Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə90/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   86   87   88   89   90   91   92   93   ...   402

 

189 


öyrənirlər.  Bundan  sonra  onlar  on  beş  il  ərzində  idarə  etmə 

qabiliyyətlərini  mənimsəyərək  cəmiyyətin  praktik  həyatında  iştirak 

edirlər.  Onların  50  yaşı  tamam  olduqdan  və  onların çiyinləri arxasında 

40 illik təhsil, hazırlıq və təcrübə qaldıqdan sonra, bu diqqətlə, səliqə ilə, 

əsaslı  surətdə,  incədən-incəyə  toplanmış  elita  dövlətin  idarə olunmasını 

öz  əlinə  alır.  Onun  nümayəndələri  artıq  fəzilət  ideyası  barədə  biliyə, 

faktual  biliyə  və  praktik  təcrübəyə  malikdirlər,  özü  də  bütün  bunlar 

onların şəxsi biliyinə çevrilmişdir. Platona görə, indi onlar mütləq olaraq 

səlahiyyətli və  mütləq  olaraq  fəzilətlidirlər.  Məhz  bu  səlahiyyətli  şəxslər 

bütün  hakimiyyətə  malik  olmalı  və  cəmiyyətin  qalan  üzvlərini  idarə 

etməlidirlər. 

İlk  seçimdən  keçə  bilməyənlər  sənətkarlara,  əkinçilərə  və 

tacirlərə  çevrilirlər.  İkinci  seçimdən  keçənlər  idarəedənlər  və 

döyüşçülərdir. Beləliklə təhsil sistemi üç sosial sinfi törədir. Birinci – 

bütün hakimiyyətə və səlahiyyətlərə malik olan hökmdarlar sinfindən 

ibarətdir.  İkinci  sinfi  idarəetmə  və  hərbi  müdafiə  ilə  bağlı  olanlar 

təşkil  edirlər.  Üçüncü  sinfə  cəmiyyət  üçün  zəruri  olan  məhsulların 

istehsalçıları məxsusdurlar

65



Müqəddəm şərt olaraq burada insanlar arasındakı fərqlər çıxış 



edir.  Təhsil  sistemi  müxtəlif  tiplərdən  olan  adamların  seçilməsinə  və 

onların  cəmiyyətdə  uyğun  yerlərə  yerləşdirilməsinə  xidmət  edir. 

Platon  metaforik  olaraq  deyir  ki,  bəzi  insanlar  qızıldan,  digərləri 

gümüşdən, qalanları isə dəmirdən və misdən düzəldilmişlər. 

 

 

 



Sinif  

Funksiya  

Fəzilət  

Hökmdarlar 

(filosoflar) 

Hakimiyyət  

Müdriklik  

İdarə edənlər 

(mühafizlər) 

İdarə etmə 

(mühafizə) 

Mərdlik  

İstehsalçılar 

(sənətkarlar 

və əkinçilər) 

İstehsal  

Mötədillik 

(itaət) 


 

    


 

                                                



65

 Amma  Platon  köləlik  institutunu  mümkün  hesab  etdiyi  üçün  ən  aşağı  sinif 

kölələrdir (Baxın. Qanunlar, 776Ğ5- 778a5).  


 

190 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bunun ardınca Platon göstərilən üç sinfi üç ictimai funksiya və 

üç fəzilətlə qarşılaşdırır. 

Platon  bütün  adamları  eyni  dərəcədə  yaxşı  hesab  etmir. 

Məsələn,  siyasi  fəaliyyətə  heç  də  hamı  qabil  deyildir.  Lakin  o, 

güman edir ki, ümumi təhsil və tərbiyə sistemi hər bir kişiyə və hər 

bir  qadına  cəmiyyətdə  onların  qabiliyyətlərinə  uyğun  gələn  yeri 

təmin  edəcəkdir,  burada  onlar  o  ictimai  funksiyanı  yerinə  yetirə 

biləcəklər  ki,  onun  reallaşması  üçün  ən  yaxşı  bir  qaydada 

hazırlanmışlar.  Müdrikliyə  sahib  olanlar  cəmiyyəti  idarə  edəcəklər. 

Mərdlik  xüsusiyyətinə  malik  olanlar  cəmiyyəti  müdafiə  edəcəklər. 

Mötədillik  nümayiş  etdirənlərin  qayğısı  isə  cəmiyyət  üçün  zəruri 

olan  məhsulları  istehsal  etmək  olacaqdır.  Hər  bir  insan  ən  yaxşı  bir 

tərzdə  yerinə  yetirə  bildiyi  işlə  məşğuldursa,  onda  bütün  sosial 

funksiyalar  Platona  görə  ən  yaxşı  bir  qaydada  reallaşırlar  və 

cəmiyyət də ədalətli olur. Ədalət cəmiyyətlə bağlı olan fəzilətdir

66

 və 


aşağıdakı üç fəzilətin harmoniyasıdır. 

 

1. Müdriklik 



2. Mərdlik                                       Ədalət 

3. Mötədillik (itaət) 

 

Əlavə etmək lazımdır ki, bu ideal cəmiyyətin yalnız nəzəri və 



əxlaqi  tələblərindən  çıxış  edilərək  düşünülməmişdir.  Ədalətli 

cəmiyyət  -  tələbatların  qarşılıqlı  ödənilməsi  üçün  olan  cəmiyyətdir. 

                                                

66

 Sokrat  Polemarxa  müraciət  edərək  onun  bu  barədə  fikrini  soruşur  ki, 

Simonidin  ədalət  barədə  söylədiyi  sözlərdən  hansı  düzgündür.  Polemarx 

cavab  verir:  "Ədalət hər  bir kəsə layiq  olduğunu vermədir. Mənə  ən azı  elə 

gəlir ki, bunu o, gözəl demişdir" (Dövlət 331e).  



 

191 


Müdriklər  düşünürlər,  mərdlər  müdafiə  edirlər  və  mötədillər  istehsal 

edirlər.  Müxtəlif  insanlar  müxtəlif  qabiliyyətlərə  (fəzilətlərə)  malik 

olduqlarından  bu  qabiliyyətlərə  uyğun  olaraq  müxtəlif  ictimai 

funksiyaları  yerinə  yetirirlər.  Onlar  bir-birini  tamamlayırlar.  Bununla 

da,  hər  kəs  təbii  tələbatların  (yəni  o  tələbatların  ki,  Platon  bunları 

şəhər-dövlət  üçün  təbii  hesab  edirdi)  ödənilməsində  iştirak  edir.  Bu 

müddəada  əmək  bölgüsü  və  siniflər  nəzəriyyəsinin  rüşeymi  vardır. 

Platon  əmək  bölgüsünü  və  sinifləri  cəmiyyətə  təbiət  və  ya  ali  nizam 

vasitəsi  ilə  xas  olan  bir  şey  kimi  nəzərdən  keçirmir.  O,  əmək 

bölgüsünü  və  sinfi  təbəqələşməni  cəmiyyət  üzvlərinin  ictimai 

effektivliyi  və  müxtəlif  qabiliyyətlərə  malik  olması  mülahizələrindən 

çıxış edərək əsaslandırmağa səy edir. 

Beləliklə,  Platon  əmək  bölgüsünü  effektivlik  mülahizələri  ilə 

əsaslandırır.  Əgər hər  bir kəs  özü üçün zəruri  olan hər  şeyi  -  qidanı, 

geyimi,  evi  və  i.a.  -  özü  şəxsən  istehsal  etsəydi,  bu,  son  dərəcə 

əlverişsiz  olardı.  İxtisaslaşma  hamı  üçün  daha  yaxşı  nəticələri  təmin 

edir.  Hər  şeydən  əlavə, hər  bir  kəs  yalnız  bir  sənətlə  məşğuldursa,  o, 

çəkməçi  də  olsa,  bənna  da  olsa,  heykəltəraş  da  olsa  özünü  daimi 

olaraq  təkmilləşdirir.  Bu,  onun  qarşısında  çoxlu  işlərlə  məşğul  olan 

adama nisbətin mükəmməlliyin daha yüksək standartlarına nail olmaq 

imkanlarını  açır.  İxtisaslaşma  kamilliyə  aparır.  Prinsipcə,  kamillik 

ixtisaslaşma olmadan da yer ala bilərdi, əgər insanlar əlbəttə ki, eyni 

qabiliyyətlərə malik olsaydılar. Lakin insanlar müxtəlif qabiliyyətlərə 

və  müxtəlif  istedadlara  malik  olduqları  üçün,  hər  bir  insanın  təbii 

qabiliyyətlərinə  daha  yaxşı  cavab  verən  məşğuliyyət  növündə 

ixtisaslaşması faydalıdır (Dövlət, 370 a-d). 

İxtisaslaşma  ticarətlə  bağlıdır.  Çəkməçi  əkinçiyə  ayaqqabı 

satır, əkinçi isə çəkməçiyə  – ərzaq məhsullarını. Hər bir professional 

qrup  başqalarından  asılıdır.  Artıq  qeyd  olunduğu  kimi,  Platon  əsas 

olaraq  istehsalçılar,  müdafiəçilər  və  hökmdarlar  qruplarını  ayırır. 

Onlardan  hər  biri  xüsusi  fəaliyyət  formaları  ilə  fərqlənən  çoxsaylı 

professional  altqruplardan  ibarətdir.  Bir-birini  qarşılıqlı  olaraq 

tamamlayan  ixtisasların  oxşar  əmək  bölgüsü  effektivliyi  əhəmiyyətli 

dərəcədə  təmin  edir.  Elə  buna  görə  demək  olar  ki,  bütün  ictimaiyyət 

üçün  zəruri  olan  fəaliyyət  növləri  eyni  dərəcədə  vacibdir.  İdeal 

dövlətdə  əmək  bölgüsü  özünə  müəyyən  bir  yer  alır,  amma  burada 

cəmiyyətin siniflərə iyerarxik bir qaydada bölünməsi bir prinsip olaraq 

yoxdur. 


Platon  belə  hesab  etmişdir  ki,  bəzi  ictimai  vəzifələr  və 

ixtisaslar digər ictimai vəzifələrə və ixtisaslara nisbətən daha vacibdir. 

Təfəkkür  idarəetmədən,  idarəetmə  isə,  öz  növbəsində,  istehsaldan 

daha  mühümdür.  Keyfiyyət  etibarı  ilə  müxtəlif  olan  fəaliyyət 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə