Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə24/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

edəcək,  dövlətçiliyimizi,  müstəqilliyimizi  qorumaq  üçün 

bütün tədbirləri  görəcəyəm.  Azərbaycanın  dövlətçiliyinə, 

müstəqilliyinə xəyanət etmək  istəyən  hər  bir  şəxs  A llah- 

təalanın  əmri  ilə  lazımi  cəzasını  alacaqdır.  Bu  m üqəddəs 

vəzifələri  yerinə yetirməkdə mən  sizə,  bütün  Azərbaycan 

xalqına,  respublikamızdakı  müsəlmanlara  güvənirəm  v ə  

əminəm  ki,  qarşımızda  duran  vəzifələri  layiqincə  yerinə 

yetirəcəyik.

İslam  dini  başqa  dinlərə  qarşı  heç  vaxt  düşm ən 

olmamışdır.  Çünki  bu  dinlərin  hamısı  Allahdan  gəlir. 

Azərbaycanda  da  müsəlmanlarla  yanaşı,  başqa  dinlərə 

etiqad  edən  adamlar  da  yaşayır.  Onlar  da  Azərbaycanın 

bərabərhüquqlu  vətəndaşlarıdır.  Çalışmalıyıq  ki,  dini, 

milli  mənsubiyyətindən  asılı  olmayaraq,  Azərbaycanın 

bütün  vətəndaşları  eynihüquqlu  olsunlar  və  onların 

hamısının  birliyini,  vəhdətini  təşkil  edək.  Bu  da  Allah- 

təalanın  buyurduğu,  bizim yolumuzdur".

1998-ci  ildə  Azərbaycan  prezidenti  Heydər  Əliyev 

Bakıda  keçirilən  "Müasirlik  və  dini-mənəvi  dəyərlər" 

mövzusunda 

beynəlxalq 

konfransda 

və 

Qafqaz 


müsəlmanlarının  X  qurultayında  tarixi  nitqində  dinin 

həyatda  yerini  və  real  qüvvəsini  haqlı  olaraq  belə 

xarakterizə  etmişdi:

"M əlumdur  ki,  bütün  dinlər  dünyada  yüksək 

mənəviyyatı  təbliğ  edirlər.  O  da  məlumdur  ki,  bəşər 

tarixində  insanlar  öz  şüurunu,  adət-ənənələrini  və 

cəm iyyətlərdə  yaranan  qanun-qaydaları  əsasən  dini 

dəyərlərdən,  dinin  insanlara  bəxş  etdiyi  keyfiyyətlərdən 

.götürüblər.

102


Bu  gün  biz  keçmiş  tariximizə  baxaraq  böyük 

məmnuniyyətlə  qeyd  etməliyik  ki,  din  çoxminillik  bəşər 

tarixində  həmişə  müstəsna,  böyük  rol  oynamışdır  və 

insanlara  həmişə  səadət,  sülh  və 

əmin-amanlıq 

gətirmişdir.  İslam  dini  yüksək  mənəvi  dəyərlərə  malik 

olan  bir dindir.  İslam  dininin bəşər mədəniyyətinə,  bəşər 

sivilizasiyasına  verdiyi  töhfələr  və  xüsusən  mənəvi 

dəyərlər  əvəzsizdir,  misilsizdir.  Biz  müsəlmanlar  fəxr 

edirik  ki,  mənsub  olduğumuz  İslam  dini  dünyanın  böyük 

bir  hissəsini  əhatə  edir  və  bəşər  tarixi  boyu  insanların 

mənəvi  cəhətdən  yüksəlməsinə  və  dünyada  inkişafa, 

sülhün,  əmin-amanlığın  yaranmasına  həm işə  xidmət 

etmişdir.  Ona görə də mən  inanıram  ki,  bu gün  burada işə 

başlayan  beynəlxalq  konfrans  İslam  dininin  mənəvi 

dəyərlərindən  müasir  həyatda  səmərəli  istifadə  olunması 

üçün  müvafiq  tövsiyələr  irəli  sürəcək  və  beləliklə,  biz 

ölkəmizin  və buraya toplaşan  nümayəndələrin ölkələrinin 

həyatında olan  çətinliklərin, problemlərin  həll  edilməsinə 

nail  ola  biləcəyik.

Bu  konfransın,  xüsusən,  keçmişdə  Sovetlər  İttifaqına 

mənsub  olan,  indi  müstəqil  dövlət  kimi  yaşayan  ölkələr, 

dövlətlər  üçün  çox  böyük  əhəmiyyəti  vardır.  Çünki 

məlumdur  ki,  biz  70  il  kommunist  ideologiyası  altında 

tərbiyələnərək  dinimizdən  və  dinin  bizə  bəxş  etdiyi 

mənəvi  dəyərlərdən  məhrum  olmuşduq.  Kommunist 

ideologiyasının  bəşəriyyətə  vurduğu  zərbələrdən  ən 

böyüyü  70  il  müddətində  dinə  qarşı  aparılmış  təbliğat  və 

xüsusən  dinin  qadağan  olunması  və  dinin  təhrif edilməsi 

olmuşdur.  Ancaq,  eyni  zamanda,  bu  tarix  onu  da  göstərir 

ki,  din  və  o  cümlədən  bizim  mənsub  olduğumuz  İslam

103



dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, 

heç  bir  ideologiya,  heç  bir  hakimiyyət,  heç  bir  hökmdar 

onunla bacara bilməz və 70 illik tarix də göstərdi  ki,  bunu 

bacara bilmədi.

Doğrudur,  kilsələri,  məscidləri,  partlatdılar,  dağıtdılar, 

dinin  əleyhinə  müntəzəm  təbliğatlar  apardılar.  O  dövrdə 

doğulmuş,  həyata  atılmış  insanlar  bəzən  dinin  n ə 

olduğunu da bilmədilər və onlara təsir gücü xüsusən  artıq 

oldu.  Amma  bunlara  baxmayaraq  insanlar,  o  cüm lədən 

müsəlmanlar  dini  öz  qəlblərində  yaşatdılar.  Hər  bir 

ailədə,  hər  bir  evdə,  hər  bir  ocaqda  din  yaşadı  və  dinin 

insanlara bəxş etdiyi adət və ənənələr, qanun  və qaydalar 

yaşadı  və  onlar  o  hakimiyyət  dövründə  tətbiq  edilən 

qanunlardan  və  yeni  yaranan  adət-ənənələrdən  hətta 

güclü  oldu.  Çünki  din  və  xüsusən  bizim  İslam  dini 

çoxəsrlik  tarixi  boyu  özündə  elə  gözəl  xüsusiyyətlər 

formalaşdırmışdır  ki,  bizim  üçün  müqəddəs  olan  Qurani- 

Kərim, 


Həzrəti 

Məhəmməd 

Peyğəmbərin 

(s) 


müsəlmanlara  göstərdiyi  yol  və  verdiyi  tövsiyələr 

insanların  daxili  mənəviyyatına  o  qədər  uyğun  olmuşdur 

ki,  insanlar  üçün  o  qədər  faydalı  olmuşdur  və  insanların 

həyatında  o  qədər  müsbət  rol  oynamışdır,  insanları  o 

qədər  səadətə  çatdırmışdır  ki,  bu  adət-ənənələr,  bu  dini 

qanun-qaydalar  nəsildən-nəslə  yaşamış  və  heç  bir 

məhdudiyyət  bunun  qarşısını  ala  bilməmişdir"  deyən 

ümummilli  liderimiz  tövsiyyə  edirdi  ki,  "müasirlik  və 

dini-mənəvi  dəyərlər"  -  bir-biri  ilə  bağlanmalıdır.  Dini- 

mənəvi  dəyərlərdən  biz  müasir  həyatımızın  daha  da 

genişlənməsi  və  inkişaf  etməsi  üçün  istifadə  etməliyik. 

Dini-mənəvi  dəyərlər  bizi  geriyə  çəkməməlidir,  irəli

104

aparmalıdır və mütləq  belə  olmalıdır,  çünki  İslam  dininin 



mənəvi  dəyərləri  insanları  həmişə  inkişafa  aparmışdır, 

insanlara  həmişə  qarşıdakı  uzaq  və  işıqlı  yolu 

göstərmişdir  və  insanları  daha  da  irəli  getməyə,  daha  da 

savadlanmağa,  mədəniyyətə  daha  da  qovuşmağa,  müasir 

həyatın  bütün  vasitələrindən  öz  həyatını,  öz  millətinin 

həyatını,  xalqının  həyatını  daha  da  yaxşılaşdırmaq  üçün, 

maddi  və  mənəvi  vəziyyətini  yaxşılaşdırmaq  üçün  daha 

da  səmərəli  istifadə  etməyə  yönəldilmişdir.  Mən  güman 

edirəm  ki,  siz  məsələləri  məhz  bu  istiqamətdə  müzakirə 

edəcəksiniz.  Əminəm  ki,  beynəlxalq  konfrans  İslam 

aləmində  tarixi  bir  hadisəyə  çevriləcəkdir  və  biz  dövlət 

olaraq, 


dövlət 

işləri 


ilə 

məşğul 


olan 

insanlar 

Azərbaycanda,  tək  Azərbaycanda  yox,  bütün  ölkələrdə 

sizin  konfransın  verdiyi  tövsiyyələrdən  istifadə  edərək 

cəmiyyətimizdə  mənəviyyatı  daha  da  yüksəltməyə  nail 

ola biləcəyik".

Azərbaycan  lideri  dinin cəmiyyətin  həyatında yerini  və 

rolunu  qiymətləndirməkdə  dövlət  xadimi  kimi  daim 

nümunə  olmuşdur.  "Din  ilə  dövlət  arasında  sıx 

əməkdaşlıq  var  və  hesab  edirik  ki,  Azərbaycanda  İslam 

dini  özünün  gözəl  mənəvi  dəyərlərini  Azərbaycan 

vətəndaşlarına  aşılayaraq,  Azərbaycan  vətəndaşlarını 

İslam  dininin  bu  gözəl  mənəvi  dəyərləri  əsasında 

tərbiyələndirərək  Azərbaycan  cəmiyyətini  mənəviyyatca 

daha  da yüksəldəcək  və  insanlar bu  demokratiyanı,  bütün 

azadlıqları  doğru-düzgün başa düşəcək, onlardan səmərəli 

istifadə  edəcəklər.

Bu,  çox  lazımdır,  çünki  ayrı-ayrı  insanlar,  yaxud 

qruplar,  dəstələr  demokratiyanın  insanlara  verdiyi  bütün

105



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə