183
İdrak prosesi, beləliklə, ideyaların (nəzəriyyələrin) seyr olunması ilə
hissi dünyada həyati təcrübə (praktika) arasındakı fasiləsiz qarşılıqlı
təsir (dialektika) formasında reallaşır. Biz fəzilət ideyası barəsində və
fəzilətin bizim həyatımızda nə olduğu barədə öz anlamımızı məhz
belə bir tərzdə dərinləşdiririk.
Beləliklə, fəlsəfə eyni zamanda, həm əbədi ideyalarla bağlı
olaraq ümumi xarakter daşıyır və həm də konkret həyati situasiyalarla
bağlıdır. Fəlsəfə eyni dərəcədə həm idrakdır, həm də təhsildir.
Təhsil prosesi (pedaqoji ideya) yuxarı ("işıq") və aşağı
("kölgələr səltənəti") arasında fasiləsiz səyahətdir. Elə buna görə də,
çox vaxt söylənilən belə bir fikirlə razılaşmaq düzgün olmazdı ki,
guya Platon həqiqəti həqiqətin özünün xatirinə axtarırdı. Həqiqət
qismən ideyaların anlamı ilə burada və indi hiss olunan konkret həyati
situasiyaların anlamı arasında hərəkətin gedişində dərk olunur. O,
qismən belə bir halda da dərk olunur ki, ideyaların kifayət qədər dərin
anlamına nail olan insan bu anlamı digər insanlalra bölüşmək üçün
onlara müraciət edir. Filosoflar dünyadan üz döndərən zahidlərə
oxşamamalı, ideyaları passiv olaraq seyr etməməlidirlər. Onlar, əksinə
olaraq, özləri tərəfindən əldə olunan bilikdən cəmiyyəti idarə etmək
üçün istifadə etməlidirlər. Bu mənada Platonda "nəzəriyyənin və
praktikanın vəhdəti" barədə də danışmaq olar.
Biz ideyalar haqqında təlimi tənqid etmək niyyətində deyilik.
Yuxarıda qeyd olunmuşdur ki, onun ilk tənqidçisi məhz Platonun özü
idi. Bununla bağlı yalnız iki etirazı qeyd edək. 1) İdeyalar odur ki, biz
onları məsələn, "ədalət" və «şər» kimi anlayışların köməyi ilə
göstəririk. Lakin ideyalar eyni zamanda ideallardır. Nəticədə, belə bir
dilemma yaranır. Şər bir anlayış nümunəsi olaraq özlüyündə uyğun
ideyanı nəzərdə tutur, şər ideyası "şər" anlayışının bir göstəricisi
olaraq mövcud olmalıdır. Digər tərəfdən, şər ideal deyildir, və deməli,
şər ideyası mövcud ola bilməz. 2) Hissi şeylər dəyişdikləri halda
ideyalar dəyişməzdirlər. İdeyalar haqqında təlim hissi şeyləri
ideyaların inikası kimi şərh edir – bu, Platonun mağarada dustaqlar
obrazında təsvir olunmuşdur. Mağaranın divarlarındakı kölgələr
hərəkət edən şeylərin inikası olduqları kimi, bizim tərəfimizdən
qavranılan şeylər də ideyaların inikasıdır. Lakin dəyişilən hissi şeylər
dəyişməz ideyaların necə inikası ola bilir? Məgər bu məntiqi problemə
aparıb çıxarmırmı? Əgər bu iki amil - ideyalar dünyası və hissi dünya
- əksliklər kimi müəyyənləşmişsə, düşünmək olarmı ki, onlar öz
aralarında nəsə bir ümumiliyə malikdirlər?
İdeyaların anlamı ilə konkret həyati situasiyaların anlamı
arasında qarşılıqlı münasibət barədə yuxarıda söylənilənlərdən
184
ideyalar aləmi ilə hisslər aləmi arasında Platon tərəfindən qeyd olunan
dəfedilməz fərqin problematik xarakter daşıdığı məntiqi olaraq alınır.
Platona görə, ideyalar fikrin səmasında ayrı-ayrı ulduzlar kimi
bir-birindən təcrid olunmamışlar. İdeyalar bir-biri ilə bağlıdır. Onlar
əlaqəli bir bütövü təşkil edirlər. Platon dövlətdə hansı hərəkətin
ədalətli olması barədə məsələni müzakirə edir. Söhbət ədalətli kimi
qeyd oluna bilən müxtəlif fikirləri və müxtəlif əməlləri üzə çıxarır. Bu
müxtəlif fenomenlər və təsəvvürlər, Platona görə, yalnız o zaman
"ədalətli" adlandırıla bilər ki, onların hamısı bir ümumi ideyaya -
ədalət ideyasına aiddir. Müxtəlif halların "ədalətli" kimi nəzərdən
keçirilməsini məhz bu ideya mümkün edir. Amma Platon təsdiq edir
ki, bu, o deməkdir ki, biz ədalət ideyasını digər ideyalardan təcrid
olunmuş şəkildə anlamaq iqtidarında deyilik. Ədalət ideyası yalnız
özünü göstərmir. Bir tərəfdən, o, ədaləti müdriklik, mərdlik və
mötədillik fəzilətlərinin düzgün harmoniyası kimi qəbul edir. Digər
tərəfdən, ədalət burada xeyirxahlıq ideyasından çıxış edir.
Beləliklə, ideyalar öz aralarında bir şəbəkə olaraq bağlıdırlar.
Bu səbəbdən də, Platona görə, biz ayrıca ideyanın həqiqi idrakına nail
ola bilmərik. İdeyaların dərki onların qarşılıqlı əlaqələrinin dərk
olunmasıdır, "totallıqların" dərk olunmasıdır. Lakin əgər biz həqiqi
idrak olaraq "hər bir şeyin" dərk olunmasını qəbul etsəydik, bu halda
digər bir ifrata varmış olardıq. Bütövün, ideyaların bütün daxili
əlaqələrinin belə bir anlamına insan çətin ki nail ola bilsin. Bizə yalnız
tam olmayan "totallıqlar" və ya, daha dəqiq deyilsə, ehtimal olunan
(provisional) "totallıqlar" məlumdur, belə ki, ideyaların dərk olunması
fasiləsiz olaraq davam edən hərəkət vasitəsi ilə həyata keçirilir. Onun
sanki iki ölçüsü vardır. Onlardan birincisi hadisələr dünyası ilə
ideyalar dünyası arasında qarşılıqlı keçidlərlə, ikincisi isə bir ideyadan
başqasına fasiləsiz keçidlə bağlıdır. Beləliklə, "totallıq" heç bir zaman
statik olaraq verilmiş bir göstərici olmur.
Bu şərhdən çıxış edərək demək olar ki, fəzilət ideyası ("vəhdət
ideyası")
62
başqa ideyalar sırasından seçilir, yəni, fəzilət ideyası
ideyaların həqiqi daxili qarşılıqlı əlaqəsidir.
İdeyalar arasındakı bu qarşılıqlı əlaqə, Platona görə, reallığın
həqiqi əsasıdır, bizim tərəfimizdən hislərlə qavranılan bütün ayrıca
hadisələrin əsasında yatan bazis strukturudur.
Bu, daimi olaraq öz sərhədlərindən kənara çıxan holizm (sistem
bütövlüyü, məna sahəsi) və ya dialektika Platon fəlsəfəsinin nüvəsi
adlandırıla bilər
63
.
62
Baxın. Parmenid dialoqu.