161
arasında fərq problematik xarakter daşıyır. Məsələn, cəmiyyətdə elə
qruplar mövcud ola bilər ki, onlar yaşadıqları cəmiyyətin əleyhinə
çıxış edirlər, şüurlu və ya şüursuz olaraq. Məsələn, məzlum sinif,
bütün hər şeylə yanaşı, müqəddəm şərtlərin özlərinin, yəni cəmiyyəti
qoruyub saxlayan əsas normaların müzakirəsində maraqlıdır. Belə
qruplar hakim "qaydaları" "müzakirə predmetinə" çevirməklə və
bununla da cəmiyyəti dəyişməklə yeni "davranış qaydalarını"
yaratmağa çalışırlar. Başqa sözlə, "qaydalar" və "məzmun" arasında
münasibət mütəhərrikdir və siyasi olaraq mühümdür. Qaydaları öz
xeyrinə dəyişdirə bilən kəs bunun sayəsində böyük hakimiyyət əldə
edir.
Bu şərhin mənası ondadır ki, dəyərlər və normalar başqa
cəmiyyətlər üçün deyil, yalnız onları müəyyənləşdirən cəmiyyətlər
üçün ümumi əhəmiyyət kəsb edir. Bu şərh eyni zamanda həm
mütləqdir, həm də nisbi. Normaların və dəyərlərin müəyyən sistemi
onu qəbul edən cəmiyyətdə mütləq (ümumi əhəmiyyətə malik)
olacaqdır, amma digər cəmiyyətlərdə digər normalar və dəyərlər
ümumi əhəmiyyət kəsb edəcəkdir. Biz şahmat oynadığımız zaman
şahmat qaydalarına əməl etməliyik. Amma biz məsələn preferans
oynadığımız zaman isə başqa oyun qaydalarını gözləməliyik.
Müəyyən qanunların Afinada ümumi əhəmiyyətə malik olması
tamamilə başqa, məsələn, İranda fəaliyyət göstərən əks qanunlara zidd
deyildir
47
.
Burada iki əsas nöqteyi-nəzərin qarşı-qarşıya qoyulması özünü
xüsusən hüquqi qanunlara münasibətdə göstərir. Birinciyə uyğun
olaraq, o qanunlar ümumi əhəmiyyət kəsb edirlər ki, onlar indiki
vaxtda qəbul edilmişlər və ya "pozitiv" hüquqdur. İkinciyə uyğun
olaraq isə, ümumi əhəmiyyətə malik olan qanunlar "pozitiv" hüquqdan
onunla fərqlənir ki, onlar təbii ümumbəşəri hüquqa istinad edirlər.
Müasir diskussiyalarda hüquqi pozitivizm və təbii hüquq konsepsiyası
haqqında danışılır.
Bu tezisdən çıxış edərək, pedaqoq tələbələri yaşadıqları
cəmiyyətin normalarına və qaydalarına öyrətməlidir. Əgər tələbələr
militarist cəmiyyətdə yaşayırlarsa, onda pedaqoq onları burada
mövcud olan normalara öyrətməlidir. Əgər onlar ticarət üzərində
qurulmuş cəmiyyətdə yaşayırlarsa, o, onları bu cəmiyyətin
normalarına öyrətməlidir.
47
Əgər bu tezis qəbul edilsə, onda, başqa amillərlə yanaşı həm də onun
nəticələrinin pedaqogika, qanunvericilik və siyasi nəzəriyyə üçün də
əhəmiyyətini nəzərdə tutmaq gərəkdir.
162
Bu tezisə görə, hüquqi praktika mövcud qanunvericilik
üzərində qurulmalıdır. Məhz cəmiyyətdə universal olaraq tətbiq
olunan qaydalar mübahisəli məsələlərin həlli üçün əsasdır. Elə buna
görə də, uşaqların qurban verilməsi bir cəmiyyətdə cəzalandırılır və
digər cəmiyyətdə isə icbaridir. Hüquqi qanunlar onları qəbul edən
cəmiyyətlər üçün ümumi əhəmiyyətə malik olmasına baxmayaraq
onun şəraiti ilə uyuşur.
Buna uyğun olaraq, hökmdarlar cəmiyyətdə qəbul olunmuş
normaların əsasında təbəələrin sədaqət göstərəcəklərinə ümid edirlər.
Hökmdarların güc tətbiq etmə hüquqları vardır, bu hüquqlar mövcud
cəmiyyətin normalarına əsaslanır. Qanunlarla idarə olunan cəmiyyətdə
zorakılığın tətbiqi qanuna uyğun olaraq baş verir. Qanunların
gözlənilmədiyi despotik dövlətdə isə onun hökmdarı bu cəmiyyətdə
qəbul olunmuş şərtlərə istinad edərək, özbaşına olaraq güc tətbiq
etmək "hüququndan" istifadə edir. Bir cəmiyyətin normalarının
(qanunlarının, qaydalarının) başqa cəmiyyətin normaları (qanunları,
qaydaları) əsasında tənqid edilməsi son dərəcə mənasızdır, bu, şahmat
qaydalarının preferans qaydaları əsasında tənqid olunmasına bənzəyir.
Amma, bir cəmiyyətin çərçivəsində baş verən əməlləri bütün
cəmiyyətlərə tətbiq olunmalı olan normalar əsasında tənqid etmək,
doğrudanmı,
mümkün
deyildir?
(Əgər
o
zaman
alman
qanunvericiliyində uyğun qanun (təbii hüquqi konsepsiya və ya
nəzəriyyə) mövcud olsaydı, Hitler rejimi yəhudilərin kütləvi surətdə
məhv edilməsi ittihamını mahiyyət etibarı ilə təkzib edə bilərdimi?)
Sonradan biz görəcəyik ki, Sokrat və Platon təbii hüquq
konsepsiyasının müəyyən versiyasından çıxış edərək, sofistlərin ifadə
etdikləri "pozitivist" ənənələrin əleyhinə çıxış edirdilər.
Bütün bunlar belə bir məsələnin qaldırılmasına gətirib çıxarır
ki, insan bu və ya digər üsulla universal normalara müraciət edə
bilərmi, düzgün və həqiqi olanı, ənənələrdən və baxışlardan asılı
olmayanı ümumiyyətlə dərk etmək iqtidarındadırmı?
Sofistlər etika ilə bağlı, sosial elmlərlə bağlı və epistemologiya
ilə bağlı bir sıra məsələlər irəli sürmüşlər ki, bu məsələlər elə bizim
zəmanədə də aktualdırlar. Bu, mahiyyət etibarı ilə, bütöv problem
sahələridir, bu sahələri onların əsas açar terminləri ilə belə
səciyyələndirmək olar: nisbi və mütləq; hüquq və hakimiyyət; eqoizm
və altruizm; fərd və cəmiyyət; zəka və hisslər.
Sokrat və Platon sofistlərlə mübahisədə aktiv olaraq iştirak
edirdilər. Xüsusən, Platonun ideyalar nəzəriyyəsi vahid universal
əxlaqi-siyasi nizamın mövcudluğu ilə bağlı suala müsbət cavabın bir
əsaslandırılma səyi kimi nəzərdən keçirilə bilər. Bu mənada ideyalar