Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə29/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   24   25   26   27   28   29   30   31   32

ənənələrim iz  təşkil  edir.  Biz  bunların  hamısına  - 

mədəniyyətimizə, dinimizə,  milli  əxlaqımıza,  bütün  milli 

ənənələrimizə, tariximizə sadiqik.  Mənə elə gəlir ki,  səhv 

etmirəm.  O  ki  qaldı  dinimizə,  bir  misal  deyim:  İslam  dini 

bizim  əsrlər boyu  itaət  etdiyimiz  dindir.  70  il  idi  Sovetlər 

İttifaqında  təkcə  islam  dini  deyil,  bütün  dinlər  qadağan 

olunmuşdu.  İndi  azadlıq  verilmişdir,  dinimizə  qayıtmışıq, 

hər bir adamın  vicdan  azadlığı  təmin  edilmişdir".

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  dövlətin 

dinə olan münasibətlərində ardıcıl  bir mövqe vardır.  Xalıq 

dininə,  milli  dəyərlərinə  olan  əsl  humanist  münasibət 

ildən-ilə  durulur, genişlənir və daha da əhatəli  olur.  Gənc 

Azərbaycan 

Respublikası 

möhkəmləndikcə, 

onun 


beynəlxalq  nüfuzu  artdıqca,  daxildə  sabitlik  yarandıqca 

dövlətin  milli  dəyərlərə  diqqəti  də  artır.

Burda  bir  məsələni  də  qeyd  etmək  yerinə  düşər: 

Azərbaycanın  müsəlman  dövlətləri  ilə  m ünasibətləri 

bütün  sahələrdə,  iqtisadi,  siyasi,  mədəni  əlaq ələri 

m öhkəm ləndikcə 

Beynəlxalq 

İslam 


konfrans 

və 


simpoziumları  Bakı  şəhərində  daha  tez-tez  keçirilməyə 

başladı.  İndi  artıq  dünyanın  islam  ölkələri  görür  və  hiss 

edirlər  ki,  milli  Azərbaycan  dövləti  dinə  və  milli 

dəyərlərə  münasibətdə  keçmiş  Sovet  quruluşu  vaxtından 

180  dərəcə  dönmüşdür.

Xatırlatmaq  istərdim  ki,  1996-cı  ilin  noyabrında  Bakıda 

keçirilən  Beynəlxalq  İslam  simpoziumunda  dünyanın  bir 

çox  müsəlman  ölkələrinin  nümayəndələri  iştirak  edirdi. 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev 

simpoziumun  işində  yaxından  iştirak  edərək  həmişə 

olduğu  kimi  bu  m əsələ  barəsində  də  öz  dəyərli

124


tövsiyələrini  vermişdi.  Ümummilli  liderimiz  Heydər 

Əliyevin  simpoziumda  çıxışından  daha  bir  məqama 

diqqəti yönəltmək istəyirəm:  "...İslam dininin bəşəriyyətə 

bəxş  etdiyi  bütün  nemətlərdən  hər  bir  azərbaycanlı 

səm ərəli  istifadə  etməli  və  xüsusən,  cəm iyyətdə, 

davranışda  islam  dininin  tələblərinə  uyğun  olaraq  özünü 

göstərməlidir".  Müasir  dövlət  quruculuğunda  islam 

dəyərlərindən  səmərəli  istifadə  etməyi  dövlət  başçısı 

israrla  tövsiyə  edir,  bunun  əhəmiyyətini  dönə-dönə  qeyd 

edir.  Yeni  dövrdə  yeni  nəslin,  gənclərin  öz  dininə,  milli 

dəyərlərinə 

yiyələnm əyi 

əsas 

işlərdən 



sayır: 

"Gənclərimizin  islam  dinini  mənimsəməsi  üçün  tədbirlər 

görülməlidir,  çünki  bu  tədbirlərin  olmaması  nəticəsində 

bəzi  mənfi  hallar  meydana  çıxır,  ayrı-ayrı  qruplar 

gənclərə  fanatizm  əhvali-ruhiyyəsi  aşılamaq  istəyirlər".

Ümummilli  liderimizin  bu  fikirlərini  saf,  təmiz  islam 

dinimizi  yad  ünsürlərdən  təmizləməkdə  "həyacan  təbili" 

adlandırmaq  olar.  Dinin saflığını  qorumaq  və onu gələcək 

nəsillərə  aşılamaq  hamının  borcudur.

1998-ci  ildə  Bakıda  bir  neçə  mühüm  islam  toplantısı 

keçirildi.  Həmin  ilin  sentyabrın  axırı  oktyabrın  əvvəlində 

keçirilən  Beynəlxalq  İslam  konfransı  və  Qafqaz 

müsəlmanlarının  X  qurultayında  dini  mənəvi  dəyərlərə 

dair  ətraflı  fikir  mübadiləsi  aparılmışdı. 

Həmin 

tədbirlərdə dövlət başçısının parlaq nitqi Azərbaycanın  və 



müdrik  ölkə  rəhbəri  kimi  özünün  islam  dininin  tarixinə 

və bu dinin  məziyyətlərinə bələd olduğunu bir daha əyani 

göstərdi.  O  qeyd  edirdi:  "Bütün  dinlər  dünyada  yüksək 

mənəviyyatı  təbliğ  edirlər.  O  da  məlumdur  ki,  bəşər 

tarixində  insanlar  öz  şüurunu,  adət-ənənələrini  və 

cəm iyyətlərdə  yaranan  qayda-qanunları  əsasən  dini

125



dəyərlərdən,  dinin  insanlara  bəxş  etdiyi  keyfiyyətlərdən 

götürürlər".

Ümummilli  liderimiz  Heydər  Əliyev  konfrans  v ə  

qurultay  nümayəndələrinə  keçmiş  Sovet  hakimiyyəti 

dövründə  və  Azərbaycan  müstəqillik  qazanandan  sonra 

xalqın  dininə  və  mənəvi  dəyərlərinə  dövlət  münasibətini 

müqayisə  edərək 

xatırladırdı  ki,  "Bu  gün  dövlətimiz, 

konstitusiyamız  insanlara  bütün  azadlıqları  verərək,  o 

cümlədən  vicdan  azadlığını  din  azadlığını  öz  siyasətinin 

əsas  hissəsi  hesab  edir".  Azərbaycan  lideri  ötən  dövrlərin 

reallıqlarını 

da  yaddan  çıxartmırdı: 

"...kom m unist

ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 

70  il  müddətində  dinə  qarşı  apanlan  təbliğat  və  xüsusən 

dinin  qadağan  olunması  və  dinin  təhrif edilməsi  olmuşdur. 

Ancaq din, o cümlədən bizim mənsub olduğumuz islam dini 

o  qədər  qüdrətə  malikdir  ki,  heç  bir  ideologiya,  heç  bir 

hakimiyyət,  heç  bir  hökmdar  onunla  bacara  bilməz  və  70 

illik tarix də göstərdi  ki, bunu bacara bilmədi".

Ümummilli  liderimiz həm  tədbir iştirakçılarını,  həm də 

ictimaiyyəti  əmin  edirdi  ki,  "Azərbaycanda  mənəviyyata, 

mənəvi  dəyərlərə,  islam  dinin  mənəvi  dəyərlərinə  sadiq 

olacaq 

və 


Azərbaycanda 

mənəviyyatın, 

mənəvi 

dəyərlərin,  islam  dininin  yüksək  dəyərlərinin  inkişaf 



etdirilməsini  təmin  edəcəyəm".

Azərbaycanının  ümummilli  liderinin  nitqini  dünyanın 

hər  yerindən  Bakıya  gəlmiş  toplantı  nümayəndələri 

hərarətlə  alıqşladılar.  Bu  alqışlar,  eyni  zamanda,  azadlıq 

və milli  istiqlaliyyət əldə etmiş müstəqil Azərbaycan milli 

hökumətinə  olan  alqış  idi...

Xatırlatdığım  kimi,  1998-ci  il  dekabrın  9-da  Bakıda 

"İslam 


sivilizasiyası 

Qafqazda" 

mövzusunda 

ilk


126

beynəlxalq 

simpozium 

keçirildi. 

Simpoziumda 

Azərbaycan  prezidenti  Heydər  Əliyevin  "Xalqımız  öz 

tarixi,  milli-mənəvi  dəyərləri,  doğma  dili  ilə,  islam 

dininə,  mədəniyyətinə,  mənəviyyatına  mənsub  olması  ilə 

fəxr  edir"  mövzusunda  söylədiyi  nitq  ümummilli 

liderimizin  işıqlı  düşüncələrini  bir  daha  qabarıq  biruzə 

verirdi.  Bu  nitqdə  səslənən  fikirlər  təkcə  Azərbaycan 

xalqının  deyil,  həm  də  bütün  dünyanın 

müsəlman 

xalqlarının  mənəviyyatında,  mənəvi,  milli  dəyərlərində 

islam  dininin  roluna verilən  qiymət  idi.

Antik  dövrdə  də,  orta  əsrlərdə  də  ədəbiyyat  və 

incəsənət  xadimlərinə  böyük  qayğı  və  diqqət  göstərən 

dövlət 


başçıları, 

hökmdarlar 

olublar. 

M əsələn, 

Makedoniyalı  İsgəndər,  Əmir Teymur.  Amma etiraf edək 

ki,  çağdaş  dünyada,  XX-XXI  əsrlərdə  Heydər  Əliyev 

qədər ədəbiyyat  və  incəsənət xadimlərinə  qayğı  göstərən 

dövlət başçısı  olmayıb.

Elə  məhz  buna  görə  Heydər  Əliyevin  siyasi  fəaliyyəti 

çoxpilləli,  çoxmiqyaslı,  çoxşaxəli  idi.  Yazıçı  və  şairlər, 

incəsənət,  mədəniyyət  və  elm  xadimləri  həmişə  dövlət 

başçısından 

şəxsi 

himayə 


gözləyirlər. 

Onların 


istedadlarının  parlaması  üçün  tarix  boyu  hökmdarlar 

onlara  dəstək  veriblər.  Elə  bir  böyük  sənətkar  təsəvvür 

etm ək  mümkün  deyil  ki,  o,  dövlət  başçısına  yaxın 

olmasın,  onun  şəxsi  qayğısını  görməsin  və  bundan 

ilhamlanıb  dəyərli  əsərlər yaratmasın.  Nizami  də,  Füzuli 

də,  Vaqif  də  buna  misaldır.  Sonrakı  dövrlərdə  isə  bu, 

problemə  çevrildiyindən  ədəbiyyata  böyük  ideallar 

əvəzinə  xırda  hisslər  gəlməyə  başladı.  Dövlət  başçısına 

yaxın  olan  istedadlı  yazıçının qaldırdığı  m əsələlər həmişə 

çox  qlobal  və  səviyyəli  olur.  Amma  gündəlik  qayğılarla

127



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə