında  faktiki  biliyə  malikdirlər. 

Onlar  "fəzilət  sahəsində"  ekspert deyillər.  Onlar, məsələn, «cəmiyyət 

və  insani  həyat  hansı  məqsədlərə  yönümlü  olmalıdırlar»  sahəsinin 

bilicisi deyillər. Onlar bizə yalnız onu deyə bilərlər ki, əgər biz bu və 

ya  digər  məqsədə  nail  olmaq  üçün  səy  ediriksə,  onda  nəyin  edilməsi 

bizdən ötəri zəruridir. Lakin ekspertlər və ya hər hansı başqaları bizə 

deyə bilməzlər ki, biz öz qarşımıza hansı məqsədləri qoymalıyıq. Elə 

buna  görə  də,  bizim  dəyərlərin  şkalasında  demokratiya  ekspertizadan 

daha yüksək mövqeni tutur. Ekspertlər bir ekspert olaraq şeylərin necə 

olmalı olması məsələsində kompetent deyillər. 

Buraya onu da əlavə etmək olar ki, qeyri-konstitusion, avtoritar 

idarəetmə  digər  cəhətlərlə  yanaşı,  həm  də  faşizm  üçün  xarakterikdir. 

Bu  mənada  Platonun  ideal  dövləti  faşizmə  yaxındır.  O,  kiçik  elitar 

qrup  tərəfindən  konstitusiyasız  idarə  olunur  (avtoritarlıq).  Amma 

Platon Dövlətdə hökumətin hüquq subyekti olmamalı olduğunu təsdiq 

etdiyi  zaman  ona  əsaslanır  ki,  fəzilət  ideyasının  anlamı  müəyyən  və 

ümumi  əhəmiyyətə  malik  olan  elə  bir  şeydir  ki,  o,  kortəbiilik  və 

şıltaqlıq  üzərində  qurula  bilməz.  Platon  qanunlarsız,  hökmdarların 

şəxsi  və  keçici  arzuları  ilə  idarə  olunan  dövləti  pisləyir.  (Sonradan, 

Qanunlarda,  Platon  öz  dövlətini  daha  az utopik  və  daha az  idealistik 

təsvirini  verdiyi  zaman,  o,  buraya  qanunları  və  konstitusion 

idarəetməni də daxil edir). 

Buna görə də, xalq, sadə insanlar siyasətdə iştirak edir və hansı 

cəmiyyətdə yaşamaq istədiyi barədə qərar qəbul edir. 

Demokratiyaya  belə  bir  qaydada  bəraət  qazandırılması 

Platonun  ideal  dövlətində  qeyri-mümkün  olardı,  çünki  "ekspertlər" 

burada  eyni  zamanda  həm  məqsədlər  baxımından,  həm  də  dəyərlər 

baxımından  ekspertdirlər.  Onlar xeyirxahlıq  (nemət) ideyaları  barədə 

ən  yaxşı  biliklərə  malikdirlər  ki,  bu  da  onları  cəmiyyətin  ən 

fəzilətliləri edir. 

Əgər  Platonun  haqlarında  danışdığı  "ekspertlər"  həqiqətən  də 

mövcud  olsaydılar  və  hər  kəs  onlardan  biri  ola  bilməsəydi, 

demokratiyanı  ideal  idarəetmə  forması  kimi  müdafiə  etmək  nəzəri 

olaraq  asan  olmazdı.  Belə  halda  Platonu  antidemokratizmdə 

günahlandırmaq  da  mübahisəli  olardı.  Buna  etiraz  etmək  olar  ki, 

"ekspertlər"  və  xalq  arasında  Platon  tərəfindən  qeyd  olunan  fərq  - 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə