Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

Zəngindən, fağırdan. 

O anda 


Bir sadə tütək almaq 

Və təklik havası çalmaq 

Keçir ürəyimdən. 

 

Gözlərimi yumuram 



əlacsız qalanda. 

Təkliyə cumuram 

İlk imkanım olanda. 

Təklik ‐ 

fikrimin süsləndiyi 

ən uca yüksəklik. 

Təklik – 

xəyalımın bəsləndiyi 

ən  xoş gerçəklik. 

 

 

Dünya 

 

Məhəbbətə sığınaraq dünyamıza göz açmışıq, 

Torpaq üstə ayaq açıb asimana can atmışıq, 

Duyub, görüb‐götürmüşük, kövrək hisslərə çatmışıq, 

Cilvələnib arzu, əməl, rəngbərəng sərgidi dünya. 

 

Zərif şamdır hər yaranan, yanır, yanır, yoxa çıxır, 



Kim yandırır, kim söndürür, bu gərdişə kimlər baxır? 

Göylər sonsuz, vaxt hüdudsuz, bilinməyir əvvəl‐axır, 

Ənginlikdən ağıl çaşır, tanrı ahəngidi dünya. 

 

Tarix mürgü içindədi, yaddaşında yatır nələr... 



Bir tərəfdə qurd ulaşar, bir tərəfdə quzu mələr. 

Sükunətin sinəsində rəqs eyləyir vəlvələlər, 

Ölüm‐dirim davasıdı, aramsız cəngidi dünya. 

 

Ümid xəfif olsa belə, könüllərə şəfəq saçar, 



Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar. 

İnsanlara qanad verən sevgi adlı möcüzə var, 

Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya. 

 

Dünyagörmüşlər söylədi: dünya gəldi‐gedərgidi, 



Ölümlüdü, olumludu, hikmət, möhnət nəhəngidi. 

Qəlbimdəki təlatümlər müdhiş həyəcan zəngidi, 

Duysan, lərzəyə düşərsən, gidi dünya, gidi dünya...

 

 




 

Durnalar 

 

Nə zaman ki, aşiq həmdərd gəzərdi, 



Göy üzünü durna səfi bəzərdi. 

Qəzanın  hökmüdü, ya bədnəzərdi, 

Pozulub sıranız çoxdan, durnalar. 

 

Qaqqıltınız külli‐elə yetərdi, 



Könül nəşələnər, bayram edərdi, 

Qız‐oğlanlar yolunuzu güdərdi, 

Gəlsəniz də lap uzaqdan, durnalar. 

 

Bağdad ellərində xurma bitərdi, 



Xurmalıqda durna teli itərdi. 

Həyatınız  təhlükəydi, xətərdi, 

Ayrılanda kaman oxdan, durnalar. 

 

Yolları örtdümü dumanlı pərdə? 



Təmiz hava qalmadımı göylərdə? 

Daha yoxmu sizi sevən bu yerdə? 

Küsdünüzmü qadir haqdan, durnalar? 

 

Eşqinizlə ötmür daha telli saz, 



Dərdinizi çəkən azalır az‐az, 

“Nazənin‐nazənin etmirsiz avaz”[1], 

Dəyişmişik lap nahaqdan, durnalar. 

 

 



1.

 

M.P.Vaqifin (1717‐1797) “Durnalar”  qoşmasındakı 

“Nazənin‐nazənin edirsiz avaz” sətrinə işarədir. 

 

 



 

Düşüncənin gərdişi 

 

Köhnədir bəşər qədər 



Düşüncənin gərdişi. 

Ömür keçməsin hədər, 

Budur xilqətin işi. 

 

Yetişdi necə, nədən 



Fikrin zatı, mayası? 

Sehrli ayinədən 

Oxunaydı ayəsi[1]. 

Hissədirsə, tamı nə? 




Əsrardır[2] aliyəsi[3]. 

Nişangahı, kamı nə? 

Bəlkə, sevgi dünyası, 

Ya kamillik xülyası? 

Sonu yox, tükənməyir, 

Zamandır himayəsi. 

Yel atından enməyir, 

Coşğunluqdur qayəsi. 

 

 

1.



 

nişan, işarə, əlamət (ərəbcədən) 

2.

 

sirlər (ə.) 

3.

 

yüksək, uca (ə.) 

 

 



Möcüzə gecə 

 

Gün axşama dönüncə 

Qarabuğdayı gecə 

Öz gündüz yuxusundan 

Qaş‐qabaqla oyanır, 

Tutqun rəngə boyanır. 

Qaraqaş, qaragözlüm 

Başım üstə dayanır. 

Münəvvər əllərində 

Ürkək‐ürkək şam yanır. 

 

Fikrim cövlan eyləyir 



Gecənin gur yerində, 

Göyün dərinliyində. 

Ulduzlarla yol gedir, 

Aya eşq elan edir. 

Səadətə bələnir, 

Göydən yerə ələnir, 

Allah, bu hisslər nədir?

 

Nə gözəldir gecələr... 



Göylər gözünü açır, 

Ayın ayna camalı 

Qəlbimə şölə saçır. 

Ulduzlar hey sayrışır 

Nurani kəhkəşanda. 

Zülmət əriyir, qaçır, 

Aydınlığa qarışır. 

Can cismimlə barışır, 

Məhəbbətdən alışır. 



Allah, bu sevda nədir? 

Xəyalım və gecələr 

Tək qalıb, göz‐gözədir, 

Diz‐dizə, üz‐üzədir. 

Sarmaşır, qucaqlaşır, 

Bu, necə möcüzədir? 

Bu gecə möcüzədir! 

 

 



Durmadan 

 

İşıqlar qaranlığa, 



Qaranlıqlar işığa 

Dönür, dönür durmadan. 

Dünya dinclik bilməyir, 

Yanır, sönür durmadan. 

İşıqlarda, kölgədə 

Keçir ömür durmadan. 

 

 

Bəxtimiz 



 

Göydən xoş səda gələndə, 

Fərəh göyə yüksələndə, 

Bəxtimiz bizə güləndə 

Dünya, əlbət, şahanədir. 

 

Bəxtimiz bizdən küsəndə, 



Cismimiz tir‐tir əsəndə, 

Əcəl qapını kəsəndə 

Baş ağrısı bəhanədir. 

 

 



Zaman 

 

Zaman necə füsunkardı... 



Qışda lopa qar yağardı... 

İçimdə sönməz od vardı... 

 

O zaman uzundu yollar, 



Yol boyunca gəzərdi yar. 

Ayaq gəzər, göz süzərdi, 

Könül hər şeyi bəzərdi... 

 

Elə ki axşam düşərdi, 




İtlər hirslə hürüşərdi. 

Sevgililər qaranlıqda 

Bir anlığa görüşərdi. 

Gözlər həsrətlə baxardı, 

Damarlarda eşq axardı... 

 

Nağılların dünyası da 



Dadlı idi, atlı idi, 

Atları qanadlı idi. 

Söz‐söhbət təsirli idi, 

Həyat necə sirli idi... 

 

Əridi, qarlar əridi, 



Ətrafı duman bürüdü. 

İtlər yamanca kiridi, 

İtlər daha hirsli deyil, 

Dolaşırlar veyil‐veyil... 

 

Bu günüm dünəni dandı, 



İçim, ruhum alovlandı. 

Atəş kül ilə barışdı, 

Alova tüstü qarışdı. 

Zaman mənə diş qıcadı 

O, zalımdı, yırtıcıdı... 

 

Zamanın hökmü ağırdı... 



İçimi üşütmə sardı... 

Saçlarım yaman ağardı... 

 

 

İşıq və qaranlıq 



 

Sözdə məna arayanlar, sözə bəzək vuranlar, 

Can mülkündə şur[1] bəsləyən, xəyal mülkü quranlar 

Dedilər, iki dünya var: işıqlı və qaranlıq, 

İşıqda  aman gördülər, qaranlıqda yamanlıq. 

Müxalif rəng rəngbərəngdir, əl saxlayın bir anlıq, 

Qaranlıqda qəbahət yox, qarada nigaranlıq. 

 

Hamı deyir: ay nə qəşəng, ulduzlar nə gözəldir, 



Bu sevdaya qələm çəkən qaranlıq gecələrdir. 

Qara qaşlara heyrandır qövsi‐qüzeh[2], aypara; 

Qara tellərin kəməndi dünya bəxş edir yara. 

Qara gözlər par‐par yanır, nurlandıqca qaralır, 

Qara xallar ağ bənizdən könüllərə od salır. 



Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə