Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə73/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              231
Hicri-qəməri  tarixi  ilə  1304-cü  ildə  nəşr  edilən  əsər  “Nəhcul-
Bəlağə”nin (1-10-cu cüz) şərhini əhatə edir.
62.  Əllamə  əl-Məclisi,  “Kitabu  haqqil-yəqin”.  Əsərdə  pey-
ğəm bərlər  (ə)  haqqında  olan  qissələrdən,  Həzrət  Peyğəmbərin  (s) 
möcüzələrindən,  imamət  haqqında  varid  olan  hədislərdən,  Həz rət 
Höccətin (ə) qeybət zamanından bəhs edilir.
63.  Muhəmməd  Həsən  bin Abdullah  əl-Xadim,  “Kitabu  min 
şərhi  Nəhcul-Bəlağə”.  Hicri-qəməri  tarixi  ilə  1302-ci  ildə  nəşr 
edilən əsər “Nəhcul-Bəlağə”nin (10-20-ci cüz) şərhini əhatə edir.
64.  Muhəmməd  Xəlil  əl-Musəvi,  “Kitabu  biharul-ən var”. 
Hicri-qəməri  tarixi  ilə  1302-ci  ildə  nəşr  edilən  əsərdə  pey ğəm-
bərlər (ə) tarixi, qəzavatlar və digər hədislərdən bəhs edilir.
65. Ağa Mirzə Muhəmməd ət-Təbrizi, “Kitabu səhifətu əl-əb-
rar”. Hicri-qəməri tarixi ilə 1319-cu ildə nəşr edilən əsərdə on dörd 
məsum və onların möcüzələri ilə bağlı hədislərdən bəhs edilir.
66.  Muhəmməd Təqi  bin  Muhəmməd  Hüseyn,  “Kitabu  mə-
naqibi və badaiyi əd-dərəcət”. Hicri-qəməri tarixi ilə 1285-ci ildə 
nəşr edilən əsərdə Əhli-Beyt (ə), Salman Farisi və digər sə habələrin 
fəzilətlərindən, Həzrət Peyğəmbərin (s) vəfatından sonra baş verən 
hadisələrdən bəhs edilir.
67.  Hacı  Musa  Tehrani,  “Kitabu  nur”.  Hicri-qəməri  tarixi  ilə 
1280-ci ildə nəşr edilən əsərdə İslam fiqhi haqqında olan hə dis lər-
dən və İmam Zamanın (ə) zahir olma əlamətlərindən bəhs edilir.
68. İbn Qasim əl-Hüseyni əl-Amili, “Kitabul-isna əşəriyyə fi 
məvaizil-ədədiyyə”. Əsərdə ədəbiyyat, poeziya, fəlsəfə sa hə sində 
görkəmli əsərlərin müəllifi olan Amilinin möminlərin fə ziləti, on 
iki İmam (ə) haqqında yazdığı əsərlərdən bəhs edilir.
69. Taliqani əl-Mərcani, “Kitabu bialəli əş-şərai”. Hicri-qə məri 
tarixi  ilə  1311-ci  ildə  nəşr  edilən  əsərdə  “Bismillahir-Rəhmanir-
Rəhim”, “La haula və la quvvətə illə Billah”, “Süb hanallah”ın mənası, 
Peyğəmbər (s) və Əhli-Beytin (ə) adlarının mənalarından bəhs edilir.
70.  İsmail  bin  Abbəd,  “Kitabu  məalimi  əl-muzləfi”.  Hicri-
qəməri tarixi ilə 1286-cı ildə nəşr edilən əsərdə Bərzəx aləmi, insa-
nın qəbirdən çıxma halı, Cənnət və Cəhənnəmdən bəhs edilir.
71.  Molla  Abdulkərim  Sultan  əl-Vaizin,  “Kitabu  ənisi  əl-
Vaizin”. Hicri-qəməri tarixi ilə 1311-ci ildə nəşr edilən əsərdə oru-


232                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
cun fəziləti və faydaları, tövbə, ədl, saleh əməllər və s-dən bəhs 
edilir.
72. əl-Ağa Mirzə Muhəmməd Baqir, “Kitabu Nəhcul-Bə lağə”. 
Hicri-qəməri tarixi ilə 1317-ci ildə nəşr edilən əsərdə Həz rət Əlinin 
(ə) xütbə, məktub və hikmətli kəlamlarından bəhs edilir.
73. Muhəmməd Baqir bin Muhəmməd Təqi, “Kitabu bi ha rul-
ənvar”. Əsər Həzrət Əli (ə), Xanım Fatimə (ə), imamlar (ə) və s. 
haqqında varid olan hədislərdən bəhs edir.
74. Kərbəlayi Muhəmməd bin Ağa Məhəmməd Cəfər Ka şani, 
“Kitabu hilyəti əl-muttəqin”. Hicri-qəməri tarixi ilə 1270-ci ildə 
nəşr  edilən  əsərdə  əqiq,  yaqut,  firuzə  daşlarının  fə zi lət lərindən 
bəhs edilir.
75.  əl-Hac  Molla  Rza  Həmədani,  “Kitabu  durrin-nəzim”. 
Hicri-qəməri tarixi ilə 1279-cu ildə nəşr edilən əsərdə bəzi ayə və 
hədislərin şərhindən bəhs edilir.
76.  “Kitabu  biharul-ənvar”.  Əsərdə  Həzrət  Muhəmməd  (s), 
imam lar (ə), Xanım Fatimə (ə) haqqında olan hədislərdən bəhs edilir.
77. əl-Hac Muhəmməd Həsən Təbrizi, “Kitabu bəhril-məsaib 
və kənzil-ğəraib”. Hicri-qəməri tarixi ilə 1282-ci ildə nəşr edilən 
əsərdə  İmam  Hüseynin  (ə)  doğumundan  şəhadətinə  qədər  olan 
dövrdən bəhs edən hadisələr incələnir.
78. “Kitabu kifayətil-muvəhhiddin fi əqaid-din fi imaməti Əli 
(ə)”. Əsərdə imamət, Həzrət Əlinin (ə) xilafəti, Xanım Fatimənin 
(ə) vəsiyyəti, vəfatı, on bir İmam (ə), on ikinci İmamın (ə) zühur 
etməsi və s. haqqında varid olan hədislərdən bəhs edilir.
79.  əl-Hac  Molla  Məhəmməd  Təqi  Bərğani,  “Kitabu  mə cə-
lisi əl-muttəqin”. Hicri-qəməri tarixi ilə 1273-cü ildə nəşr edi lən 
əsərdə  İmam  Hüseynin  (ə)  başına  gətirilən  müsibətlər  haqqında 
varid olan hədislərdən bəhs edilir.
80. Molla Məhəmməd Baqir, “Kitabu cəmiiş-şəvahid”. Hic ri-
qəməri tarixi ilə 1314-cü ildə nəşr edilən əsərdə ayə və hə dis lərin 
şərhinin bəyanından bəhs edilir.
81. Muhəmməd Baqir bin Muhəmməd Təqi, “Kitabu hilyə tin-
muttəqin”.  Hicri-qəməri  tarixi  ilə  1284-cü  ildə  nəşr  edilən  əsər-
də  ayə  və  hədislərin  şərhinin  bəyanından, ədəb  və  əxlaq  qay da-
larından bəhs edilir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              233
82. Müqəddəs əl-Ərdəbili, “Kitabu hədiqətiş-şiə”. Hicri-qə məri 
tarixi ilə 1270-ci ildə nəşr edilən əsərdə Həzrət Əlinin (ə) həqiqi 
xidmətləri, imamiyyə, Zeydiyyə, Sufi məzhəblərinin zikr lərindən 
bəhs edilir.
83.  Abdullah  bin  Muhəmməd  Xəvansari,  “Kitabu  məcəlisi 
əl-muttəqin”. Hicri-qəməri tarixi ilə 1301-ci ildə nəşr edilən əsər 
əxlaqla bağlı hədisləri əhatə edir.
84.  Kərbəlayi  Muhəmməd  Təqi  Natiq,  “Kitabu  əbvabi  əl-
cinan”. Hicri-qəməri tarixi ilə 1317-ci ildə nəşr edilən əsər ədalətin 
fəziləti, dünyanı sevmək, təkəbbür, həsəd, zülm etmək və s. möv-
zuları əhatə edir.
85.  Mirzə  Əbdussəməd,  “Kitabu  tuhfətil-məcalis”.  Hicrə-
qə məri  tarixi  ilə  1274-cü  ildə  nəşr  edilən  əsər  Peyğəmbərin  (s) 
möcüzələri və on iki İmam (ə) haqqında olan hədisləri əhatə edir.
86. Muhəmməd Hüseyn bin Muhəmməd Əli ət-Təbrizi, “Ki -
tabu  xulasəti  əl-əxbar”.  Hicri-qəməri  tarixi  ilə  1311-ci  ildə  nəşr 
edilən əsər peyğəmbərlər (ə) tarixindən bəhs edilir.
87. əl-Fazil Həkim, “Kitabu tuhfətul-muminin”. Hicri-qə mə ri 
tarixi ilə 1298-ci ildə nəşr edilən əsərdə bəzi ədviyyatların is ti fadə 
qaydaları və keyfiyyətindən bəhs edilir.
88. Fazili əd-Dərbəndi, “Kitabu ənvaris-səadət”. Hicri-qə məri 
tarixi ilə 1311-ci ildə nəşr edilən əsərdə İmam Hüseynin (ə) şə-
hadəti və onu ziyarət etmənin fəzilətindən bəhs edilir.
89.  Molla  Məhəmməd  Baqir  Məclisi,  “Kitabu  hilyətil-
muttəqin”. Hicri-qəməri tarixi ilə 1301-ci ildə nəşr edilən əsərdə 
libas geymənin, yemə-içmənin, evə daxil olmanın, evlənmənin və 
digər məsələlərin qaydalarından bəhs edilir.
90.  Muhəmməd  Əli  ət-Təbrizi,  “Kitabu  əbvabin  əl-cinan”. 
Hicri-qəməri tarixi ilə 1276-cı ildə nəşr edilən əsər dünya ilə bağlı 
hadisələri əhatə edir.
91. əl-Hac Molla Əmin Tehrani, “Kitabu məcalisil-mumi nin”. 
Hicri-qəməri tarixi ilə 1299-cu ildə nəşr edilən əsərdə sə habə, ta-
beun, mühəddis və s-dən bəhs edilir.
92. Molla Məhəmməd Baqir Səbzivari, “Kitabu raudatil-ənvar”. 
Hicri-qəməri tarixi ilə 1284-cü ildə nəşr edilən əsərdə iman, tövbə, 
şükür, təvəkkül, səbr, böyük və kiçik günahlardan bəhs edilir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə