Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

Türk yazar, filosof, iqtisadçı və tarixçi Şevket Süreyya Aydemir (d. 
1897, Edirne - ö. 25 Mart 1976) “Makedonya'dan Ortaasya'ya Enver Paşa 
(biyografi” ) əsərində Ənvər Paşanın unudulmaz şəhadət anlarını belə anladır: 
"4 avqust 1922-ci il tarixi. Qurban Bayramının birinci günüdür. 
Ənvər Paşa dəstəsində qalanların evin önündə toplanmasını və onların 
bayramını qutlayacağını söyləyir. Toplanılır. Son döyüşlərindən sonra sağ 
qalan əsgərlərinə dualarını, təbriklərini bildirir və özlərinə də bir miqdar 
para verir. Əsgər başçılarına isə: -bildiyiniz kimi sizlərə veriləcək daha heç 
nəyim yoxdur,- söyləyərək, bu müştərək mücadilələrin xatirəsi olaraq öz 
möhür və imzası ilə hamısına bəlgələr və rütbələr verir. 
Balcevan bəyi Devletment bəy də Ənvər Paşaya altın və gümüş 
işləməli bir çapan, ipəkli cübbə ilə bir sarıq hədiyyə edir. Hər kəs bu 
hüzünlü Qurban Bayramının havası içindədir. Çünki bilinir ki bu günlər 
artıq son bərabərlik günləridir. Arxadan və çevrədən isə düşmən birlikləri 
irəliləyir. İnsan yaşayan son kənddədirlər. Şərqdə Pamir dağlarının 
keçilməz qarlı dağlarıdır. Kəsilən qurbanların torpağa axan qanları hələ 
təzədir. 
Elə bu törən əsnasında vadinin Hakiyan dərəsi ilə Çeğan təpəsi 
istiqamətindən silah səsləri gəlir. Bu bir basqındır və törən yerindəki 
qələbəlik, əliyalın günahsız insanlar, qoca, qadın, körpələr basqınçıların 
pulemyot atəşləri altında məhv ola bilər. Bunu dərhal anlayan Ənvər Paşa 
o anda həmən atlanır. Silahdaşları onu salamat aradan çıxarmaq üçün dil 
töksələr də, Ənvər Paşa :-“bir yerdə döyüşdük, bir yerdə öləcəyik”, - 
deyərək Osmanlı ordusunun generalı uniformasında əsgərlərini döyüşə 
aparır. Dörd- beşi də Osmanlı türklərindən olmaqla 25 atlı da onun kimi 
dərhal atların belinə qalxırlar, Çeğan təpəsinə tərəf yönəlirlər. Çegan 
Abıdərya suyunun quzey sırtları səmtindədir. Alt səmtdə Hakiyan dərəsi 
boyu vadi uzanır. Çeğan Balcevana (yaxud Belhi Cevan) 15 kilometrə qədər 
şərqdədir. Təpədə özlərinə səngər qurmuş pulemyotlu düşmən bölüklərinə 
qarşı  aşağı vadidən və ancaq atlar üstündə siyrilmiş qılınclarla hücuma 
keçən az bir fədai süvari qrupunun sonu bəllidir. Ənvər Paşa hər zamankı 
kimi yenə öndədir. Atını ildırım kimi sürür. Qılıncıyla havanı yararaq irəli 
cumur. Yanındakılar da ondan geri qalmırlar. 
Bir Komandanın, bir Başkomandanın, bir basqın dəstəsinə qarşı ən 
öndə və atla, qılıncla qarşı çıxışı, əsgəri savaş üsullarına sığmaz. Amma 
burada artıq əsgərlik deyil, yolun sonu, son həmlə və gözlənən  son, burda 
son iş labüd ölüm və şəhadətdir, təslim olmaqdan söhbət belə gedə bilməz. 
İndi bütün yollar qapalıdır və 1908-ci ildə Makedoniya dağlarında başlayan 
qəhrəmanlıq sərgüzəştləri artıq Himalay dağlarının quzey silsilələrini təşkil 
edən Pamir ətəklərində igidliklə sona yetəcəkdir. 


Elə də olur. Ceğan təpəsində atəş saçan Kulikov komandası 
pulemyotlarının üzərinə yalın qılınclarla hücum edən bu 25 süvarinin ağıla 
sığmaz hücumu  qarşı tərəfdə, hətta şaşqınlıq da yaradır. Bu qılıncların 
altında yaralananlar, təslim olanlar belə ola bilir, öndəki pulemyotçulardan 
hansısa susdurulur da, amma atəş kəsilməz ki bununla. Daha arxadakı 
ikinci pulemyot atəşini ən öndə irəliləyənlərin üzərində yoğunlaşdırır. 
Bunların ən önündə də Ənvər Paşa vardır. Beləcə, çağdaş pulemyot 
ortaçağın ünlü silahı olan qılıncı yenir. Ənvər Paşa vurulur. Atından 
düşür. Onunla bərabər diğərləri də yerlərə sərilirlər. Paşanın qır atı Derviş, 
bütün bu cür səhnələrdə olduğu kimi, əfəndisinin başı üstündədir. Amma 
pulemyotun sürəkli atəşləri davam edirlər, onlar önündəkinin kim 
olduğunu yaxşı bilirlər, nə zamandı ki ac canavarlar kimi onu izləyirlər. 
Derviş də öncə ön iki ayağı üzərinə çökür. Sonra yana çevrilir. O da sevgili 
savaş arkadaşının böyrünə sıxılaraq son nəfəsini verir. 
Çeğan təpəsinə arxadan güclü yardımçıların gəlməsi mümkünsüzdür
qüvvələr tükənib. Amma bu yerlərdki  Buxara bəylərinin ən vəfalı, sadiq və 
ən igid olanı Balcevan bəyi Devletment kəndə bir az gec yetişmişdi. Çox 
sevdiyi Paşasının Çeğana saldırdığını öyrənincə, heç kəsi gözləmədən 
həmən sürətlə atına atlanır. Son savaş səhnəsinə yetişir. Və Devletment 
bəyin də cəsədi bu təpədə Paşasının yanındaca torpağa sərilir."  
Həmin döyüşdə şəhid olan Ənvər Paşanın sənədləri və üstündəki 
silahlar Daşkəndə, sonradan isə Ermitaja göndərilir. Bolşevik hökuməti və 
ermənilər əmin olmalıydılar ki, adı ilə onların canına qorxu salan, xalqı 
mücadiləyə ruhlandıran Ənvər paşa daha cismən yoxdur. Bu böyük qəhrəman 
əsgər 42 yaşında Türklük idealı uğrunda şəhid düşdüyü Türküstan 
torpaqlarında digər şəhidlərlə birlikdə Abıdərya çayı kənarında və vadisindəki 
Abıdərya kəndində bir pınarın başındakı ceviz ağacının altına gömülür və 
Türküstan yenidən özgürlüyünə qovuşuncaya qədər burada inadla gözləyir, 
sovetlər dönəmində qeyrətli insanlar tərəfindən məzarının yeri, nəşi tam yeddi 
dəfə dəyişilərək cansız cismini də rahat buraxmaq istəməyən ermənilərdən 
gizlədilir. İdeallarının gerçəkləşdiyini görüncə də əbədi istirahətgahına 
çəkilmək üzərə İstanbula gətirilir. Törən sırasında onu yenidən torpağa 
vermək üçün məzarına enən Ayvaz Gökdemir bu böyük qəhrəmanın nəşinin 
70 ildir ki cisminin heç çürüməmiş qaldığını görür. Şəhidlərlə ilgili olaraq 
söylənən bir möcüzə bir daha gözlər önündə gerçəkləşmiş olur, Şəhid Ənvər 
Paşanın nəşi də heç çürümədən -bozulmadan doğulduğu yerə dönmüşdür...”  
 
 
Nəşinin Türkiyəyə gətirilməsi 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə