177
qədər dəqiq mövqe tutmamışdır
56
. Həmçinin deyilmişdir ki, Platona
görə, cavabı fəzilətin ideya (yunanca,
eidos, idea) kimi anlamı verir.
İdeyalar nəzəriyyəsi bununla bağlı olaraq "obyektiv" etikanın əsas
müdafiə vasitəsi kimi nəzərdən keçirilə bilər. Platon onun köməyi ilə
sofistlərin relyativizminin Sokrat tərəfindən həyata keçirilən tənqidini
əhəmiyyətli dərəcədə gücləndirir.
Müəyyən şübhə də mövcuddur ki, Platon əslində "Platonun
ideyalar nəzəriyyəsinə" sadiq idimi? Axı bu nəzəriyyənin əleyhinə
ciddi arqumentləri onun özü irəli sürmüşdü. Mümkündür ki, Platon
"platonik" olmaqdan daha çox "neoplatonik"dir və bir "neoplatonik"
olaraq da Avqustinə bənzəyir. Unutmamaq vacibdir ki, Platonun öz
mövqeyi də inkişaf etmişdir. Əvvəlcə, anlayışların aydınlaşdırılması
və anlaşılması üzərində işləyərək, Platon Sokrata yaxın idi (sokratik
dialoqlar). Sonra Platon sübut etməyə çalışdı ki, ideyalar müstəqil
mövcudluğa malikdirlər. Bu onu ideyalar nəzəriyyəsinin formulə
edilməsinə gətirib çıxardı (məsələn, Dövlət dialoqunda). Nəhayət,
Platon, anlayışların və ümuminin analizi ilə bağlı problematikanın
daxili dinamikası ilə ilhamlanaraq dialektik epistemologiyanı irəli
sürdü (Parmenid dialoqu).
Platonun əslində nəyi nəzərdə tutması barədə müxtəlif şərhlər
mövcuddur. Aristotelə görə, o, ideyalar haqqında təlimin nəzəriyyəçisi
idi. Verner Yegerin (Werner Jaeger, 1888-1961) fikrinə görə
57
isə, o,
humanist idi. (
Paideia adlanan ənənə insani şəxsiyyətin harmonik
fiziki və mənəvi təşəkkülü ilə bağlı olan ümumi təhsili və tərbiyəni ön
plana çəkir. - S. K.) Neoplatonist ənənəyə uyğun olaraq isə, Platon
ifadə oluna bilməyəni öz dialoqlarının strukturunda təqdim etməyə
çalışan dialektik-rasional spiritualist idi. Bu və ya digər şərhin fəlsəfi
əhəmiyyəti ilə bağlı da həmçinin müxtəlif nöqteyi-nəzərlər
mövcuddur.
Bundan sonra biz Platonun fəlsəfi baxışlarının inkişafına və
platonşünaslığın müxtəlif istiqamətlərinə toxunmayacağıq və ideyalar
haqqında təlim problematikasının kifayət qədər sadə təsviri ilə
məhdudlaşacağıq.
İdeyalar nəzəriyyəsi naturfəlsəfi təlimlərə oxşar olaraq şərh
oluna bilər, naturfəlsəfi təlimlər üçün başlıca məsələ isə ontoloji
56
Baxın. İqtibas 1 Fəsil 1.
57
Bax. W.Jaeger. Paideia: The Ideals of Greek Culture. 3 Vols. Oxford, 1939-
1944. Русский перевод второго тома Bax. В. Йегер. Пайдейа. Перевод;
М. Ботвинника. - М., 1997; W. Jaeger. Dieplatonische Philosophic als
Paideia. - In W. Jaeger. Humanistische Reden und Vortibge. - Berlin, 1960. -
S. 142-157. - С. К. və В. К.
178
məsələ idi: "Real olaraq mövcud olan nədir?" sualına Sokrata qədərki
filosofların cavabı müxtəlif elementlərin və ya ilk başlanğıcların
mövcudluğu müddəası idi. Pifaqorçular və onlara oxşar digər
filosoflar strukturun və ya formanın mövcudluğunu irəli sürürdülər.
Platon elə bunu da ideya adlandırdı. Məhz ideyalar ilkin reallıq, yəni
substansiya kimi qəbul olunurdu.
İdeyalar haqqında təlimi anlaşıqlı etmək üçün adi həyati
situasiyanı nəzərdən keçirək. Tutaq ki, biz belin köməyi ilə xəndək
qazırıq və bizim tanışımız bizdən nə etdiyimizi soruşur. Çox yəqin ki,
biz cavab veririk ki, "xəndək qazırıq" və ya "bellə torpağı kənara
tullayırıq". Bizim nə etdiyimiz barədə sual riyaziyyat dərsində də
verilə bilər. Lakin ona cavab vermək daha çətindir. Ona aşkar bir
tərzdə qanaətləndirici olmayan cavabları da vermək olar, məsələn
"qələmlə kağız üzərində yazırıq" və ya "təbaşirlə yazı lövhəsinə
yazırıq". Axı bizim ingilis dili və ya rəsmxət dərslərində nə etməyimiz
barədə suala da dəqiqliklə eyni cavabı vermək olar. Bu da aydındır ki,
biz riyaziyyatla məşğul olanda və qrammatikanı öyrənəndə "eyni" şeyi
etmirik. Bu halların hər birində müxtəlif fənləri öyrənirik. Amma,
məsələn, riyaziyyat bir fənn olaraq nədir? Buna belə cavab vermək
olar ki, riyaziyyat - "anlayışlar sistemidir". Belə cavab verərək, biz
ideyalar haqqında təlimə doğru aparan yola qədəm qoymuş oluruq. O,
təsdiq edir ki, hislərlə qavranılan şeylərdən (təbaşir parçası, mürəkkəb,
kağız, yazı lövhəsi və i.a.), qeyri də nəsə mövcuddur ki, biz onu
hislərimizlə qavraya bilməməyimizə baxmayaraq anlayırıq. Bu «nəsə»
- "ideya"dır, məsələn, çevrə ideyası, üçbucaq ideyası və i.a.
Amma bu riyazi ideyaların həqiqətən də mövcudluğu barədə
bizim belə bir əminliyimiz haradan qaynaqlanır? Məgər doğru
deyilmidir ki, heç də bu ideyalar deyil, yalnız yazı lövhəsindəki
təbaşirin izi mövcuddur? Məgər riyaziyyat dərsi bitdikdən sonra biz
lövhəni silərkən riyazi ideyalar da yox olmurlarmı? Yoxsa, olmurlar?
Bu, doğruya oxşamır. Onda, ola bilər ki, riyaziyyat yalnız bizim öz
"daxilimizdə" mövcuddur? Amma, mümkündürmü ki, otuz şagird
riyaziyyat dərsində predmeti, məsələn Pifaqor teoremini öyrənirlər,
baxmayaraq ki, onlardan bəziləri digərlərindən daha sürətlə düşünür?
Aşkardır ki, riyaziyyat bizim öz "daxilimizdə" ola bilməz. Riyaziyyat
elə olmalıdır ki, biz onun barəsində düşündüyümüz zaman diqqətimizi
ona yönəldə bilək.
Riyaziyyatın həqiqəti ümumi əhəmiyyətə malikdir, yəni hamı
üçün mühümdür. Onlar həmçinin ayrıca götürülmüş subyektdən də
asılı deyillər. Onlar odur ki, biz hamımız "diqqətimizi onlara
yönəldirik".