Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

sömürgə altında yaşayan müsəlman xalqlar öz istiqlallarını qazanmalı və 
qardaş ölkələrlə dayanışma içində olmalıydı.  
Gizli Təşkilatın xərcləri Hərbi Nəzarət qurumundan və örtülü 
ödənəkdən qarşılanırdı.   
 
Təhcir (köçürmə) Qanunu 
 
1877-1878-ci illərdəki 93 Hərbi sırasında da yerli ermənilərin 
Osmanlıya qarşı işğalçı Rus ordularının yanında çarpışdığını və cəbhə 
gerisində üsyanlar çıxartdığını bilən Ənvər Paşa daxili işlər naziri -“Dahiliyə 
Nazırı” Talat Paşa ilə birlikdə “Ermeni Tercihi”deyilən qərarı alaraq Doğu 
Anadoludakı ermənilərin Suriya vilayətinə köçürülməsinə qərar verdi. Təhcir 
Qanunu deyə bilinən-ermənilərin ruslarla savaş bölgələrindən köçürülməsini 
nəzərdə tutan yasa 27 may 1915-ci ildə qəbul edildi. 
1917-ci ildə “Kut ül-Amarə”də ingilis generalı Tavnshendin dustaq 
alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən başarılara görə Ənvər 
Paşanın rütbəsi orgenerallığa yüksəldildi. 
 
Osmanlı Dövləti Azərbaycanın yeganə ümid yeri idi 
 
Çar Rusiyasında baş verən inqilabi dəyişmələr Qafqazda da öz 
təsirini göstərdi; 1917-ci ilin noyabrında Zaqafqaziyadakı siyasi təşkilatlar bir 
araya gələrək Tiflisdə Zaqafqaziya komissarlığını və Hökumətini qurdular, 
tərkibini elan etdilər, ardınca da  18-ci ilin fevralında qanunverici orqanı-
Zaqafqaziya Seymini yaratdılar. Azərbaycan fraksiyası Seymdə 44 deputatla 
təmsil olunurdu. Lakin  Rusiyanın təxribatçı təhrikləri, diqtəsi ilə hərəkət edən 
ermənilərin xəyanətkar pozuculuq fəaliyyəti sayəsində Qafqaz xalqlarının 
birlik və sülh, huzur içərisində gələcək yaşam, inkişafına işıqlı yol açan nadir 
tarixi fürsət sonucsuz qaldı. Bütün mahiyyəti ilə antitürk, antimüsəlman 
xarakterli “Bakı Soveti” adlanan bədnam hökumətin təşkil etdiyi rus- erməni 
silahlı quldur dəstələri 20 minədək günahsız müsəlmanı amansızlıqla qətlə 
yetirdilər. Bakı işğal edilərək Azərbaycanın digər ərazilərindən təcrid edildi. 
Seym fəaliyyətini dayandırdıqdan sonra Almaniya tərəfindən şirnikləndirilən 
gürcülərdən və Qafqazda (həm də Anadoluda) açıq-aydın Rusiyanın əlaltısına, 
zərbə qüvvəsinə çevrilmiş ermənilərdən sonra Azərbaycan nümayəndələri də 
Azərbaycan Müvəqqəti Milli Şurasını yaratdılar, Azərbaycanı müstəqil dövlət 
elan edən 6 maddəlik “İstiqlal bəyannaməsi”ni qəbul etdilər. Azərbaycan 
Xalq Cümhuriyyətinin yarandığı ilk iclasda Osmanlı dövlətindən yardım 
istəmək və bunun üçün danışıqlar aparan nümayəndələr ayrılması qərara 
alındı. 18-ci il iyunun 4-də AXC Hökuməti ilə Osmanlı imperatorluğu 
hökuməti arasında dostluq müqaviləsi imzalandı. Bu həm də AXC adından 


imzalanan ilk rəsmi sənəd idi. Həmin müqavilənin 1-ci maddəsində 
yazılmışdı: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası 
hökuməti arasında daimi sülh və dostluq olacaqdır”. Osmanlı hökuməti 
ehtiyac olduğu təqdirdə Azərbaycana hərbi yardım göstərməyi də öz üzərinə 
götürürdü. (4-cü maddə). 
 Bu müqavilənin bütün ruhu səmimi qardaşlıq duyğuları üzərində 
köklənib-iki dövlət üçün həm də əhd-peyman, vəfa, sədaqət andlaşması oldu.  
Osmanlı hökuməti hətta, bu müqavilədən əvvəl də ilk növbədə 
Azərbaycan türklərinə arxa, dayaq olmaq məqsədilə və onlara arxalanaraq 
Rusiyadakı oktyabr inqilabından dərhal sonra Qafqazda möhkəmlənməyi 
özünün dövlət siyasətinə çevirdi. Təbii ki, burada həm Anadolu, həm də 
Qafqazdakı milli düşüncəli, türkçü, milliyətçi ziyalıların böyük rolu vardı. 
Qafqaz və Orta Asiyadakı türk-müsəlman xalqlarının azadlıq mücadiləsinə 
Osmanlı hökumətində xüsusi önəm verən, önündə gedən, bu yolda məxsusi 
çabalar göstərən, sarayda, orduda və milliyətçi dairələrdə böyük nüfuz sahibi 
olan Ənvər Paşa idi. 
 
Azərbaycan sevdalısı 
 
Ənvər Paşanın əsas məqsədi, ən böyük arzusu Türkiyə nizami 
qoşunlarının köməyi ilə Təbrizdən Dağıstana, Tehrandan Türküstana qədər 
olan bütün əraziləri nəzarət altına almaq, onları yadelli işğalçıların əlindən 
qoparmaq, imkan daxilində bu yerlərdə milli hökumətlərin yaradılması üçün 
ictimai-siyasi zəminə nail olmaqdan ibarət idi. O, həm də Avropa və Afrikada 
itirdiklərinin əvəzini qismən də olsa, Qafqaz və Orta Asiyada qazanmaq 
istəyirdi. Hətta, Osmanlının yeganə hərbi-siyasi müttəfiqi Almaniyanın belə 
Ənvər Paşanı Bakıya hərbi yardım göndərməkdən çəkindirmək istəməsi belə 
nəticəsiz qalmışdı. Almaniya hökuməti dəfələrlə ona bu barədə israrlı 
məktublar, mesajlar göndərsə də, Ənvər Paşa Azərbaycana qoşun göndərmək 
fikrindən daşınmadı. Ənvər paşa Almaniyanın hirsini yatırmaq üçün 
Sədrəzəm Tələt Paşanı Berlinə göndərmişdi.  
Onun Turan sevdası, Ümumtürk birliyi amalı həm də nəsil-kök 
şəcərəsindən irəli gəlirdi. Çünki Ənvər və Nuru Paşaların ulu əcdadları Krım 
türklərindən olmuşlar. 
Ənvər Paşa yeni Hökumətin qurulması, özünün də kabinetdən-Hərbi 
nazirlikdən çıxması səbəbi ilə ölkədən ayrılmaq məcburiyyətində qalır, ancaq 
ayrılmazdan öncə Sədrəzəm Ahmed İzzet Paşaya yazdığı son məktubunda 
“Qafqaza gedərək Azərbaycanda müstəqil bir Türk hökuməti qurmağa 
çalışacağını” bildirir. 
 Ənvər paşanın Azərbaycanı nə qədər içdən sevdiyi bu teleqram, 
sənədlərdə də görünür. Bakının azad olunması ilə əlaqədar Osmanı 


Türkiyəsinin hərbi naziri Ənvər Paşa Xəlil və Nuru Paşalara göndərdiyi təbrik 
teleqramında deyirdi: “Böyük Turan imperatorluğunun Xəzər 
kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi 
xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türk və islam 
tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpər, 
şəhidlərimizə fatihələr ithaf edirəm”. 
  
Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi 
bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil 
paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz 
İslam Ordusuna yeni tapşırıqlar verir, hədəfləri müəyyən edirdi: 
"Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm. 
Bakını azad edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda 
hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq 
fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, 
Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə 
dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da 
verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, vahid bir dəstə 
halında şimala hərəkət etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və 
Rəştin də tezliklə  geriyə alınması üçün qüvvənin münasib bir dəstəsinin 
Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə 
Təbriz - Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım 
edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə 
hərəkəti rica edirəm".  
“Ənvər Paşa” marşı o zamanlar Azərbaycanda 7-dən 77-yə hamının 
dilinin əzbəriydi: 
Xoş gəlişlər ola Qəhrəman Ənvər Paşa, 
Əmr elə Əsgərə, Qafqaz dağların aşa, 
Arş, arş, arş irəli! 
Marş, marş, marş irəli
Dönməz geri Türkün Əsgəri! 
 
Cəbhədə mitralyoz ayna kimi parlayır, 
Qafqasya Türkləri bayraq açıb bəkləyir. 
Arş, arş, arş irəli! 
Marş, marş, marş irəli, 
Dönməz geri Türkün Əsgəri! 
 
Türk əsgərinin Azərbaycanın köməyinə gəlməsinin və Bakının 
işğaldan azad edilməsinin daşıdığı mənanı Məmməd Əmin Rəsulzadə 15 
sentyabrın birinci ildönümü münasibətilə yazdığı bir məqalədə belə 
dəyərləndirirdi: 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə