Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə28/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   24   25   26   27   28   29   30   31   32

luğunun  tərkibində  olmuş  bütün  xalqlar  Sovet  İttifaqının 

tərkibinə  daxil  edilmiş,  Sovetlər  Birliyi  tərəfindən  ələ 

keçirilmişdi.  Beləliklə,  bütün  keçmiş  Rusiya  imperator- 

luğunun  ərazisində  yeni  ictimai-siyasi,  iqtisadi  quruluş 

yaranmışdı.  Bu  quruluşun,  şübhəsiz,  ziddiyyətli  cəhətləri 

var idi.  Biz bundan imtina etmişik.  Onu da demək lazımdır 

ki,  70  il  ərzində  Azərbaycan  xalqı  öz  milli  mənliyini, 

dilini, hətta din yasaq olunsa da, dinini də itirməmişdir.  Bu 

quruluşun  imkanlarından  istifadə  edən  Azərbaycan  xalqı 

elmini,  təhsilini,  mədəniyyətini  yüksək  zirvələrə 

qaldırmışdır.

Bu  da  tam  həqiqətdir ki,  XX  əsrdə  Azərbaycan  dünya 

mədəniyyətinə,  dünya  elminə  böyük  töhfələr  vermişdir. 

Bizim  böyük  alimlər,  yazıçılar,  şairlər,  memarlar, 

rəssamlar,  bəstəkarlar,  musiqiçilər  həm  Azərbaycan 

xalqının  elmini,  mədəniyyətini,  təhsilini  zənginləşdirmiş, 

həm  də  bütün  dünya  mədəniyyətinə,  elminə  böyük 

töhfələr  vermişlər.  Bununla  yanaşı,  həmin  dövrdə 

Azərbaycan  Respublikasının,  Azərbaycan  xalqının  ən 

böyük  nailiyyətlərindən  biri  də  bundan  ibarətdir  ki,  onun 

bilik  səviyyəsi  yüksəlmiş,  Azərbaycanda savadsızlıq  ləğv 

edilmişdir.  Respublika  ərazisindəki  bütün  təhsil  ocaqları 

xalqı  savadlandırmaq,  onun  bilik  səviyyəsini  yüksəltmək 

üçün  hər  cür  imkanlara  malik  olmuşdur".  Bütün  bunlar 

onu  göstərir  ki,  hətta  bizə  uyğun  olmayan  və  indi  rədd 

etdiyimiz  sosialist,  kommunist  quruluşu  şəraitində  də 

Azərbaycan  xalqı  öz  tarixinə,  öz  milli  ruhuna,  öz  milli 

ənənələrinə  sadiq  qalmış  və  bu  duyğuları,  bu  hissləri 

qəlbində  qoruyub  saxlamışdır.  Xalqımız  həmin  dövrdə 

qazandığı  nailiyyətlərdən  indi,  müstəqilliyə  nail  olduğu 

dövrdə  geniş  istifadə  etmək  imkanına malikdir".

120


Azərbaycan  Respublikası  Prezidentin  icra  aparatının 

rəhbəri,  professor  Ramiz  Mehdiyevin  bu  mənada  fikirləri 

maraq  doğurur.

"Milli  eynilikdən  danışarkən,  bəzi  qloballaşma 

məkanlarında  sakitləşən,  digərlərində  isə,  əksinə, 

fəallaşaraq,  dövlət  həyatının  bütün  sahələrinə  getdikcə 

daha çox təsir göstərən dinin  rolunu unutmaq  olmaz.  Bəzi 

Qərb  tədiqqatçılarının  fikrincə,  Qərbdə  din  siyasi  və 

sosial  məsələlərdə  artıq  həlledici  rol  oynamır.  O,  sosial 

münasibətləri  nizamlamır.  Din  sosial  ədalət  haqqında 

təsəvvürlərin  inkişafında  müsbət rolunu  oynamışdır.

Keçmiş  kommunist  hakimiyyəti  illəri  Azərbaycan 

xalqını  "elmi  ateizmin"  əsaslılığına  inandıra  bilmədi". 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonrakı  illərdə  isə 

bu  sahədə  milli  inkişaf  strategiyasını  düşünülmüş  və 

konseptual  şəkildə  müəyyənləşdirmək  və  Azərbaycanda 

dinin  yerini  və  rolunu  inamla  səciyyələndirmək  üçün  on 

ilə  yaxın  vaxt  lazım  olmuşdur.  Azərbaycan,  bəlkə  də, 

dünyada  çox  nadir  dövlətlərdən  biridir  ki,  bürada 

"sivilizasiyaların  toqquşması"  yolverilməz  hesab  edilir. 

Təfəkkürün  və  informasiyanın  sirkulyasiyası,  qlobal 

təbəddülatlar  və  proqnozlaşdırılan  "sivilizasiyaların 

toqquşması"  dövründə  konfessiyalar-arası  dialoq  milli 

eyniliyi  qoruyub  saxlamağa  və  onun  postindustrial  dövrə 

ötürülm əsinə 

imkan 


yaradır. 

Bəzən 


dövlətlərin 

transformasiyasını  müşayiət edən  milli  eyniliyin  itirilməsi 

bütün  bəşəriyyətin  mükəmməl  inkişafını  ləngidən 

böhrana  gətirib  çıxarır.  Odur  ki,  bəzən  filosoflar, 

politoloqlar  və  sosioloqlar  deyirlər  ki,  bəşəriyyət

121



"böhranın  normallaşması"  dövründo  yaşayır,  y ə n i 

dünyada  mövcud  dünya  nizamı  vaxtaşırı  normallaşaraq, 

dövlətlərin  və  cəmiyyətlərin  qismən  inkişafına  köm ək 

edən  daimi,  xroniki,  ümumi  böhran  kimi  qiymətləndirilir. 

"Tarixi  təcrübə getdikcə qəhrəmanlıq eposundan daha çox 

"acı  bağırsaq"  kimi  uzanan  operaya"  dönür.  Böhran  v ə  

onun normallaşması barədə danışıqların ən heyrətləndirici 

əlamətlərindən  biri  sosial  dəyişikliklər  və  tarixi  təkamül 

barədə  nikbin  söhbətlərin  iflasa uğramasıdır".

Professor  Ramiz  Mehdiyevin  fikrincə,  "əlb əttə, 

modernləşmə  islamı  sıxışdırıb  aradan  çıxartmaq  cəhdi 

kimi  qəbul  edilməməlidir.  İndi  Qərbin  regionumuzda 

tətbiq  etdiyi  ideya,  -  ictimai  və  dövlət  həyatının 

modernləşməsi,  vətəndaş  cəmiyyətinin,  hüquqi  dövlətin 

və  şairənin  yaradılmasına  kömək,  -  dövrün  tələbindən 

irəli  gəlir.  Lakin  o,  praktikada  gerçəkləşməyə  başlayan 

kimi,  Qərbin  niyyətlərinin  səmimiliyinə  şübhələr  (bəzən 

əsaslı)  meydana çıxır, çünki  bu  niyyətlər ekspansiya (təsir 

dairəsini  genişləndirmək)  cəhdi  kimi  təsəvvür  edilir. 

Bəzən  bu  şübhələr  boş  yerdən  doğmur.  M əsələ 

burasındadır ki,  qloballaşmanın  təbiətinin  başa  düşülməsi 

ona gətirib çıxarır ki, bəzi  hökumətlər qarşılıqlı  asılılıqdan 

sui-istifadə  edirlər,  birtərəfli  siyasətin  köməyi  ilə  ondan 

ancaq  öz  mənafeləri  üçün  istifadə  etməyə  çalışırlar.  Bu 

zaman tilsimli  dairə alınır: dəyişikliklərə getməmək, vaxtı 

ötüb  keçmiş köhnədən yapışıb qalmaq olmaz, əgər hər şey 

olduğu  kimi  saxlansa,  bunun  necə  pis  olacağı  təsəvvürə 

belə  gətirilə  bilməz.  Modernləşməyə getmək  isə  əhalinin 

geridə  qalan  hissəsinin,  dini  radikalizm  tərəfdarlarının 

müqaviməti  ilə  rastlaşmaq  deməkdir  ki,  biz  bunu  bəzən

122

Azərbaycanın  müasir  həyatında  bu  və  ya  digər  şəkildə 



müşahidə  edirik.  Lakin  çətinliklər  ictimai  həyatın  və 

dövlət həyatının təzələnməsinə mane olmamalıdır.  Dünya 

birliyinin  bir  hissəsi  kimi  Azərbaycan  bəşəriyyətin 

inkişafının  magistral  yolundan  kənarda qala  bilməz".

Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyev 

Azərbaycanın  həyatının  hər  bir  sahəsində  həmişə 

sədaqətin,  ardıcıllığın  tərəfdarı  idi.  Özü  də  bu  prinsiplərə 

həmişə  fədəkarlıqla  əməl  edirdi.  Ümummilli  liderimiz 

Azərbaycanın  siyasi  partiyaları  və  ictimai  hərəkatların 

rəhbərləri  ilə  hələ  1993-cü  ilin  noyabrın  17-də görüşündə 

tövsiyə edirdi  ki:

"Bir daha  demək  istəyirəm  ki,  hamımız  Azərbaycanın 

müstəqil  dövlət  olmasının  tərəfdarıyıq  və  şəxsən  mən, 

dəfələrlə  qeyd  etdiyim  kimi,  harada  olmağımdan  asılı 

olmayaraq  bütün  fəaliyyətimdə  və  həyatımın  son 

dəqiqəsinədək  Azərbaycanın  müstəqil  dövlətçiliyini 

qoruyacağam. 

Əgər 


müxalifətdə 

olan 


qüvvələr 

Azərbaycanın  müstəqilliyini  qorumağa  tərəfdardırlarsa, 

dem əli,  burada  fikir  müxtəlifliyi  yoxdur. 

Bizim 


ideologiyamızın  əsası  budur.

K eçm işdə 

ideologiyam ız 

m arksizm -leninizm  

ideologiyası  idi  və  indi  biz  ondan  imtina  etmişik.  Lakin 

Azərbaycan 

cəmiyyətinin 

əksəriyyəti 

kommunist 

ideologiyasından,  sosializm  quruluşundan  imtina  etmişdir 

və  Azərbaycanın  müstəqil,  dünyəvi  dövlət  kimi, 

ümumbəşəri  dəyərlər  əsasında,  eyni  zamanda,  milli 

ən ən ələr  əsasında  hüquqi  dövlət  qurmaq  yolu  ilə 

getməsinin  tərəfdarıdır.

Deməli,  bizim  ideologiyamız  bundan  ibarətdir.  Həmin 

ideologiyanın  bir  hissəsini  mənəvi  dəyərlərimiz,  milli

123



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə