sömürgə altında yaşayan müsəlman xalqlar öz istiqlallarını qazanmalı və
qardaş ölkələrlə dayanışma içində olmalıydı.
Gizli Təşkilatın xərcləri Hərbi
Nəzarət qurumundan və örtülü
ödənəkdən qarşılanırdı.
Təhcir (köçürmə) Qanunu
1877-1878-ci illərdəki 93 Hərbi sırasında da yerli ermənilərin
Osmanlıya qarşı işğalçı Rus ordularının yanında çarpışdığını və cəbhə
gerisində üsyanlar çıxartdığını bilən Ənvər Paşa daxili işlər naziri -“Dahiliyə
Nazırı” Talat Paşa ilə birlikdə “Ermeni Tercihi”deyilən qərarı alaraq Doğu
Anadoludakı ermənilərin Suriya vilayətinə köçürülməsinə qərar verdi. Təhcir
Qanunu deyə bilinən-ermənilərin ruslarla savaş bölgələrindən köçürülməsini
nəzərdə tutan yasa 27 may 1915-ci ildə qəbul edildi.
1917-ci ildə “Kut ül-Amarə”də ingilis generalı Tavnshendin dustaq
alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən başarılara görə Ənvər
Paşanın rütbəsi orgenerallığa yüksəldildi.
Osmanlı Dövləti Azərbaycanın yeganə ümid yeri idi
Çar Rusiyasında baş verən inqilabi dəyişmələr Qafqazda da öz
təsirini göstərdi; 1917-ci ilin noyabrında Zaqafqaziyadakı siyasi təşkilatlar bir
araya gələrək Tiflisdə Zaqafqaziya komissarlığını və Hökumətini qurdular,
tərkibini elan etdilər, ardınca da 18-ci ilin fevralında qanunverici orqanı-
Zaqafqaziya Seymini yaratdılar. Azərbaycan fraksiyası Seymdə 44 deputatla
təmsil olunurdu. Lakin Rusiyanın təxribatçı təhrikləri,
diqtəsi ilə hərəkət edən
ermənilərin xəyanətkar pozuculuq fəaliyyəti sayəsində Qafqaz xalqlarının
birlik və sülh, huzur içərisində gələcək yaşam, inkişafına işıqlı yol açan nadir
tarixi fürsət sonucsuz qaldı. Bütün mahiyyəti ilə antitürk, antimüsəlman
xarakterli “Bakı Soveti” adlanan bədnam hökumətin təşkil etdiyi rus- erməni
silahlı quldur dəstələri 20 minədək günahsız müsəlmanı amansızlıqla qətlə
yetirdilər. Bakı işğal edilərək Azərbaycanın digər ərazilərindən təcrid edildi.
Seym fəaliyyətini dayandırdıqdan sonra Almaniya tərəfindən şirnikləndirilən
gürcülərdən və Qafqazda (həm də Anadoluda) açıq-aydın Rusiyanın əlaltısına,
zərbə qüvvəsinə çevrilmiş ermənilərdən sonra Azərbaycan
nümayəndələri də
Azərbaycan Müvəqqəti Milli Şurasını yaratdılar, Azərbaycanı müstəqil dövlət
elan edən 6 maddəlik “İstiqlal bəyannaməsi”ni qəbul etdilər. Azərbaycan
Xalq Cümhuriyyətinin yarandığı ilk iclasda Osmanlı dövlətindən yardım
istəmək və bunun üçün danışıqlar aparan nümayəndələr ayrılması qərara
alındı. 18-ci il iyunun 4-də AXC Hökuməti ilə Osmanlı imperatorluğu
hökuməti arasında dostluq müqaviləsi imzalandı. Bu həm də AXC adından
imzalanan ilk rəsmi sənəd idi. Həmin müqavilənin 1-ci maddəsində
yazılmışdı: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası
hökuməti arasında daimi sülh və dostluq olacaqdır”. Osmanlı hökuməti
ehtiyac olduğu təqdirdə Azərbaycana hərbi yardım göstərməyi də öz üzərinə
götürürdü. (4-cü maddə).
Bu müqavilənin bütün ruhu səmimi qardaşlıq duyğuları üzərində
köklənib-iki dövlət üçün həm də əhd-peyman, vəfa, sədaqət andlaşması oldu.
Osmanlı hökuməti hətta, bu müqavilədən əvvəl də ilk növbədə
Azərbaycan türklərinə arxa, dayaq olmaq məqsədilə və onlara arxalanaraq
Rusiyadakı oktyabr inqilabından dərhal sonra Qafqazda möhkəmlənməyi
özünün dövlət siyasətinə çevirdi. Təbii ki,
burada həm Anadolu, həm də
Qafqazdakı milli düşüncəli, türkçü, milliyətçi ziyalıların böyük rolu vardı.
