Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

Sevənlərə 

 

Həyata bolluca qucaq açınız, 



Sevgidən od alsın arzularınız. 

Yerdə dayanmayın, göydə durmayın, 

Uçsun yel qanadlı xəyallarınız. 

 

Gündüzlər günəşdən, gecələr aydan 



Zərif işıq əmsin duyğularınız. 

İnsanı, torpağı, Allahı sevin, 

Eşqə səcdə qılsın qayğılarınız. 

 

 



Çaşdım, nə çaşdım! 

 

Sən gəzdiyin guşələrdə məskən saldım, 



Gedişindən, gəlişindən ilham aldım, 

Eşq nəğməsi qoşdum, gülüm, gör nə qoşdum! 

Gəl‐gəl deyən dillərinə möhtac qaldım, 

Cənnət yolu dodağından məlhəm aldım, 

Atəşləndim, coşdum, gülüm, gör nə coşdum! 

 

Bir ovçuyam, nə oxum var, nə də nizəm, 



Ayaq saxla, yorğun düşmüş bəndənizəm, 

Dağlar, daşlar aşdım, gülüm, gör nə aşdım! 

Zənn etmə ki, solğun, cansız kölgənizəm, 

Çılğınlaşmış, fırtınalı bir dənizəm, 

Sahilimdən daşdım, gülüm, gör nə daşdım! 

 

Nə çox imiş üzüyola aşiqlərin, 



Tər tökürlər qulluğunda dərin‐dərin, 

Mənsə səndən qaçdım, gülüm, gör nə qaçdım! 

Sənsizliyim şerə hopur sərin‐sərin, 

Diz çökürəm hüzurunda kəlmələrin, 

Bu sevdada çaşdım, gülüm, gör nə çaşdım! 



Düyməciyin olaydım 

 

Kaş sinəndə düyməciyin olaydım, 



Gah örtülü, gah da açıq qalaydım. 

Sığınaydım həyəcanlı köksünə, 

Sinən üstə eşq havası çalaydım. 

Gur saçların rəqs edəndə şur ilə, 

İlişəydim, tellərini yolaydım. 

 

Kaş sinəndə düyməciyin olaydım, 



Gecə‐gündüz səndə qonaq qalaydım. 

Növrəstə ay göy üzündən baxanda 

Nurlanaydım, nəşə ilə dolaydım. 

Odlu günəş canı oda yaxanda 

Özüm yanıb sənə kölgə salaydım. 

 

 



Duyğu zirvəsində 

 

Günəş şölə həvəsində, 

Ay tən olur vədəsində, 

Nə ay batsın, nə gün solsun! 

Arzuya hədd qoyma, könül, 

Ömrümüzə şəfəq dolsun, 

Yaşa duyğu zirvəsində! 

 

Dünya‐tanrının töhfəsi, 



Sevgi‐gəncliyin nəfəsi, 

Nə dünya heç, nə sevgi puç! 

Qəm evində yatma, könül, 

Xəyala dal, qanadlan, uç, 

Xəyal‐eşqin fəlsəfəsi! 

 

 



Bəndə sal 

 

Qoşa çaylar 

Göy dənizdə qarışdı. 

Bir xoş gündə 

Ulduzumuz barışdı. 

 

Soyuq sözlər 



Ürəyimi üşütdü. 

Qaynar yanaq 

Can evimi isitdi. 



 

Gözlərinlə 

Gözlərimə işıq ver. 

Gülüşünlə 

Gülşənə dönsün hər yer. 

 

Naz‐qəmzənlə 



Ağlımı bu başdan al. 

Şirin dillə 

Qul bəndəni bəndə sal. 

 

 



İnciçiçəyi 

 

Sən gözələ gözüm düşüb, 

Elin elimdən, 

Dilin dilimdən. 

Fələk elçi düşsə belə 

Verməm əlimdən. 

 

Naz eyləsən, əl ataram 



Hər fəndi‐felə, 

Əlləşmə göylə, 

Eşqimə aç qucağını, 

Şükürlər eylə. 

 

Sənsiz gülşənim puç olar, 



Duy bu gerçəyi, 

Çöllər göyçəyi. 

Sən məni məst eyləyibsən, 

İnciçiçəyi. 

 

 

Əzəl qayda 



 

Canan canan olmazdı 

Ürəyə dağ çəkməsə, 

Aşiqinin başına 

Od ələyib tökməsə, 

Yarı yedəyə alıb, 

Boynuna kəndir salıb 

Arxasınca çəkməsə. 

 

Gözəl gözəl olmazdı 



Sevgilisi əyilib 


Önündə diz çökməsə, 

Gah köksünü ötürüb, 

Gah boynunu bükməsə. 

 

O, dilbərdir, o, afət, 



Gözləməyin gözəldən 

Təkcə incə lətafət, 

Təkcə şəfqət, afiyət. 

Cananın can almağı 

Bir qaydadır əzəldən. 

 

 

Bağbanın sevgisi 

 

(Zarafatyana) 

Sənə möhtac qalmışam, 

Yaralıdır zümzüməm. 

Heyvayam, saralmışam, 

Gilələnən üzüməm. 

 

Dilin yemiş dilimi, 



Burnun kiçik tər xiyar. 

Bərabərin tapılmaz 

Dolaşsaq diyar‐diyar. 

 

Üzündə qızıl alma, 



Xalların qara kişmiş. 

O, hansı bəxtəvərdir 

Sən gözələ ilişmiş? 

 

Gözün badam ləpəsi, 



Ortası çiyələkmi? 

Orda bir çağrı gördüm, 

Doğrumu, ya kələkmi? 

 

Yanağın al şaftalı, 



Dodağın tazə ərik. 

Bizi qonaq çağırsan, 

Qaça‐qaça gələrik. 

 

Bağ‐bağçanın narı sən, 



Mənsə solğun budağı. 

Bostanın bol barı sən, 

Mənsə yerdəki tağı. 

Gözə az görünürəm, 




Dalınca sürünürəm.

 

 



 

Görüş yerimiz 

 

Sərin gecələr, 



Yalnız küçələr, 

Şəhər dincələr, 

Biz gəzişərdik. 

 

Batdım günaha, 



Qınama daha, 

Üz tut sabaha, 

Dəyişmiş hər şey... 

 

Dəyişmiş təmiz, 



Görüş yerimiz, 

Görüşürük biz 

İndi yuxumda. 

 

Gecələr sərin, 



Əlimdə əlin, 

Göy çəmənlərin 

Qoynundayıq biz. 

 

Heyif ki, sənin 



Yoxdur xəbərin, 

Gündüz qədərin, 

Gecə bizimdir... 

 

 



Hicran 

 

Keçən günlər keçdi, getdi, 



Doğrudanmı hər şey bitdi? 

Ürək bizə üsyan etdi, 

Nə mən dindim, nə sən dindin. 

 

Bayılırdıq işvələrdən, 



Ayılırdıq hərdən‐hərdən, 

Unudulmaz o günlərdən 

Nə mən döndüm, nə sən döndün. 

 

Dodaq susdu, göz ağladı, 



Payız qışı soraqladı, 


Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə