Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   ...   32

Bəli, təssüf ki, bu bir adətdir. 
Burda doğulsam da, burda olsam da
Buna alışsam da uşaqlığımdan, 
Mənə elə gəlir, belə adəti 
Atmaq saxlamaqdan çox şərəflidir. 
Bu rüsvayçı vərdiş şərqdə və qərbdə 
Bizim xalqımızı bədnam eləyir, 
Orda bizə əyyaş, donuz deyirlər. 
 Ən uca olsa da ləyaqətimiz,  
Onun mənasını, onun məğzini,  
Doğrudan, bu ləkə korlayır tamam.  
Hərdən görürsən ki, bəzi adamın  
Üzü çil-çil olur anadangəlmə,  
Bu onun günahı, taksırı deyil. 
 Heç kəs istəyincə doğula bilməz.  
Bir çoxları var ki, tünd xasiyyəti  
Ağlını başından çıxarır tez-tez.  
Xamırın mayası artıq olanda  
Qıcqırıb çörəyi acıtdığıtək,  
İnsanda bir cəhət həddi keçəndə  
Onun xoş rəftarı ikrah doğurur.  
Bir sözlə, dediyim budur ki mənim:  
İnsan necə gözəl, təmiz olsa da,  
Saya gəlməsə də xeyirxahlığı, 
 İstər təbiətin, istər taleyin,  
İstərsə özünün qüsuru olsun,  
Alnıma vurulmuş bir damğa varsa,  
Hamının gözündə bir heçdir ancaq.  
Ən igid adamı bir damcı zəhər  
Öldüirə bilir ki. 
Kölgə gəlir. 
H o r a t s i o. Baxın, o gəlir! 
H a m 1 e t. 
Ey müqəddəs göylər, özün kömək ol!..  
Sən pak mələkmisən, ya məlun şeytan,  
Cənnətin şəfalı səhər nəsimi,  


Yoxsa cəhənnəmin qasırğasısan, 
 Məramın, niyyətin xeyirdir, ya şər? 
 Gəlişin necə də müəmmalıdır!  
Səninlə mən mütləq danışmalıyam.  
Sən kimsən? Mən sənə Hamlet deyirəm,  
Kralsan, sən mənim doğma atamsan.  
Böyük hökmdarı Danimarkanın, 
H a m 1 e t. Fikrim səndədir. 
Kölgə. 
Cəhənnəm odunda, zillət içində  
Əzab çəkəcəyim vaxt çatıb artıq. 
H a m 1 e t. Heyf, yazıq kölgə! 
Kölgə. 
Halıma yanma, 
Fəqət sözlərimə yaxşı diqqət ver. 
H a m 1 e t. Sənə qulaq asmaq borcumdur mənim. 
Kölgə. 
Elə ki eşitdin dediklərimi, 
 İntiqam almaq da borcundur sənin. 
Hamlet. Nə? 
Kölgə. 
Sənin atanın öz ruhuyam mən.  
Müəyyən müddətə - bütün günahım  
Cəhənnəm odunda kül olanadək  
Gecələr gəzməyə, gündüzlər isə  
Alovda yanmağa məhkum olmuşam.  
Gizli sirlərini dustaqxananın  
Açmaq qadağandır, aça bilsəydim,  
Bircə hekayətin bircə sözündən  
Ürəyin soyuyar, qanın donardı.  
Orbitindən çıxan ulduzlar kimi
 Gözlərin çıxardı hədəqəsindən.  
Dolaşmış, yapıxmış saçın bir anda  
Tamam ayrılardı biri-birindən,  
Qudurmuş kirpinin tikanlarıtək  
Başının üstündə biz-biz durardı.  
Ancaq əbədiyyət ətdən və qandan  


Yaranmış qulağa sirrini açmaz.  
Əgər sevmisənsə atanı bir vaxt,  
Dinlə, dinlə, oğlum, sən məni dinlə! 
H a m 1 e t. Aman Allah! 
Kölgə. 
Onun dəhşətli, rəzil, 
Ən çirkin qətliyçün intiqam al sən. 
Hamlet. Qətl? 
Kölgə. 
Bəli, alçaq, ən iyrənc qətl, 
Bu bir vəhşilikdir, vicdansızlıqdır. 
H a m 1 e t. 
Tez danış, tez söylə, bir xəyal kimi, 
 Qisas almaq üçün qanad açım mən. 
Kölgə. 
Görürəm, hazırsan.  
Zülmət dünyada  
Suları mürgülü Leta çayının  
Sahilində çürük bir ot da olsan,  
Hazır olmalıydın. Qulaq as,  
Hamlet: Deyirlər ki, məni bağda yatarkən  
Əfi ilan çalıb. Yalandır, yalan.  
Danimarkalılar saxtakarlıqla  
Həyasızcasına təhqir olunub.  
Bunu bilməlisən, nəçib gənc oğlum,  
Atanı öldürən o əfi ilan  
Qoyub öz başına onun tacını. 
H a m 1 e t. Ah, həssas ürəyim! Demək, öz əmim? 
Kölgə. 
Bəli, o qurumsaq, o dəyyus heyvan.  
Ağlın əfsunuyla, hədiyyələrlə  
-Ah, çirkin olanda ağıl, hədiyyə  
Günahlar törənir dünyada ancaq!  
-Mənim çox istəkli kraliçamı 
 İyrənc şəhvətinin toruna saldı.  
Hamlet, heç belə də rəzalət olar!  
Ananla biz nigah bağlayan günü, 


 And içib söz verdik bir-birimizə.  
Sədaqət göstərdim əhdimə hər vaxt, 
 Mən ondan heç nəyi əsirgəmədim. 
 O mənim əvəzsiz məhəbbətimi  
Alçağın dəyərsiz bəxşişlərinə 
 Qurban eylədi. 
Şəhvət nazlansa da bir mələk kimi,  
Ləyaqət sarsılıb toruna düşməz. 
Fəqət bir mələyin cənnət qoynunda 
  
Çirgiyi dünyanın səadətindən  
Şəhvət leş yeyər.  
Sakit ol, deyəsən, sübh mehi əsir.  
Gərək kəsə deyim. Nahardan sonra 
  
Adətimə görə, bağda yatarkən  
Əmin oğurlanıb gəldi yanıma.  
O məlun bəngotu cövhərini tez  
Tökdü qulağıma. Elə zəhər ki,  
Qorxunc düşmənidir insan qanının.  
Bir anda bədənə axıb civətək,  
Bütün damarları yandırır tamam.  
Tünd sirkə qatılıb çürüyən südtək,  
Bir göz qırpımında çürüyür qan da.  
Bax, mənim həyatım məhv oldu bu cür.  
Cüzama tutulmuş bir adam kimi,  
Canımı bürüdü göz-göz yaralar  
Bir an içində. 
Mən yuxuda ikən doğma qardaşım  
Həyatdan, taxt-tacdan, kraliçadan  
Qəflətən, əbədi ayırdı məni. 
  
Dua oxumadan, tövbə etmədən  
Üzü qara getdim haqq dərgahına.  
Bütün günahlarım boynumda qaldı,  
Zülmət cəhənnəmin oduna düşdüm.  
Dəhşətdir, dəhşətdir, olduqca dəhşət!  
Qəlbində atana məhəbbət varsa,  
Bu alçaq təhqirə sən dözmə, oğlum.  
Qoyma Danimarka hökmdarlığı  


Çirkin yataq olsun əxlaqsızlığa.  
Lakin sən intiqam aldığın zaman  
Çalış ki, saf ruhun ləkələnməsin.  
Ananla bir işin olmasın heç vaxt,  
Allahın hökmünə burax sən onu.  
Qoy onun qəlbin dolmuş ilanlar  
Ona əzab versin. Əlvida, oğlum.  
İşıldaquşunun solur şöləsi, 
Demək, yaxınlaşır sübh şəfəqləri. 
Əlvida, əlvida, məni unutma! 
Gedir. 
H a m 1 e t. 
Ey göylər! Ey yerlər! Daha mən nəyi 
 Köməyə çağırım? Cəhənnəmimi?  
Çırpınma ürəyim, əsmə dizlərim,  
Bədənim, qocalma bir an içində,  
Mətanətlə dözün bu işgəncəyə.  
Səni unutmayım, zavallı kölgə?  
Bu sarsaq dünyada saf yaddaş varsa,  
Axı, səni necə unutmaq olar?  
Səni unutmayım? Mən yaddaşımdan  
Bütün hisslərimin həkk elədiyi  
Arzunu, duyğunu, düşüncələri;  
Bütün kitabların kəlamlarmı,  
Bütün surətləri, bütün sözləri;  
Uşaqlıq vaxtından bu günə qədər  
Eşidib, bildiyim xatirələri  
-Hər şeyi, hər şeyi silib ataram. 
 Beyin kitabımın hər bir sətrinə  
Zinalıq, əclaflıq qatışdırmadan  
Tək sənin hökmünü yazaram, ata, 
 Tək sənin hökmünü, əmin ol buna.  
Oh, fəsad cövhəri, oh, rəzil qadın!  
Oh, zərif təbəssüm, məlun rəzalət!  
Qələmim-dəftərçəm hardadır mənim?!  
Bu mənfur dəhşəti qeyd edim gərək:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə