168
Sonradan biz görəcəyik ki, ekzistensialistlər də (məsələn, Kyerkeqor)
faktiki olaraq buna çalışırlar
50
.
Sokrat üçün ona nail olmaq vacib idi ki, söhbətin gedişində
onun müsahibi nəyin barəsində söhbət getdiyini şəxsən dərk etsin.
Predmet barədə həqiqətin insan tərəfindən şəxsən dərk edilməsi yolu
ilə bu predmet "şəxsən əldə edilmiş" olur.
Şəxsi əminliyin bu anı pedaqoji olaraq çox mühümdür.
Pedaqogika nəzərə almalıdır
ki,
elə
bilik
vardır ki, o,
mənimsənilməlidir. Məsələn, ədəbiyyat və ya fəlsəfə barədə söhbət
getdiyi zaman qeyd olunmalıdır ki, bu fənlərin məqsədi sadəcə olaraq
onlar haqqında nəsə öyrənmək deyildir, burada öyrənilən əsərlər həm
də həyati perspektivlərə nüfuz etməyə yardım etməlidir. Pedaqoji ifrat
bu fənlərə münasibətdə uğursuzdur. 1) Şagirdə avtoritar yanaşma (bu
halda o, bir parça gilə bənzədilir ki, müəllim ona lazımi forma verir.
Müəllim nə qədər çox səy göstərirsə, son nəticə bir o qədər də
yaxşıdır!) çətin ki, elə bir biliyə gətirib çıxara bilsin ki, şagird özünü
onunla eyniləşdirə bilsin və özündə refleksiv anlamı formalaşdıra
bilsin. 2) Liberal metod şagirdi bitkiyə oxşar bir şəkildə şərh edir.
Belə ki, bitkini onun daxili inkişafına müdaxilə etmədən su və qidalı
maddələrlə təmin etmək zəruridir. Lakin heç bir insan mədəni
ənənənin iki min illik tarixini öz daxilində "yetişdirmək" iqtidarında
deyildir. Elə buna görə də, Sokratın pedaqogikasına müraciət etməli
oluruq. 3) Sokratın pedaqogikasına müəllimin və şagirdin yanaşı
mövcud olması və "birgə filosofluq etməsi" xasdır. Onların ikisi də
öyrənirlər və birgə müzakirənin gedişində predmetə daha dərindən
nüfuz etmə üsulunu axtarırlar. Diskussiyanı şagirdin nöqteyi-
nəzərindən başlayaraq refleksiv anlama nail olacağımıza ümid etmək
olar, bu refleksiv anlamla da o, özünü eyniləşdirə bilər. Bu anlam
"zorla qəbul etdirilən" və ya proqramlaşdırılmış anlam deyildir. O,
izolyasiya şəraitində, öz-özünə deyil, predmet barəsində birgə
dialoqun gedişində yaranır.
Biz bizim müasir terminologiyadan istifadə edərək, deyirik ki,
Sokrat elə bir idraka çalışmışdır ki, burada özünü öz müsahibi ilə
eyniləşdirə bilir. Lakin bu halda biz indoktrinasiyanı nəzərdə
tutmuruq. İndoktrinasiya termini altında o başa düşülür ki, insan xarici
təsir altında müəyyən nöqteyi-nəzəri həqiqət olaraq qəbul edir və bu
zaman onun həqiqi olub-olmamasını şəxsən müəyyənləşdirmək
imkanlarına malik olmur. İndoktrinasiyaya üz tutan kəs predmeti
qəsdən birtərəfli qaydada təqdim edir və müzakirə predmeti barədə
danışılanları tam həqiqət olaraq şərh edir. Bu, onun müsahibini
50
Baxın. Fəsil 22.
169
eşitdiyinin həqiqiliyini şəxsən qiymətləndirmək şansından məhrum
edir.
Bir insan başqa birisinin təsiri altında düşünürsə ki, şeylər
həqiqətən də haqlarında danışılan kimidir, onda mümkündür ki,
onların heç biri ağıllı deyildir və ya onlar sadəlövhdürlər. Bu halda
söhbət indoktrinasiya barədə getmir, əlbəttə ki, əgər biz indoktrinasiya
termini altında bizim özümüzün birtərəfli və yarımçıq hesab etdiyimiz
baxışlarımızın başqalarına təlqin olunmasını başa düşürüksə.
Görünür ki, bəziləri belə bir təsəvvürdən istifadə etmişlər ki, o
situasiya indoktrinasiya adlanır ki, burada başqasına təsir göstərən kəs
güman edir ki, onun tərəfindən söylənilənlər həqiqidir.
Ehtimal ki, çoxlu aralıq mövqelər də mövcud ola bilər.
Başqasına nəyisə təlqin edən insan öz dediklərinə bütövlükdə olmasa
da qismən əmin ola bilər.
Bu kontekstdə sofistlərin Sokrat tərəfindən tənqidi anlaşıqlıdır.
Diskussiyada iştirak edənlər artıq hazır olan fikirlərlə burada çıxış edə
bilməzlər və opponenti onların nöqteyi-nəzərini qəbul etməyə məcbur
etmək üçün bütün mümkün üsullardan istifadə edə bilməzlər.
Diskussiyanın nəticəsində onun bütün iştirakçıları müzakirə
predmetinin özü barəsində daha çox şey bilməlidirlər. Bu halda hər bir
iştirakçının nöqteyi-nəzəri həmişə ona uyğun gəlməlidir ki,
opponentlər zamanın hər bir anında onu həqiqi olaraq qəbul edirlər.
Sokrat inandırmanın uğurlu və uğursuz üsulları arasındakı fərqi də
göstərir, bu üsulları ritorikanın köməyi ilə dilə tutma (persuading,
Uberreden) və zəkanın köməyi ilə inandırma da adlandırmaq olardı
51
.
Söhbət, bir tərəfdən, anlamsız təsəvvürdən və ya zəif
əsaslandırılmış təsəvvürdən - doxa - gedir. Bu situasiyada
müsahiblərdən biri digərini bu təsəvvürü qəbul etmək üçün dilə tutmağa
səy edir, baxmayaraq ki, digər müsahib (və onun özü) mahiyyətin
kifayət qədər əsaslandırılmış anlamına malik deyildir. Burada inandırma
vasitəsi olaraq dilə tutma bacarığı - mənfi mənada ritorika - çıxış edir.
Bu halda dialoqun iştirakçıları arasındakı münasibətlər monoloq və ya,
obrazlı deyilsə, birtərəfli küçə hərəkəti formasını kəsb edir. Burada
mətləb opponenti deyilən sözlərlə dilə tutmaq üçün natiqlik sənətinin
zərif bir tərzdə tətbiqindədir. Müzakirə olunanın həqiqiliyi bu halda
mübahisə predmeti deyildir. Dilə tutmanın parlaq nümunəsi təbliğatdır,
onun köməyi ilə bəzən insanları müəyyən fikri qəbul etmək üçün dilə
51
Fəlsəfədə dilə tutma və inandırma və i.a. arasındakı fərqi izah etmək üçün
adi nümunələrdən istifadə etmə eksperimental təbiətşünaslıqda nəzəriyyənin
xeyrinə faktların axtarışından fərqlənir. Oxşar fərqlərin bir situasiyada
faydalı olması o demək deyildir ki, onlar başqa situasiyada da belə olacaqlar.