Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə16/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

öhdəsindən  gələ  bilmişdir.  Yəni  hələ  1970-ci  illərdə 

Heydər 


Əliyev 

xalqı 


hələ 

bir 


çoxlarımızın

düşünmədiyimiz, 

ağlımıza 

da 


gətirm ədiyim iz

müstəqilliyə  hazırlayırdı.  İkinci  hakimiyyəti  dövründə  isə 

bu  müstəqilliyi  təmin  etmək,  onu  əbədi,  dönməz  etmək 

fəaliyyətinin  əsasını  təşkil  etmişdir.  Mən  sadalamaq 

istəmirəm.  Belə  ki,  biz  hamımız  ümummilli  lider  Heydər 

Əliyevin bütün ömrü boyu gördüyü işlərin canlı  şahidiyik. 

Hər  bir  Azərbaycan  vətəndaşı  ümummilli  lider  Heydər 

Əliyevin  Azərbaycan  üçün,  eləcə  də  dünya  siyasəti  üçün 

kim  olduğunu  yaxşı  bilir.  Onun  ikinci  hakimiyyəti 

dövrünə  ötəri  nəzər  salsaq  görərik  ki,  o,  Azərbaycanı 

parçalanmaqdan,  insanlarını  məhrumiyyətlərdən  xilas 

elədi,  bunun  üçün  bütün  addımları  atdı.  Azərbaycan 

Heydər Əliyevin  sayəsində  qısa  bir vaxt  müddətə  bir çox 

ölkələrin  onilliklərlə  keçdiyi  yolu  keçdi,  əldə  etdiyi 

uğurları  qazandı.  Baxmayaraq  ki,  bizim  və  ümummilli 

lider Heydər Əliyevin  iradəsindən  asılı  olmayan  səbəblər 

üzündən ərazimizin  bir qismi  işğal  altındadır və  məhz elə 

onun  tutduğu  istiqamət  və  bu  yöndə  apardığı  fəaliyyət, 

yürütdüyü  siyasət  bu  problemin  sonradan  Azərbaycan 

xalqının mənafeyinə uyğun şəkildə həll  olunması  üçün  bir 

bünövrə  yaradıb.  Yəni  bundan  sonra  aparılacaq  fəaliyyət 

həmin  bünövrə  üzərində  gedəcək  və  bütün  dünya  bu 

problemin  həllinin  Heydər  Əliyevin  göstərdiyi  yeganə 

düzgün  yolla  mümkün  olduğunu  bu  gün  də  qeyd 

etməkdədir.  Qalan  digər  sahələrdə  isə,  yəni,  ölkə 

iqtisadiyyatının  inkişafı,  siyasi,  demokratik  və  hüquqi 

islahatların  aparılması,  ölkənin  beynəlxalq  layihələrə

68

qoşulması,  hətta  bu  layihələrin  mərkəzində  dayanması, 



təşəbbüskar  və  təşkilatçı  bir  dövlətə  çevrilməsi,  dünya 

siyasətinin 

istiqamətlərindən, 

sözügedən 

böyük 

dövlətlərlə  strateji  partnyorluq  səviyyəsinə  çatması  və 



qlobal  problemlərin  həllində  mərkəzdə  duran  ölkələrin 

sırasında  dayanması,  Azərbaycanın  çox  böyük  siyasi 

iradəyə  malik  olması  və  öz  siyasi  xəttini  müstəqil 

yeritməyə  qadir  olduğunu  sübut  edir.  Bütün  bunlar  da 

ümummilli  lider  Heydər  Əliyevin  fəaliyyəti  sayəsində 

başa  gəlib  və  bu  gün  Azərbaycanın  hərtərəfli  inkişafı 

üçün  bütün  imkanlar  yaradılıb.  Ölkədə  qanunverici  baza 

möhkəmlənib, 

konstitusion 

islahatlar 

aparılıb. 

Azərbaycan  beynəlxalq  qurumların  bərabərhüquqlu 

üzvüdür.  Bu  mənada  demək  olar  ki,  ümummilli  lider 

Heydər Əliyev bütöv bir nəslin görə biləcəyi  işi təkbaşına 

görüb  və  təbii  ki,  xalqının  dəstəyi  ilə.

Yadıma Həzrət Əlinin  ibratəmiz sözləri  düşür:  "Haqq o 

qədər  parlaqdır  ki,  onu  hamı  görür.  Onu  görməmək 

mümkün  deyil".

Ümummilli  liderimizin  hər  bir  anlamda  layiqli 

davamçısı  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda 

"Heydər  Əliyev  Fondu"nun  təntənəli  açılışında  bu  tarixi 

yaşantıları  belə  xarakterizə etmişdir:

"Bu  gün  Heydər  Əliyev  bizimlə  deyil,  amma  onun 

fiziki  yoxluğu  bizi  ruhdan  salmamalıdır.  Onun  ideyaları 

yaşayır, 

onun 


siyasəti 

yaşayır, 

onun 

fəlsəfəsi, 



azərbaycançılıq  fəlsəfəsi,  ideologiyası  yaşayır  və  onun 

qurduğu,  yaratdığı  müasir  Azərbaycan  yaşayır  və  onun 

yolu  ilə  inkişaf edir.  Hamımızın  borcudur  ki,  biz  doğma

69



Vətənimizi  onun  yolu  ilə  irəliyə  aparaq.  Hamımızın 

borcudur  ki,  onun  siyasətini  yaşadaq,  Azərbaycanı 

gücləndirək və onun  istədiyi  kimi, onun yolu  ilə gələcəyə 

aparaq.  Mən  əminəm  və  şübhə  etmirəm  ki,  biz  bunu 

edəcəyik".

Hüseyn  Cavid demişkən:



"Ölüm  var ki,  həyat qədər dəyərli,

H əyat var ki,  ölümdən də zəhərli".

Bəli,  Heydər  Əliyev  həyatı  kimi,  gedişi  ilə  də  xalqı 

birləşdirdi.  Ölümü  ilə  də  xalqına  qürur  verdi.  Vəfatı  və 

son  mənzilə yola  salınması  umumxalq  hüznü  ilə  müşayət 

olunan  Heydər  Əliyev  həmin  anda  bütün  dünyanın 

diqqətini  bir  daha  Azərbaycana  yönəltdi.  Dünya  Böyük 

Azərbaycanlının  vəfatından  sanki  bir  daha  Azərbaycan 

adlı  bir məmləkətin  nəyə  qadir olduğunu  dərk  etdi.

Məhz  lider-xalq  birliyi,  bu  gün  Azərbaycanın  səsinin 

yüksək  tribunalardan  gəlməsini  şərtləndirib.  Mən 

inanıram  ki,  bundan  sonra  da  nə  qədər  ki,  Azərbaycan 

xalqı  var,  ümummilli  lider  Heydər  Əliyevin  də  mənəvi 

həyatı  əbədidir.

1994-cu  ilin  iyulun  9-da  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər  Əliyev  Səudiyyə  Ərəbistanının  məliki 

Fəhd  ibn  Əbdül  Əziz  əl-Səudun  dəvəti  ilə  Səudiyyə 

Ərəbistanında 

səfərdə 


olmuşdur. 

Azərbaycanın 

ümummilli  lideri  Məkkədə  müqəddəs  Kəbəni  ziyarət 

etmişdir.  Səfər  zamanı  Azərbaycan  liderinin  Səudiyyə 

Ərəbistanı  rəhbərliyi  ilə  olan  görüşlərinə  xüsusi 

toxunmaq  istəmirəm,  yalnız  qeyd  etmək  istərdim  ki, 

iyulun  12-də  M ədinəyə  gələn  Azərbaycan  rəhbəri

70

Peyğəmbər  (s)  məscidini  də  ziyarət  etmiş,  namaz 



qılmışdır.  Bunları  xatırlatmaqda məqsədim  nədir?

Diqqəti  ona yönəltmək istəyirəm  ki,  1994-cu  ilin yayı, 

elə  bir  uzaq  tarix  deyil,  o  günləri  yada  salaq. 

Azərbaycanda  1993-cü ilin iyun hadisələrindən cəmi bir il 

keçirdi.  Vətəndaş  müharibəsi  təhlükəsinin  odu  sönsə  də 

hələ də orada-burada onun "közü" qalmaqda idi.  Bu  "köz" 

hər  an 

alovlana 

bilərdi. 

Ermənistan-Azərbaycan 

cəbhəsində  vəziyyət  ürəkaçan  deyildi,  təhlükə,  işğalın 

genişlənm əsi, 

Azərbaycana 

hərtərəfli 

təzyiqlərin 

güclənməsi  hər an  mövcud idi.  Hələ  1994-cü ilin oktyabr, 

1995-ci  ilin  taleyüklü,  həyacanlı,  narahatçılıq  və 

gərginliklərlə dolu  mart günləri  qabaqda  idi.

Məhz  belə  bir  dövrdə  Azərbaycanda  hakimiyyət 

məsuliyyəti  öz  üzərində  olan  Prezident  Heydər  Əliyev 

Azərbaycanın  müqəddəs  dinimizə  sıx  bağlı  olduğunu, 

İslam  aləminə  məxsusluğunu  bir  daha  nümayiş  etdirdi. 

Həmin 

günlərdə 



Məkkədə 

müqəddəs 

Kəbənin, 

Mədinədə  Peyğəmbər  (s)  məscidinin  ziyarəti  Heydər 

Əliyevə  hansı  gücü  verdiyini,  hansı  köməyi  etdiyini  daha 

dəqiq bir özü, bir də, O, Bir Olan Yaradan bilir.  Lakin xalq 

isə,  həmin  dövrdən  sonra  Heydər  Əliyevin  hansı 

təhlükələrdən  sovuşmasının,  neçə-neçə  terror,  sui-qəsd 

hadisələrinin,  dövlətə  qarşı  silahlı  itaətsizlik  kimi  gərgin 

hadisələrdən  qalibiyyətlə,  məğrurluqla  çıxmasının  şahidi 

oldu.

Burada  dahi  mütəfəkkirimiz  Nizami  Gəncəvinin 



məşhur  "Sirlər  xəzinəsi"  poemasından  bir  məqam  yada 

düşür:


71


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə