166
biliyin üç xüsusi tipini ayırmaq olar, bu tiplər, bununla belə onun üçün
ayrılmaz idilər. Bilik, əvvəla – bizim özümüz barədə və içərisində
olduğumuz situasiyalar barədə bilikdir. Sokrat üçün səciyyəvi olan o
idi ki, o, oxşar biliyi təcrübəyə müraciət yolu ilə axtarmırdı. O, bu
biliyi, başlıca olaraq, insan və cəmiyyət haqqında bizim artıq malik
olduğumuz tutqun anlayışların aydınlaşdırılması və analizi
(konseptual analiz) vasitəsi ilə əldə etməyə çalışırdı. Onların sırasına
ədalət, mərdlik, fəzilət və yaxşı həyat anlayışları aiddir
48
. Amma bu,
azdır.
Fəzilət bizim yaşamamalı olduğumuz kimi yaşadığımızı ifadə
edir. Burada biz məqsədlər və ya dəyərlər barədə danışırıq, onlar
haqqında biliyi isə eksperimental və ya formal elmlərin köməyi ilə
əldə etmək mümkün deyildir. Başqa sözlə, biz fəziləti (yunanca, to
agathon) anlamalıyıq, normaları başa düşməliyik, yəni normativ
anlama nail olmalıyıq. Amma bütün bunlar da hələ ki, kifayət deyildir.
Bilik insanla "bir" olmalıdır, yəni elə bilik olmalıdır, ki, insan
həqiqətən də onun tərəfdarıdır, elə olmalıdır, ki, insan onun barəsində
onun tərəfdarı olduğunu deyir
49
.
Beləliklə, bilik üçlüyün vəhdətidir: 1) faktual bilik (nə varsa,
onun barəsində); 2) normativ bilik (nələrin olmalı olması barədə) və 3)
insanın həqiqətən də müdafiə etdiyi bilik.
Bu bölgü müəyyən bir dəqiqləşdirməni tələb edir. Sokrat biliyi
anlayışların aydınlaşdırılması yolu ilə özünüdərk kimi nəzərdən
keçirirdi. Bu, həm bir insani varlıq olaraq və həm də cəmiyyətin bir
üzvü olaraq özünüdərk idi. Bu halda Sokrat belə hesab edirdi ki,
konkret insanın artıq malik olduğu bilik aydınlaşdırılmalı və onun öz
yerinə yerləşdirilməlidir. Belə halda, özünüidrak biliyin yuxarıda qeyd
olunmuş üç aspektinin müəyyən qaydada birləşdirilməsi olacaqdır.
Sokratın bu şərhin çərçivələri daxilində sofistlərə etirazı biliyin
yuxarıda qeyd olunmuş aspektlərindən ikincisi ilə bağlıdır. Ümumi
nemət xarakterini daşıyan nə isə mövcuddur! Və bu ümumi nemət
dərk olunandır.
Sokrata görə, ədalət, mərdlik, xeyir, həqiqət, reallıq və i.a.
anlayışların dialoq prosesində analizinin köməyi ilə meydana çıxan
anlam möhkəmdir və dəyişməzdir. Biz şeylərin əslində necə olması
48
Burada biz sosial elmlərdə iki tədqiqat istiqaməti barədə danışırıq: empirik
yönümlü və nəzəri yönümlü. Sokrat ikiciyə, yəni nəzəri istiqamətə məxsus idi,
konseptual analiz yönümlü idi.
49
Bu fərq psixoanaliz praktikası ilə təsdiq olunur. Bir qayda olaraq, xəstəyə
psixoanalitikin onun barəsində dediklərini təkrar etmək ona az kömək edir,
əgər bu, xəstənin həqiqətən hiss etdikləri deyilsə.
167
barədə həqiqətə anlayışları təhlil edərək nail ola bilərik. Bu, həm
mövcud olan şeylər barədə biliklərə, həm də məqsədlər və dəyərlər
barədə (nəyin fəzilətli və ədalətli olması və nəyin edilməli olması
barədə) biliklərə aiddir.
Biz bilmirik, Sokrat hesab edirdimi ki, insan belə bir nemətə
yalnız zəkanın köməyi ilə, anlayışları təhlil edərək tam nail olmaq
iqtidarındadır. Bəzən Sokrat deyirdi ki, onunla onun daxili səsi danışır.
O, bunu demon (daimon) adlandırdı. Bu addan yunanlar insani həyata
və təbiətə təsir göstərə bilən şəxsləndirilməmiş ilahi qüvvəni ifadə
etmək üçün istifadə edirdilər. Görünür ki, Sokrat etikanın son
əsaslandırılmasını yalnız zəkanın deyil, həm də ilahi müdrikliyin
köməyi ilə verməyə çalışmışdır. İlahi müdrikliyə nüfuz etmənin yolu isə
intuitiv yoldur. (Platon ideyalar nəzəriyyəsindən məhz bu yerdə istifadə
edir: fəzilət bir ideya olaraq mövcuddur.) Sokrat öz söhbətlərində
demək olar ki, heç bir zaman belə bir mülahizədən uzağa getməmişdir
ki, o, öz vicdanının tələblərinə əməl edir. Demonun onu nədən ümumi
əxlaqa çəkməsi haqqında məsələ əsasən açıq qalmışdır.
Sokrat əxlaqın təbiəti barədə ontoloji suala, mümkündür ki,
qəti fəlsəfi cavab verməmişdir, lakin o, əxlaq probleminin
epistemoloji
fundament
üzərində qoyulmasına mühüm təsir
göstərmişdir, yəni: xeyir işlər görmək üçün xeyrin nə olduğunu bilmək
zəruridir. Sokrata görə, xeyir ümumi anlayışdır. Deməli, xeyir,
xoşbəxtlik, nemət və i.a. kimi ümumi anlayışların konseptual analizi
düzgün, fəzilətli həyat üçün mühümdür. Axı xeyir əməl törətmək onu
nəzərdə tutur ki, biz bunun ümumi etik anlayışları təmsil etdiyini
bilirik. Ayrıca götürülmüş istənilən əməl onu bu universal etik
anlayışlara aid etmək yolu ilə qiymətləndirilir. Bu anlayışların
ümumiliyi həm həqiqi biliyə (xüsusi və təsadüfi biliyə deyil, məhz
ümumi biliyə), həm də obyektiv (hamı üçün ümumi əhəmiyyətə malik
olan) əxlaqa təminat verir.
İnsanlarla söhbət edərkən Sokrat çalışırdı ki, onları həm öz
əməlləri və həyati situasiyaları barədə düşünməyə və həmçinin də
onların öz hərəkətlərini və sözlərini müəyyənləşdirən əsas prinsiplər
və görüşlər barədə fikir yürütməyə məcbur etsin. Obrazlı şəkildə
deyilsə, Sokrat insanları "oyatmağa" çalışmışdır. Belə yanaşma biliyin
üçüncü aspektinə uyğun gəlir. Sokrat sanki bir psixiatr kimi, insanlarla
söhbət edərkən, yalnız onunla kifayətlənmirdi ki, onlar eşitdiklərini
lazım olduğu səviyyədə anlamadan təkrar etsinlər. Sokratın dialoq
aparma manerası ilə istiqamətlənən söhbətin məqsədi mamaça
sənətinin məqsədinə bənzəyirdi. Sokratın məqsədi onda idi ki, öz
müsahibinin qəlbindən indi "şəxsi bilik" adlananı çıxara bilsin.