Qafqaz və Orta Asiyadakı türk-müsəlman xalqlarının azadlıq mücadiləsinə
Osmanlı hökumətində xüsusi önəm verən, önündə gedən, bu yolda məxsusi
çabalar göstərən, sarayda, orduda və milliyətçi dairələrdə böyük nüfuz sahibi
olan Ənvər Paşa idi.
Azərbaycan sevdalısı
Ənvər Paşanın əsas məqsədi, ən böyük arzusu Türkiyə nizami
qoşunlarının köməyi ilə Təbrizdən Dağıstana, Tehrandan
Türküstana qədər
olan bütün əraziləri nəzarət altına almaq, onları yadelli işğalçıların əlindən
qoparmaq, imkan daxilində bu yerlərdə milli hökumətlərin yaradılması üçün
ictimai-siyasi zəminə nail olmaqdan ibarət idi. O, həm də Avropa və Afrikada
itirdiklərinin əvəzini qismən də olsa, Qafqaz və Orta Asiyada qazanmaq
istəyirdi. Hətta, Osmanlının yeganə hərbi-siyasi müttəfiqi Almaniyanın belə
Ənvər Paşanı Bakıya hərbi yardım göndərməkdən çəkindirmək istəməsi belə
nəticəsiz qalmışdı. Almaniya hökuməti dəfələrlə ona bu barədə israrlı
məktublar, mesajlar göndərsə də, Ənvər Paşa Azərbaycana qoşun göndərmək
fikrindən daşınmadı. Ənvər paşa Almaniyanın hirsini yatırmaq üçün
Sədrəzəm Tələt Paşanı Berlinə göndərmişdi.
Onun Turan sevdası, Ümumtürk birliyi amalı həm də nəsil-kök
şəcərəsindən irəli gəlirdi. Çünki Ənvər və Nuru Paşaların ulu əcdadları Krım
türklərindən olmuşlar.
Ənvər Paşa yeni Hökumətin qurulması,
özünün də kabinetdən-Hərbi
nazirlikdən çıxması səbəbi ilə ölkədən ayrılmaq məcburiyyətində qalır, ancaq
ayrılmazdan öncə Sədrəzəm Ahmed İzzet Paşaya yazdığı son məktubunda
“Qafqaza gedərək Azərbaycanda müstəqil bir Türk hökuməti qurmağa
çalışacağını” bildirir.
Ənvər paşanın Azərbaycanı nə qədər içdən sevdiyi bu teleqram,
sənədlərdə də görünür. Bakının azad olunması ilə əlaqədar Osmanı
Türkiyəsinin hərbi naziri Ənvər Paşa Xəlil və Nuru Paşalara göndərdiyi təbrik
teleqramında deyirdi:
“Böyük Turan imperatorluğunun Xəzər
kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi
xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türk və islam
tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpər,
şəhidlərimizə fatihələr ithaf edirəm”.
Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi
bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil
paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz
İslam Ordusuna yeni tapşırıqlar verir, hədəfləri müəyyən edirdi:
"Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm.
Bakını azad edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda
hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq
fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura,
Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə
dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da
verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, vahid bir dəstə
halında şimala hərəkət etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və
Rəştin də tezliklə geriyə alınması üçün qüvvənin münasib bir dəstəsinin
Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə
Təbriz - Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım
edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə
hərəkəti rica edirəm".
“Ənvər Paşa” marşı o zamanlar Azərbaycanda 7-dən 77-yə hamının
dilinin əzbəriydi:
Xoş gəlişlər ola Qəhrəman Ənvər Paşa,
Əmr elə Əsgərə, Qafqaz dağların aşa,
Arş, arş, arş irəli!
Marş, marş,
marş irəli,
Dönməz geri Türkün Əsgəri!
Cəbhədə mitralyoz ayna kimi parlayır,
Qafqasya Türkləri bayraq açıb bəkləyir.
Arş, arş, arş irəli!
Marş, marş, marş irəli,
Dönməz geri Türkün Əsgəri!
Türk əsgərinin Azərbaycanın köməyinə gəlməsinin və Bakının
işğaldan azad edilməsinin daşıdığı mənanı Məmməd Əmin Rəsulzadə 15
sentyabrın birinci ildönümü münasibətilə yazdığı bir məqalədə belə
dəyərləndirirdi: