172
Bəziləri tərəfindən Sokratın çoxsözlülüyü və ya onun ifadə
üslubunda izafi ritorik forma kimi şərh olunanlar onun belə bir anlamı
kimi də izah oluna bilər ki, situasiya çox vaxt həddindən artıq qeyri-
dəqiq olduğu üçün açıq və ağıllı diskussiyalarda onu müzakirə etmək
mürəkkəbləşir. Nəticədə, danışıq formasından və ritorik vasitələrindən
istifadə edərək, Sokrat qarşılıqlı anlaşmanın o ümumi bazasını
yaratmağa çalışmışdır ki, təfəkkürün iştirakçılar arasındakı azad
dialektik prosesi onun əsasında inkişaf edə bilsin.
Platonun dialoqları da bu mətləbə işarə vurur. Həmin
dialoqlarda ünsiyyət situasiyası təsvir edilir, amma elmi əsərlərdə
dəqiq gözlənilməli olan məntiqə əməl edilmir. İki və ya daha çox
adamın onları maraqlandıran məsələni ağıllı bir tərzdə müzakirə
etmələri üçün onların arasında ümumi qarşılıqlı anlaşma yaranmalıdır,
bu isə onlara müzakirə olunan predmetin detallarını ən yaxşı bir
qaydada başa düşmək imkanını verir. Adi prozaik mətnlə tanış
olarkən, oxucu onu heç də həmişə onun yazıldığı nöqteyi-nəzərdən
qavramır. Bu mənada mümkündür ki, dialoji forma, oxucu və müəllif
arasında qarşılıqlı anlaşma yaratmaq üçün daha böyük imkanlara
malikdir.
Bu, o deməkdir ki, diskussiyalar şəklində olan şifahi nitq
yazılmış mətndən və şifahi monoloqdan daha üstündür. Bəlkə də elə
buna görə də, Sokratın özü heç nə yazmamışdır, yalnız bir çox
diskussiyalarda iştirak etmişdir. Platona görə (Yeddinci məktub və ya
Fedr), o, güman etmişdir ki, çətin predmetin yazılı şərhi şübhəli
məsələdir.
Bu vaxta qədər bizim diqqət mərkəzimizdə bizim sxemin
yalnız birinci tezisi idi, yəni:
"Fəzilət" müəyyən mənada "bilikdir" (və müəyyən mənada onu
öyrənmək olar)
54
.
Birinci tezis ikincini də izah edir:
"Düzgün bilik zəruri olaraq əxlaqi əməllərə aparıb çıxarır "
55
.
54
Xatırladaq ki, Sokrat xeyir, fəzilət, geniş mənada nemət anlayışlarından o
kontekstdə istifadə etmişdir ki, insan əxlaqi potensialın yüksək təcəssümü olan
əxlaqi kamilliyə yüksək əxlaqi məqsədlərin ən yaxşı bir qaydada
gerçəkləşdirilməsi ilə nail ola bilər. - S. K.
55
Sokrat koqnitiv rasionalist hesab oluna bilər, belə ki, o, güman edirdi ki,
zəka iradə və hisslər qarşısında üstünlüyə malikdir. Məhz zəka ilkin olaraq
fəziləti tanıyır, iradə və hislər isə zəkanın göstərdiyinə nail olmaq üçün
istifadə olunur. Belə mövqenin əksliyi volyuntarizmdir, volyuntarizm, zəkaya
deyil, iradəyə və hisslərə üstünlük verir. Hər şeydən öncə, biz nəyisə arzu
edirik (bunu "nemət" adlandırırıq) və sonra zəka ona nail olmaq üçün
173
İkinci tezis o halda anlaşıqlı olardı ki, bilik deyərkən bizim
əqidəmizə çevrilən bilik nəzərdə tutulaydı. Əgər siz düzgün biliyə
maliksinizsə, ona uyğun olaraq da fəaliyyət göstərəcəksiniz, yəni
əməlinizdə ədalətli olacaqsınız. Belə bir şey ağlabatmazdır ki, insan
fəzilətin nə olduğunu bilsin və eyni zamanda ona uyğun olaraq
fəaliyyət göstərməsin. Əgər siz fəzilət haqqında biliyi şəxsən özünüz
əldə etmisinizsə, (situasiyanın düzgün idrakı və fəzilətin düzgün
anlamı ilə birgə), onda həqiqət məntiqi olaraq ondan ibarət olardı ki,
siz əxlaqlı hərəkət edəcəksiniz. Və ya daha dəqiq: sizin ədalətli
(əxlaqlı) hərəkətiniz sübut edir ki, bilik həqiqətən də şəxsən sizin
tərəfinizdən mənimsənilmişdir.
Üçüncü tezis sözsüz ki, təəccübə səbəb olacaqdır:
"Əxlaqi (ədalətli) əməllər zəruri olaraq xoşbəxtliyə aparıb
çıxarırlar ".
Amma, qanunlara riayət edən və əxlaqi əməllər törədən Sokrat
ölümə məhkum edilmədimi? Məgər bu xoşbəxtlikdirmi? Yəqindir ki,
Sokrat xoşbəxtlik (yunanca, eudaimonia) anlayışı altında həzzi deyil,
nəsə başqa bir şeyi başa düşmüşdür. Sokrat üçün fiziki əzablar və
ölüm xoşbəxtliyə mane olmur. Ondan ötəri xoşbəxt olmaq – dünyada
özünə sadiq olaraq yaşamaq deməkdir, təmiz vicdana malik olmaq və
özünə hörmət etmək deməkdir. Beləliklə, xoşbəxtlik insani bütövlük
və həqiqiliklə bağlıdır. Fəziləti təcəssüm etdirən kəs özlüyündə bütöv
insandır, "xoşbəxtdir". Xoşbəxtlik, bütövlük və fəzilət bir-biri ilə
qarşılıqlı olaraq bağlıdırlar (xoşbəxtliyin və fəzilətin düzgün anlamla
və düzgün əməllərlə bağlı olduqları kimi). Bizimlə nə olursa olsun,
bu, bizim hansı dərəcədə xoşbəxt olmağımız üçün mühüm deyildir.
(Burada Sokrat etikasının bir sıra cizgiləri aşkar olur ki, bunlar da
stoisizmi yada salır).
(həmçinin də arzu olunana bəraət qazandırılması, arzu olunanın
"rasionallaşdırılması" üçün) vasitələr tapır.
174
ÜÇÜNCÜ FƏSİL
PLATON:
İDEAL DÖVLƏT –
TƏHSİL VƏ BÜTÜN
HAKİMİYYƏT "EKSPERTLƏRƏ"
Platonun dövlət haqqında təlimi siyasi nəzəriyyəyə ilk mühüm
tövhədir. Bu təlim Sokratın etikasının və Platonun ideyalar
nəzəriyyəsinin bir sintezi kimi nəzərdən keçirilə bilər. Birincidən bir
əsas kimi istifadə edərək Platonun ideyalar nəzəriyyəsini nəzərdən
keçirək və sonra dövlət haqqında təlimə keçək.
Həyatı. Platon (Plato) b.e.ə. təxminən 427-ci ildə Afinada
anadan olmuş və burada da 347-ci ildə vəfat etmişdir. O, mənşəyi
etibarı ilə aristokrat idi və onun ana xətti ilə nəsli qanunverici Solona
gedib çıxırdı. Ailə ənənəsinə əməl edərək, onu siyasi fəaliyyətə
hazırlayırdılar. Lakin tale başqa hökmü verdi. Afina demokratiyası
Spartaya məğlub olmuşdu və Afinada hakimiyyət qısa bir müddət on
üç tirana keçmişdi. Öz növbəsində, onları yeni demokratik hakimiyyət
əvəzləmişdi, o hakimiyyət ki, b.e.ə. 399-cu ildə Sokratı ölümə məhkum
etdi. Platon isə Sokratın şagirdi və ardıcılı idi. Mümkündür ki, Platon
elə buna görə də, siyasi fəaliyyətdə iştirak etməmək qərarına gəldi, ən
azı o zaman Afinada mövcud olan formada. Bunun əvəzinə o, «siyasəti
hansı qaydada yenidən qurmaq olar» məsələsi ilə maraqlanmağa
başladı. Platon Sokratın sofist relyativizmini nəzəri olaraq təkzib etmə
işini də davam etdirdi və bu relyativizm onun tərəfindən ictimai
süqutun bir təzahürü olaraq nəzərdən keçirildi. Platon öz qarşısına o
prinsiplərin aşkara çıxarılması vəzifəsini qoymuşdu ki, ideal dövlətin
zəkavi siyasəti onların üzərində qurula bilsin. Siyasi fəaliyyətdə iştirak
etmək əvəzinə o, siyasət nədir və necə olmalıdır barədə tədqiqata
girişdi. Lakin Platon prinsipial məsələlər barəsində düşünərkən, məhz
yunan “polis”ini nəzərdə tuturdu.
Platon özünün siyasət barədə ideyalarını bir neçə dəfə
reallaşdırmağa çalışmışdı. Səylərdən biri Siciliyanın Sirakuza şəhərini
idarə edən tiran I Dionisinin (b.e.ə. təxminən 430-367) hakimiyyəti
zamanı, digəri isə - onun oğlu II Dionisinin (b.e.ə. 367- 344)
zamanında göstərilmişdir. Hər iki səy tam uğursuzluğa düçar olmuşdu
və Afinaya qayıtmaq Platona yalnız möcüzə sayəsində nəsib olmuşdu.
Platon Sirakuzadan başqa, cənubi İtaliyaya da səyahət etmiş və
burada pifaqorçularla tanış olmuşdu. Onlarla görüş ona, görünür ki,
çox ciddi təsir göstərmişdir. Onları Platonla aşağıdakı ümumi baxışlar
birləşdirirdi: 1) riyaziyyat bütün şeylərin daxili mahiyyətidir; 2) dünya