Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə68/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   64   65   66   67   68   69   70   71   ...   402

 

141 


bir  məna  verərdi  ki,  hökmdar  öz-özündən  soruşur:  "Mən  öz 

təbəələrimdən necə davranış istəyə bilərəm?" Əgər cavab belədirsə ki, 

onlar  tabe  olmalıdırlar,  onda  bu  o  mənanı  verir  ki,  ölçü  prinsipi 

hakimiyyət və tabeçilik ənənəsi ilə uyuşur. 

Konfusi  sistematik  fəlsəfəni  inkişaf  etdirmədi.  Hər  şeydən 

öncə,  o,  insanlar  arasında  münasibətlərlə  bağlı  faydalı  məsləhətlər 

verdi  və  həmçinin  bir  çox  öyüdlərə  dəqiq  ifadə  forması  verdi.  Onun 

ətrafında  ardıcılların  böyük  dəstəsi  yaranmışdı  və  bu  dəstə  də 

"konfusiçiliyə" praktik olaraq başlanğıc verdi. Konfusiçilik elə indinin 

özündə  də  Çin  mədəniyyətində  və  cəmiyyətdə  mühüm  rol  oynayır. 

Praktik  fəlsəfənin  nəsihət,  aforizm  və  kiçik  hekayətlər  formasında 

ifadə  tərzi  müasir  Çin  üçün  də  səciyyəvidir.  Maonun  Qırmızı  kitabı 

(Maos  Red  Book.  Quotes  by  chairman  Mao  Tse-tung)  buna  nümunə 

ola  bilər,  bu  kitab  Mao  Tsze-duna  (1893-1976)  iqtibaslar  üzərində 

qurulmuşdur. 

Konfusian  etika  sonradan  Men-tszı  (Mencius  və  ya  Meng  Zi, 

b.e.ə. təqribən 371-289) tərəfindən inkişaf etdirilmişdir. O da, Konfusi 

kimi  belə  hesab  edirdi  ki,  insan  xeyirxah  olaraq  doğulmuşdur  və  bu 

xeyirxahlıq tərbiyə yolu ilə inkişaf etdirilə bilər. Öz dövrünün bir çox 

digər  çin  filosofları  kimi,  o,  da  həyatını  müxtəlif  imperator 

saraylarında keçirmiş, şahzadələri iki mühüm fəzilətə - insansevərliyə 

(jen) və ədalətə (i) öyrətmişdir. 



 

Daosist fəlsəfə 

 

Konfusiçilik  praktik  və  siyasi  olaraq  etik  fəlsəfəni  inkişaf 



etdirdiyi  halda,  daosizm  (və  ya  taosizm)  daha  çox  mistisizmlə  və 

holist  təfəkkürlə  səciyyələndirilirdi.  Çinin  mədəni  həyatında  daosizm 

ənənələrinin  ən  böyük  nümayəndəsi  Lao-tszı  (Lao  Tzu)  idi. 

Daosizmin  digər  nüfuzlu  mütəfəkkiri  Çjuan-tszı  (Chuang  Tzu,  b.e.ə. 

369-cu ildə anadan olmuşdur) hesab olunur. Lao-tszının həyatı barədə 

az  şey  məlumdur.  Səhih  olan  məlumat  yalnız  odur  ki,  o,  Konfusinin 

yaşca  böyük  müasiri  idi.  Belə  hesab  olunur  ki,  o,  tənhalıqda 

yaşamışdır  və  şöhrətdən  qaçmışdır.  Lao-tszının  adı  onun  məşhur 

əsərindən Dao de tszin (Yol və onun fəzilətləri barədə Kitab və ya Dao 

və  de  haqqında  kitab)  ayrılmazdır,  baxmayaraq  ki,  bu  kitabın  məhz 

onun  tərəfindən  yazılması  şübhə  doğurur.  Mümkündür  ki,  bu  kitab 

onun ardıcılları tərəfindən yazılmışdır. 

Dao  de  tszin  daosist  fəlsəfə  üzrə  klassik  mətndir.  Bu  kitabın 

anlaşılması çətindir və onun şərhi böyük problemlər yaradır. Çox vaxt 

Lao-tszını da Heraklit kimi "sirli" və "əlçatmaz" adlandırırlar. Dao de 

tszin  Çinin  təbiət  və  ya  varlıq  fəlsəfəsinə  əhəmiyyətli  bir  tövhə  oldu. 



 

142 


Bu  onu  praktik  yönümlü  konfusian  fəlsəfədən  fərqləndirir.  O, 

həmçinin  adətən  konfusian  ənənə  ilə  səsləşən  bir  sıra  əsas  fəlsəfi 

müddəalardan da kənarda dayanır. 

Lao-tszı  üçün  fundamental  anlayış  "dao"  anlayışıdır.  Dao 

barədə deyilir ki, o, "qeyri-müəyyəndir", "sonsuzdur", "dəyişməzdir", 

"məkan  və  zaman  baxımından  sərhədsizdir",  "həm  xaosdur,  həm  də 

forma".  Oxşar  söz  simvolları  yalnız  işarə  etdiklərinə  işarə  vura 

bilərlər. Dil, ciddi mənada, bu hal üçün qeyri-adekvatdır, o, daonun nə 

olduğunu  deyə  bilmir,  dao  barədə  yalnız  gümanlarını  söyləyir,  hətta 

bu  mənfi  təyinlər  yolu  ilə  edildikdə  belə.  Oxşar  yanaşma  qərb 

təfəkküründə  mənfi  (apofatik)  teologiya  ilə  səsləşir,  mənfi  (apofatik) 

teologiyaya uyğun olaraq biz Tanrı barədə müsbət (müəyyən) bir fikir 

söyləmək iqtidarında deyilik. Biz yalnız onun nə olmadığını təsdiq edə 

bilərik.  Bununla  belə,  Lao-tszının  dao  barədə  mühakimələri  yunan 

naturfəlsəfəsində  istifadə  olunan  suallar  və  onlara  verilən  cavablarla 

bir çox ümumi cəhətlərə malikdir. Belə ki, Anaksimandr hesab edirdi 

ki,  "ilk  başlanğıc"  apeyrondur,  qeyri-müəyyəndir  və  sərhədsizdir. 

Burada,  şübhəsiz  ki,  dao  və  apeyron  arasında  bəzi  semantik 

oxşarlıqları görmək olar. Anaksimandr kimi, Lao-tszı da təsdiq edirdi 

ki,  dao  Səmadan  və  Yerdən  daha  öncədir,  dao  mövcud  olan  hər  bir 

şeyin  doğuluşunun  və  məhvinin  mənbəyidir.  O,  obrazlardan  istifadə 

edirdi  və  dao  bu  obrazlarda  "dünyanın  anası",  mövcud  müxtəlifliyin 

ilkin  nöqtəsi  kimi  təqdim  olunurdu.  Mümkün  izah  budur  ki,  dao 

varlığın  mahiyyəti,  ilkin  qeyri-müəyyən  qüvvə,  mövcud  olan  hər  bir 

şeyin  əsası  kimi  çıxış  edir.  Lakin  başqa  yerlərdə  Lao-tszı  deyir  ki, 

"varlıq  yoxluqdan  törəyir".  Mümkündür  ki,  o,  ilkin  qüvvəni  və  ya 

"varlığı" nəzərdə  tutur,  bu  ilkin qüvvə  və  ya  "varlıq"  daonun  şeyə  və 

ya  nəsə  mövcudata  çevrilməsinin  qarşısını  almaq  üçün  "yoxluqla" 

şərtlənmişdir.  Oxşar  şərhlər  bir  sıra  qeyri-müəyyənliklərlə  bağlıdır, 

amma  əgər  onlar  qəbul  olunsa,  təsdiq  etmək  olar  ki,  Lao-tszı  dao 

problemini Sokrata qədərki filosofların substansiya probleminə analoji 

qaydada qoymuşdur. 

Lao-tszının dəyişikliklə bağlı nöqteyi-nəzəri ilk yunan fəlsəfəsi 

ilə aşkar  paralellərə malikdir.  Görünür,  o,  belə hesab  edirdi  ki,  bizim 

mövcudluğumuzda ədalət prinsipinin nəsə bir əsası vardır. Bu prinsipə 

görə,  nəsə  həddindən  artıq  olduğu  halda,  əks  reaksiya  yaranır: 

"Xoşbəxtlik  bədbəxtliyə  çevrilir,  xoşbəxtlik  bədbəxtlik  üzərində 

qurulur".  Nəsə  öz  ifrat  nöqtəsinə  gəlib  çatırsa,  öz  əksliyinə  çevrilir. 

Həddindən  artıq  xoşbəxtlik  kədərə  çevrilir.  Həddindən  artıq 

bədbəxtlik  sevincə  çevrilir.  Deməli,  nəsə  bir  qüvvə  mövcuddur,  nəsə 

öz  təbii  sərhədlərindən  kənara  çıxdıqda,  həddindən  artıqlıq  (hybris

təntənə  çaldıqda,  nizam  bərpa  olur,  olmalıdır  və  ya  olacaqdır.  Oxşar 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə