Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə74/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   70   71   72   73   74   75   76   77   ...   402

 

155 


özü müəyyən perspektivdən asılı deyilmi? "Hə" cavabını verərkən biz 

yuxarıda  deyilənləri  nisbiləşdiririk  və  skeptisizm  mövqeyinə  keçirik. 

"Yox"  cavabını  verərkən  isə  biz  perspektivizmi  şeylərin  bizim 

tərəfimizdən  dərk  olunması  ilə  məhdudlaşdırırıq:  o  zaman  ki  söhbət 

bizim  nəzəri  refleksiya  barədə  gedir,  onda  o,  hər  hansı  bir 

perspektivdən asılı deyildir və ümumməntiqi əhəmiyyət daşıyır. 

Amma  sonuncu  Protaqorun  mövqeyinə  uyğun  deyildir.  Onun 

əsərlərindən bir fraqment (D: 6) göstərir ki, o, perspektivizmə nəzəri 

mülahizələri  daxil  etmək  üçün  onu  şeylərin  qavrayış  hədlərindən 

kənara genişləndirmək  istəmişdir.  "Hər  bir  şey  barədə  bir-birinə zidd 

olan  iki  fikir  mövcuddur"

45

.  Protaqor  bununla  təsdiq  edirmi  ki, 



insanlar  heç  bir  mühakimə  predmetində  praktik  olaraq  razılığa 

gəlmirlər?  Bu  zaman  onların  həqiqətimi  və  ya  yalanmı  danışdıqları 

Protaqor  üçün  bir  o  qədər  də  vacib  deyildir.  Və  ya  Protaqor  deyirmi 

ki, istənilən predmet barədə elə iki əks mühakimə irəli sürmək olar ki, 

onların  hər  ikisi  eyni  dərəcədə  həqiqi  olmuş  olsun  (eyni  mənada  və 

eyni predmet haqqında)? 

Birinci  cavab  fəlsəfi  olaraq  maraqlı  deyildir.  O,  işlərin  əsl 

vəziyyətinin doqmatik bir tərzdə ifadə olunmasını aid edilir - "insanlar 

bir-birinə zidd gedirlər". Lakin ikinci cavab fəlsəfi olaraq problematik 

görünür.  Müəyyən  predmet  haqqında  iki  əks  mühakimənin 

mövcudluğu  və  eyni  mənada  həqiqi  olması  barədə  danışılarkən  nə 

nəzərdə  tutulur?  Bu  müddəa  özünə  tətbiq  oluna  bilərmi?  Əgər  hə, 

onda  ona  əks  bir  mülahizə  irəli  sürmək  mümkündür  ki,  onun  özü  də 

həmçinin həqiqi olmuş olsun. Belə olduğu halda bu müddəanı əslində 

nə  təsdiq  edir?  Sözsüzdür  ki,  o,  özünüməhvin  skeptik  əsaslarını 

yaradır. 

Dördüncü  fraqmentdə  Protaqor  həmçinin  deyir  ki,  "tanrılar 

barədə mən nə onların mövcud olduqlarını, nə mövcud olmadıqlarını, 

nə  də  onların  necə  olduqlarını  bilə  bilmərəm.  Bunu  bilməyə  çox  şey 

mane  olur: həm  onların  qavranıla  bilməməsi, həm  də insan həyatının 

qısalığı"

46



                                                

45

 Антология мировой философии. В четырех томах. М. : Мысль, 1969. - 

Т. 1. Часть 1. Перевод фрагмента А. Маковельского. - С. 318.  

46

 Там  же,  стр.  318.  Fraqmentin  rus  dilinə  ilkin  tərcüməsində  işlədilən 

"неясность"  sözü  əvəzinə  sonradan  "невоспринимаемость",  yəni 

«qavranıla  bilməmə»  işlənmişdir.  Rus  dilinə tərcüməçinin  nöqteyi-nəzərincə, 

Dils-Kransın  nəşri  əsasında  edilmiş  belə  bir  əvəzləmə  fraqmentin  mənasını 

daha  adekvat  bir  şəkildə  verir,  Dils-Kransın  nəşrində  almanların 

Nichtwahrnehmbarkeit sözündən istifadə edilmişdir.  


 

156 


Bu fraqment özündə insani idrakın hədləri barədə fikri daşıyır. 

Burada Protaqor təsdiq edir ki, biz tanrıların mövcud olub-olmamasını 

və  necə  olduqlarını  bilə  bilmərik.  Lakin  bu  fraqment  insanın  idraki 

imkanlarını  şübhə  altında  almır,  buna  görə  də,  fraqmentin  özü,  yəni 

onda ifadə olunan şübhənin özü, öz növbəsində şübhə altında alınır. 

Biz  "insan  –  hər  şeyin  ölçüsüdür"  müddəasını  belə  bir  tezis 

kimi  şərh  etdik  ki,  şeylər  həmişə,  hər  dəfə  insanı  öz  daxilinə  alan 

situasiyadan asılı olan bir üsulla aşkar edilir. Qeyd etmək lazımdır ki, 

biz  daimi  olaraq  bir  situasiyadan  başqasına  keçirik.  Amma,  əgər 

perspektiv  sosial  və  ya  iqtisadi  statusdan  asılıdırsa,  onda  müxtəlif 

perspektivlər arasındakı keçid son dərəcə çətinləşir, bir sosial-iqtisadi 

sinifdən  digərinə  keçid  kimi.  Nəticədə,  biz  cəmiyyətdə  ünsiyyətin 

prinsipial  çətinlikləri  barədə  sosioloji  tezisə  gəlib  çıxırıq.  Əgər 

müxtəlif  qrupların  və  ya  siniflərin  nümayəndələri  azad  fikir 

mübadiləsində  bir-birlərini  anlaya  bilmirlərsə,  siyasi  konsensusa  nail 

olmaq qeyri-mümkündür. Buraya o da əlavə oluna bilər ki, əgər qrup 

maraqları  bir-biri  ilə  fundamental  surətdə  ziddiyyət  təşkil  edirlərsə, 

onda  siyasət  konfliktlərlə  və  qarşılıqlı  anlaşmanın  yoxluğu  ilə 

səciyyələnəcəkdir.  Siyasət  bir  rasional  diskurs  və  idarəetmə  olaraq 

yalnız o halda mümkündür ki, siniflərlə birgə sosial mənafelərdən və 

anlamalar  arasındakı  fərqlərdən  törəyən  konfliktlər  də  aradan 

qaldırılmış olsun. 

Beləliklə,  Protaqorun  insan  haqqında  hər  şeyin  ölçüsü  kimi 

tezisi  müxtəlif  şərhləri  mümkün  edir.  Onların  Protaqorun  özünə  aid 

edilməsinin  əsaslı  olub-olmaması  haqqında  məsələnin  müzakirə 

etmədən,  biz  o  şərhlər  üzərində  dayandıq  ki,  onlar  epistemoloji  və 

siyasi planda maraqlıdırlar. 

Biz  öncəki,  sinfi  fərqlər  üzərində  qurulan  şərhi  dəyişə  bilərik. 

Bunun  üçün  sinfin  əvəzinə  milləti,  xalqları,  dövrü  qoymaq  gərəkdir. 

Nəticədə, belə bir təlim alınardı ki, istənilən millətə (istənilən xalqa və 

istənilən dövrə)  şeylərin  xüsusi anlamı  xasdır.  Belə  olduqda millətlər 

və xalqlar arasında və ya indi yaşadığımız zəmanə ilə keçmiş arasında 

qarşılıqlı anlaşma problemi yaranır. 

Bunun  ardınca,  fundamental  perspektivin  yaşdan,  cinsdən  və  ya 

irqdən  asılılığını  təsdiq  edərək  nəsillərin  konflikti  barədə  nəzəriyyəyə, 

cinslər  arasında  qarşılıqlı  anlaşmanın  kifayət  dərəcədə  olmaması  və  ya 

irqlər  arasında  ünsiyyətin  çətinlikləri  barədə  məsələlərə  gəlib  çıxırıq. 

Kiplinqin məlum mülahizəsinə görə Şərq və Qərb, gənc və qoca, kişi və 

qadın,  qara  və  ağ  heç  bir  zaman  bir  araya  gələ  bilmirlər.  Əgər 

perspektivlərin  fərqi  sosial  və  ya  mədəni  xarakter  daşımayıb,  bioloji 

xarakter  daşıyırsa,  məsələn,  irqlə  bağlıdırsa,  onda  qarşılıqlı  anlaşmaya 

gəlib  çıxmaq  prinsipcə  qeyri-mümkündür  -  çünki  bu  fərq  bizim 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə