179
Belə sadə sualların və arqumentlərin köməyi ilə biz Platonun
ideyalar təlimini anlamağa yaxınlaşırıq. Çevrə və üçbucaq ideyaları və
ya buna bənzər ideyalar intelligibeldir, dərrakənin (Verstand) köməyi
ilə dərk ediləndir. Qavranılan ayrı-ayrı çevrələr və üçbucaqlar uyğun
ideyaların, necə deyərlər, keçici, ötəri təsəvvürləridir. Bu dəyişkən
ötəri təsəvvürlərin əksinə olaraq ideyalar dəyişməzdirlər və
ümumidirlər. İdeyalar bizim "daxilimizdə" olan fikirlər deyildir, onlar
obyektiv olaraq mövcuddurlar və ümumi əhəmiyyətə malikdirlər.
Cavabı anlamaq üçün, bir daha fəlsəfi sorğu sxemindən istifadə
edək: sual - arqument - cavab - nəticə. Platonun cavabının
nəticələrindən biri aşağıdakı müddəadır. Əgər dünya həqiqətən də
"ikiləşmişsə", yəni iki mövcudluq üsuluna (hissi şeylər və ideyalar)
malikdirsə, onda ümumi əhəmiyyətə malik olan etika (əxlaq) üçün də
şərait yaranır. Belə halda biz "fəzilət - nəsə obyektiv olaraq mövcud
olan bir şeydir" müddəasını necə təsdiq etmək olar" sualının cavabını
müəyyən qaydada izah edirik. Yəni, o, ideya formasında mövcuddur.
Bu vaxta qədər "nəyi mövcud olan hesab etmək olar?" ontoloji
sualı riyaziyyat kontekstində nəzərdən keçirilmişdir. Amma əgər
başqa nümunəyə müraciət etsək, onda Platonun ideyalar haqqında
təlimi daha anlaşıqlı olar.
Əgər "nəyin nəcib əməl olduğu" soruşularsa, onda cavab olaraq
bir neçə konkret situasiyanı göstərmək çətin deyildir. Məsələn, buz
altında qalan insanın xilas edilməsi nəcib əməldir. Amma bu əməl
konkret olaraq nədən ibarətdir? Özünü köməyə yetirmədənmi? Buzun
üzərinə nərdivanı atmadanmı? Nərdivanın üzəri ilə sürünmədənmi?
Biz bu situasiyanı predmetli bir tərzdə təsəvvür etmək və ya görmək
iqtidarında deyilik. O, bizim tərəfimizdən hiss olunaraq qavranılan bir
şey deyildir. Buna baxmayaraq biz belə bir əməlin nəcib olduğuna
əminik. Niyə? Platon bu suala belə cavab verərdi: ona görə ki, biz
artıq nəcib əməl ideyasına malikik və bu da, hərəkətin nəcib olduğunu
anlamaqda bizə kömək edir.
Sonra isə soruşmaq olar: "Anlayış nədir?" Gələcəkdə biz
görəcəyik ki, bu sual fəlsəfə tarixinin ən mübahisəli məsələlərindəndir
(baxın, məsələn, universaliyalar barədə orta əsr mübahisələri, Fəsil 6).
Biz onu belə bir qaydada sadələşdirə bilərik. Pyotrun atı (məkanda və
zamanda hissi olaraq qavranılan fenomen) barədə danışıldığı zaman
konkret at nəzərdə tutulur ki, onu da göstərmək mümkündür. Digər
tərəfdən, biz ümumiyyətlə at barədə danışığımız zaman, demək olar
ki, biz "at" anlayışı barədə danışırıq. Hər bir dil bu anlayışı ifadə
etmək üçün öz sözlərindən istifadə edir: at,
лошадь, horse, Pferd,
hest, cheval, hestur və i.a. Platon güman etmişdir ki, anlayışlar
(məsələn, "at" anlayışı və ya biz at, лошадь, horse, Pferd, hest, cheval,
180
hestur və i.a. sözlərdən istifadə edərkən "göstərdiyimiz" və ya
"nəzərdə tutduğumuz") bu anlayışların altında başa düşülən ayrı-ayrı
konkret obyektlərdən asılı olmayaraq mövcuddur. Bizim nümunədə
onların sırasına Equus caballus bioloji növünün müxtəlif
nümayəndələri aiddirlər. Bu qaydada izah olunan anlayışları Platon
ideya adlandırır.
Biz Pepel ləqəbli at barədə adətən o halda danışırıq ki, nəyin
barəsində söhbət getdiyi bizə aydındır, yəni, bu, atlar cinsinin bir
nümayəndəsidir və bizə konkret olaraq məlum olan Pepeldir. O, elə
bir obyektdir ki, biz ona toxuna bilərik və onu göstərə bilərik. "At" isə
əksinə olaraq obyekt deyildir, elə bir obyekt deyildir ki, onu tövlədə
və ya cıdır meydanında görmək və ya göstərmək mümkün olsun. Əgər
biz məna nəzəriyyəsindən istifadə etsəydik, ona uyğun olaraq görərdik
ki, dil ifadələri yalnız o halda mənaya malikdir ki, mövcud olan nəyisə
göstərə bilir
58
və eyni zamanda bilərdik ki, məsələn, "at məməlidir",
demək mənalıdır, onda buradan alınır ki, "at" sözü nəyisə
göstərməlidir. Amma bu nəsə hissi olaraq qavranılmır, o, hiss
olunmayan nəsə olmalıdır, yəni "at" ideyası olmalıdır. Belə halda "at"
ideyası bir mahiyyət olaraq mövcud olmalıdır, hətta əgər biz onu
məkanda və zamanda qavraya bilməsək belə.
Oxşar
arqumentlər
ideyalar
haqqında
təlimi
daha
doğruyabənzər edir. Onlar bizi dünyanın iki hissəyə bölünməsinə
aparıb çıxarır. Reallıq bir-birindən prinsipial olaraq fərqlənən iki
üsulla mövcuddur: ideya olaraq və hislərlə qavranılan şey olaraq.
k.s.92Tərc. edilməyib
Bu ontoloji dualizm bir çox hallarda dünyanın Parmenid və
pifaqorçular tərəfindən irəli sürülən bölgüsünə uyğun gəlir. Başlıca
fərq ondadır ki, Platon tərəfindən irəli sürülən ontoloji dualizm ümumi
əhəmiyyətə malik olan etik-siyasi normaların necə mümkün olduğunu
müəyyən qaydada izah edir. Fəzilət - etik və siyasi normalar – ideya
olaraq mövcuddur.
İdeyalar məkandan və zamandan asılı olmayaraq mövcuddur.
Onlar məkan-zaman xassələrinin köməyi ilə təsvir oluna bilməz. Belə
ki, yeddi anlayışı rəng termininin köməyi ilə təsvir oluna bilməz.
Lakin məkanda və zamanda qavranılan şeylər bu və ya digər tərzdə
58
Əlbəttə ki, bu, çox mübahisəli tezisdir. Axı, məsələn, "və ya" və "ola bilər"
tipli sözlər və söz birləşmələri mənalıdır. Linqvistik mənanın referensial
nəzəriyyəsinin tənqidi ilə bağlı baxın: J.Searle. Speech Acts. - Cambridge,
1969.