209
məxsus olduğu totallıqdan kənarda müzakirə etmək problematikdir.
Bundan da daha çox deyilsə, bu eyni arqumentdən iki və ya daha çox
müxtəlif kontekstlərdə danışmaq daha çox problematikdir.
Burada biz ayrıca aspektlərlə (arqumentlərlə, anlayışlarla)
onların məxsus olduqları fəlsəfi təlim arasında daxili əlaqə barədə
məsələyə toxunuruq. Ayrıca aspektlərlə onların məxsus olduqları
fəlsəfi təlim arasında daxili qarşılıqlı əlaqə xüsusi arqumentlərin və ya
tezislərin təcrid olunmasını, eyniləşdirilməsini və müqayisəsini
problematik edir. Elə buna görə də, fəlsəfə tarixində müxtəlif
sistemlərin müqayisəsi müəyyən mənada o qədər də etibarlı deyildir.
Bu da təcrid olunmuş mövzuların bütün sxematik təsvirlərinə tətbiq
oluna bilər. Elə buna görə də, hər bir sistemə müəyyən qədər nüfuz
etmə, onun müqəddəm şərtlərinin dərinliklərinə varma və xüsusən də
ilk mənbələrin oxunması fəlsəfənin öyrənilməsinin ən düzgün
metodudur.
Platon, ənənəvi şərhə uyğun olaraq, belə hesab edir ki, ideyalar
odur ki, onlar həqiqətən də mövcuddurlar, Aristotel isə təsdiq edir ki,
müstəqil olaraq mövcud olanlar ayrı-ayrı şeylərdir və ya - Aristotelin
öz terminologiyasında - substansiyalardır
81
. Eyfel qülləsi, qonşunun iti
və bu karandaş ayrıca şeylərin nümunələridir və ya Aristotelin
anladığı mənada substansiyalardır. Bütün bunlar müstəqil olaraq
mövcuddurlar. Eyni zamanda Eyfel qülləsinin hündürlüyü, itin qara
rəngi və karandaşın altı tilli kəsiyi isə xassələrdir və bu xassələr
qüllədən, itdən və karandaşdan asılı olmayaraq mövcud deyillər.
Substansiyalar xassələrə malikdirlər və xassələr substansiyaların
xassələri kimi mövcuddurlar. Xassələr substansiyadan kənarda hansısa
müstəqil mövcudluğa malik deyillər.
Biz müxtəlif sarı predmetlərə baxa bilərik və «sarı» xassəsi
barədə danışa bilərik. Bu, başqa obyektlər və onların xassələri üçün də
mümkündür. Amma, Aristotelə görə, bu, "sarı" xassəsini müstəqil
olaraq mövcud olan ideyaya çevirmir. "Sarı" xassəsi yalnız sarı
şeylərdə mövcuddur, çünki sarı şeylər mövcuddurlar.
Uyğun olaraq, biz bizə məlum olan atlara baxa bilərik və onlar
barədə bir at olaraq danışa bilərik. O zaman ki, biz ayrıca atlardan
bütün fərdi və təsadüfi xassələri ayıraraq tullayırıq, belə olduğu halda
biz bütün atlar üçün xarakterik olanı saxlamış oluruq. Bu halda onların
ala və ya qara olması, kök və ya arıq olması, sözəbaxan və ya tərs
81
"Substantia" – yunan sözü olan "ousia"nın latın ekvivalentidir. Sonradan
biz görəcəyik ki, substansiya termini Dekart və Spinoza kimi başqa filosofların
da təlimlərində mühüm rol oynamışdır. Amma onlar ona tamamilə başqa
məna vermişlər.
210
olması bir o qədər də mühüm deyildir. Bizim atın nə olduğunu
düşündüyümüz zaman bütün bu xassələr qeyri-mühümdür. Lakin
digər xassələr də vardır ki, at onlarsız at ola bilməz, məsələn, məməli
olmaq və dırnaqlara malik olmaq xassələri. Belə xassələr mühüm
adlanırlar - onlar substansiyaların verilmiş növünü- səciyyələndirəni
ifadə edirlər. Mühüm və qeyri-mühüm xassələrin arasındakı fərqlərin
köməyi ilə biz növ anlayışını irəli sürə bilərik. Məsələn, "at" növü
atların malik olduqları mühüm xassələrdən ibarətdir.
Aristotel təsdiq edir ki, substansiya odur ki, o, həqiqətən də
mövcuddur. Amma xassələr və növlər nisbi mövcudluğa malikdirlər,
çünki onlar substansiyalarda və ya substansiyalarla (ayrıca şeylərlə)
mövcuddurlar. Burada illüstrasiya olaraq belə bir sxem təqdim oluna
bilər.
Qəhvəyi qapı / Qəhvəyi = ayrıca şey / xassələr və növlər =
müstəqil mövcud olma / nisbi mövcud olma b.k.s.120
Bu mənada Aristotel ideyaları şeylərə «yükləyir», xassələri və
növləri isə ayrıca şeylərdə mövcud olma ilə əlaqələndirir.
İlk baxışda Aristotel tərəfindən irəli sürülən fərq sadə və
anlaşıqlı görünür. Amma o zaman ki, biz ona daha yaxından baxırıq,
o, tez bir zamanda mürəkkəbləşir. Əgər müstəqil olaraq mövcud olan
ayrıca obyektdən nisbi mövcudluğa malik olan bütün xassələr
uzaqlaşdırılsa, belə halda onda nə qalmış olar?
Platon və Aristotel arasındakı münasibəti sxematik olaraq belə
xarakterizə etmək olar.
Həm Platon, həm də Aristotel güman edirlər ki, konseptual
sözlər (məsələn, "qırmızı", "dəyirmi" və i.a. kimi xassələrin adları və
"at", "insan" və i.a. kimi növlərin adları) nəyinsə mövcud olduğunu
göstərir. Amma Platon belə hesab edir ki, bu "nəsə" "ideyalardır",
onlar hissi fenomenlər "arxasında" mövcuddurlar. Biz deyirik ki, bu
stuldur və bu stul göydür, amma bunu görmək üçün, biz artıq "stul"
ideyasına və "göy" ideyasına malik olmalıyıq. Məhz ideya bizə imkan
verir ki, fenomenlərdə onların nə olduqlarını görək, məsələn, bir "stul"
olaraq, "göy" olaraq. Əksinə, Aristotel təsdiq edir ki, bu "nəsə" -
hisslərlə qavranılan hadisələrdə mövcud olan "formadır". Lakin bunu
həddindən artıq hərfi mənada başa düşmək lazım deyildir. Aristotelin
fikrinə görə, biz universalı və ya formanı yalnız zəkanın köməyi ilə
dərk edə bilərik. Konkret at üçün nəyin unikal olduğundan
abstraktlaşaraq, biz «at» ümumi formanı qavramaq iqtidarında oluruq.
Lakin biz hissi olaraq konkret atı qavrayırıq, amma «at» forması isə
konkret atda həqiqətən də mövcud olsa da, biz hissidən və xüsusidən
yalnız mücərrədləşə bilərik.