175
dualistikdir və bu da ideyaların həqiqi varlığının və ideyaların bir
kölgəsi olan hissi varlığın bölgüsü ilə ifadə olunur; 3) ruh ölməzdir və
bir bədəndən başqa bədənə köçürülür. Platon və pifaqorçular həm
nəzəri elmə, həm dini mistisizmə və həm də asketik əxlaqa eyni
dərəcədə maraq göstərirdilər.
Platon b.e.ə. 388-ci ildə Afinada öz məktəbinin –
Akademiyanın əsasını qoydu. Bu məktəb yarıtanrı Akademin şərəfinə
adlandırılan kiçik meşənin adını özünə əxz etdi. Akademiya 900 ildən
daha uzun bir müddətdə mövcud olmuş və imperator I Yustinianın
(483-565) göstərişi ilə 529-cu ildə bağlanmışdır. Bu, Roma
imperiyasının süqutu zamanında və demək olar ki, eyni zamanda ilk
xristian monastırların yayılması dövründə baş vermişdir. Orta əsr
Avropasında mədəni institutlarının başlıca dayağı məhz monastır
icmaları idilər, əlbəttə ki, 1100–cü illərə kimi, ilk universitetlərin
(Bolonya, Paris) yaradılmasına kimi. Beləliklə, müasir universitetlərə
və "müəllim və alim olan akademiklərə" qədər davam edən fasiləsiz
ənənə öz başlanğıcını Platonun Akademiyasından götürür.
Afina Akademiyasında yalnız fəlsəfəni deyil, həm də
həndəsəni, astronomiyanı, coğrafiyanı, zoologiyanı və botanikanı
öyrədirdilər. Lakin mərkəzi yeri siyasi təhsil tuturdu. Burada təlim
mühazirələr, diskussiyalar və birgə söhbətlər üzərində qurulmuşdu.
Üstəlik, hər gün gimnastik məşğələlər də yerinə yetirilirdi.
Əsərləri. Sokrata qədərki filosofların əsərlərindən bizim
günlərə qədər yalnız fraqmentlər gəlib çatmışdır. Platondan isə
təxminən 30 kiçik və böyük dialoq və həmçinin bir sıra məktublar
saxlanılmışdır. Bundan başqa, Platona həsr olunmuş ikinci ədəbiyyat
da mövcuddur.
Platon təliminin bərpa olunmasında çətinlik onun saxlanılmış
əsərlərinin çatışmazlığı ilə bağlı deyildir, daha çox dialoqların
yazıldığı manera ilə bağlıdır. Onlarda qəti nəticələr və müddəalar
yoxdur və Platonun özü burada son dərəcə nadir hallarda təmsil
olunur. Bundan başqa, nəzərə almaq lazımdır ki, Platonun baxışları
onun həyatı boyu dəyişikliklərə uğramışdır. Platonun dialoqlarını
adətən üç qrupa bölürlər: 1) ilkin, "sokratik" dialoqlar; 2), Platonun
yetkin doktrinalarını əks etdirən dialoqlar (buraya Dövlət aiddir) və 3)
son dialoqlar, buraya Qanunlar aiddir.
Platon vermək istədiyi məlumatın ötürülməsində meydana
çıxan çətinlikləri aşağıdakı qaydada şərh edir. "... O, (fəlsəfə) başqa
bilik sahələri kimi şərh oluna bilmir; amma onun predmeti və həyatı
barədə uzun sürən söhbətdən sonra ruhda birdən-birə sanki alov
püskürür... " (Yeddinci məktub 341). Platon inanmır ki, öz qəlbinin
dərinliklərində olan biliyi fəlsəfəni dadmayan insana verə bilsin.
176
Fəlsəfi anlama aparan yol uzundur və çətindir. O, çoxlu vaxt və böyük
səy tələb edir. Bu yolda digər həqiqət axtarıcıları ilə müzakirə və
söhbətlər zəruridir. Amma hətta o zaman da biz həqiqətə biliyin
proqramlaşdırılmış təlim prosesində əldə olunmasında olduğu kimi
avtomatik olaraq yetişmirik. Həqiqət ruhda işığın çaxmasına bənzəyir.
Platonun təsdiq etdiklərinə ciddi yanaşaraq, onlardan iki nəticə
çıxarmaq olar. Bunlardan birincisi bizim fəlsəfi problemləri nəzərdən
keçirmə üsulumuzun xarakteristikasına, ikinci isə - biliyin və
müdrikliyin əldə olunmasını müşayiət edən əlamətlərə aiddir. Bizim
müraciət etdiyimiz pedaqoji sadələşdirmələr əlbəttə ki, son dərəcə
qeyri-platonik olacaqdır! Amma onlar, ümid edək ki, müdrikliyə
aparan yolun seçilməsi işində bizə yardım göstərəcəklər.
Platona görə, bu yol əzmkarlıq və əmək tələb edir. O, heç bir
zaman tədris prosesində olduğu kimi başa çatmır, nə imtahanla, nə də
başqa bir hadisə ilə. Bu yol bizim öz həyatımızdır. Başqaları ilə birgə
əldə etdiyimiz həqiqət bizimlə birgə addımlamayanlara sadəcə olaraq
ötürülə bilməz. Həqiqət bu yolu getməyənlər üçün əlçatmazdır.
Deməli, biz deyə bilərik ki, Platon "yolun, həqiqətin və həyatın"
vəhdətini təsdiq edir.
Bilik və varlıq
Biz artıq demişdik ki, Sokrat obyektiv biliyi bizim insan və
cəmiyyət barədə anlayışlarımızın tənqidi analizi və aydınlaşdırılması
yolu ilə əldə edə biləcəyimizə inanırdı. Bu, hər şeydən öncə, nemət,
fəzilət, ədalət və idrak anlayışlarıdır. Konseptual analizin köməyi ilə
aşkar etmək olar ki, deyək ki, ədalət və fəzilət həqiqətən də
mövcuddur.
Əgər
biz
hansısa
əməlin
yaxşı
olduğunu
müəyyənləşdirmək istəsəydik, onu nümunə ilə və ya norma ilə, yəni
fəzilətlə müqayisə etməli olardıq. Əməl fəzilətə cavab verdiyi ölçüdə
yaxşıdır. Biz ümumi və dəyişməz olana fəzilət və ədalət kimi ümumi
anlayışlara tərif vermək yolu ilə üz tuturuq. Lakin bundan nə nəticə
çıxır? Bizim müraciət etdiyimiz ümumi nədir? O, obyektiv
mövcudluğa malikdirmi? Biz onu ətrafımızda müstəqil olaraq mövcud
olan bir obyekt kimi göstərə bilərikmi? Və ya o, bir və ya bir neçə
insani subyektdən kənarda mövcud olmayan nəsə bir zehni
obyektdirmi? Oxşar suallar Sokratın konseptual analizi və ümumi etik
normaların mövcud olması barədə mülahizə ilə əlaqədə də yaranır.
Yuxarıda qeyd olunmuşdur ki, ümumi etik-siyasi normaların
fəlsəfi olaraq əsaslandırılması məsələsində Sokrat, görünür ki, kifayət