Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

Nağı bəy Şeyxzamanlı: Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq-yuxarıda bir 
olan Böyük Allaha və aşağıda rəşadətli Ənvər Paşaya.” 
 
Adolf Hitler: Birinci Dünya müharibəsində məğlubiyyətin günahı Kayzer 
Almaniyasının generallarının üzərindədir. Əfsus ki, Almaniyanın o illərdə 
Ənvər paşa kimi generalları yox idi. 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
Təvəllüdü, ailəsi, ilk hərbi təhsili 
 
İsmail Ənvər Paşa 22 noyabr  1881-ci ildə İstanbulun Divanyolu 
məhəlləsində doğulub (bəzi mənbələrdə 6 dekabr 1882-ci il göstərilsə də, bu 
təsdiqini tapmamışdır). Babası Manastırlı Hacı Əhməd Paşa, anası Ayşə 
xanımdır. Ailənin 6 uşağından ən böyüyüdür. Abadlaşdırma - Bayındırlık 
Bakanlığında məmurluqdan sivil paşalıq rütbəsinə yüksələn Hacı Əhməd 
Paşanın vəzifəsinin tələbi ilə Ənvərin uşaqlığı müxtəlif şəhərlərdə keçir. 
Zehni inkişaf səviyyəsi irəli olduğuna görə ibtidai təhsilinə 3 yaşında 
başlamışdır. İstanbulda oxuduqdan sonra 1894-cü ildə “Manastır Əsgəri 
Rüştiyəsi”ni, 1897-ci ildə  İstanbuldakı “Soğukçeşmə Əsgəri İdadisi”ni 
tamamladı. Hərb məktəbini 1899-cu ildə  piyada teğmeni-leytenant olaraq 
bitirdikdən sonra, 1902-ci ildə kurmay yüzbaşı olaraq Hərbi Akademiyadan 
zabit rütbəsi alaraq məzun oldu və  Selanikdəki Üçüncü Orduya təyinat aldı. 
Manastır və Üsküpdə müxtəlif əsgəri vəzifələrdə çalışdıqdan sonra 1904-cü 
ildə onbaşı-kolağası, 1905-ci ildə yüzbaşı- kurmay, 1906-cı ildə minbaşı oldu. 
1907-ci ilin oktyabrında Manastır civarında quldurluqla mübarizə (eşkiya 
takibi) vəzifəsinə irəli çəkildi. Bir illik fəaliyyəti zamanında Bulqar çetelərinə 
qarşı verdiyi mücadilələr onda milliyətçilik fikrinin oyanışında mühüm rol 
oynadı. Mərkəzi Parisdə yerləşən Gənc Türklər Hərəkatının Selanikdəki bir 
qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonraki adı “ İttihat və Tərəqqi 
Cəmiyyəti”) qatıldı. Ona Cəmiyyətin Manastır şöbəsini qurmaq səlahiyyəti  
verildi. 
 
Hürriyət Qəhrəmanı  
 
“İttihat və Tərəqqi”nin başlatdığı ihtilal hərəkətləri içində yer alan 
Ənvər Bəy Selanik Mərkəz Komandanı Kurmay Albay Nazım Bəyin 
öldürülməsindən sorumlu tutuldu və hərbi məhkəməyə verildi. Ancaq 
İstanbula getmək yerinə özünə bağlı birliklərlə Makedoniyada dağa çıxaraq 
Rəsnəli Niyazi Bəyə qatıldı; Ohrili Əyub Səbri Bəy də onun yolu ilə getdi. Bu 
hərəkət padşah II. Məşrutiyətin elan edilməsində önəmli rol oynadı. Dağa 


çıxan subaylar arasında ən nüfuzlusu  və önəmli fəaliyyətləri olduğu üçün 
Ənvər Bəy bir anda “hürriyət qəhrəmanıolaraq qəbul edildi, İttihat və 
Tərəqqi Cəmiyyətinin əsgəri qanadının ən önəmli isimlərindən birisi oldu. 
Məşrutiyətin elanından sonra Ənvər Bəy  Makedoniya Baş  Müfəttişi və 
Berlin əsgəri ataşe vəzifələrində çalışdı. 
 
Berlin Əsgəri Ataşeliyi 
 
5 mart 1909-cu ildə Berlin Əsgəri Ataşe olaraq Ənvər Bəy Alman 
kültürü ilə tanış oldu və alman təsiri bütün mənalarda ömrünün sonunadək 
davam etdi. Bu təyinat Osmanlının Almaniya ilə birlikdə, ittifaqda 1-ci Dünya 
Savaşına girməsində də həlledici amillərdən biri oldu. İstanbulda 31 mart 
olayı başlayan kimi yurda döndü. Üsyanı yatırmaq üçün Selanikdən İstanbula 
getdi və Mahmut Şevket Paşanın komandanlığında orduya qatıldı. Üsyan 
yatırıldıqdan sonra II.Əbdülhəmid taxtdan endirildi, yerinə Mehmet Reşat 
keçdi. Qurulan İbrahim Hakkı Paşa kabinəsində Harbiyə Naziri vəzifəsi 
gözlənildiyi kimi Ənvər Bəyə deyil, Mahmut Şevket Paşaya verildi. 
Ənvər Bəy üsyan yatırıldıqdan sonra təkrar Berlinə getdi. 1911-ci 
ildə İstanbula döndü və Sultan Mehmet Reşatın yeğeni-qardaşı qızı Naciyə 
Sultan ilə nişanlandı. Arnavutlukda çıxan üsyan üzərinə getdiyi İşkodrada 
üsyanın yatırılmasında əsas məsuliyyətli şəxs oldu. Daha sonra Berlinə 
keçdiysə də İtalyanların Trablusgarpa hücumları başlananda vətənə döndü. 
 
Trablusgarp  Savaşı 
 
Trablusgarp (Trablis-qərb, Tripoli, Liviya) Savaşı kimi tarixdə 
məşhur olan döyüşlər 26 sentyabr 1911-18 oktyabr 1912-ci il arasında 
Osmanlı İmperatorluğu ilə İtaliya Krallığı arasında gedib. Adı "Trablusgarp 
Savaşı" olmasına rəğmən çarpışmalar Trablusgarpdan kənar Adriatik dənizi
Ege adaları, Çanakkala Boğazı və Ağ dəniz  bölgələrində də sürmüşdür. Bu 
savaşı İtaliya diğər böyük dövlətlərin və Balkan cəbhəsində Osmanlıya qarşı 
açılan savaşın sayəsində qazandı, Uşi müqaviləsi ilə başa çatdı, ancaq 
İtaliyaya olduqca baha başa gəldi-italyanlar 10 minə yaxın əsgər itirdi. 
Türklərlə ərəblərin itgisi 14 min civarında idi. 
Savaşın səbəbi isə 1881-ci ildə Fransanın Tunisi işğalı, ardından da 
İngiltərənin 1882-ci ildə Misiri  ələ keçirməsindən sonra İtaliyanın da Quzey 
Afrikada qalan son Osmanlı torpağı olan Trablusgarpa qarşı hücumlara 
başlamasıydı. İtalyanlara qarşı ən böyük zərbələri Ənvər Paşa, Mustafa 
Kamal Paşa, Neşet Paşa, Fuat (Bulca), Nuri (Conker) və Fethi (Okyar) kimi 
Osmanlı zabitlərinin gizli yollarla Trablusgarpa gəlib ( Mustafa Kamal Paşa 
buraya "qəzet müxbiri Şərif Bəy" adıyla Misir üzərindən keçmişdi) buradakı 


qüvvələri yenidən təşkilatlandırıb İtalyanlara rahatlıq verməyən partizan 
hərəkatlarına başladılar. Ənvər o günlərdə bir ərəb qəzetinə verdiyi 
müsahibədə deyirdi: "Buraya gəldiyimdə 900 çöl savaşçısı tapmışdım. İndi 
əlimin altında 16 min təlimli əsgər var". Ənvər bəyin ordusu qəfil həmlələrlə 
italyanlardan 2 pulemyot,  250 tüfəng, 2 top, saysız mərmi və digər sursat ələ 
keçirmişdi. Ənvərin başına pul qoyulmuşdu. 1912-ci ilin dekabrında 
italyanların 150 minlik əsgərinə qarşı Binqazidə 15 min, Trablusda da 10 min 
Osmanlı əsgəri savaşmaqdaydı. Osmanlı qoşunları bütün sərhədləri boyu 
savaşdaydı, bir yandan da Yəməndə üsyanlar qalxmağa başladı. İtalyan pilot 
Giulio Gavotti 1 noyabr 1911-ci ildə dünya tarixində ilk dəfə hərbi 
təyyarələrdən Osmanlı əsgərlərinin üzərinə bomba tökməklə hava hücumlarını 
gerçəkləşdirdi, 22 savaş uçağı qarşılığında Osmanlının bir dənə də uçağı yox 
idi. Üstəgəl 40 uzaqvuran top, döyüş gəmiləri də Osmanlı əsgərlərinə qarşı 
döyüşürdü, dəniz, boğazları, Oniki Ada, Rodos adalarına qədər Avropa 
gəmiləri tutmuşdu. Minbaşı Ənvər Paşa komandanlığındakı Osmanlı 
qüvvətləri döyüşərək, ağır itkilər verib İstanbuldan gələn təlimatla geri 
çəkilmək zorunda qaldılar. 8 oktyabrda Qaradağın Osmanlı Dövlətinə savaş 
elan etməsi ilə Balkan Savaşları başladı, Osmanlı Dövləti İtaliyanın şərtlərinə 
razı olmaq məcburiyyətində qaldı, Trablusgarp və Bingazidəki əsgərlər 
çıxarıldı, buralar İtaliyaya verildi, ancaq andlaşmada Osmanlı 
İmperatorluğunun Trablusqarpdakı müsəlmanların haqlarını qoruması, Oniki 
Adanı Osmanlıya qaytarması da yer aldı. Həmin adalar 1947-ci ildə Paris 
Andlaşması ilə Yunanıstana verildi. 
Liviyada italyanlara qarşı bir partizan-gerilla döyüşü aparılması 
fikrini İttihat və Tərəqqi Cəmiyyəti üzvlərinə də, hərbi komandanlığa da 
Ənvər bəy qəbul  etdirə bilmişdi, bu hərəkatın da önündə tamam işğal edilmiş 
Osmanlının dağıntıları üzərində 5 il sonra Türkiyə Cümhuriyyətini quran 
zabit –gələcəyin Atatürkü Mustafa Kamalla yanaşı osmanlının son Hərbi 
naziri Ənvər özü gedirdi. İtalyan qüvvələrinə qarşı verdiyi başarılı mücadilə 
nədəniylə bir illik Afrika mübarizəsinin sonunda 1912-ci ildə podpolkovnik 
rütbəsinə - yarbaylığa  yüksəldi. Ənvərin çalışmaları “Liviyaya Ənvər  Xızır 
kimi hər kəsdən öncə yetişdi, ən böyük işi o gördü. Yoxdan bir ordu təşkil 
edərək böyük və şanlı türk millətinin namus və şərəfini bütün cahana tanıtdı. 
Milyonlarca ərəbin qəlbində Paşalıq ünvanını aldı”- ərəb tarixçiləri belə 
yazırdılar. İstiqlal şairi İttihatçı Mehmet Akif də o günlərdə Misirdə Osmanlı 
əsgərləri ilə bir sırada döyüşürdü. Nə yazıqlar ki, biz Qarabağ uğrunda savaşı 
belə ümummilli mücadiləyə çevirə bilmədik, nəinki millətin düşünən başları, 
görən gözləri olmalı yazarlarımız, şairlərimiz, heç rütbəli ordu 
komandanlarımız da bir dəfə də olsun hər hansı bir döyüşdə irəlidə 
görünmədi. Ən başlıcası da düşmənin ən çox qorxduğu və bizdən gözlədiyi 
partizan müharibəsi apara bilmədik. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə