Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə30/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   24   25   26   27   28   29   30   31   32

yaşayan  yazıçının  idealları  da  çox  xırda  olur,  bu  m ənada 

Azərbaycana  böyük  ideallar  lazım  olan  dövrdə  H eydər 

Əliyevin  Azərbaycan  yazıçısına  xüsusi  qayğı  göstərm əsi 

onun  siyasi  dühasının  nəticəsidir.  Ədəbiyyat,  bədii 

yaradıcılıq,  sənət  fərdi  şeydir.  Bu,  müharibə  və  ya  böyük 

hərəkatlar  deyil  ki,  bütün  xalq  yığılıb  birgə  iştirak  etsin. 

Yaradıcılıq elə məsələdir ki, o, yalnız bir nəfər tərəfindən 

yaradılır.  Məsələn,  "Sirlər  xəzinəsi"ni  N.Gəncəvi  tək 

yaratmalı  idi,  "Leyli və  Məcnun"u  M.Füzuli  tək yaratmalı 

idi.  Ona  görə  də  burada  şəxsi  istedada  ayrıca  hörmət  və 

nüfuz  qazandırmaq  lazımdır.  Bəzən  şair,  yazıçı,  sənət 

adamı  nədənsə  inciyir.  Bu  isə,  öz  növbəsində,  ondakı 

hansısa  ilhamı,  istedadı  öldürür.  Bu  baxımdan,  Heydər 

Əliyev  sənətkara  qayğı  göstərməyin  incəliklərini  çox 

dərindən  bilirdi.  Heç  bir  sənət  adamı,  istedad  sahibi 

ümummilli  liderimizin qayğısından kənarda qalmayıb.  Bu, 

Heydər  Əliyevə  dövlət  adamı  kimi  nüfuz  gətirməklə 

yanaşı, 


təbii 

ki,  ən  böyük  nüfuzu  Azərbaycan 

ədəbiyyatına,  Azərbaycan  incəsənətinə  gətirirdi.  Ona 

görə  də,  Heydər Əliyevi  müasir zəmanənin  heç  bir dövlət 

xadimi  ilə  müqayisə etmək  olmaz.

Ulu  öndərimiz  DTK  orqanlarının  rəhbəri  qismində  də 

sənət  adamlarımızı  dəfələrlə  müdafiə  edib.  Bunu 

Bəxtiyar  Vahabzadə,  Anar  və  başqaları  dəfələrlə  etiraf 

ediblər.  Heydər  Əliyev  sənəti  duyurdu,  sənətdən, 

sənətkarı  qorumaqdan  da  həzz  alırdı.  Ümummilli 

liderimizin  daxilində  sənət  eşqi  var  idi.  Heydər  Əliyevə 

müraciət  edən  heç  bir  yazıçı,  şair,  sənətkar  köməksiz 

qalmayıb.

Azərbaycan  xalqı  xoşbəxtdir  ki,  ümummilli  liderimiz 

Heydər  Əliyevin  siyasi  kursu  hazırda  prezident  İlham 

Əliyev  tərəfindən  davam  etdirilir.

128

Keçmişdə  baş  verən  hər  bir  hadisədən  nəticə 



çıxarmağın  vacibliyini  dönə-dönə  təkrar  edən  Heydər 

Əliyev  bir  daha  keçmiş  dövrə  qayıdaraq  deyirdi:  "Sovet 

İttifaqının  mövcud  olduğu  70  il  ərzində  onun  ərazisində 

din  yasaq,  qadağan  edilmiş,  ateizm  təbliğatı  aparılmışdır. 

Dinə qarşı çox kəskin  mübarizə aparılmış, allahsızlıq, dini 

inkar  etmək  o  illərdə  kommunist  ideologiyasının  əsasını 

təşkil  etmişdir...  Azərbaycan  öz  müstəqilliyini  bərpa 

edindən  sonra  tarixi  nöqteyi-nəzərdən  qısa  bir  zamanda 

dinin,  o  cümlədən  islam  dininin  nə  qədər  dərin  kökləri 

olduğunu  daha da çox  dərk  edə  bilmişik".

Bir  din  xadimi,  yaradıcı  fəaliyyətlə  məşğul  olan  bir 

insan,  bir  vətəndaş  kimi  deyə  bilərəm   ki,  bu  nitq 

Azərbaycan dövlətinin bu gün dinimizə, mənəviyyatımıza 

verdiyi  qiymətin  parlaq  ifadəsi  idi.

Konfransda  Heydər  Əliyevin  nitqində  dini-mənəvi 

dəyərlərin  müasir  dövrdə  əhəmiyyəti  məsələsinə  geniş 

yer  verilmişdir.  O  göstərmişdir  ki,  "müasirlik  və  dini- 

mənəvi  dəyərlor"  biri-biri  ilə  bağlanmalıdır.  Dini-mənəvi 

dəyərlərdən  biz  müasir həyatımızın  daha da genişlənməsi 

və  inkişaf  etməsi  üçün  istifadə  etməliyik.  Dini-mənəvi 

dəyərlor  bizi  geri  çəkməməlidir,  irəli  aparmalıdır.  Çünki 

İslam  dininin  mənəvi  dəyərləri  insanları  həmişə  inkişafa 

aparmışdır,  insanlara  həmişə  qarşıdakı  uzaq  və  işıqlı  yolu 

göstərmişdir  və  insanları  daha  da  irəli  getməyə,  daha  da 

savadlanmağa,  mədəniyyətə  daha  da  qovuşmağa,  müasir 

həyatın  bütün  vasitələrindən  öz  həyatını,  öz  millətinin 

həyatını,  xalqının  həyatını  daha  da  yaxşılaşdırmaq  üçün 

daha  da  səmərəli  istifadə etməyə yönəltmişdir.

129



Azərbaycan  lideri  din  xadimlərinə  tövsiyə  edirdi  ki, 

onlar  İslam  dininin  çox  yaxşı,  dünyəvi  dəyərlərini,  onun 

heç zaman  əhəmiyyətini  itirməyən  mənəvi  dəyərlərindən 

insanların 

bəhrələnm əsi, 

onların 


həyat 

tərzinin 

yaxşılaşması  üçün  istifadə etsinlər.

Heydər  Əliyev  konfranslara,  üm umiyyətlə,  islam  

toplantılarına  dəyərli  qiymət  verir  və  göstərir  ki,  hər  bir 

islam  konfransının  tövsiyələri  cəmiyyətdə  m ənəviyyatın 

daha da yüksəlməsinə  kömək etməlidir.

O  tez-tez  xatırladaraq  deyirdi  ki,  Azərbaycan  müstəqil 

dövlət  olaraq  demokratiya  yolu  ilə  gedir.  Biz  öz 

müstəqilliyimizi  əldə  edəndən  sonra  A zərbaycanda 

demokratik,  hüquqi,  dünyəvi  dövlət  qurmaq  yolunu 

tutmuşuq  və  bu  yolla  da  gedirik.  Azərbaycan  xalqı  üçün 

bu  yolun  doğru,  düzgün  olduğunu  dövlət  başçısı 

göstərmişdir.  Demokratik,  hüquqi  dövlət  insanlara  bütün 

azadlıqları  verir  və  bunlar  Azərbaycanın  1995-ci  ildə 

qəbul  etdiyi  ilk  demokratik  Konstitusiyasında  öz  əksini 

tapıbdır.  Dövlətimiz,  Azərbaycan  Konstitusiyasının 

insanlara  verdiyi  etiqad  azadlığını,  din  azadlığını  öz 

siyasətinin  əsas  hissəsi  hesab  edir:  Konstitusiya  din 

azadlığını  elan  etmişdir,  biz  isə  dövlət  kimi  bunun  təmin 

olunmasının  qarantıyıq,  bunu  öz üzərimizə götürmüşük.

Milli  dövlətimizin  başçısı,  ümummilli  liderimiz 

tərəfindən əsası  qoyulan strateji  siyasi  xəttə uyğun olaraq, 

hazırda gündəlik fəaliyyətdə insan, millət və xalqın etiqad 

azadlığına  humanist  münasibət  bəslənilir.  Bu  bir  daha 

göstərir  ki,  bu  gün  bizim  dövlət  dünyəvi  dövlətdir  və  bu 

dövlət  dindən  ayrı  deyildir.  Bu  gün  Azərbaycanda 

dövlətlə  din  arasında  əməkdaşlıq  vardır.  İslam  dininin

130

qiymətli  mənəvi  dəyərlərindən  respublika  əhalisinin 



yüksək  əxlaqi  və  mənəvi  cəhətdən  formalaşmasında 

istifadə  olunmasının  əhəmiyyəti  ölçüyə  gəlməzdir.  Belə 

münasibət isə  insanların  demokratiyanın,  həqiqi  vətəndaş 

azadlığının  nə  olduğunu  başa  düşməsinə,  anlamasına 

səbəb olacaqdır.

Demokratiya yolunu tutan ölkənin  vətəndaşları  da təbii 

ki,  demokratiyanı  özbaşınalıq,  xaos  kimi  düşünməməli­

dirlər.  Demokratiya  yüksək  m ənəviyyat  deməkdir. 

Azərbaycan  rəhbəri  çox  böyük  ürək  açıqlığı  ilə  göstərir 

ki,  bu  yüksək  mənəviyyatı,  yüksək  mədəniyyəti  hər  bir 

azərbaycanlıda  yaratmaq  üçün,  gənc  nəsli  bu  əsaslarda 

tərbiyələndirm ək  və  böyütmək  üçün  İslam  dininin 

mənəvi  dəyərləri  çox  gərəkdir.

Heydər  Əliyev  öz  milli  adət-ənənəsi,  özünün  yaşam 

tərzi,  eyni  zamanda,  bəşəri  dəyərlərdən  bəhrələnən, 

Azərbaycan 

xalqının  yetirdiyi 

dühalar  içərisində 

yüksəklərdə  dayanan  bir  şəxsiyyətdir.  Onun  ömrü  və 

fəaliyyəti  nəinki  Azərbaycan  xalqı  üçün,  eləcə  də  bəşər 

tarixi  üçün çox əhəmiyyətli  bir sərvətdir.  Bu  sərvətdən də 

hələ  bir  çox  millətlər,  xalqlar  bəhrələnəcəkdir.  Heydər 

Əliyev  təkcə  bir  insan  ömrü  yaşamayıb.  O,  bəlalara, 

faciələrə  düçar  olmuş,  dövlətçiliyini,  ərazi  bütövlüyünü 

itirmək  təhlükəsi  qarşısında  qalan,  bəzən  də  müəyyən 

qədərini  itirən  bir  xalqın  daxili  müqavimət  qüvvəsi  kimi 

meydana  çıxıb.  Yəni  fəaliyyəti  ilə  bütün  xalqın 

potensialını  bir  araya  gətirərək  faciələrə,  bəlalara  qarşı 

dayana  bilib,  xalqı  ayaq  üstə  qoya bilib.  Bu  mənada o,  bir 

çox  dövlət  başçılarına,  Heydər  Əliyev  və  Azərbaycan 

xalqının  birliyi  isə  bir  çox  xalqlara  nümunə  olaraq

131



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə