Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

"Türk ordusunun, Azərbaycan və Bakı üzərinə hər hansı bir müdaxiləsi 
və işğalından danışmaq mümkün deyildir. Çünki Ənvər paşa Türk 
əsgərinin Azərbaycanda qala bilməsi üçün lazım olan xərcləri ödəmək 
üçün Osmanlı Dövləti büdcəsindən ayda 50.000 lirə pul vəsaiti 
ayrılmasını tələb etmişdir. Üstəlik, Azərbaycan hökumətindən, mümkün 
olan ən qısa müddətdə milli ordu qurmalarını rica etmişdir. İstilaçı bir 
dövlət, müstəmləkəsinə qətiyyən borc pul verməz və milli ordu 
qurulmasını da istəməz. Əgər Türk Ordusu işğalçı olsaydı, Azərbaycan, 
xüsusilə də Bakı əhalisi, hansı əsasla Sentrokaspi Diktaturası və 
ingilislərdən şəhəri qurtarmaq uğrunda şəhid olan Türk əsgərlərinin 
xatirəsinə abidə ucaltmaq üçün özləri öz aralarında pul toplayardı?" 
(“Azərbaycan” qəzeti. 15 sentyabr 1919-cu il) 
 
Yurd dışında 
 
Fələstin, İraq və Suriyada Osmanlı Ordusunun ingilislər qarşısında 
məğlubiyyətə uğramasından sonra Osmanlı Dövlətinin savaşdakı 
məğlubiyyəti aydın göründü. 14 oktyabr 1918-ci ildə Talat Paşa kabinəsi 
atəşkəs anlaşmalarını asanlaşdırmaq üçün istefa etdiyində Ənvər Paşanın 
hərbiyə naziri vəzifəsi də sona yetdi. İngilislərin İttihat və Tərəqqi üzvləri 
haqqında yaxalama əmri çıxarmasından sonra partiya yoldaşları ilə birlikdə 
bir Alman torpidosu ilə Anadoludan ayrıldı. Ənvər Paşanın I Dünya savaşı 
sırasında ən böyük uğurlarından biri  Qafqaz cəbhəsində olmuşdur. O artıq 
bütün rəsmi vəzifələrini itirdikdən ölkədən ayrılmadan öncə Sədrəzəm Əhməd 
İzzət Paşaya yazdığı məktubda  da  Azərbaycanda müstəqil bir Türk hökuməti 
qurmağa çalışacağını vurğulamışdı. Krımda Berlinə gedən dostlarından 
ayrılaraq bu məqsədlə əmisi Xəlil  Paşa və qardaşı Nuru Bəyin tabeliyindəki 
Qafqazdakı ordu birliklərinə yetişmək üçün çalışır, ancaq qayalara çırpılan 
qayığın batması nəticəsində bu cəhdi baş tutmur. Özünün rütbələrinin geri 
alındığını və qiyabi ölüm cəzasına məhkum edildiyini, Anadoluda xeyli 
silahdaşının da tutulmasını öyrənincə Berlinə gedir. 
 
 
 
Vətəndən uzaqda ”İttihat və Tərəqqi”ni təşkilatlandırma çalışmaları 
 
1918-ci ilin dekabrında ailəliklə Türkiyəni tərk edən Ənvər Paşa 19-
cu ilin qış aylarını kimliyini gizlədərək Berlinə geçən Ənvər Paşa “İttihat və 
Tərəqqi”ni yenidən təşkilatlandırma çalışmalarına başladı. 1920-ci ildə 
Moskvaya getməyi bacardı və orada SSRİ Xarici İşlər naziri Çiçerinlə
Leninlə görüşdü. 1-8 sentyabr 1920-ci ildə Bakıda gerçəkləşən Şərq Xalqları 
Konqresinə Liviya, Tunis, Əlcəzair və Fələstini təmsil etməklə qatıldı. Ancaq 


konqres önəmli sonuçlar gətirmədi. Sovetlərin Türkiyə və başqa müsəlman 
ölkələrdəki milliyətçi hərəkatları gerçəkdən dəstəkləmədiyini aydın başa 
düşən Ənvər Paşa oktyabr 1920-ci ildə Berlinə döndü. 15 mart 1921-ci ildə 
Talat Paşanın ermənilər tərəfindən öldürülməsindən sonra faktiki olaraq 
“İttihat və Tərəqqi”nin birinci rəhbəri oldu. 
 
 
Rusiyanın Ənvər Paşadan, Ənvər Paşanın Rusiyadan istəyi 
 
Ənvərin Berlində həbsdə saxlanılan məşhur boşevik Karl Radeklə 
görüşü təşkil edilir. Bu tanışlığın nəticəsi olaraq az sonra həbsdən azad edilən 
Radeklə birlikdə  Moskvaya gəlirlər. Moskvada Çiçerin, Zinonyev və Leninlə 
görüşürlər, Ənvər Paşa Sovet-Alman münasibətlərinin nizamlanması üçün 
səlahiyyət, vəzifə alır. Əlbəttə, bu etimad ona görəydi ki, sovet rəhbərləri 
Ənvər Paşanın Almaniya rəsmiləri ilə yaxınlığını bilirdi və bundan istifadə 
etmək istəyirdi. Müharibədən məğlub çıxmış Almaniya ilə müttəfiq olub digər 
ölkələrə qarşı birləşmək məqsədinə çatmağı nəzərdə tuturdu. Lenin həm də 
yaxşı bilirdi ki, Ənvər Paşanın türk xalqları arasında və Yaxın Şərqdə böyük  
nüfuzu var, ondan yaralanıb bu regionu öz təsiri altına almaq niyyəti güdürdü.  
Ənvər Paşanın 1-8 sentyabr 1920-ci ildə Bakıda keçirilən Şərq 
Xalqları Konqresində Liviya, Tunis, Əlcəzair və Mərakeşin təmsilçisi kimi 
iştirakı və burada çıxış etməsi elə bu məqsədi daşıyırdı. Digər tərəfdən hər 
zaman Türkiyəyə, Anadolu torpaqlarına qarşı məxsusi hərisliklə baxan Rusiya 
Osmanlı xarabalıqları üzərində qurulan  yeni Türkiyə Cümhuriyyətinin  qısa 
zamanda qazandığı uğurları həzm edə bilmirdi. Rusiya rəhbərliyi gələcəkdə 
çoxlu tərəfdarları, nüfuzu olan Ənvər Paşadan Mustafa Kamal hərəkatına 
qarşı da istifadə etməyi planlaşdırırdı. Ona görə bu məqsədlə “İttihad və 
Tərəqqi”yə silah, pul yardımı, hətta gərəkirsə Batumdan, digər sərhəd 
bölgələrindən hərbi müdaxiləyə də dəstək verilməsinə də hazır idi. Ənvər 
Paşa Lenin və Çiçerinin əsl niyyətini anlayır, sovetlərin çar Rusiyasından 
daha təhlükəsi imperiya siyasəti apardığını başa düşərək bu yöndə 
fəaliyyətlərini dayandırır.  1921-ci ilin sentyabrında özünün hərbi nazir 
olarkən qurduğu “Teşkilatı Mahsus”un bir çox fəalları ilə bahəm Buxaraya 
yollanır, bolşeviklərə qarşı basmaçı üsyanını başladır. 
1921-ci ildə təkrar Moskvaya gedən Ənvər Paşa Ankara 
Hökumətinin Moskvaya göndərdiyi Bəkir Sami Bəy başkanlığındaki Türk 
nümayəndələri ilə görüşdü. Anadoludaki Milli Mücadilə hərəkatına qatılmaq 
istədisə də qəbul edilmədi. TBMM-dəki bəzi əski ittihatçılar onun Mustafa 
Kamal Paşanın yerini almasını istəyirdilər. Ənvər Paşa həmin günlərdə: 
“Mustafa ilə aramız yaxşıdır, o Türkiyənin lideri ola bilir”-deyə öz 
tərəfdarlarına mesaj göndərmişdi. 


 İyul 1921-ci ildə Batumda bir İttihat və Tərəqqi Konqresi topladı. 30 
iyulda Ankaraya Yunan hücumu  başlayınca bir qurtarıcı kimi Anadoluya 
girməyə ümid edən Ənvər Paşanın bu istəyi sentyabrda qazanılan Sakarya 
Zəfəri ilə boşa çıxdı. 
 
 Turan Dövləti qurma cəhdləri 
 
"İdeallarınızı gerçəkləşdirə bilməsəniz də, gerçəklərinizi 
ideallaşdırın" deyən Ənvər Paşaya: -Paşam, başaramasanız nə olur? -sualı 
verilir. -Başarmazsam öləcəyimi bilirəm, heç olmazsa ölümümlə Batı 
Türklüyü ilə Doğu Türklüyü arasında mənəvi bir bağ, körpü olaram" 
cavabını vermişdi. Həqiqətən də Ənvər Paşa bunu bacarmış oldu. 1917-24-ci 
illərdə Türküsdana yayılan və 1934-cü ilə qədər sürən üsyanların 
qəhrəmanlarına Ruslar “Basmacı”, Türk mücahidləri isə “Korbaşı” adını 
vermişdilər. Çar Rusiyasının “Basmaçı hərəkatı” gözü ilə baxdığı bu üsyanlar 
əslində işğalçı ruslara qarşı milli azadlıq hərəkatı idi. Sonra Ənvər Paşa 
Türküstana gəldi və bu basmaçı adının dəyişdirilməsini istədi, onun əmri ilə 
hamı bir-birinə “Mücahid” deyə xitab etməyə başladı. (1917-1934 Türkistan 
Milli İstiklal Hareketi: Korbaşılar ve Enver Paşa - Ali Bademci).  
 
 
Son döyüş 
 
1921-ci ilin oktyabr ayında Orta Asiya müsəlmanlarını işğalçı 
ingilislərə qarşı birləşdirmə və bir Turan dövləti qurma niyyəti ilə Batumdan 
Buxaraya getdi. Turan Xaqanlığını qurmaq üçün böyük mücadiləyə başladı və 
ruslara qarşı savaşan Basmaçıları təşkilatlandıraraq Basmaçı üsyanını 
başlatdı. 1922-ci ilin fevralında Düşənbəni ələ keçirdi və oradaki Sovet 
qarnizonunu tamamən dustaq edib əsir aldı. Ardından Xorasan üzərinə 
yürüyərək Qızıl ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini istədi. 
Kafiran savaşını uduzduqdan sonra dağlara çəkilmək məcburiyyətində qaldı.  


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə