Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə70/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   66   67   68   69   70   71   72   73   ...   402

 

146 


şərtlənirdi.  B.e.ə.  450-cü  il  ərəfəsində  yunanlar  artıq  mürəkkəb 

məsələləri dəqiq və ardıcıl olaraq müzakirə etməyi öyrənmişdirlər. 

İlk  yunan  filosofları  bütün  dəyişikliklərin  daimi  başlanğıcı 

barədə,  çoxcəhətlilikdə  vəhdət  barədə  sualları  öz  qarşılarına 

qoyduqları  kimi,  onların  sələfləri  universal  əhəmiyyətə  malik  əxlaq 

barədə  və  universal  əhəmiyyətə  malik  siyasi  ideal  barədə 

düşünürdülər.  Onlar  belə  hesab  edirdilər  ki,  universal  əhəmiyyətə 

malik  olan  əxlaq  və  universal  əhəmiyyətə  malik  olan  siyasi  ideal 

adətlərin və ənənələrin müxtəlifliyi arxasında gizlənmişdir. Bu, formal 

olaraq eyni məsələdir, eyni sualdır. 

Amma  bu  suala  cavablar  isə  müxtəlif  idi.  Bəziləri  belə  hesab 

edirdilər ki, universal əhəmiyyətə malik olan bir əxlaq və bir siyasi ideal 

mövcuddur. Onlar Tanrı və ya təbiət tərəfindən müəyyənləşib. Digərləri 

isə  güman  edirdilər  ki,  əxlaq  ya  cəmiyyət  tərəfindən,  ya  ayrıca 

götürülmüş insan tərəfindən törədilib, universal və yeganə düzgün olan 

nə  əxlaq,  nə  də  siyasi  ideal  mövcud  deyildir.  Antroposentrik  dövrün 

sonlarına doğru (b.e.ə. təxminən 400-cü il)  belə  bir  faktı təsdiq  etmək 

adi  hala  çevrildi  ki,  əxlaq  və  hüquq  o  mənada  nisbidirlər  ki,  onlarla 

bağlı  olan  məsələlərin  həlli  zamanı  ayrıca  götürülmüş  insanın  şəxsi 

fikrindən başqa bir meyar mövcud deyildir. Əxlaq və hüquq son dərəcə 

müxtəlifdir, zövq və həzz formaları barədə mühakimələr kimi. 

Bu  nöqteyi-nəzəri  daha  ardıcıl  bir  surətdə  müdafiə  edənləri 

sofistlər  (yunanca,  sophistes  -  müdriklər)  adlandırırdılar.  Hökmdarlar 

onlara münasibətdə  çox  vaxt nifrət hiss  edirdilər,  çünki  düşünürdülər 

ki,  belə  nöqteyi-nəzərlər  cəmiyyətin  əsaslarını  sarsıda  bilər.  Sofistlər 

yunan cəmiyyətində hansı yeri tuturdular? 



Öncə  onu  vurğulamaq  faydalıdır  ki,  əxlaq  və  hüquq  barədə 

sofistlər tərəfindən başlanan mübahisə tez bir sürətlə bir çox problemi 

və  onların  həllərini  üzə  çıxardı  ki,  onlarla  biz  bu  günə  qədər  də 

rastlaşırıq.  Nümunə  kimi  əxlaqın  və  hüququn  əsaslandırılması 

problemi göstərilə bilər, çünki onların mülahizələri normativ xarakter 

daşıyır, yəni təlimatı və ya əmrnaməni ifadə edir. 

Müəyyən  bir  əxlaqi  normanı,  hansısa  normativ  mühakiməni 

deduktiv  yolla,  yəni  onun  nəticələrinin  köməyi  ilə  əsaslandırarkən, 

ilkin  müqəddimə  olaraq  müəyyən  mənada  daha  yüksək  səviyyəli 

normativ  mühakiməyə  malik  olmaq  zəruridir.  Onda  biz  bu  normanı 

əsaslandıra  bilərik,  amma  bu  zaman  bazis  xarakterli  normativ 

mühakimə  əsaslandırılmamış  qalır.  Onu  əsaslandırmağa  səy  edərək, 

biz həmin situasiyanı bir daha yaradırıq və i.a. Bütün bunlar insanın 

öz kölgəsini ötüb keçmək səylərinə bənzəyir. 

 

 


 

147 


 İstənilən  halda  bizim  sonda  istinad  etdiyimiz  ali  norma 

əsaslandırılmamış qalacaqdır.

*** 

 

 

 

 

 

 

 

 

 

*** 

Ə 









 

 



Birinci 

nümunə 


İkinci nümunə 

 

Bunu tanrı 



arzu edir 

Bütün insanlar 

bərabər 

hüquqlara 

malikdirlər 

Daha 


yüksək 

qəbildən 

olan 

normalar 



Ehtiyacı 

olanlara 

kömək 

etmək 


zəruridir 

Mövcud 


qanunlar insan 

hüquqlarına 

uyğundur 

Daha 


aşağı 

qəbildən 

olan 

normalar 



Başqa 

ölkələrdə 

aclıq çəkən 

uşaqları 

yedirdirmək 

zəruridir 

İrqi 

diskriminasiya 



mövcud 

qanunvericiliyə 

ziddir 

 

 



Başqa irqləri 

sıxıntılara 

məruz qoymaq 

olmaz 


 



Ğ 





 

 



 

 

 


 

148 


Başqa sözlə, ilkin normanın əsaslandırılması məsələsini həmişə 

qoymaq  olar.  Qeyd  edək  ki,  bu,  təkcə  normaların  əsaslandırılması 

üçün  deyil,  arqumentasiyanın  bütün  deduktiv  üsulları  üçün 

səciyyəvidir. 

Bundan  da  daha  çox  deyilsə,  əxlaqla  və  hüquqla  bağlı 

mühakimələr  təsviri  (deskriptiv)  və  şərhi  mühakimələrdən  fərqli 

olaraq öz mülahizələrini qavrayışların və müşahidələrin köməyi ilə də 

əsaslandırıla  bilməzlər.  "Roqarın  sarı  saçları  var"  mühakiməsi 

barəsində  konkret  söhbət  gedən  Roqara  sadəcə  olaraq  baxmaq  yolu 

ilə  əsaslandırıla  bilər  (bir  həqiqət  olaraq  tanına  bilər)  və  ya  təkzib 

oluna  bilər  (bir  yalan  olaraq  tanına  bilər).  Lakin  "Roqar  bazarlığa 

getməlidir"  mühakiməsi  müşahidələr  yolu  ilə  heç  bir  vəcdlə  nə 

əsaslandırıla, nə də təkzib oluna bilmir. 

Başqa sözlə, nə formal elmlərin yanaşması, yəni deduksiya, nə 

də eksperimental elmlərin yanaşması, yəni qavrayış və müşahidə etik-

siyasi  normaların  və  onlarla  bağlı  meydana  çıxan  problemlərin 

müzakirəsi  zamanı  kifayət  deyildir.  (Qeyd  edək  ki,  digər  yanaşmalar 

onlara məlum deyildi

40

.) Amma normativ mühakimələri deduksiyanın, 

qavrayışın  və  müşahidələrin  köməyi  ilə  əsaslandırmağa  yönələn 

uğursuz cəhdlər bir çox sofistlərin belə bir mülahizəsini anlaşıqlı edir 

ki,  əxlaq  və  hüquq  müxtəlif  şəxsi  və  ictimai  vəziyyətlərdən  asılıdır, 

yəni nisbidir. 

Sofistlərin  necə  insan  olduqlarını  anlamaq  üçün  bir  müddət 

fəlsəfə  tarixindən  ayrılmaq  və  yunan  polisinə,  onun  institutlarına 

müraciət etmək gərəkdir. 

Artıq  qeyd  olunmuşdur  ki,  yunan  polisi  həm  əhalinin  sayına 

görə,  həm  də  ərazinin  ölçüsünə  görə  o  qədər  də  böyük  olmayan  bir 

cəmiyyət  idi.  Bu  xüsusiyyətlər,  digər  xüsusiyyətlərlə  yanaşı  Afinada 

b.e.ə. IV əsrdə birbaşa demokratiyanın

41

 meydana çıxması üçün şərait 

yaratmışdı. Bütün azad Afina vətəndaşları (təqribən 300 min əhalidən 

40 min nəfər ətrafında) şəhər yığıncağında (yunanca, ekklesia) iştirak 

etmək  hüququna  malik  idilər

42

.  Belə  hesab  olunur  ki,  onlardan  15-

20%-i  müxtəlif  komitələrdə  və  ya  şuralarda  bir  və  ya  bir  neçə  postu 

tuturdu.  Deməli,  bir  çox  afinalılar  siyasi  fəaliyyətdə  aktiv  olaraq 

iştirak edirdilər. 

                                                



***

40

 Bax, məsələn, Fəsil 18.  

41

 Birbaşa  və  ya  vasitəsiz  demokratiya  termini  altında  o  idarəetmə  forması 

nəzərdə  tutulur  ki,  hər  bir  azad  insan  burada  iştirak  edir.  O,  nümayəndəli 

demokratiyadan  onunla  fərqlənir  ki,  burada  xalq  idarəetmə  orqanlarını, 

hakimiyyəti öz nümayəndələrinə vermədən seçir.  

42

 Bu, heç də o demək deyildir ki, bu hüquqdan hər bir kəs istifadə etmişdir.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə