Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə21/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

Fikrimi  Əli  Tudənin

"Xalq dastandır,  şəxsiyyət o dastanın  varağı,

Xalq zirvədir,  şəxsiyyət o zirvənin bayrağı". 

sözləri  ilə davam etdirərək qeyd etmək istəyirəm ki,  bu 

gün  o  böyük  şəxsiyyət  haqqında  hələ  neçə  ilə  əvvəl 

gəldiyim  qənaəti  daha  da  möhkəmləndirərək,  onları  b ir 

qədər də qüvvətləndirmək imkanına malik olduğuma görə 

özümü  xoşbəxt  sayıram.

Dahilər  ona  görə  belə  adlanırlar  ki,  onlardan  bütün 

nəsillər  nümunə  götürür.  Nəinki  azərbaycanlılar,  bütün 

dünya  xalqları  Heydər  Əliyevdən  nümunə  götürürlər.  O 

elə  bir  şəxsiyyətdir  ki,  onun  yoxluğunu,  eyni  zamanda, 

varlığını  həmişə  hiss  edəcəyik.  Yəni  elə  insan  var  ki, 

fiziki  ömrü  bitdikdən  sonra,  mənəvi  ömrü  çox  qısa  olur. 

Ancaq,  ümummilli  lider  Heydər  Əliyevin  fiziki  ömrünü 

onun  mənəvi  ömrü  yüz  dəfələrlə  üstələyib.  Onun 

ideyaları  həmişə  yaşardır  və  Azərbaycan  xalqı  da  bu 

ideyalar  üzərində  gələcək  yaşam  tərzini  quracaq,  inkişaf 

edəcək.

88

Azərbaycançılığın qorunmasında 



və  inkişafında İslam amili

89



Təxminən  185  il  öncə  Qafqazda  Şeyxülislam  və  Müfti 

vəzifələri  təsis  olunub.  Həmin  dövrə  qədər  İslam  dininin 

Azərbaycanın  həyatında yeri  və rolu  məsələsi  ayrı  mövzu 

olduğuna  görə  mən  burada  bu  məsələlərə  toxunmuram. 

Lakin  müasir  dövrdə,  yəni  XX  əsrin  20-ci  illərindən 

başlayaraq 

xalqımızın 

totalitar 

rejimin, 

sovet 


imperiyasının 

tərkibində 

olduğu 

bir 


dövrdə 

Azərbaycançılığın  qorunması,  yaşaması  və  gələcək  nəsil 

üçün  inkişaf  etdirilməsində  dinimizin  tarixi  missiya 

həyata  keçirdiyini  xüsusi  qeyd  etmək  istəyirəm.

Ateizmin  və  dinə  qarşı  müxtəlif  ideoloji  cərəyanların 

tüğyan  etdiyi  dövrdə  müqəddəs  islam  dini  Azərbaycanda 

milli  koloriti,  milli  özünəməxsusluğu  insanlarımızın 

ruhuna  hopmuş  bir  əbədiyaşar  ideologiya  kimi  qoruyub 

saxladı.  1918-ci  ildə  Azərbaycan  Xalq  cümhuriyyəti 

yarananda  və  23  ay  yaşadığı  dövrdə  həyatımızın  bütün 

digər 

sahələri 



kimi 

ictimai-siyasi 

həyatda 

din 


əhəmiyyətli,  nəhəng  güvvə  kimi  azərbaycançılığın  və 

maarifçiliyin  əsas  mərkəzi  istiqamətlərindən  birini  təşkil 

edirdi. 

1991-ci  ildə  Azərbaycan  yenidən  dövlət 

müstəqilliyini  bərpa  etdikdən  sonra,  dinin  xalq,  vətən, 

millət  qarşısında  tarixi  rolu,  xidmətləri,  ölkədə  gedən 

proseslərdə fəal iştirakı daha qabarıq biruzə çıxdı. Əslində 

bu  milli  dirçəliş,  dinin  rolunun  artması  ilə  müşayiət 

olunurdu. 

Keçmiş  totalitar  rejim  dövründə  milli 

özünəməxsusluğu  qoruyan  ən  vacib  amillərdən  olan 

dinimiz  yeni  şəraitdə  Azərbaycan  dövlətinin  həyatının 

mühüm  atributlarının  fəal  bir  hissəsinə  çevrildi.  Yeni

91



tarixi  şəraitdə  dinin  azərbaycançılığı,  m illi-m ənəvi 

dəyərləri,  maarifçiliyi  və  özünüdərki  inkişaf  etdirmək 

kimi  tarixi  missiyası  başlandı.  Azərbaycan  dövlətçiliyinin 

bərpasında  aşkar-gizli  təsiri  olan  dinimiz  ümummilli  lider 

Heydər  Əliyevin  müdrik  siyasəti  nəticəsində  daha 

səmərəli  fəaliyyət mərhələsinə qədəm  qoydu.

Heydər  Əliyevin  başladığı  və  indi  də  davam  etdirilən 

siyasəti  isə,  öz  növbəsində,  müstəqil  respublikamızın 

dirçəlm əsinə,  inkişafına  və  yeni-yeni  uğurların  əldə 

edilməsinə  təkan  verir.  Ölkəmizdə  baş  verən  qlobal 

proseslər,  inkişaf və  milli  özünüdərk  amilinin güclənməsi 

isə  bizdə  inam  yaradır  ki,  yaxın  gələcəkdə  Azərbaycan 

nəinki  Şərqdə,  həm  də  Qərbdə  rəqabətə  davamlı  bir 

dövlətə çevriləcək.

Böyük  öndər vaxtında  hiss  etmişdi  ki,  çağdaş  dünyada 

gedən  bütün  qlobal  proseslərdə  planetin  sivil  bir  ölkəsi 

olaraq  Azərbaycan  bu  və  digər  formada  iştirak  etməsə, 

yaxın  gələcəkdə  bir  millət  kimi  yer  üzündə  sürətli  və 

irimiqyaslı  dəyişiklər fonunda silinmə təhlükəsi  ilə üzləşə 

bilər.  Xeyli  müddətdir ki, ölkəmiz antiterror koalisiyasının 

üzvü  kimi  beynəlxalq  miqyasda  ən  təhlükəli  bəlaya 

çevrilən  terrorizmə  qarşı  mübarizənin  fəal  iştirakçısıdır. 

Milli  və  bəşəri  dəyərləri  daim  yüksək  tutmaqla  ümid 

edirik  ki,  Qarabağ  münaqişəsi  də  yaxın  gələcəkdə 

ədalətlə,  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  həll 

olunacaq.  Təbii  ki,  həm  də  məhz  bu  problem  ölkəmizin 

beynəlxalq  aləmdə  gedən  ən  son  hadisələrdə  fəal 

iştirakını  zəruri  edir.

92

Qeyd  etdiyim  kimi,  milli  tariximizin  Heydər  Əliyev 



mərhələsi  müstəqil  Azərbaycanımızın  intibahına  təkan 

verən  ən  şanlı  səhifələrdəndir.  Xalqımız,  xüsusən  də 

Heydər  Əliyev  ideyalarını  yaşadan  yeni  nəsil  bunu  heç 

vaxt  unutmur.  Çünki,  son yüzilliyin keşməkeşli yaşantıları 

Heydər  Əliyevin  prinsipial  siyasi  xəttinin,  reallıqlara 

söykənən  addımlarının  düzgünlüyünü  aydın  dərk  etməyə 

imkan  verir.  Eyni  zamanda,  bu  dahi  şəxsiyyətin  bütün 

çıxış  və  fikirlərində  onun  milli-mənəvi  dəyərlərin  rolunu 

xüsusi  nəzərə  aldığının  da şahidi  oluruq.

Heç  kəsə  sirr  deyil  ki,  ötən  əsrin,  yəni  XX  əsrin  90-cı 

illərinə 

qədər, 


bir 

sözlə 


Azərbaycan 

Xalq 


cümhuriyyətinin  süqutundan  sonrakı  təxminən  70  ildə 

m əhz  din  və  ədəbiyyatımız,  yaradıcı  həyatımız 

Azərbaycan  xalqını  labüd  məhvdən,  milli  özünüdərkdən 

uzaq  düşməkdən,  yadlaşmaqdan,  assimilyasiya  kimi 

fəlakətlərdən  xilas  etdi.  Milləti,  xalqı,  sözün  həqiqi 

anlamında, qoruyan mənəvi-maarifçilik amili  oldu.  Bunun 

da  əsasını,  şübhəsiz  ki,  ədəbiyyatımızla  yanaşı  xalqın 

öz  keçm işinə,  ad ət-ən ən əsin ə,  m ənəvi  varlığına 

qayıdış  istəyi  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki, 

azərbaycançılığın,  maarifçiliyin  və  milli  özünüdərkin 

mərkəzində  din,  ədəbiyyat  və  digər  faktorlarla  yanaşı 

rəhbər  anlayışı  da  xüsusi  mövqe  tutur.  Fikrimi  Qafqaz 

müsəlmanlarının  XI  qurultayında  möhtərəm  Şeyximiz 

Hacı  Allahşükür  Paşazadənin  sözləri  ilə  əsaslandırmaq 

istəyirəm.  "Bu  bir  həqiqətdir ki,  hər  bir  dövlətin  durumu 

bilavasitə  onun  başçısının  şəxsiyyətindən,  rəhbərlik

93



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə