Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə71/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   67   68   69   70   71   72   73   74   ...   402

 

149 


Afinalılar güman edirdilər ki, onların özləri- yəni xalq, özünü 

idarə  etmək  iqtidarındadır.  Elə  buna  görə  də,  xüsusi  hazırlanmış 

siyasətçilərə və ekspertlərə ehtiyac yoxdur. Siyasət - adi həyatın tərkib 

hissəsi idi. O, hər bir kəsə aid idi və hər bir Afina vətəndaşının işi idi. 

Afina demokratiyası yalnız yeni hadisə olmadı, həm də belə bir 

faktın  sübutu  oldu  ki,  birbaşa  demokratiya  yalnız  müəyyən  şəraitdə 

mümkündür. 

Afina  demokratiyasının

43

 fəaliyyəti  üzvləri  arasındakı 

əlaqələrin  zahiri  xarakter  daşıdığı  və  yalnız  onun  fəaliyyət  sferasını 

əhatə  etdiyi  müasir  korporasiyanın  fəaliyyətindən  daha  çox  üzvləri 

arasında  əlaqələr  yaxın  qohumluq  münasibətlərinə  köklənən  böyük 

ailənin həyatına bənzəyirdi. 

Afina 

birbaşa 

demokratiyasının 

siyasi 

institutlarının 

quruluşunu  qısaca  olaraq  nəzərdən  keçirək.  Bizi  detallar  deyil,  bu 

institutların siyasi həyatda yeri maraqlandırır. 

Əvvəla, ümumi yığıncaqda Afinanın yaşı 20-dən çox olan bütün 

azad vətəndaşları iştirak edə bilərdi. Yığıncaq ildə 10 dəfə çağırılırdı, 

şuranın,  xalq  məhkəməsinin  (andlılar  məhkəməsinin  -  gelieyanın)  və 

hərbi  kollegiyanın  üzvlərini  seçirdi  və  onların  fəaliyyətinə  nəzarət 

edirdi.  Onlar  əsas  siyasi  orqanlar  idilər.  Bundan  başqa,  kiçik  etnik 

qruplar  müəyyən  özünüidarə  hüququna  malik  idilər.  Şuranın  üzvləri 

püşkatma  ilə  seçilirdi.  (Püşk,  hər  bir  kəsə  onun  malik  olduğu 

populyarlığından asılı olmayaraq eyni imkanları verirdi). Buradan da 

belə  bir  inam  formalaşmışdı  ki,  "hər  bir  insan  seçilə  bilmək  üçün 

kifayət  qədər  yaxşıdır!".  (Afinalılar  müəyyən  müdafiə  sistemini 

yaratdılar  -  öz  bacarıqsızlığını  büruzə  verənlər  püşkatmaya 

buraxılmırdı. Otuz yaşı tamam olan kişilər seçilirdi). Xalq məhkəməsi 

də  şura  kimi  eyni  qaydada  seçilirdi.  Hərbi  işə  cavabdeh  olan  10 

strateq  püşk  atma  yolu  ilə  seçilmirdi  və  yenidən  də  seçilə  bilərdilər. 

Afinalılar  belə  hesab  edirdilər  ki,  oxşar  fəaliyyət  üçün  zəruri  olan 

keyfiyyətlərə  yalnız  azlıq  sahib  ola  bilər  (və  buna  görə  də,  öz  işini 

bilən və təcrübəli insanları həmin vəzifələrə təkrar seçirdilər). 

                                                



43

 Onun sistemi ümumi yığıncaqdan və həmçinin idarəetmənin və məhkəmənin 

seçkili  orqanından  ibarət  idi,  bu  orqanlara  təkrar  seçimlə  bağlı 

məhdudiyyətlər  mövcud  idi.  Bir  tərəfdən,  onların  işində  bir  çox  afinalılar 

iştirak  edə  bilərdi  və  digər  tərəfdən  də  seçkili  vəzifələri  tutan  şəxslərin 

rotasiyası  da  əhəmiyyətli  yer  tuturdu.  Afinanın  kişi  cinsindən  olan  istənilən 

azad  vətəndaşı  seçkili  vəzifəyə  seçilə  bilərdi.  (Amma  hər  kəsin  yığıncaqda 

iştirak  edə  bilməsi  o  demək  deyildir  ki,  hər  kəs  burada  həqiqətən  də  iştirak 

etmişdir  və  iştirakçıların  hamısı  eyni  dərəcədə  aktiv  idi).   

“Qırmızı:Afina 

birbaşa demokratiyasının...”bura-haşiyəyə sal. 

 


 

150 


Şura  500  üzvdən  ibarət  idi.  Əgər  yığıncağı  konqreslə  və  ya 

parlamentlə  müqayisə etsək,  onda  şura hökumət  rolunda çıxış  edirdi. 

Şura  icraçı  orqan  idi,  amma  yığıncağın  veto  və  şura  tərəfindən 

edilmiş  təklifləri  dəyişdirmək  hüququ  vardı.  Yığıncağın  özü 

qanunvericilik  təşəbbüsü  hüququna  malik  deyildi,  amma  şuradan 

qanunvericilik təkliflərini işləyib hazırlamağı xahiş edə bilərdi. 

Şuranın  500  üzvü  Afinanın  10  ərazi  dairəsinin  hər  birindən 

eyni  sayda  seçilirdi.  Hər  bir  dairə  (50  üzvlə  təmsil  olunan)  başqa 

dairələrdən  olan  nəzarətçilərlə  birgə  ayrıca  komitə  təşkil  edirdi. 

Komitələr  59  (50  +  9)  üzvdən  ibarət  idilər  və  öz  səlahiyyətləri 

dövrünün  hər  bir  onuncu  hissəsi  ərzində  tərkiblərini  dəyişirdilər. 

Komitənin başçısı birinci gün təkrar seçim hüququ olmadan seçilirdi. 

Andlılar  məhkəməsinin  6  min  üzvü  vardı,  onlar  seçkili  şəxslərə  və 

qanunların icrasına nəzarət edən komitələr üzrə bölüşdürülmüşdülər. 

Məhkəmənin qərarlarından şikayət üçün heç bir instansiya yox idi. 

 

bunun ardı verdiyim cədvəl(k.s.64) 

 

Afina demokratiyasının orqanları bə onların seçilmə üsulları 

 

 

 

Belə bir sistem ümumi təhsilin kifayət qədər yüksək səviyyəsini 

tələb  edirdi.  Hər  bir  kəsin  cəmiyyətin  idarə  olunmasında  iştirak 

etməyə qabil olması üçün kifayət edəcək qədər təhsilin alınması zəruri 

idi.  "Xalqın  maarifləndirilməsi"  funksiyasını  məhz  sofistlər  yeninə 

yetirdilər

44

.  Onlar  siyasi  fəaliyyətdə  iştirak  etmək  üçün  zəruri  olan 

fənləri – arqumentasiya sənətini, ritorikanı, vətəndaş hüququnu, insan 

təbiəti  haqqında  təlimi  və  i.a.  -  öyrədirdilər.  Qeyd  edək  ki,  siyasi 

həyatda iştirak üçün naturfəlsəfə heç də zəruri hesab olunmurdu. 

Müasir dillə ifadə olunsa, sofistlər eyni zamanda həm müəllim 

idilər,  həm  jurnalist  və  həm  də  intellektual  idilər.  Onlar  bilikləri  və 

mədəniyyəti xalqın içərisində, ilk növbədə isə siyasi olaraq aktiv olan 

və onların əmək haqqını verə bilənlərin içərisində yayırdılar. 

Sofistlər həm  də  tədqiqatçı  idilər  və  tədqiqatçı  olduqları  ölçüdə 

isə  daha  çox  epistemoloji  və  etik-siyasi  məsələlərlə  məşğul  olurdular. 

Sofistlər bu məsələlərə dair eyni mövqeni tutmurdular. Belə ki, sonrakı 

illərin sofistlərindən bir çoxu epistemoloji məsələlərdə skeptisizmə ("biz 

müəyyən  heç  nəyi  bilə  bilmərik")  və  etik-siyasi  məsələlərdə 

                                                

44

 Sofistlər tədrisə görə zəhmət haqqı alırdılar. Elə buna görə də, onlardan ilk 

növbədə varlılar fayda götürürdülər.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə