Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə19/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

İnamla  deyə  bilərəm  ki,  onun  bu  fikirləri  bütün 

dindarlarımızın,  vətəndaşlarımızın  mövqeyini  dolğunluğu 

ilə  əks  etdirir.  Çünki,  dahi  şəxsiyyətin  bütün  ömrü  xalqın 

gözü  qarşısında olmuşdur.  Biz ziyalılar,  dindarlar da daim 

onunla  olmuşuq,  onun  xalq—vətən  naminə  atdığı  bütün 

çətin,  təhlükəli,  cəsarətli  addımlarını  alqışlam ışıq, 

müdafiə 

etmiş 


və 

öz 


sahəmizdə 

ulu 


öndərin 

tövsiyyələrinin  ləyaqətlə  yerinə  yetirilməsi  üçün 

əlim izdən  gələni  əsirgəməmişik.  İnşallah,  biz  bu 

yolumuza ötən çətin, keşməkeşli dövrdə olduğu kimi, yeni 

inkişaf mərhələsində də sadiq olacağıq.  Çünki  ümummilli 

liderimizin  həyatı,  fəaliyyəti  hər  bir  azərbaycanlı  üçün 

unudulmaz  və  xeyirlidir.  Doğma  Azərbaycanımız  məhz 

Allahın  iradəsi,  ümummilli  liderimizin  gərgin  zəhməti, 

xalqımızın  mətanəti  sayəsində  indiki  sabitlik  həyatını 

yaşayır,  gələcək  inkişafımızın  sürətli  tərəqqisi  üçün 

Heydər  Əliyev  siyasətinin  layiqli  davamçısı  Prezident 

İlham  Əliyevin  uğurlu addımlarının gələcəyinə  inanır.

Hörmətli  Şeyximizin  hələ  1993-cü  ildə  söylədiyi  bir 

fikri  də  bu  məqamda  xatırlatmaq  yerinə  düşərdi. 

Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə:  "Azərbaycan 

üçün  böyük  bir  səadətdir  ki,  onun  Prezidenti  zəmanənin 

sınaqlarından  keçmiş  müdrik  və  adil  bir  şəxsiyyətdir, 

fədəkar  və  sədaqətli  bir  insandır.  Elə  bir  Prezident  ki, 

ölkəni  və  xalqı  daha  öyrənə-öyrənə  idarə  etməyəcək, 

idarə  edə-edə  milləti  öyrədəcəkdir...  özünün  zəngin  bilik 

və  bacarığını  xalqı  üçün  sərf edəcəkdir".

80






Fikrimcə, 

hörmətli 

Şeyximizin 

qeyd-şərtsiz 

bölüşdüyüm  bu  sözlərini  tam  cəsarətlə  Prezident  İlham 

Əliyevə də  şamil  etmək olar.  Çünki,  məhz Heydər Əliyev 

kimi dahi  şəxsiyyətin layiqli davamçısı  kimi  İlham Əliyev 

bütün  dövrlərdə,  istər  gənclik  illərində,  sovet  idarəçiliyi 

dövründə,  istərsə  də  yeni  müstəqillik  şəraitində  Heydər 

Əliyevin  həyat  universitetinin  ən  uzunmüddətli  məzunu 

olub.  İlham  Əliyev  atasından  öyrənib,  dünya  siyasət 

məktəblərindən  öyrənib  və  bu  gün  məhz  Allahın  iradəsi 

ilə  müstəqil  Azərbaycana  uğurla  rəhbərlik  edir.  Çünki, 

müqəddəs  kitabımız  Qurani-Kərimdə  buyrulduğu  kimi: 



"Allah  istədiyi şəxsə hikm ət (elm,  m ərifət,  m üdriklik) 

bəxş  edər.  K im ə  hikm ət bəxş edilm işsə,  ona  çoxlu xeyir 

(əbədi səadət) verilmişdir! Bunu ancaq ağıllı adamlar dərk 

edərlər!"("Bəqərə"  surəsi,  269).

Bəşər tarixinə  böyük  dəyişikliklər əsri  kimi  daxil  olan 

XX  əsr  Azərbaycan  üçün  də  müstəsna  əhəmiyyətli  bir 

dövr oldu.  Ötən əsrin  əvvəlində  ilk dəfə qurulan  müstəqil 

dövləti,  millətinə,  dininə,  mənəviyyatına  sahib  çıxan 

cümhuriyyəti  təəssüf  ki,  qoruyub  saxlamaq  mümkün 

olmadı.  Lakin  Allah  öz  bəndələrini  heç  vaxt  ümidsiz 

buraxmır.  20-ci  əsrin  sonunda  xalqımız  yenidən  tarixi 

nemətə  çatdı.  Bu  dəfə  Azərbaycan  xalqı  müdrik  oğlu, 

görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  müstəsna 

xidmətləri  sayəsində  müstəqil  dövlətini  qoruyub  saxlaya 

və  onu  inamla  inkişaf etdirməyə  nail  oldu.  Məhz,  dünya 

azərbaycanlılarının  vahid  lideri  olan  Heydər  Əliyevin

81



memarlığı  ilə  millətin  müstəqilliyi,  dini  m ənəviyyat, 

vicdan  və  şəxsiyyət  azadlığı  əsas  qanunla,  Konstitusiya 

yolu  ilə  təsbit  olundu.  1995-ci  ilin  noyabrın  12-də 

müstəqil  Azərbaycan  Respublikasının  ilk  demokratik 

Konstitusiyası  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul 

olundu. 


Qanunla 

da 


Azərbaycan 

xalqı 


dünya 

sivilizasiyasının  qabaqcıl  hissəsinə  məxsusluğunu  bir 

daha əyani  sübut etdi.

Burada  müdrik  dövlət  xadimi  Heydər  Əliyevin 

Azərbaycanın  dövlət  müstəqilliyinin  10-cu  ildönümü 

münasibətilə  keçirilən  təntənəli  mərasimdə  söylədiyi  bir 

fikri  xatırlatmaq  istəyirəm.  Ümummilli  liderim izin 

fikrincə,  böyük  Üzeyir  Hacıbəyovun  əsrin  əvvəllərində 

yazdığı  əsərlər dünyaya sübut etdi  ki,  Azərbaycan  tarixən 

Şərq  adət-ənənələrini,  milli  dəyərlərini  daşıyan  bir  xalq 

kimi,  eyni  zamanda,  Şərqlə  Qərbin  qovuşduğu  yerdə 

yerləşən  bir  ölkə  kimi,  ümumbəşəri  dəyərlərin 

hamısından  istifadə  etmək  arzusundadır  və  inkişaf  yolu 

ilə,  tərəqqi  yolu  ilə  getmək  arzusundadır.  Mübaliğəsiz 

deyə  bilərəm  ki,  bu  amalları  məhz  ümummilli  liderin  özü 

gerçəkləşdirdi,  müstəqil  Azərbaycanın  bu  gününün  və 

gələcəyinin  qarantı  ola bildi.

Tam 


inamla 

qeyd 


etmək 

istəyirəm  

ki, 

Konstitusiyamızın  qəbulundan  ötən  illər  ərzində 



Azərbaycan  cəmiyyətində  əslində  daim  mövcud  olan 

milli-dini  dözümlülük,  eyni  zamanda,  insan  hüquq  və 

azadlıqları,  o  cümlədən  də  vicdan  və  dini  etiqad  azadlığı

82

beynəlxalq  standartlara  uyğun  bərqərar  edilmişdir.  Əsas 



Qanunumuzun  48-ci  maddəsində  ("Vicdan  azadlığı") 

deyilir  ki,  "hər  bir  vətəndaş  vicdan  azadlığı,  dinə 

münasibətini  müstəqil  müəyyənləşdirmək,  dini  əqidəsini 

sərbəst  ifadə  etmək  və  yaymaq,  dini  mərasimlərini 

sərbəst  yerinə  yetirmək  hüququna  malikdir".  İndi  və  elə 

gələcəkdə  də  hər  bir  vətəndaşın,  ziyalının  qarşısında 

duran 

müqəddəs 



vəzifə 

Konstitusiyamızın 

bu 

imkanlarından  doğru-düzgün,  təhrif 



etmədən  istifadə 

etməkdir.  Ümumiyyətlə,  hər  bir  qanunu,  əhalinin  birgə 

yaşayışını  tənzim ləyən  ümumi  qaydaları  pozmaq 

günahdır.  Dinlə  bağlı  olduğuna  görə  dahi  mütəfəkkirin 

Qurani-Kərimi  düzgün  oxumayanlara dediyi  kimi:

H ər ə lif bir xəncəri-xunrizi-burrandır sənə,

xəncəri-xunrizi-burrandan həzər qüm azm ısan?

Yəni  "Qurani-Kərimi  düz  oxuyan  özünə  savab,  səhv 

oxuyan  isə  günah  qazanmış  olur".  Bu  fikirləri  təbii  ki, 

eynilə  Konstitusiyamıza  da  aid  etmək  olar.  Tarixdə,  son 

dövrlərdə  ölkəmizin  həyatında  müsbət  istiqamətdə  baş 

verən  dəyişikliklər  onu  göstərdi  ki,  Azərbaycan  xalqının 

yekdil  iradəsi  cəmiyyətimizin  tərəqqisinə  xidmət  edir. 

Müqəddəs  Quran  da  həmişə  mükəmməliyin,  təkmilliyin 

tərəfdarıdır.

Biz  həm  mənəvi  qanunumuzu,  həm  də  dövləti 

qanunumuzu  dərindən  öyrənməli,  Azərbaycanın gələcəyi 

naminə  aparılan  quruculuq  və  dövlətçilik  işlərində

83



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə