Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə13/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

təm in  etmişdir.  Qurani-Kərimin  bütün  kəlam ları  bu gün 

A zərbaycanda  A llahın  yo lu   ilə   g e tm ə y im iz  üçün 

m əşəld ir  B iz  bu  yolla  gedirik  və  bundan  sonra  da 

gedəcəyik.

Son  illər  dinimizə  qayıtmağımız,  müstəqil  Azərbaycan 

Respublikasında  İslam  dininin  öz  yerini  tutması  tarixi 

hadisədir.  Əsrlər boyu xalqımız bu  dinə bağlı  olaraq, ondan 

bəhrələnərək  yaşayıb-yaratmışdır.  Dinimizin  yasaq  edildiyi 

son  70  il  ərzində  də  hər  bir etiqadlı  adam  onu  öz  qəlbində 

yaşatmışdır.  İndi  isə  müstəqil  Azərbaycan  Respublikası, 

İslama  etiqad  edən  azərbaycanlılar  müsəlman  aləminin  və 

ümmətinin  tərkib  hissəsidir.  Bu  da  əsrlər  boyu  yaşamış  və 

bizim  üçün  böyük  dayaq  olan  milli,  dini,  mənəvi 

ənənələrimizin  bərpa  və  inkişafının,  möhkəmlənməsinin 

təzahürüdür.  "Güman  edirəm  ki,  biz azərbaycanlılar  -  bu, 



sonradan gələcək  bütün  nəsillərə  də  tövsiyyə  olunur - heç 

vaxt  inamımızdan,  dinim izdən  uzaqlaşmayacaq  və  bu 

m ən əvi  m ənbələrim izdən  istifadə  edərək  gələcəyim izi 

quracağıq".  Bu  Heydər Əliyev inamı  idi.

Ümummilli  lider  xatırladırdı  ki,  indi  qarşıya  qoyulan 

vəzifələrin  yerinə  yetirilməsi  üçün  çətinliklərlə  yanaşı, 

tarixi  imkan mövcuddur.  Bu  ilk növbədə xalqımızın əsrlər 

boyu  arzu etdiyi  istiqlalına  qovuşmasıdır.

"Azərbaycan  m üstəqil  dövlətdir.  Azərbaycan  xalqı  öz 

m illi azadlığına,  m üstəqilliyinə  nail olmuşdur.  Bu,  milli, 

m ədəni,  dini ənənələrim izin bərpasına şərait yaratmışdır. 

B iz  bu  şəraitin  m öhkəm lənm əsi  üçün  bundan  sonra  da 

çalışacağıq  və  əm in ola  bilərsiniz ki,  Prezident kim i mən 

bu yolda əlimdən  gələni  əsirgəməyəcəyəm".

56

Azərbaycan  dövlətinin  ulu  öndəri  müqəddəs  dinimizin 



ibrətamiz  cəhətlərini  xatırlatmağı  vacib  sayırdı.  Onun 

çıxışların,  bu  barədə  fikirlərini  dinləyərkən  ulu  öndərin 

dilimizlə  bağlı  məsələlərdən  nə  qədər  qürurla,  iftixarla 

danışdığı  aydın  hiss  olunurdu.



"İslam  dini  həm işə  insanları  saflığa,  təm izliyə,  ülvi 

m ənəviyyata  d ə v ə t  etmişdir.  Qurani-Kərim  insanları 

düzlük,  m ən əvi  paklıq  ruhunda  tərbiyə  edir.  M üstəqil 

Azərbaycan  Respublikasının  bu  ağır,  çox  çətin, 

keşm əkeşli  dövründə  bütün  bunların  bizdən  ötrü  böyük 

əhəm iyyəti  var".

Dinlə  dövlətin  siyasi  anlamda  ayrı  olduğunu,  mənəvi 

özünüdərk,  maarifçilik, şəxsiyyət azadlığı  baxımından  isə 

vəhdət təşkil  etdiyini  sübut etdi.  Bəlkə, elə  bu mövqe onu 

bir  çox  labüd  bəlalardan  hifz  etdi.  Heç  təsadüfi  deyil  ki, 

Heydər  Əliyev  hər  bir  yeni  məscidin,  müqəddəs 

ziyarətgahımızın  abadlaşdırılmasını,  yenidən  qurulmasını 

tarixi  hadisə adlandırır, onunla iftixar hissi  keçirirdi.  Məhz 

ümummilli  liderimiz  Heydər  Əliyevin  şəxsi  himayəsi  və 

xüsusi  qayğısı,  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri 

Şeyxülislam  Hacı  Allahşükür  Paşazadənin  müstəsna 

xidmətləri  və  təşəbbüsü  ilə  XIII  əsr  abidəsinin  700  illik 

şərəfli  və  nisgilli  tarixi  olan  müqəddəs  ziyarətgahımız  - 

Bibiheybət  məscid-ziyarətgahının  tamamilə  yenidən 

qurulması  gerçəkləşdi.

Qısa zamanda  yüksək  memarlıq  ülsubıı  ilə  inşa  olunan 

bu  ziyarətgah-məscidin  1998-ci  ildə  müqəddəs  gündə 

iyulun  12-də  Məhəmməd  peyğəmbərin  (s)  müqəddəs 

mövludu  günündə  rəsmi  açılış  mərasiminin  böyük

57



təmtəraqla  təşkil  olunması  yaddaşlarda  əbədi  həkk  oldu, 

tarixi  hadisəyə  çevrildi.  Prezident  Heydər  Əliyev 

Bibiheybət  məscid-ziyarətgah  kompleksinin  açılışında 

söylədiyi  tarixi  nitqdə  iftixar  hissi  ilə  bildirirdi:  "Burada, 



bu  m üqəddəs  yerd ə  gözəl,  bu  m üqəddəs  yerə, 

islam iyyətə,  m illiyətim izə,  xalqımıza  layiq  bir  məscid 

tikib  yarada  bilmişik.  Bu,  tarixi  hadisədir.  Bu  bayram 

günü biz buraya bu məscidin yenidən doğulması,  dünyaya 

g əlm əsi m ünasibəti  Hə  toplaşmışıq.  Bu gün  Azərbaycan 

müsəlmanları,  güman  edirəm,  bütün  İslam  aləm i  üçün 

ikiqat  bayramdır.  M əhəm m əd  peyğəm bərin  mövludu 

g ü n ü   H əzrəti  H öküm ənin,  H əzrəti  İm am larım ızın 

övladlarının,  qohumlarının gəbirləri üzərində əzəm ətli bir 

m əscidin  açılması  ikinci  bir  bayramdır".  Bəli,  inamla 

bildirmək  lazımdır  ki,  məhz  Heydər  Əliyevin  müstəsna 

xidm ətləri,  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri 

Şeyxülislam  Hacı  Allahşükür  Paşazadənin  fəaliyyəti 

sayəsində  dinimizin  Azərbaycan  dövlətçiliyinə  xidməti 

güclənməyə  başladı,  mənəvi  dəyərlərimizin  köməyi  ilə 

xalqı 

səfərb ər  etm ək  imkanından 



Azərbaycanın 

taleyüklü  m əsələlərinin  həlli  üçün  istifadə  olunmasına 

şərait  yarandı.  1993-cü  ildən  bəri  ölkəmizdə  gedən 

quruculuq  proseslərində,  prezident  və  parlament 

seçkilərində, 

əsas 


qanunumuzun 

Azərbaycan 



Respublikasının 

Konstitusiyasının 

qəbulunda 

və 


təkmilləşməsində  əksər  Azərbaycan  vətəndaşları  kimi 

din  xadimlərimizin  əksəriyyəti  öncüllər  sırasında 

olmuşdur.  Eyni  zamanda,  qarşılıqlı  ehtiram  sayəsində 

dinimiz,  mənəviyyatımız,  Heydər  Əliyevin  şəxsində

58

etibarlı  dayaq  qazandı.  Xatırlatmaq  istəyirəm. 



Heydər 

Əliyev  deyirdi:  "İslam  dininin  d əyərləri  ən  y ü k sə k  



m ahiyyətə  malik  olan  m ənəvi  dəyərlərdir.  Bu  dəyərləri 

yaşatmaq,  insanları  bu  uca,  ülvi, yü ksək m ənəvi dəyərlər 

səviyyəsin d ə  tərb iyə  etm ək  A llahın  buyurğudur. 

M əhəm m əd peyğəm bərin  qoyduğu  yoldur.  M ən  böyük 

iftixar  hissi  ilə  deyirəm   ki,  Azərbaycan  xalqı  bütün 

çətinliklərdən, 

bəlalardan, 

m əhrum iyyətlərdən, 

ziddiyyətlərdən  keçərək  öz  dininə,  m ən əvi  dəyərlərinə 

daim  sadiq  olmuşdur  və  heç  bir  hakim iyyət,  hökmdar 

bunların  m əhv  edilm əsinə  nail ola  bilm əm işdir" (12  iyul 

1998-ci  il,  Bibiheybət  məscid-ziyarətgah  kompleksinin 

açılış  mərasimində  söylədiyi  nitqdən).

Ümummilli  lider  Bibiheybət  məscid-ziyarətgah  kom­

pleksinin açılış mərasimində daha qlobal  vəzifələr qarşıya 

qoyur.  "Biz  islam  aləminin  bir  hissəsiyik.  İslam 

dünyasında  islam  tarixinə  məxsus  olan  müqəddəs  yerlər, 

ziyarətgahlar  vardır.  Biz  fəxr  etməliyik  ki,  bu  müqəddəs 

yerlərdən,  ziyarətgahlardan  Azərbaycanda  da  vardır. 

Onların  ən  hörmətlisi  və  qiymətlisi  bu  gün  bizim 

toplaşdığımız  yerdir.  Ona  görə  də  İslam  aləminin 

müqəddəs  ziyarətgahı  kimi  bu  yer  dünyada  tanınmalıdır, 

təbliğ olunmalıdır ki,  İslam  tarixi  bu yerin  bu  gününün  və 

keçmişinin  izahı  ilə  daha da dolğunlaşsın.  Bir də  ona görə 

ki,  İslam  tarixinin  hər  bir  müqəddəs  yeri  ümumi  tarix 

kitablarında öz yerini  tapsın.  Bu  işi  də  görmək  lazımdır".

Açığını  deyim  ki,  ulu  öndərin  bu  tövsiyəsi  hər  bir 

qələm  əhli  üçün  vacib  olmalıdır.  Ümummilli  liderin 

müxtəlif görüşlərində  iştirak  edərkən  daim  bu  fikirlərini

59



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə