Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
Babıali Basqını 
 
8 oktyabr 1912-ci ildə Balkan Savaşı başladı və Osmanlı Ordusu 
xeyli torpaq itirdi. Bu vəziyyətlə barışmaq istəməyən, Hökumətdən narazı 
qalan zabitlər başda Ənvər Paşa, Talat Paşa, Filibeli Hilmi, Sapancalı Hakkı, 
Mithat Şükrü Bleda, Yakup Cemil, Mustafa Necip, Kara Kemal, Doktor 
Nazım, İzmitli Mümtaz, Silahçı Tahsin, Samuel Israel və Ömər Naci  olmaqla 
Hökumətə qarşı çevriliş planladılar. 23 dekabr 1913-cü ildə Ənvər Paşa, Tələt 
Paşa və İttihatçı fədailərdən Yakub Cemilin başçılığı ilə Hökumət kabinəsinin 
iclasının keçirildiyi Babıaliyə girdilər. Yol boyunca toplanan xalqın da 
qatılımı ilə minlərlə insan əllərində bayraqlarla təkbir gətirən qələbəlik bir 
yürüşçülər də onları müşayiət edirdi. Müqavimət göstərmək istəyənlərdən və 
ittihatçılardan  5 nəfər öldü. Ənvər Paşa Sadrazam Kıbrıslı Mehmet Kamil 
Paşanın məqamına zorla girib onu istefaya məcbur etdi. Padişah V. Mehmet 
(Reşad) İttihatçıların istəyi üzərinə Mahmut Şevket Paşaya kabinə qurmaq 
səlahiyyəti verdi. Beləcə İttihat və Tərəqqi Cəmiyyəti əsgəri çevrilişlə iqtidarı 
ələ keçirmiş oldu.  
 
Birinci Balkan Savaşı  
 
30 may 1913-cü ilə qədər davam etdi. Bolqarıstan Krallığı, Serbistan 
Krallığı, Yunanıstan Krallığı və Qaradağ Krallığından ibarət Balkan 
Birliyinin Avropa dövlətlərindən hər cür yardım alan 706 min nəfərlik 
qoşunları Osmanlı Dövlətinə qarşı savaşa girdi. Bu savaş ilə  Balkanlardakı 
bir çox torpaqlar Ədirnə və  Qırxlarelinə qədər Osmanlının əlindən çıxdı. 
Osmanlı 167.312 km
2
lik sahə itirdi. Bu ərazilərdə 6.582.000 əhali vardı.  
Ənvər Bəy acı məğlubiyyətlərdən sonra tamam ruhdan düşmüş 
ordunun yenidən qurulması üçün çox böyük işlər gördü. Yaratdığı, qısa 
zamanda təlim keçdiyi milli ruhlu gənclərin başında duraraq Ədirnəni azad 
etdi, müttəfiqləri xeyli geri oturtdu. Bununla  nüfuzunu artıran Ənvər Bəy 
Ədirnə Fatihi” ünvanını aldı. Rütbəsi polkovnikə- albaylığa (18 dekabr 
1913), qısa bir sürə sonra generallığa (5 dekabr 1914) yüksəldi. Ardınca da 
istefa etdirilən Hərbiyə Naziri Əhməd İzzət Paşanın yerinə Hərbiyə Naziri 
oldu.  
 
Hərbi Nazir 
 
Hərbiyə Naziri olduqdan sonra orduda bəzi düzənləmələr edən Ənvər 
Paşa Fransız modeli yerinə Alman stilini tətbiq etdi, bir çox Alman zabiti 
Türk ordusunda məsləhətçi gətirildi. Yaşlı zabitlərin çoxunun işinə son verdi


ordunun gəncləşməsini təmin etdi, uniformalar dəyişdirildi. Mahmut Şevket 
Paşanın sui-qəsd sonucu öldürülməsindən sonra qurulan Said Halim Paşa 
kabinəsində və onun vəzifədən çəkilməsindən sonra 1917-ci ildə qurulan 
Talat Paşa kabinəsində də Ənvər Paşanın Hərbiyə Nazirliyi 14 oktyabr 1918-
ci ilə qədər davam etdi.  
 
"Enveriyə” adı dillər əzbəriydi 
 
O, Osmanlı İmperatorluğunun son beş ilinə damğasını vurdu, 
dönəmin hadisələrinə təsir gücünə görə 1-ci şəxs oldu. Almanlar Osmanlı 
imperatorluğunu onun adı ilə “Enverland” adlandırırdı. Sait və samit səslərin 
ayrı-ayrı yazılmasını reallaşdıran, orduda oxuyub yazmaq bacaranların 
sayının xeyli artmasına imkan yaradan  "Ənvəriyə yazısı", eləcə də gənclərin 
kumirinə çevrilən "Ənvəriyə bığı", "Ənvəriyə qalpağı" Osmanlının son 
illərində moda düşüb dillər əzbəri oldu.  Kimilərinin Osmanlı 
İmperatorluğunu gərəksiz yerə Birinci Dünya Savaşına cəlb edib 
parçalanmasına yol açmaqla suçladığı Ənvər Paşa, digərlərin düşüncəsinə 
görə bir yurdsevər, böyük bir əsgər, komandan və dövlət adamı olaraq qəbul 
edilir. 
 
Padşah damadı 
 
5 mart 1914-cü ildə Osmanlı Padşahı Əbdülməcidin nəvəsi-Şahzadə 
Süleymanın qızı, Sultan Mehmet Reşatın qardaşı qızı Naciyə Sultanla evlənib 
həm də Padşah damadı -“Damad-ı Şəhriyar-i” oldu. Sarayın istəklisinə, ən 
etibarlı adamına çevrildi. Hətta, bundan sonra da ona gələn sevgi 
məktublarının arası kəsilmirdi. Berlində hərbi attaşe olarkən xanımlar hətta 
rəsmi törənlərdə belə fürsət tapıb elə ərlərinin yanındaca ona görüşə dəvət, 
sevgi məktubları təqdim edirdi, az qala yalvarışla "məni ara" deyirdilər. 
Özünün məktubları da bənzərsiz ömrün lirik-emosional səhifələridir. Onun 
özəl yaşamı dillər əzbəri idi, yaraşığı ilə türk, alman, rus xanımlarının 
yuxusunu ərşə qaldırır, neçələrinin əlçatmaz sevgisinə çevrilirdi. Cəmi 42 il 
yaşadı və tam 10 il şəxsi həyatında da, mücadiləsində də hüzünlü, faciəli 
olduğu qədər də maraqlı, romantik ömür sürdü. Bütün bunlarla birlikdə 
özəlliklə də böyük bir eşqlə bağlıydı. Məktublarını da  "Naciyə, gözəl mələk!” 
kimi sözlərlə başlar və duyğulu sözlərlə bitirərdi".  
 
I Dünya Savaşına Giriş 
 
Hərbiyə Naziri Ənvər Paşa 2 avqust 1914-cü ildə Rusiyaya qarşı 
gizli bir Türk-Alman ittifaq anlaşması imzalanmasında önəmli rol oynadı. 10 


avqusda Boğazlardan girməsinə izin verilən iki Alman kruvazörünün 29 
noyabrda Rus çarlığı liman və gəmilərinə saldırması üçün gərəkli qərarı verdi. 
14 oktyabrda Fatih Camisində oxunan “Cihad-ı Əkbər” elanı ilə dövlət 
rəsmən I. Dünya Savaşına qatılmış oldu. Ətrafına Camal Paşa və Tələt Paşa 
kimi vətənsevər insanları toplayan Ənvər Paşanın əsas məqsədi Osmanlının 
1878-ci ildə Berlin sazişi ilə itirilmiş torpaqlarını geri almaq idi. Bu ideyanı 
reallaşdırmaq üçün Osmanlı dövlətini Birinci Cahan Savaşına cəlb edən 
Ənvər Paşanın savaşın ilk illərində hazırladığı Sarıqamış əməliyyatı 
uğursuzluqla nəticələnir. 
 
Sarıkamış Hərəkatı 
 
Ənvər Paşa ölkə 1-ci Dünya Savaşına girdikdən sonra Hərbiyə Naziri 
olaraq əsgəri hərəkatın idarəsini əlinə aldı. 3-cü Ordunun Doğu Cəbhəsində 
Rus qüvvələrinə qarşı girişdiyi Sarıkamış Qış Hərəkatının komandanlığını 
qəbul etdi. Dekabr 1915-ci ildə gerçəkləşən hərəkatda Türk birlikləri tam bir 
fəlakətə uğradı. Ənvər Paşa ordunun komandanlığını Hakkı Hafız Paşaya 
təhvil verib İstanbula döndü və savaş boyunca başqa heç bir cəbhədə 
komandanlıq etmədi. Uzun bir sürə İstanbul mətbuatında Sarıkamış haqqında 
hər hansı bir xəbər və ya yayına izin verilmədi. 26 aprel 1915-ci ildə Hərbiyə 
Naziri ilə yanaşı “Başkomutan Vəkili” olan Ənvər Paşa həmin ildə 
korgenerallığa yüksəldi. 
 
Türk Gizli Örgütünün Qurucusu 
 
Osmanlı İmperatorluğunun son on ilinə imza atan örgüt olan 
“Teşkilat-ı Mahsusa” 1914-cü ildə  Ənvər Paşanın əmriylə “İttihat və 
Tərəqqi”nin seçkin isimləri tərəfindən quruldu, “Meşrutiyet’in elanında 
önəmli bir rol oynamaqla qalmadı, İtalyanlar tərəfindən işğal edilən Liviyada, 
daha sonra Balkanlarda, Birinci Dünya Savaşında və “Kuva-yı Milliye”də 
mühüm rol oynadı, inanılmaz bir dirəniş və qəhrəmanlıq örnəyi sərgilədi. 
Özəl Təşkilat 1913-dəki Babıali Baskınında da önəmli rol oynadı. “İttihat və 
Tərəqqi”nin iqtidar olmasıyla rəsmiləşən və uluslararası qurum xarakteri 
qazanan Təşkilat Hindistandan Afrikaya, Orta Doğudan Balkanlara, Ərəb 
yarımadasıdan Orta Asiyaya uzanan İslam dünyasını Osmanlı ətrafında 
birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Təşkilat təkcə bir gizli servis, 
ajan-agentlər topluluğu deyildi. Onlar bir məqsəd, amal ətrafında bir araya 
gələn, güçlərini və yetənəklərini bu çərçivədə birləşdirən idealistlərdi. Onların 
tək qayəsi imperatorluğu ayaqda tutmaqdı, hansı etnik kökənə, dinə mənsub 
olursa olsun, imperatorluq sınırları içində hər kəsə yer vardı. Müstəmləkə-


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə