Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə31/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   24   25   26   27   28   29   30   31   32

qalacaq. O mənada Heydər Əliyev mənim üçün çox böyük 

şəxsiyyət  və  eyni  zamanda,  idarəetmə  səriştəsinə  malik 

əsl  dövlət xadimidir.

Ümummilli  liderimiz  Azərbaycanın  bütün  beynəlxalq 

təşkilatlarla  olduğu  kimi,  İslam  Konfransı  Təşkilatı  ilə 

əməkdaşlığına  da  xüsusi  önəm  verirdi.  Hələ  1994-cü  ilin 

dekabrında  Mərakeşin  Kasablanka  şəhərində  keçirilən 

İslam  Konfransı  Təşkilatının  VII  zirvə  toplantısında 

Azərbaycan  Respublikasının prezidenti  Heydər Əliyev  bu 

təşkilatın  beynəlxalq aləmdəki  mövqeyindən  bəhs edərək 

demişdir:  "Ötən  25  il  ərzində  bizim  təşkilatımız  dünya 

siyasətinin  mühüm  alətinə  çevrilmişdir,  müasir  dünyanın 

qlobal  və  regional  problemlərinin  həllinə  sanballı  təsir 

göstərir.  Amma  etiraf  etmək  lazımdır  ki,  biz  İslam 

dünyasının  və  öz  təşkilatımızın  nəhəng  potensialından 

hələ  heç  də  tam  və  istənilən  səviyyədə  istifadə  edə 

bilməmişik.  Biz nəinki  təkcə öz xalqımızın, həm də bütün 

dünyanın  tərəqqisi  işində  daha  sanballı,  daha  təsirli  rol 

oynaya bilərik  və  oynamalıyıq".

Azərbaycan  Respublikası  Prezidentinin  söylədiyi  bu 

fikir  İslam 

Konfransı  Təşkilatının 

imkanlarından 

hərtərəfli  istifadə olunmasını tövsiyə etməklə yanaşı,  eyni 

zamanda, üzv dövlətlərin  təşkilatın  nüfuzunun  beynəlxalq 

səviyyədə 

yüksəldilm əsi 

istiqamətində 

əməli 

fəaliyyətinin  zəruriliyini  ortaya  atır.



Hazırda  bütün  dünyada  heç  kəsə  sirr  deyil  ki, 

Azərbaycan  islam  dininə etiqad  edən  bir ölkə,  Şərq  milli- 

mənəvi  dəyərlərini  yaşadan  və  inkişaf  etdirən  gənc 

müstəqil  bir dövlət kimi  həm  də,  müasir bəşəri  dəyərlərə 

məxsusluq,  demokratiya və  insan  haqlarına  hörmət,  bütün

132


ölkələrlə,  o  cümlədən  də  qeyri-islam  dininə  etiqad  edən 

dövlətlərlə  ən  gözəl  əməkdaşlıq  modelinə  malikdir. 

Azərbaycanın  bu  mövqeyi,  bu  siyasəti  bütün  dünyada, 

hətta  İslama qarşı  ən  ədalətsiz mövqedə  duran cərəyanlar 

tərəfindən  etiraf olunan  danılmaz həqiqətdir.  Azərbaycan 

Respublikasının əhalisinin böyük əksəriyyəti  İslam dininə 

etiqad edir.  Şübhəsiz ki, dini  sahədə  İslam  dini ölkəmizdə 

təbii  dominantlıq  imkanına  malikdir.  Lakin  bu  sahədə 

Azərbaycan xalqının milli xüsusiyyətindən, dövlət və dini 

rəhbərlərin  düzgün  mövqeyindən  bəhrələnən  tarixi 

tolerantlıq, 

dini 


dözümlülük 

formalaşmışdır. 

Bu 

istiqamətdə  Azərbaycanda  dini  fəaliyyətlə  məşğul  olan 



hər bir ictimai  fəal  dindarın da xidmətləri diqqətəlayiqdir. 

Ə srlər  boyu  Azərbaycanda  islam,  xristian,  yəhudi 

dinlərinə  etiqad  edən  insanlar  dostluq  və  sülh  şəraitində 

yaşamışdır.  Bir daha  qeyd etmək  istəyirəm  ki,  burada  hər 

hansı  bir  dinin  dominantlıq  təşkil  etdiyi  ölkələrdən  biri 

kimi  məhz  Azərbaycanda  daha  çoxsaylı  nümayəndəsi 

olan  dinin,  yəni  konkret  olaraq  bu  halda  islam  din 

xadimlərinin  tutduğu  mövqenin  olduqca  ədalətli  olması 

göz qabağındadır.  İnamla deyə bilərik  ki, Azərbaycan dini 

zəmində  rəqabətin  olmadığı,  əksinə,  əməkdaşlığın  örnək 

olduğu  müstəqil  bir  dövlətdir.  Yəni,  Azərbaycanın  öz 

daxilində  qazandığı  bu  nailiyyət,  istər  digər  müsəlman 

ölkələri  üçün,  istərsə  də  xristian  və  ya  qeyri  dinə  etiqad 

edən  ölkələr  üçün  bir  örnək  ola  bilər.  Bunu  Moskva  və 

bütün  Rusiya  patriarxı  II  Aleksi  30  may  2001-ci  il  tarixdə 

"Бакинский  рабочий"  qəzetinə  müsahibəsində  müxtəlif 

dinlərin  birgə  yaşaması  sahəsində  "sizin  ölkə  digər 

dövlətlər üçün nümunə ola bilər" kimi  açıq etiraf etmişdir.

133



Hər  bir  dövlət  adamı,  din  xadimi,  eləcə  də  hər  bir 

vətəndaş  bu  üstün  milli-dini  xüsusiyyətimizin  bütün 

bəşəriyyət  üçün  faydalı  bir  model  kimi  formalaşdırılıb 

təqdim  olunmasında öz  imkanlarını  əsirgəməməlidir.

Başqa  bir  istiqamət  isə  Azərbaycanın  islam  dinini 

bütün  dünyaya  düzgün  təqdim  etməsinin  əksər  İslam 

ölkələri  tərəfindən  də açıq  etiraf olunmasıdır.

Məhz  Azərbaycanın  bu  mövqeyi,  ona  İslam  aləmində, 

elə  bütün  dünyada,  sözün  yaxşı  mənasında,  qibtə 

doğuracaq  rəğbət  qazandırıb.  Yəni  Azərbaycan  nə  qədər 

xristian  Qərb  ilə  sıx  əməkdaşlıq  etsə  də,  xristian 

Avropaya inteqrasiya etsə də öz dini-milli  mənsubiyyətini 

aydın  nümayiş  etdirir.  Şübhəsiz  ki,  bu  istiqamətdə 

Azərbaycanın  XX əsrin  90-cı  illərindən başlayaraq  ardıcıl 

həyata  keçirdiyi  dövlət  və  din  siyasəti  öz  düzgünlüyünü 

isbat edib.  Azərbaycanın  Dağlıq Qarabağ münaqişəsi  kimi 

ağrılı,  spesifik  bir  problemi  İslam  Konfransı  Təşkilatına 

üzv  olan  ölkələri  daha  cəsarətli  mövqedə  olmağa  vadar 

etdi.  Münaqişə  başlanandan  bəri  Ermənistanı  işğalçı  kimi 

məhz  İslam  ölkələri,  İslam  Konfransı  Təşkilatı  tanıdı. 

Təcavüzkarın  işğal  etdiyi  Azərbaycan  torpaqlarını  tərk 

etməsini  tələb  etməklə,  beynəlxalq  təşkilatlar  tərəfindən 

problemə  ədalətli  yanaşma praktikasının  əsasını  qoyuldu. 

Şübhəsiz  ki,  burada  Azərbaycanın  ümummilli  lideri 

Heydər Əliyevin  və Qafqaz müsəlmanları  idarəsinin  sədri 

Şeyxülislam  Hacı  Allahşükür  Paşazadənin  xüsusi, 

müstəsna  xidmətləri  var.  Məhz  bu  strategiya  nəticəsində 

hazırda  Azərbaycan  Qərb  dövlətləri  ilə  münasibətləri 

pozmadan,  əksinə  əməkdaşlığı  daha  da  genişləndirməklə 

yanaşı  İslam  ölkələri  ilə,  sivil  İslam  strukturları  ilə  yaxşı 

əlaqələrə 

malikdir. 

Bu 

ölkələr 


və 

təşkilatlar

134

Azərbaycanın  problemlərinin  həllində,  çətinliklərinin 



aradan  qaldırılmasında  fəal  iştirak  edirlər.  Qaçqın  və 

məcburi  köçkünlərə  yardım  edirlər,  quruculuq  işlərinə, 

islahat  strukturun yaranmasına  böyük  məbləğdə  kreditlər, 

qrantlar  ayırırlar.  Azərbaycan  öz  milli-dini  özünə­

məxsusluğunu 

qorumaqla, 

qloballaşan 

dünyaya 


inteqrasiya  proseslərində  fəal  iştirak  edir.  Azərbaycanın 

da  bu  mövqeyi  2004-cü  ilin  martında  Küveytdə  keçirilən 

"İslam  və  region-dünya  əməkdaşlığı"  forumunda  aydın 

ifadə  olunmuşdu.  Bu  mövqe  dünya  ictimaiyyətinə,  islam 

ümmətinə  belə  çatdırılmalıdır:  "Sovet  rejimi  dağıldıqdan, 

Şərq  və  Qərb  blokları  arasında  soyuq  müharibəyə  son 

qoyulduqdan,  qütbləşmə  aradan  qalxdıqdan  və  yalnız  bir 

qütb  qaldıqdan  sonra  qüvvələr  arasında  baş  vermiş 

dəyişikliklər  ikinci  qütbü  tapmaq  zərurətini  ortaya 

atmışdır,  çünki  siyasi  iddialara  bəraət  qazandırmaq  üçün 

ikinci  qütbün  olması  labüddür.  Aydındır  ki,  dünya 

səviyyəsində  baş  vermiş  yeni  dəyişikliklər  məhz  islamı 

yeni  dünya  sistemi  çərçivəsində  tələb olunan  ikinci  qütbə 

çevirmək  istiqamətində  gedir,  bu  qütbü  dünya  ictimai 

rəyində  antaqonist,  müxalifətçi  qütb  kimi  pis  görkəmdə 

təqdim  etmək  məqsədi  güdülür.

Belə bir şəraitdə  İslam dünyası  başa düşməlidir ki, ona 

meydan  oxunması  mədəni  xarakter  daşıyır,  odur  ki,  onun 

özünümüdafiəsi do mədəni xarakterdə olmalıdır. O, özünə 

qarşı  qərəzli  mövqedə duranların  hərəkətlərinə spazmatik 

fanatizm  və  terror  mövqeyindən  deyil,  hikmət  və  gözəl 

moizə  ilə cavab  verməlidir.

Allah-təala  buyurmuşdur:  "Rəbbininyoluna hikm ət  və 

g ö zə l  m oizə  Hə  çağır  və  onlarla  daha  yaxşı  üslubda 

mücadi/o ct"(o n-Nəhl,  125).

135



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə