Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə11/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

Bax  bu  idi  Heydər  Əliyevin  Azərbaycan  milli 

təfəkkürünün, 

elminin 

yaşamasında, 

tədqiqi 

və 


inkişafında  özünəməxsus  yeri  və  rolu  olan  Elmlər 

Akademiyasına  münasibəti.  Bu,  Azərbaycan  xalqının 

əsrlərdən  bəri  toplanmış  elmi  sərvətinin  qorunması  ilə 

yanaşı  əslində  Azərbaycanın  mövcudluğunu  şərtləndirən 

məhək  sütunu  olan  möhtəşəm  elmi  bazanın  gələcək 

naminə yaşamasına əsl  xidmət idi.  Bu, Azərbaycançılığın, 

elmi-dini,  milli  maarifçiliyin  qorunmasına  və  inkişafına 

əsl  xidmət  idi.

Bəli,  müstəqil  dövlətin  dönməzliyini,  sarsılmazlığını 

daxilən  azad,  milli  təfəkkürlü,  milli  ruhun  qorunub 

saxlanmasında  maraqlı  olan  vətəndaş  təmin  edə  bilər. 

Fərdin  vətəndaşa  çevrilməsi  mürəkkəb  prosesdir.  Əsl 

vətəndaş  mövqeyini  milyonlarla  nümunəyə,  örnəyə 

çevirən  Böyük  Öndərimiz  azərbaycanlı  obrazını  dünyaya 

təqdim  etdi.  Mənəvi  dirçəliş  sahəsində  atılan  hər  bir 

addım  azərbaycanlı  obrazının  cilalanmasma  xidmət  etdi. 

Şəxsiyyət fenomeninə çox  qısqanclıqla yanaşan  dünya  bu 

gün  bu  reallığı  qəbul  etmək zorundadır.

Dünyanın  ixtiyar sahiblərini,  siyasi  elitasını təşkil  edən 

dövlət  xadimlərinin  bir  qisminin  böyük  səxavətlə,  bir 

qisminin  qısqanclıqla ümummilli  liderimiz haqqında  ifadə 

etdikləri  fikirlər,  ürək  sözləri,  səmimi  heyrət,  təəccüb  və 

ehtiram  Böyük  Öndərimizə  verilən  qiymət,  böyük 

etirafdır.

Azərbaycan  millətini  və  xalqını  öz-özünə  və  bütün 

dünyaya  tanıtdıran  insanın  -  Heydər  Əliyevin  Yeni 

Azərbaycan  Partiyasının  10  illiyinə  həsr olunmuş  yubiley

48

mərasimində  iftixarla  söylədikləri  yaxşı  yadımızdadır: 



"Azərbaycanı  sayırlar,  bizə  hörm ət  edirlər,  bizim lə 

hesablaşırlar".

Bəlkə  bu  sözlər  onun  bütün  ömrünü  həsr  etdiyi 

məqsədlərin  son  nəticəsinin  ifadəsi  idi.  Doğrudan  da, çox 

məğrurluqla  deyilən  bu  sözlər  hamımızda  məsuliyyət 

hissi  yaradır.  Onun  yaratdığına,  azacıq  da  olsa,  xələl 

gəlməməsi  üçün  hər  birimiz  çiynimizi  bu  böyük 

məsuliyyətin altına verməliyik.  Bu, hər şeydən öncə,  həm 

də  hər  bir  azərbaycanlının  müqəddəs  vəzifəsi  olmalıdır. 

Çünki  ən  azı  Heydər  Əliyevin  keçdiyi  yol  və  tövsiyələr 

bizi  buna zövq  və təşviq  edir.

Heydər  Əliyevin  həyatı  daim  vəzifələrlə  bağlı  olub. 

Vəzifə,  təkcə  kiminsə  kimlərinsə  üzərində  göstəriş 

vermək  səlahiyyəti,  hər  hansı  işin  sahibi  olmaq  demək 

deyildir.  Bu,  ilk  növbədə  xalqı  üçün,  vətəni  üçün  tarixi 

vəzifəni  yerinə  yetirməkdir.  Vəzifə,  həmçinin  ilk 

növbədə,  həm  də  tarixi  məsuliyyət  deməkdir.  Vəzifə  - 

xalqa  xidmət  göstərmək  üçün  bir  vasitədir.  Xalqla  ona 

xidmət  arasında  vasitəçiliyi  yalnız  vəzifə  kürsüsündə 

axtaranlar,  təbii  ki,  əsl  məqsədlərini  bu  bəlağətli  "şüarın" 

içərisində  gizlətməyə  çalışırlar.  Qeyd  etmək  lazımdır  ki, 

məhz  Heydər  Əliyev  üçün  siyasət,  sözün  əsl  mənasında, 

xalqa xidmət etmək  vasitəsi  idi.

Ümummilli  liderimiz  deyirdi:  "Başqa  m əsələlərdə 

m ü x a lif olmaq  olar.  Ancaq  bu  m əsələdə  -  m illi-m ənəvi 

dəyərlərim izin 

qorunmasında 

ham ım ız  eyn i  cür 

düşünm əliyik  və  buna  eyni səviyyədə  əm ə!  etm əliyik". 

Siz  bu  fikirlərdə qiitbləşmə, siyasi  tendensiya,  niyyət tapa

49



bilməzsiniz.  Burada  söhbət  azərbaycançılıqdan,  milli 

bütövlükdən,  milli  dəyərlərin  qorunmasından,  siyasi 

mənsubiyyətin arxa plana keçirilib, milli  özünüdərkin önə 

gətirilməsindən gedir.

Azərbaycan  liderinin  milli  mental  düşüncə  ilə  bağlı 

vaxtaşırı  dediklərində  həm  də  bir  həyəcan  notu  var. 

Böyük  öndər  çağdaş  dünyada  baş  verən  inteqrasiya 

proseslərinin,  qloballaşmanın  qaçılmaz  olduğunu  deyirdi 

və  Azərbaycanın  da  sivil  dünyanın  bir  kəsim inə 

çevrildiyindən,  təbii  ki,  həmin  proseslərdən  kənarda 

qalmayacağını  bildirirdi.  Qloballaşma  və  inteqrasiya  isə 

özü  ilə  inkişaf,  sosial  dirçəliş,  əmin-amanlıqla  birgə  total 

əxlaq,  qeyri-ənənəvi  vərdişlər  də  gətirir  ki,  ümummilli 

liderimiz də məhz bu prizmadan çıxış edərək qloballaşma 

prosesində  milli  dəyərlərin,  bizim  xalqımıza  xas  olan 

mənəvi  sərvətlərin,  mental  düşüncənin  və  bütövlükdə 

milli  ənənənin  qorunub  saxlanmasını  çox  vacib  hesab 

edirdi.  Xüsusilə  qloballaşmanın  əksərən  qeyri-müsəlman 

aləm indən,  qərbdən  gəldiyi  bir  dövrdə  bu,  ulu 

öndərimizin  uzaqgörənliyinin,  sübuta  ehtiyacı  olmayan 

müdrikliyinin  bariz  nümunəsi  kimi  fərəh  doğurmaya 

bilməz.


Heydər  Əliyev  umumxalq  mənafeyinə  xidmət  edən 

bütün  m əsələlərdə  əsl  nümunə  idi  və  məhz  həmin 

səbəbdən  onun  "ən  böyük  azərbaycanlı"  adlandırılması 

təkcə  gələcək  nəslin  deyil,  onun  müasirlərinin  də  milli- 

m ənəvi 

m üstəvidə 

örnək 

götürəcəyi 



ünvanın 

göstəricisidir.  Heydər  Əliyevin  həyat  və  fəaliyyətində 

milli  dəyərlərə  örnək  olacaq  faktlar  istənilən  qədərdir.  O

50

yerdə  ki,  ümummilli  maraqlar  var,  o  yerdə  ki,  milli- 



mənəvi  dəyərlərin  müdafiəsi  gərəkdir,  orada  ümummilli 

liderimiz  siyasəti  milli  maraqların  qoruyucusuna  çevirir, 

ümumi  mənafe  naminə  ən  radikal  opponentlərinə  barış 

təklif edir.

Heydər  Əliyevin  Azərbaycana  qayıdışı  xalqımızın 

ümidinin  qayıdışı  idi.  Bu  qayıdış  1993-cü  ilin  yayında 

xalqımızın  təsəllisi  oldu.  1993-cü  ilin  iyununda  xalqın 

səsinə 


səs  v erərək   Bakıya  g ələn ,  hakim iyyət 

m əsuliyyətini 

üzərinə 

götürən 


H eydər 

Əliyev 


A zərbaycanı  növbəti  dəfə  milli,  m ənəvi,  ideoloji 

parçalanmadan,  bölünmədən  xilas  etdi.

Qərb  dünyasının  tanınmış  mütəfəkkirlərindən  biri 

Ş.Monteskye  hesab  edirdi  ki,  insanlar  çox  şeylə  -  iqlim, 

din, qanunlar,  idarəetmə prinsipləri, keçmişin nümunələri, 

əxlaqi  prinsipləri,  adətləri  ilə  idarə  olunur,  bütün  bunlar 

xalqın  ümumi  ruhunu  təşkil  edir.  Məhz  "xalqın  ruhu" 

xalqların  ənənələrinin  və  adətlərinin,  etnik  şüurunun, 

bütövlükdə  etnosların  həyat  tərzinin,  mentalitetinin 

öyrənilməsində  müstəsna  rol  oynayır.  Bu  istiqamətdə 

tarixi  şəxsiyyətlərin  rolu  danılmazdır.  Heydər  Əliyevin 

fəaliyyəti  bu  baxımdan  xüsusi  mərhələ  təşkil  edir.  Məhz 

onun  xidm ətləri  sayəsində  "xalqın  ruhu"  anlayışı 

Azərbaycanda  da  siyasi  anlamda  gündəmə  gətirildi. 

Burada 

1993-cü 


il 

oktyabrın 

10-da  Azərbaycan 

Respublikasının Prezidenti  Heydər Əliyevin dövlət başçısı 

kimi 

fəaliyyətə  başlaması  ilə  əlaqədar  andiçmə 



m ərasimində  söylədiyi  fikirlərdən  bəzi  məqamları 

xatırlatmaq  yerinə  düşərdi:

51



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə