185
Dövlət dialoqunda Platon ideyalar haqqında təlimi izah etmək
üçün üç analogiyadan istifadə etmişdir. Bu, Günəşlə analogiya, ayırıcı
xətlə analogiya və artıq xatırlanan mağara dustağı ilə analogiyadır.
Günəşlə analogiyanın məğzi ondadır ki, günəşi fəzilət ideyası ilə
müqayisə etmək olar. Yalnız təfəkkür vasitəsi ilə dərk olunan dünya
üçün fəzilət ideyası nədirsə, Günəş də hissi dünya üçün odur. Günəş,
eləcə də fəzilət ideyası öz dünyasının hökmdarıdır. Günəş işıq saçdığı
kimi fəzilət ideyası da həqiqəti doğurur. Göz gündüz işığında gördüyü
kimi zəka da həqiqətin işığında başa düşür. Zəka bizi fəzilət ideyası ilə
bağlayan insani qabiliyyətdir, necə ki, göz görmə orqanı olaraq bizi
Günəşlə əlaqələndirir. Amma göz və ya görmə qabiliyyəti Günəşlə
eyniləşdirilmir, eləcə də zəka fəzilət ideyası ilə eyni deyildir. Günəş hər
bir şeyi və, o cümlədən, özünü də işıqlandırır və onları bizim üçün
görünən edir. Oxşar qaydada, fəzilət ideyası bütün ideyaları və, o
cümlədən, özünü də bizim zəka tərəfindən dərk oluna bilən edir.
Bundan da daha çox deyilsə, fəzilət ideyası bütün başqa ideyaların
yalnız dərk olunma üsulu deyildir, onların həm də mövcud olma
üsuludur, eləcə də, Platona görə, Günəşin mövcud olması bizim şeyləri
yalnız görmə qabiliyyətimizin şərti deyildir, həm də onların mövcudluq
şərtidir.
Ayırıcı xətt analogiyasının isə məğzi ondadır ki, bizim dərk
etmək qabiliyyətimiz müxtəlif səviyyələrdə reallaşır. Hər şeydən öncə
qeyd edək ki, hissi şeylərin dərk olunması (VS) ilə təfəkkürə yatımlı
olanın dərk olunması arasında fərq mövcuddur. Bunun ardınca isə onu
qeyd edək ki, hissi şeylərin dərk olunması, bir tərəfdən, kölgələrin,
inikasların və ya kopiyaların (BD) dərk olunmasına və digər tərəfdən,
bu inikasları doğuran mahiyyətlərin dərk olunmasına bölünə bilər
(DC). Buna uyğun olaraq, təfəkkürə yatımlı olanın dərk olunması
mövcud müqəddəm şərtlərin dərk olunmasına (SE) və ideyalar
haqqında hər hansı bir obraza istinad etmədən xalis təfəkkür olaraq
reallaşan prototiplərin dərk olunmasına (EA) bölünə bilər.
Bundan başqa, hissin dərk olunma sferasında təxəyyül (BD) və
münasibət, mövqe (DC), ideyaların dərk olunma sferasında isə -
ardıcıl təfəkkür (SE) və idrak (EA) seçilir.
b.k.s.97 sxem edilməyib
63
Buradan belə bir nəticə çıxır ki, Platon hadisələrin bir-birindən təcrid
olunmuş və ayrılmış şəkildə öyrənilməsinin əleyhinə idi (psixologiyanın,
sosiologiyanın, siyasətin, iqtisadiyyatın, etikanın və i.a. indi etdiklərindən
fərqli olaraq). Onun üçün həqiqi bilik yalnız fənlərarası tədqiqatların
gedişində alına bilərdi.
186
Əgər ayırıcı xətt analogiyasından çıxış etsək, onda mağarada
dustaqlar analogiyası idrakın səviyyələrinin iyerarxiyasında bizim
yuxarıya doğru - təxəyyüldən (gümandan) biliyə, kölgələr
dünyasından gün işığında görünən şeylərə doğru və sonradan Günəşin
özünü görməyə doğru - hərəkətimizi illüstrasiya edir.
Beləliklə, ideyalar haqqında Platon təliminin yalnız ontologiya
deyil,
yalnız varlıq nəzəriyyəsi deyil, həm də həmçinin
epistemologiya, idrak nəzəriyyəsi olduğu aşkarlanır.
Hiss olunan şeylər və bizim fikirlərimizin əksəriyyəti
dəyişkəndir və qeyri-mükəmməldir. Onlar haqqında bilik mükəmməl
bilik deyildir. Obyektiv bilik, episteme, yalnız dəyişməz və mükəmməl
olan ideyalar haqqında mümkündür. Bizim hissi təcrübə və onun dillə
təqdimatı yolu ilə biz obyektiv biliyə yaxınlaşa bilərik, çünki ideyalar
müəyyən mənada bizim təsəvvürlərin və hissi şeylərin "əsasında" yatır.
Məsələn, düzgün əməl ideyası müxtəlif düzgün əməllərin və bizim bu
əməllər barədə təsəvvürlərimizin əsasında yatır və onları mümkün edir.
Eləcə də, biz öz ətrafımızda qavradığımız müxtəlif qeyri-mükəmməl
çevrələr arxasında gizlənən çevrə ideyasını necə "xatırlaya" bilərik, biz
ədalətli əməlin müxtəlif linqvistik ifadəçiləri arxasında gizlənən ədalətli
əməl ideyasını necə "xatırlaya" bilərik. Deməli, bizim gündəlik dilin
konseptual analizi yalnız xalis linqvistik əhəmiyyətə malik deyildir. O,
bizi ideyaların dərk olunmasına aparır. Bunun ardınca qeyd edək ki,
təsəvvürlərin (konsepsiyanın) və hissi şeylərin ideyalardan ümumi
mənşəyə malik olması sayəsində təsəvvürlər və hissi şeylər arasında
korrelyasiya aparmaq da mümkündür, belə bir korrelyasiya isə hissi
aləmin dərk olunması şərtidir. Hislərlə qavranılan hadisələr barədə
bizim qeyri-mükəmməl biliyimizi ideyalar bu yolla mümkün edirlər.
Platonun idrak nəzəriyyəsini həmçinin ideyalar və hisslər
aləminə münasibətdə insanın yerini nəzərdən keçirməklə də
illüstrasiya etmək olar.
Platon, demək olar ki, aşağıdakı fəlsəfi məsələni qoyur. Fərdi
ruh hissi aləmlə və başqa ruhların icması ilə hansı qaydada əlaqə qura
bilər? Dilin və ənənələrin vasitəsi iləmi? Bu sual o zaman yaranır ki,
Platon insanın həm ön-mövcudluğa, həm də sonrakı-mövcudluğa
malik olduğunu deyir. İnsan ideyalar aləmi ilə hissi qavrayış aləmi
arasında olan mövcudatdır. Onun ruhu ideyalar aləminə, fiziki bədəni
isə - hissi aləmə məxsusdur. Elə buna görə də, insan, ruhun və bədənin
vəhdəti olaraq hər iki aləmə məxsusdur. Lakin insanın həqiqi hissəsi,
Platona görə, ruhdur. Ayrıca insanın ruhu onun doğuluşuna qədər də