Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə75/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   71   72   73   74   75   76   77   78   ...   402

 

157 


xromosomlarla  müəyyənləşir!  Burada  nə  təhsil,  nə  də  diskussiyalar 

kömək  edə  bilməz.  Ekstremal  hallarda  oxşar  konfliktlərin  həlli  radikal 

formalara gətirib çıxara bilər. Belə olduğu halda başqa irqin və ya elmin 

nümayəndələri  məhv  olma  təhlükəsi  ilə  qarşılaşardılar,  bu,  «yəhudi 

məsələsi» deyilən qondarma problemin Hitler tərəfindən həyata keçirilən 

«qəti həlli» kimi olardı. 

İndi  biz  öz  qarşımıza  belə  bir  sual  qoymalıyıq.  Dünyanın 

istənilən qrup və ya irq tərəfindən anlaşılmasının bu qrupa və  ya irqə 

xas  olan  perspektivlərdən  asılı  olması  barədə  nəzəriyyənin  özü 

konkret xalqların və ya konkret irqin perspektivindən asılıdırmı?  

Biz  ümumiyyətlə  necə  sübut  edə  bilərik  ki,  xalqlar  və  irqlər 

barədə oxşar nəzəriyyələr dünyanı görmək üçün öz xüsusi üslublarına 

malik olduqları halda ümumi əhəmiyyət daşıyırlar? Bunu biz haradan 

bilirik?  Belə  nəzəriyyələrin  qurulması  zamanı  hansı  arqumentlərdən 

istifadə olunur? Və ümumiyyətlə xalq və irq kimi anlayışların altında 

biz nəyi başa düşürük? 

Qeyd etmək lazımdır ki, biz bu vaxta qədər insan qrupları barədə 

danışmışıq, fərdlər haqqında isə danışmamışıq. Biz onu xatırlamışıq ki, 

müxtəlif professional qrupların, eləcə də siniflərin, xalqların, nəsillərin, 

cinslərin  və  irqlərin  təsəvvüründə  şeylər  müxtəlif  cür  olur.  Lakin 

Protaqorun  insan  haqqında  bütün  şeylərin  ölçüsü  kimi  tezisi  həmçinin 

fərdlərə  tətbiq  olunaraq  da  belə  şərh  oluna  bilər  ki,  fərdlər  öz  xüsusi 

təcrübəsinə  malik  olaraq  və  xüsusi  situasiyalarda  olaraq,  şeyləri 

özünəməxsus  tərzdə  görürlər.  Fərd,  ayrıca  götürülmüş  insan  bütün 

şeylərin ölçüsü kimi çıxış edir. 

Həqiqətən də, dünya xoşbəxtlər və bədbəxtlər üçün eyni deyildir, 

paranoyadan  əziyyət  çəkənlərin  və  ekstaz  vəziyyətində  olanların 

dünyaları da başqa cürdür. Psixoloji nöqteyi-nəzərdən, bu fərq müəyyən 

mənada həqiqətən də mövcuddur. Amma əgər Protaqorun tezisi belə bir 

mülahizə kimi başa düşülsə ki, şeylər haqqında istənilən bilik bu və ya 

digər  perspektivdən  asılıdır,  fərdin  müxtəlif  maraqları    və  şəraitlə 

müəyyənləşir, onda bu mülahizənin onun özünə tətbiqi zamanı paradoks 

yaranır. Bu mülahizə problemin yalnız konkret fərd qarşısında dayanan 

tərəfinin ifadəçisi deyilmi? 

İnsan haqqında bütün şeylərin ölçüsü kimi olan tezis bu vaxta 

qədər  yalnız  bir  epistemoloji  müddəa  olaraq,  şeylərin  fərdə  necə 

təzahür  olması  barədə  məsələ  kimi  şərh  olunmuşdur.  Amma  onu  bir 

normativ  tezis,  yəni  normalar  haqqında  müddəa  kimi  də  şərh  etmək 

olar. İnsan hər şeyin ölçüsüdür, belə ki, şeylərin malik olduqları dəyər 

və ya əhəmiyyət bu və ya digər mənada insana aiddir. Məsələn demək 

olar  ki,  şeylər  özlüyündə  nə  yaxşı,  nə  də  pis  deyillər.  Onlar  yalnız 

ayrıca fərdə və ya fərdlər qrupuna münasibətdə belə ola bilirlər. 




 

158 


Belə  bir  nəticə  heç  də  o  demək  deyildir  ki,  xeyir  və  şər  xalis 

subyektiv  xarakter  daşıyır.  Əgər  çörək  bıçağının  yaxşı  olduğu  təsdiq 

edilirsə,  onda,  əlbəttə  ki,  bıçağın  müəyyən  keyfiyyətləri  nəzərdə 

tutulur.  Bu,  məhz  bıçaq  olaraq  yaxşıdır.  O,  çörəyi  kəsmək  üçün 

yaxşıdır. Yaxşı olan - bizim bıçaq barədə fikirlərimiz və bıçağı bizim 

hiss etməyimiz deyildir. 

Etiraz  etmək  olar  ki,  çörəyin  kəsilməsi  insan  tərəfindən  edilir 

və  onun  onu  necə  -  yaxşı  və  ya  pis  –  etməsi  insandan  asılıdır.  Belə 

cavab  vermək  olar  ki,  şeylər  çörək  kəsmək  üçün  yararlı  olub-

olmamasından asılı olmayaraq olduqları kimidirlər. 

Amma  insan  bıçağı  xüsusi  olaraq  ona  görə  düzəltmişdir  ki, 

onun köməyi ilə çörəyi kəsə bilsin. Onda şey özlüyündə, çörək bıçağı 

bir  çörək  bıçağı  olaraq  artıq  nəzərdə  tutulan  istifadəçi  tərəfindən 

müəyyənləşdirilmişdir,  burada  isə  çörəyin  yaxşı  və  pis  kəsilməsi 

mümkündür.  Bu  şeyin  özündə  artıq  onun  əsası  qoyulub  ki,  o,  çörək 

kəsmək üçün yaxşı bir bıçaq olaraq fəaliyyət göstərəcəkdir. 

Bu  qısa  müzakirədən  görünür  ki,  olduqları  kimi  olan  şeylərlə 

yaxşı və ya pis olan şeylər arasında ciddi fərq qoyma, yəni deskriptiv 

və normativ arasındakı fərq nə qədər də problematikdir. 

Normativ  sözü  adətən  normalar  haqqında,  yəni  standartlar, 

qaydalar  və  adətlər  barədə mühakimələr  kontekstində istifadə  olunur. 

Bu  standartlar,  qaydalar  və  adətlər  nəyin  necə  olmalı  olduğunu 

müəyyənləşdirir.  İnsanın  hər  şeyin  ölçüsü  olması  barədə  tezis  bəs 

bununla əlaqədar hansı mənanı ifadə edə bilər? 

Mümkün cavablardan biri belədir. Qaydalar və adətlər təbiət və 

ya 


Tanrı 

tərəfindən 

deyil, 

insanların 



özləri 

tərəfindən 

müəyyənləşdirilmişdir.  İnsani  davranışın  ölçülərini  məhz  insanlar 

müəyyənləşdirirlər. Nə müqəddəs avtoritet, nə hansısa təbii amil hansı 

etik  və  siyasi  normanın  ümumi  əhəmiyyətə  malik  olacağını 

müəyyənləşdirmir. Bunu insan edir. 

Amma,  insan  kimdir?  Bu  sözün altında  bütün  insanlarmı  başa 

düşülür?  Axı  ayrı-ayrı  fərdlər normalara münasibətdə heç  də həmişə 

razılığa  gəlmirlər.  Onda  biz  insan  haqqında  danışdıqda  kimi  və  ya 

nəyi  nəzərdə  tuturuq?  Cavabın  məzmunu,  yəqin  ki,  o  vaxta  qədər 

müəyyənləşməyəcək ki, biz fərd və tarixi-sosial icma arasında, insan 

və təbiət arasında, insani və ilahi olan arasında qarşılıqlı münasibətlər 

dedikdə nəyin başa düşüldüyünü özümüz üçün aydınlaşdırmayacağıq. 

Əgər  güman  etsək  ki,  insanlar  sosial  bütövün  həqiqətən  də  üzvi 

hissələridirlər,  təbiətin  bir  hissəsidirlər  və  ya  insani  olan  ilahi  olan 

üzərində  bərqərar  olub,  onda  insanın  normativ  məsələlərdə  avtoritet 

olması  barədə  tezis  normaların  sosiumdan,  təbiətdən  və  ya  sakral 

olandan asılı olması haqqında tezisə zidd olmayacaqdır. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə