Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə72/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

228                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
33. “Kitabu ənisil-cəlis”. Əsərdə Həzrət Adəm (ə) və digər pey -
ğəmbərlər (ə), Qiyamətin əlamətləri və sirləri, Həzrət Pey ğəm  bərin 
(s) meracı, vəfatı və s. haqqında olan hekayələrdən bəhs edilir.
34. Kərbəlai Ğulammirzə Tehrani, “Kitabu təzəllumi əz-Zəh-
ra (ə)”. Hicri-qəməri tarixi ilə 1312-ci ildə nəşr edilən əsər Həz rət 
Peyğəmbər (s) və Əhli-Beyti (ə) haqqında olan hə dis lər dən bəhs 
edir.
35.  İbn  Qasim  Muhəmməd  Sadiq  əl-Hüseyni,  “Kitabu  bi-
harul-ənvar”.  Hicri-qəməri  tarixi  ilə  1269-cu  ildə  nəşr  edilən 
əsər də Allah-Təalanın  Muhəmməd  (s)  nurunu  hər  şeydən  əvvəl 
xəlq etməsi, astronomiya elminin peyğəmbərlərin (ə) elmi olma-
sı,  İslam  dövlətinin  əvvəli,  mələklərin,  cinlərin  mövcudluğunun 
həqiqəti haqqında olan hədislərdən bəhs edilir.
36.  Seyyid  Nimətullah  əl-Cəzairi,  “Kitabu  biharil-ənvar”. 
Əsər də Xanım Fatimə (ə) və imamlar (ə) haqqında olan hədis lər-
dən bəhs edilir.
37. Axund Molla Nəcəfali bin Muhəmməd Rza, “Kitabu cə-
vahiril-əxbar”. Əsərdə salavat demənin fəzilətləri, imamlar (ə) və 
Xanım  Fatiməni  (ə)  ziyarət  etməyin  və  s.  haqqında  olan  hə dis-
lərdən bəhs edilir.
38. əl-Hac Musa və Alişah Muhəmməd Həsən, “Kitabu zub  dəti 
ət-təsanif”. Hicri-qəməri tarixi ilə 1278-ci ildə nəşr edi lən əsərdə 
Rəcəb, Şaban aylarının fəziləti, imamların (ə) qıl dıqları namazlar, 
qeybət və s. haqqında olan hədislərdən bəhs edilir.
39.  Axund  Molla  Ali  Əkbər  İsfəhani,  “Kitabu  zubdəti  əl-
məarif”.  Hicri-qəməri  tarixi  ilə  1267-ci  ildə  nəşr  edilən  əsərdə 
dua demənin fəziləti, imamlar (ə), Salman Farisi və s. haqqında 
qissələrdən bəhs edilir.
40. Muhəmməd bin Muhəmməd Təqi, “Kitabu biharul-ənvar”. 
Hicri-qəməri  tarixi  ilə  1304-cü  ildə  nəşr  edilən  əsərdə  Fa ti meyi 
Zəhra (ə), İmam Hüseyn (ə) və s. haqqında olan hədis lər dən bəhs 
edilir.
41. Haşim bin İsmail bin Abdulcavad əl-Hüseyni əl-Bəhrani, 
“Kitabu mədinətil-məacin”. Hicri-qəməri tarixi ilə 1298-ci ildə nəşr 
edilən  əsərdə  Həzrət  Əlinin  (ə)  möcüzələri  və  digər  imamlar  (ə) 
haqqında olan hədislərdən bəhs edilir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              229
42.  İbn  Əhməd  Nizamuddin  əl-Hüseyni,  “Kitabu  şərhis-sə-
hifətis-səccadiyyə”. Hicri-qəməri tarixi ilə 1271-ci ildə nəşr edi-
l ən əsərdə duaların şərhi, istiğfar, tövbənin zikri, namazdan son ra 
edilən dualar və s-dən bəhs edilir.
43. Ali bin Muhəmməd Hüseyn, “Kitabu nəhcil-bəlağə”. Hic-
ri-qəməri tarixi ilə 1267-ci ildə nəşr edilən əsərdə Həzrət Əli nin (ə) 
xütbə, məktub və hikmətli kəlamlarından bəhs edilir.
44. Muhəmməd bin Muhəmməd Təqi, “Kitabu biharil-ənvar”. 
Hicri-qəməri  qəməri  tarixi  ilə  1140-cı  ildə  nəşr  edilə  bu  əsərdə 
İmam Əlinin (ə) xütbələri haqqında varid olan hədislərdən bəhs 
edilir.
45.  Abdulhamid  Abdulcavadi,  “Kitabu  zadil-məad”.  Hicri-
qəməri  tarixi  ilə  1311-ci  ildə  nəşr  edilən  əsərdə  Rəcəb,  Şaban, 
Ramazan aylarının fəziləti, Məhərrəm ayının əməlləri və s. aylar 
haqqında olan hədislərdən bəhs edilir.
46.  Muhəmməd  əs-Sadiq,  “Kitabu  vəsailiş-şiə”.  Hicri-qə məri 
tarixi ilə 1324-cü ildə nəşr edilən əsərdə İslam fiqhi, nikah, ta laq, 
nə zir, əhd, miras və s. haqqında olan hədislərdən bəhs edilir.
47.  Axund  Molla  Məhəmməd  əl-Xorasani,  “Kitabu  nəhcil-
bəlağə”.  Hicri-qəməri  tarixi  ilə  1288-ci  ildə  nəşr  edilən  əsərdə 
Həzrət Əlinin (ə) xütbə, məktub və hikmətli kəlamları haqqında 
olan hədislərdən bəhs edilir.
48.  əş-Şeyx  Əbu  Cəfər  Muhəmməd  bin Ali  bin  əl-Hüseyn, 
“Kitabun  bialəli  əş-şərail”.  Hicri-qəməri  tarixi  ilə  1289-cu  ildə 
nəşr edilən əsərdə Həzrət Adəmin (ə) xəlq olunması, Ali-əbanın 
(ə) adlarının mənası və s. haqqında olan hədislərdən bəhs edilir.
49.  Muhəmməd  bin  Hüseyn  əl-Hurr,  “Kitabu  vəsailiş-şiə”. 
Hicri-qəməri tarixi ilə 1082-ci ildə nəşr edilən əsərdə Ali-əba (ə) 
haqqında olan hədislərdən bəhs edilir.
50. Ali bin Məsim ən-Nəcrani, “Kitabu ibn meysim”. Hicri-
qəməri tarixi ilə 1276-cı ildə nəşr edilən əsər Həzrət Adəmin (ə) 
xəlq olunması və xilafətlə bağlı hədislərdən bəhs edir.
51.  Muhəmməd  bin  Muhəmməd  Təqi  əl-Qummi,  “Kitabu 
biharil-ənvar”.  Hicri-qəməri  tarixi  ilə  1091-ci  ildə  nəşr  edilən 
əsər də Həzrət Peyğəmbərin (s) vəfatından sonra baş verən ha di-
sələrdən bəhs edilir.


230                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
52. Hüseyn ibn Muhımməd Təqi ən-Nuri, “Kitabu-mənaqib”. 
Hicri-qəməri  tarixi  ilə  1305-ci  ildə  nəşr  edilən  əsər  İsmi-əzəm, 
Əhli-Beyt (ə) və s. haqqında olan hədisləri əhatə edir.
53.  Muhəmməd  bin  Muhəmməd  Təqi  əl-Qummi,  “Kitabu 
biharil-ənvar”.  Hicri-qəməri  tarixi  ilə  1304-cü  ildə  nəşr  edilən 
əsərdə Həzrət Peyğəmbərin (s) meracı və Əliyə (ə) söylədiyi moi-
zə lərdən bəhs edilir.
54. Molla Rza Əbilqasim, “Kitabu mirati əl-uqul şərhi usu li 
əl-kafi”. Hicri-qəməri tarixi ilə 1317-ci ildə nəşr edilən əsər də İs-
lam fiqhi, namazın fəzilətləri və s. haqqında varid olan həd is lər d ən 
bəhs edilir.
55.  Əbu  Cəfər  Muhəmməd  bin  Yəqub  əl-Kuleyni,  “Kita-
bu usuli əl-kafi”. Hicri-qəməri tarixi ilə 1311-ci ildə nəşr edi lən 
əsərdə elmin fəziləti, Həzrət Əlinin (ə) elm haqqında söy lə dikləri, 
peyğəmbər, nəbi və mühəddis arasındakı fərq, tövhid və onun haq-
qında dəlillər, dualar və s. bəhs edilir.
56.  əl-Hac  Muhəmməd  Həsən  əl-İsfəhani,  “Kitabu  biharul-
ənvar”. Hicri-qəməri tarixi ilə 1077-ci ildə nəşr edilən əsərdə ağıl, 
elm və alimin fəzilətləri, tövhid və s. haqqında olan hədis lər dən 
bəhs edilir.
57.  Mahmud  əl-Musəvi,  “Kitabu  eynil-həyat”.  Hicri-qə mə ri 
ta rixi ilə 1307-ci ildə nəşr edilən əsərdə Qurani-Kərimin fəzilə ti nin 
bəyanı, Əbuzərrin məziyyətləri, Cəhənnəmin əlamətləri və s-dən 
bəhs edilir.
58.  Əbu  Cəfər  Muhəmməd  bin  Yəqub  əl-Kuleyni,  “Kita-
bu usuli əl-kafi”. Hicri-qəməri tarixi ilə 1278-ci ildə nəşr edilən 
əsərdə tövhid, imanın kamilləşdirilməsi və s. mövzuları əhatə edən 
hədislərdən bəhs edilir.
59.  Muhəmməd  Baqir  bin  Muhəmməd  Təqi,  “Kitabu  bi ha-
rul-ənvar”. Hicri-qəməri tarixi ilə 1306-cı ildə nəşr edilən əsər də 
ədalətli olmaq, məad haqqında olan xəbərlərdən bəhs edilir.
60. Muhəmməd bin Abdulbaqi əl-Hüseyn əl-İsfəhani, “Kitabu 
isna aşariyyəti fi məvaizi əl-adədiyyə”. Əsərdə Həzrət Əli nin (ə) 
və on iki İmam (ə) haqqındakı qissələrdən bəhs edilir.
61.  Abdulhəsən  və  Mirzə  Muhəmməd  Ğulam  Hüseyn  bin 
Muhəmməd  əl-Xavansari,  “Kitabu  min  şərhi  Nəhcul-Bəlağə”. 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə