Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə73/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   69   70   71   72   73   74   75   76   ...   402

 

153 


Əsərləri. Onun əsərlərindən bir neçə fraqment saxlanılmışdır. 

Platon  onun  barəsində  Dövlət  dialoqunda  danışır,  Frasimax  burada 

diskussiyanın iştirakçılarından biri kimi çıxış edir. 

Frasimax  hüquqa  və  ədalətə  dair  özünəməxsus  baxışları  ilə 

məşhurdur.  Hüquq  odur  ki,  güclülərə  xidmət  edir.  Hüquq  gücdür. 

Buna əks olan anlayış yalnız bir axmaq sadəlövhlük ifadəsidir. 

Frasimax 

ümumi  əhəmiyyətə  malik  hüquqi  nizamın 

mövcudluğu  haqqında  fikrin  əleyhinə  kəskin  olaraq  çıxış  edir.  O, 

mövcud  (pozitiv)  hüququ  güclülərin  maraqlarının  və  mənafelərinin 

ifadəsi kimi şərh edir. 

Bu  mülahizələri  Frasimax  Platonun  Dövlət  dialoqunun  birinci 

hissəsində  söyləyir.  Sonradan  biz  Platonun  onları necə təkzib  etməyə 

çalışacağını görəcəyik. 



 

Protaqor 

 

Həyatı.  Protaqor  (Protagoras,  təqribən,  481-411  b.e.ə.)  bir 



necə  yunan  şəhərində,  xüsusən,  Siciliya  və  İtaliya  şəhərlərində 

müəllimlik fəaliyyəti sayəsində şöhrət qazanmışdır. Afinada başqaları 

ilə  yanaşı  həm  də  Periklla  və  Evripidlə  (təxminən,  484-406  b.e.ə.) 

ünsiyyətdə olmuşdur. 

Əsərləri.  Platonun  dialoqlarından  biri  Protaqora  həsr 

olunmuşdur  və  onun  adını  daşıyır.  Saxlanılmış  fraqmentlərdə 

Protaqorun ən  məşhur tezisi  belədir:  "İnsan  hər  bir  şeyin ölçüsüdür, 

mövcud olanların, mövcud olduqlarına görə və mövcud olmayanların, 

mövcud olmadıqlarına görə ". 

Protaqorun  "İnsan  hər  bir  şeyin  ölçüsüdür"  tezisi  bir 

epistemoloji müddəa olaraq şərh oluna bilər: şeylər insanlar qarşısında 

özlüyündə  olduqları  kimi  görünmürlər.  Şeylərin  insan  qarşısında 

həmişə yalnız müəyyən tərəfləri və ya xassələri görünür. 

Bu  müddəanı  konkret  bir  nümunənin  köməyi  ilə  izah  etməyə 

səy  edək.  Dülgərin  əlindəki  çəkic  – mismar  vurmaq  üçün bir  alətdir. 

O, əlverişli və ya əlverişsiz, ağır və ya yüngül ola bilər. Fizikdən ötəri 

isə  çəkic  bir  tədqiqat  obyektidir,  bir  fiziki  obyektdir,  əlverişli  və  ya 

əlverişsiz deyildir, amma bu və ya digər molekulyar struktura, bu və 

ya digər fiziki xassələrə, ağırlığa, möhkəmliyə və i.a. malikdir. Satıcı 

üçün  mağazanın  piştaxtasında  olan  çəkic  –  müəyyən  dəyərə  malik 

olan  və  satışından  müəyyən  qazanc  gətirməli  olan  bir  əmtəədir.  Bu 

əmtəə  yüngüldür  və  ola  bilsin  ki,  həm  də  satılmaq  və  saxlanılmaq 

nöqteyi-nəzərindən mürəkkəbdir. Bizim şərhimiz belədir. 

Əgər  Protaqor  məhz  bunu  nəzərdə  tutmuşdusa,  onda  onun 

tezisini  belə  başa  düşmək  gərəkdir  ki,  insan  ona  görə  hər  şeyin 



 

154 


ölçüsüdür ki,  şeylər  insanlar qarşısında həmişə  o  tərəfdən görünürlər 

ki,  bunu  şərait  və  onların  istifadəsinin  konkret  üsulu  müəyyənləşir. 

Şeylərə  belə  bir  baxış  epistemoloji  perspektivizmə  gətirib  çıxarır  ki, 

ona uyğun olaraq da, bizim şeylər haqqındakı biliyimiz həmişə onların 

nəzərdən keçirilmə perspektivi ilə şərtlənir. 

Bu 


perspektivizmdən 

də 


şeylərə  baxma  üsullarının 

müxtəlifliyini (çoxluğunu) təsdiq edən epistemoloji plyuralizm alınır. 

Oxşar perspektivizm həmçinin relyativizmdir: şeylər haqqında 

bizim  biliyimizi  bizim  fəaliyyətimiz  və  bizim  olduğumuz  situasiya 

müəyyənləşdirir.  Bilik  situativ  olaraq  nisbi  (relyativ)  xarakter  kəsb 

etmiş olur. 

Bu,  o  deməkdirmi  ki,  biz  həqiqəti  yalandan  fərqləndirmək 

iqtidarında  deyilik?  Bu  suala  müsbət  cavab  bizim  insanı  hər  şeyin 

ölçüsü  kimi  şərh  edən  tezisimizlə  uyuşmur.  Həqiqətən  də,  əgər  iki 

dülgər  təqribən  eyni  əllərə  və  demək  olar  ki,  eyni  gücə  və  i.a. 

malikdirlərsə,  onlar  adətən  bu  barədə  asanlıqla  razılığa  gəlirlər  ki, 

hansı çəkic konkret bir işin yerinə yetirilməsi üçün daha yaxşıdır. İki 

alim onlara təqdim olunmuş çəkicin xüsusi çəkisi və ağırlığı və i.a. ilə 

bağlı  razılığa  gələcəklər.  Başqa  sözlə,  belə  bir  perspektivizm 

(plyuralizm,  relyativizm)  müxtəlif  situasiyalarla  və  ixtisaslarla  bağlı 

olaraq  həqiqət  və  yalan  arasındakı  fərqin  silinməsinə  gətirib 

çıxarmayacaqdır. Dülgər çəkic barədə həqiqəti də, yalanı da danışmaq 

iqtidarındadır. Bu, alimlər üçün də, satıcılar və i.a. üçün də doğrudur. 

Konkret  situasiyada  obyekt  barədə  (məsələn,  elə  çəkic  haqqında) 

mühakimə  yürüdərkən  biz  onun  haqqında  həqiqəti  o  vaxta  qədər 

təsdiq  edirik  ki,  obyektin  məhz  bu  situasiyada  nə  olduğunu  deyirik. 

Biz  burada  hansısa  xəyali  obyekt  barədə  deyil,  məhz  obyektin  özü 

barədə, məsələn, çəkic barədə danışırıq. 

Amma  əgər  obyekt  özünü  yalnız  müəyyən  perspektivlərdə 

göstərirsə, onda biz bir perspektivdən digərinə keçdiyimiz zaman necə 

əmin  ola  bilərik  ki,  bu,  eyni  obyektdir,  məsələn,  barəsində 

danışdığımız  çəkicdir?  Bu  suala  belə  cavab  vermək  olar,  əslində 

müxtəlif  perspektivlər  bir-biri  ilə  kəsişirlər.  Dülgər  yalnız  dülgər 

deyildir. Bir ailə üzvü olaraq o, məsələn ata ola bilər, oğul ola bilər və 

ya  qardaş  ola  bilər.  O,  bazar  münasibətlərində  özü  üçün  zəruri  ona 

materialın  alıcısı  sifətində  və  ya  özü  tərəfindən  istehsal  olunan 

məmulatların  satıcısı  sifətində  iştirak  edə  bilər.  Bu  mənada  müxtəlif 

perspektivlər  arasında  mütəhərrik  keçidlər  mövcuddur.  Bunun 

sayəsində  də  biz  "eyni"  obyekti,  məsələn,  çəkici  müxtəlif 

kontekstlərdə identifikasiya edə bilərik. 

Amma  bütün  bunlar  barədə  biz hansı  əsaslarda  danışa  bilərik? 

Perspektivizmin özü haqqında indicə danışılanlar həqiqətdirmi, bunun 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə