Ibrahimova B.
40
02/02/2002
Dölün hərəkətləri bir qədər başqa xarakter daşıyır. Vəhşicəsinə yuvarlanmalar artıq diz və dirsəklə edilən təkanlarla əvəz olunmuşdur.
Bu qanunauyğundur , beləki, döl artıq kifayət qədər böyükdur və “bu küçə ona dar gəlir”. Bu hərəkətləri saymaqla, körpənin
vəziyyətinə nəzarət etməyə çalışın.
Dölün çəkisi – təxminən 1150 qramdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz.
Otuzuncu həftə.
Qadın.
Qamətinizin düzgünlüyünə diqqət verin. Bu, diskomfortu azaltmaq üçün hələ də vacibdir. Indi Sizin bədəninizin ağırlıq mərkəzi yerini
dəyişir.
Əhvalınızın və energetik vəziyyətinizin saxlanmasında fiziki məşğələlər də böyük rol oynayır. Bu məşğələlr, həmçinin, doğuşa
hazırlaşmaqda da kömək edə bilər. Lakin həddinizi aşmayın. Əgər hamiləlikdən əvvəlki yaşamınız fiziki məşğələlər cəhətdən zəngin
olmayıbsa, xüsusilə diqqətli olmalısınız. Piyada yürüş və üzmə ən optimal fiziki yük olmalıdır. Bu yürüşlər çox uzun məsafəli və sürətli
olmamalıdır. Müxtəlif növ dartınmalar da xeyrli ola bilər. Bunlar xoşagəlməz hissləri azaldır.
Ibrahimova B.
41
02/02/2002
GƏLƏCƏK UŞAQ
Körpənin onu əhatə edən məkan haqqında ətraflə məlumatı var. Bizə elə gəlir ki. uşaqlıq qaranlıq bir yerdir, həqiqətdə isə bu belə deyil.
Hamilə qadinin yerləşdiyi məkanın işıqlanmasından asılı olaraq, uşaqlığın işıqlanması da dəyişir. Yəni, körpə işıq və qaranlıq anlayışları
ilə tanışdır.
Siz artıq körpənin yatma və oyanma vaxtını təyin edə bilərsiniz. Bəzi analara elə gəlir ki, onlar aktiv işlə məşğul olduqda, körpə yatır və
əksinə, ananın yuxusu gələndə körpə ən aktiv vəziyyətdə olur. Lakin bu o demək deyil ki, uşağın “yuxusu qaçıb”.
Əgər özünüzdə Brekston – Xiks yığılmaları hiss edirsinizsə (bu barədə əvvəl deyilmişdi), onları Analıq Məktəbində əldə etdiyiniz
vərdişləri (doğuş üçün psixo-profilaktik hazırlıq) möhkəmləndirmək üçün istifadə edin. Sizin bədəniniz aktiv olaraq, doğuşa hazırlaşır.
Döl uşaqlıq yığılmalarını hiss edir. Lakin bunlar körpəyə ziyan etmir.
Körpəniz təqribən 1400 qramdır. Uzunluğu – 37,5 sm-dir.
Döl özünə get-gedə daha çox yer tələb edir... uşaqlıq digər orqanları həmişəki yerindən edir.
Otuz birinci həftə.
Ibrahimova B.
42
02/02/2002
Qadın.
Qarnınız böyüməkdə davam edir. Döş qəfəsində və çanaqda xoşa gəlməz hisslər Sizi narahat edir. Bu təbiidir. Böyüməkdə olan döl get-
gedə daha böyük ərazi tələb edir. Bəzi qadınlarda bu dövrdə dayanıqlı mədə qıcqırması yaranır (əvvəllər də bəzən mədə qıcqırması ola
bilərdi). Bunun səbəbbi də eynidir – böyüməkdə olan uşaqlıq digər orqanlarıın yerini dəyişdirir, mədənin işini çətinləşdirir. Çalışın tez-
tez və az-az yemək qəbul edəsiniz. Yeməkdən sonra yarı-oturaq vəziyyət alsanız, bu da mədə qıcqırmasının qarşısını almaqda yardım
edə bilər.
Tez-tez rast gəlinən şikayştlərdən biri də bel nahiyyəsində ağrıdır. Bu ağrılar müxtəlif dövrlərdə yarana bilər. Bəzən isə doğuşdan bir
neçə ay sonra da ola bilər. Bu ağrı hissini azaltmaq üçün qamətinizi düz saxlayın. Həyat yoldaşınız yadda saxlamalıdır ki,
onun gündəlik
vəzifələrindən biri də Sizin belinizi sığallamaqdır. Qadın orqanizmi xüsusi hormon – relaksin ifraz edir. Bu hormoh canaq sümükləri
bitişmələrini daha yumuşaq edir, bu isə öz növbəsində, çanaq halqasına “dartılma” qabiliyyəti verir. Əgər körpə dünyaya gələn kimi
danışa bilsəydi məhz bunun üçün Sizə öz təşəkkürünü bildirərdi. Ananın çanaq halqası nə qədər “yumşaq” və hərəkətli olsa, körpə
doğuş zamanı bir o qədər az əziyyət çəkər. Hamilə qadın üçün isə relaksin hormonunun ifrazı daha bir xoşagəlməz haldır, çünki bunun
nəticəsində onun yerişi “ördək” yerişini xatırladır. Narahat olmayın – hamiləlikdən sonra bu da keçib, gedəcək.
Bəzi qadınlar hamiləliyin bu fazasında da kəskin narahatlıqlar hiss etməyəcəklər. Bu o demək deyil ki, Sizin orqanizminiz doğuşa
hazırlaşmır. Sadəcə olaraq, hər bir qadının hamiləliyi keçirmə qabiliyyəti onun fərdi keyfiyyətlərindən – ağrıya dözümlülük,
fiziki
inkişaf və s. asılıdır. Əgər Siz bu sinifə aidsinizsə, Sizə ancaq “paxıllıq etmək” olar!
GƏLƏCƏK UŞAQ
Piyada yürüşlərdən sonra, hətta sakitlik halında yaranan təngnəfəslik sizi narahat etməməlidir. Plasenta körpəni qorumaq üçün əlindən
gələni əsir gəmir.
Bu vaxt dölün bəbəkləri yetişmiş insanlarda olduğu kimi işığa və qaranlığa reaksiya verir. Dəri altında ağ piy toxuması toplanır, odur ki,
dəri çəhrayı rəng almağa başlayır (əvvəlllər qırmızı idi). Dırnaqları barmaqların (demək olar ki) ucuna çatır.
Dölün çəkisi 1500 qrama yaxındır.