Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə26/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

vəhdətindən  doğan  elm,  ədəbiyyat,  incəsənət  əsərlərini, 

bunları  yaradanları  həmişə  yüksək  qiymətləndirmişik. 

Azərbaycanın  elm,  mədəniyyət  tarixində  belə  adam lar 

çox  görkəmli  yer tutur.

Biz  Nizami,  Füzuli,  Nəsimi  kimi  böyük  şəxsiyyətlərlə 

fəxr etdiyimiz  kimi,  eyni  zamanda  Mirzə  Fətəli  Axundov 

kimi  böyük  şəxsiyyətlə  də  fəxr  edirik.  Mirzə  Fətəli 

Axundov islam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən 

biri  olubdur.  O,  islam  dəyərlərinə  çox  sadiq  bir  insan 

olubdur.  Amma  eyni  zamanda  o,  Azərbaycanın  milli- 

mənəvi  dəyərlərini,  islam  dəyərlərini  üm um bəşəri, 

Avropa  dəyərləri  ilə  zənginləşdirərək  dahiyanə  v ə 

xalqımızın  inkişafına  çox  böyük  təsir  göstərmiş  əsərlər 

yaratmışdır.

Dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyov  nə  qədər  milli 

olubsa,  o  qədər  də  ümumbəşəri  olubdur.  Biz  bunu 

qiymətləndiririk.  Biz heç  vaxt yalnız milli,  dini  dəyərlərə 

qapılaraq,  onun  çərçivəsindən  kənara  çıxmayan,  yaxud 

ondan  kənarda  heç  bir  şeyi  görməyən  insanları,  alimləri 

xalqın  inkişafına  xeyir  verən  adam  hesab  etmirik.  Ancaq 

milli  xüsusiyyətlərini  qoruyub  saxlayan,  milli-mənəvi 

dəyərlərinə  sadiq  olan,  milli-mənəvi  dəyərlərini  yüksək 

qiym ətləndirən,  onlarla  fəxr  edən,  eyni  zamanda, 

ümumbəşəri  dəyərlərin  xalqımız  üçün  faydalı  hissələrini 

götürüb  Azərbaycan  ictimai,  elmi,  mədəni  fikrini  inkişaf 

etdirən  şəxsiyyətlər Azərbaycanın  mədəniyyətini, elmini, 

bax,  bu  səviyyəyə  gətirən  insanlardır.  Bu  baxımdan, 

Azərbaycanın  XIX-XX  əsrlərdəki  böyük  şəxsiyyətlərinin 

yaratdığı  əsərlər,  gördüyü  işlər  eyni  zamanda  islam 

sivilizasiyasının  -  təkcə  Azərbaycanda  yox,  bütün

110

Qafqazda,  o  cümlədən  Mərkəzi  Asiyada  -  müasir 



tələblərə  uyğun  inkişaf  etməsinə  böyük  töhfələr 

vermişdir".

1994-cü  il  mayın  27-də  Azərbaycanın  İstiqlal 

bayramına  həsr olunmuş  təntənəli  yığıncaqda  ümummilli 

lider bildirmişdi:

"Orta  əsrlərdə  Azərbaycan  xalqı  Nizami,  Xaqani, 

Nəsimi,  Füzuli  kimi  dahilər  yetişdirmiş  və  onlar  da 

azadlıq 


hissləri 

ilə 


yaşayıb-yaratmışlar. 

Sonrakı 


dövrlərdə,  Azərbaycan  çar  Rusiyasının  tərkibində,  onun 

əsarəti  altında  olarkən  də  ölkənin  mütəfəkkir  adamları, 

qabaqcıl  siyasi  xadimləri,  yazıçı  və  şairləri  olmuşdur. 

Mirzə  Fətəli  Axundov,  Həsən  bəy  Zərdabi,  Cəlil 

Məmmədquluzadə,  Mirzə  Ələkbər  Sabir,  Seyid  Əzim 

Şirvani, 

Üzeyir 

Hacıbəyov 



kimi 

şəxsiyyətlərin 

yaradıcılığında  da  milli  azadlıq  hissləri  öz  əksini 

tapmışdır.  Yəni  siyasi  rejimdən,  kiminsə  əsarəti  altında 

yaşamasından  asılı  olmayaraq,  xalqımız  həmişə  milli 

azadlığa,  istiqlala can  atmışdır".

Yetmiş  illik  sosialist  rejimi  dövründə  də  bu  hisslər 

xalqın  qəlbindən  çıxmamışdır.  Bəli,  Nəriman  Nərimanov 

da  Azərbaycan  xalqının  müstəqilliyi  uğrunda  çalışmışdır, 

cəfər  cabbarlı  hələ  1918-20-ci  illərdə  böyük  əsərlər 

yaradaraq,  həm  də  sosialist  sistemi  dövründə  onu 

tərənnüm   edərək  məhz  Azərbaycanın  milli  azadlığı 

uğrunda  çalışmış  və  xalqımızın  azadlıq  hisslərini  ifadə 

etmişdir.  Hüseyn  Cavid,  Əhməd  Cavad,  Mikayıl  Müşfiq 

və  o  dövrdə  yaşamış  başqa  sənətkarlar  da  öz  əsərlərində 

xalqımızın  milli  azadlıq  fikirlərini  əks etdirmişlər.  Səməd 

Vurğun, 

Rəsul 


Rza, 

Azərbaycanın 

ilk 

Elmlər


111


Akademiyasının 

birinci 


prezidenti 

M irəsədulla 

Mirqasımov,  Yusif  Məmmədəliyev,  Mustafa  bəy 

Topçubaşov  da  bu  dövrdə  yaşamış,  Azərbaycan  xalqına 

bu  dövrdə  xidmət  göstərmişlər.  Onlar  öz  əsərləri,  elmi 

fəaliyyətləri 

ilə 

Azərbaycan 



xalqının 

elm 


və 

mədəniyyətinin  yüksəlməsinə  çalışmış  və  beləliklə  də 

xalqı  gələcəyə,  milli  azadlığa,  m üstəqilliyə  doğru 

aparmışlar.”

Aparılan təhlil və nəzərdən keçirilən tarixi analogiyalar 

bizi  qəti  şəkildə  bu  qənaətə  gətirmişdir  ki,  H eydər 

Əliyevin  öz  üzərinə  götürdüyü  tarixi  missiya  hər  hansı 

xronoloji çərçivəyə sığmır və onun mahiyyəti Azərbaycan 

xalqının  ideologiya  sisteminin  yaradılmasındadır.  Həmin 

ideoloji  sistemin onurğa sütununu Heydər Əliyevə məxsus 

olan  dövlətçilik  baxışları  və  onlara  əsaslanan  dövlət 

quruculuğu  konsepsiyası  təşkil  edir.

Heydər Əliyevin  dövlətçilik baxışları  sistemi  kompleks 

xarakter  daşımaqla  mahiyyətcə  müasir  Azərbaycanın 

məfkurə  əsası  rolunda  çıxış  edir.  Bu  tezisə  şamil  edilən 

məna  tutumunun  əsas  qayəsi,  əslində,  haqqında  bəhs 

edilən  baxışlar  sisteminin  Azərbaycanın  inkişaf  yolunu 

müəyyənləşdirməsidir.  Elmi  və  siyasi  ədəbiyyatda  artıq 

dövriyyəyə  daxil  edilmiş  "H eydər  Əliyev  yolu"  anlayışı 

məhz  həmin  məna çalarlarına sahibdir.

Azərbaycana  rəhbərlik  etdiyi  bütün  dövrlərdə  Heydər 

Əliyevin 

fəaliyyətinə 

ciddi 


dəyərlər 

sisteminə 

əsaslanmaq  kimi  keyfiyyət  xas  olmuşdur.  Bu  onun 

göstəricisidir  ki,  Azərbaycan  tarixinin  həmin  dövrü

112

müasir  Azərbaycanın  quruculuğunun  ciddi  konseptual 



bazaya  söykənərək  həyata  keçirilməsi  ilə  müşayiət 

olunmuşdur.  Mövcud  rəhbərlik  stili  və  təcrübəsinin 

əhatəli  təhlili  və  dəyərləndirilməsi  indinin  özündə  də 

Heydər Əliyev  tərəfindən  müəyyənləşdirilmiş  və  ölkənin 

inkişafının  konseptual  əsasını  təşkil  edən  baxışlar 

sisteminin  və  dəyərlər  məcmusunun  fəaliyyətdə  olması 

qənaətinə gəlməyə tam  əsas verir.  Sözügedən baxışlar və 

dəyərlər toplusunun  məzmunu və  təyinatı  isə,  fıkrimizcə, 

müasir  Azərbaycanın  inkişaf  yolunu  müəyyən  etmək, 

onun  həyata  keçirilməsi  amillərini,  şərtlərini  və 

resurslarını  dəqiqləşdirərək  sistemə  salmaqdan  ibarətdir.

Heydər  Əliyevin  tarixi  xidmətlərinin  yalnız  müasir 

Azərbaycanın  qurucusu  olması  ilə  məhdudlaşdığını 

düşünmək  bu  dahi  şəxsiyyətin  miqyaslarını  düzgün 

qiym ətləndirm əm ək  sayılardı.  Azərbaycan  xalqının 

ümummilli  liderinin,  sözün  həqiqi  mənasında,  planetar 

miqyası  çağdaş  tarixin  mübahisəsiz  qəbul  edilən 

gerçəkliyidir.  Heydər Əliyevin  keçmiş  Sovetlər Birliyinin 

rəhbərliyində  təmsil  olunaraq  dünyada  gedən  proseslərin 

axarına  nüfuz  etməsi  onun  tarixi  rolunun  geniş 

parametrlərə  malik  olduğunu  şərtləndirən  amillərdən 

biridir.  Lakin  hesab  edirəm  ki,  Heydər  Əliyevin 

beynəlxalq və regional  proseslərə yaxından təsiri, bununla 

da  bəşəriyyətin  müasir tarixinə öz möhürünü  vurması  XX 

əsrin  90-cı  illərinə,  müstəqil  Azərbaycanın  prezidenti 

vəzifəsini  həyata  keçirdiyi  dövrə  təsadüf edir.

113



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə