Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

 

Dünya dönüb, dolandıqca qaranlıqdır, işıqdır, 

Qara ağın, ağ qaranın hüsnünə yaraşıqdır. 

 

 



1.

 

Şur (farscadan) burada: eşq, sevgi; həyəcan, ehtiras. Can mülkündə şur və ya daxili şur: 

coşğunluq və ya qızğın, dərin duyğulara malik olmaqdır. 

2.

 

Göy qurşağı (ərəbcədən) 

 

 



Uşaqlıqda qalan buludlar 

 

Bir uşaqdım, vurulmuşdum 

Asta yağan yağışlara. 

Həsrətli bir sevgim vardı 

Dağ başına düşən qara. 

Bir uşaqdım, vurulmuşdum 

Göydə gəzən buludlara. 

 

Buludlar nə buludlardı... 



Tutulardı, açılardı. 

Gülən günləri də vardı, 

Göz yaşı da axıdardı... 

Mən yerlərdə, o, pərvazdı, 

Duyulmamış bir avazdı, 

Möcüzəydi, əlçatmazdı... 

 

Köç eylədim ildən ilə, 



Qanad açdım eldən elə. 

Dünyada bir axın oldu, 

Uzaq yerlər yaxın oldu. 

Yolum düşdü buludlara, 

İçindən çox keçib getdim, 

Üstündə çox xəyal etdim. 

Sevinmədim bu güzara, 

Könül düşdü intizara... 

Aman allah, gördüklərim 

Buluddumu, dumandımı? 

Tarladırsa, nə dümağdı? 

Ya göylərə qarmı yağdı? 

Bir tüstümü, bir nəfəsmi, 

Uşaqlıqdan gələn səsmi? 

Bəlkə, keçmiş buludların 

Alışıb, cismi yanıbdır, 

Küsmüş ruhu oyanıbdır?... 



Bu gerçəkmi, gümandımı? 

Mən sadiqəm o günlərə, 

Əhdi pozan zamandımı? 

 

Uşaqlıqda qalan bulud 



Kövrək uşaqlığım kimi 

Dilləndirdi sarı simi, 

Varlığıma kölgə saldı. 

O buludlar, o uşaqlıq 

Daha geri dönməz oldu, 

O iz ürəyimdə qaldı, 

O məhəbbət sönməz oldu. 

 

 



Yaşamağa nə var ki!... 

 

Sözümüzün keşiyində dura bilsək, 

Hədəfləri bircə‐bircə vura bilsək, 

Gələcəyi günümüzdə qura bilsək, 

Yaşamağa nə var ki!... 

 

Dörd tərəfdə ağ yalanlar görünməsə, 



Xain, quldur saxta cildə bürünməsə, 

Yaltaq adam ayaq altda sürünməsə, 

Yaşamağa nə var ki!... 

 

Bəd əməllər ayaq açıb yürüməsə, 



Tale bizi fəlakətə sürüməsə, 

Həssas ürək qəmə batıb çürüməsə, 

Yaşamağa nə var ki!... 

 

Vətən, millət şüar deyil, amal olsa, 



Ortalıqda hünər olsa, kamal olsa, 

Söz sahibi, hünər əhli xoşhal olsa, 

Yaşamağa nə var ki!... 

 

Sevgililər can eşidib, can desələr, 



Duyğuların şiddətindən titrəsələr, 

Könüllərə körpü salsa şən busələr, 

Yaşamağa nə var ki!... 

 

Nazlı canan canımıza qəsd etsə də, 



Ağlımızı başdan alıb, məst etsə də, 

Eşq var olsun, dünya tamam tərs getsə də, 

Yaşamağa nə var ki!... 



 

 

Şər və xeyir 

 

Düşündüm, kiməm, nəçiyəm, 



Nə fitrətin[1]

 

təsdiqiyəm? 



Dünyanın heç vecinəmi 

Sərkərdə, ya pinəçiyəm? 

Ya yol gedən köçəriyəm, 

Çalınmamış musiqiyəm, 

Ya oxunmamış şeirəm? 

Qəribanə görünsə də, 

İçimdə yaşar bir səda‐ 

Şərlə çarpışan xeyirəm; 

Baltanı vurum deyirəm 

Çürümüş fikrin kökündən. 

Yandıra bilsəydim əgər, 

Simurq quşunun tükündən, 

Söyləyərdim, qoru bizi 

Sözlərin mənfi yükündən. 

 

 

1.



 

Yaradılış, zat, təbiət (ərəbcədən) 

 

 

Baş açmadım bu dünyadan 



 

Aləm sirdir qalaq‐qalaq, 

Oxuyuruq varaq‐varaq, 

Təbiətdə ahəngə bax, 

Od alsam da bu ziyadan, 

Baş açmadım bu dünyadan. 

 

Ağac içindən oyulur, 



İlan qabıqdan soyulur, 

Sevən gözündən duyulur, 

Doymadım dadlı röyadan, 

Baş açmadım bu dünyadan. 

 

Haqqa sığınan döyülür, 



Haqqı tapdayan öyülür, 

Düz söz söyləyən söyülür, 

Başa keçir yalan, nadan, 

Baş açmadım bu dünyadan. 

 



Gəl, ey həyat, həmdəmimsən, 

Həm qəmimsən, həm dəmimsən, 

Çox düşündüm, nəsən, kimsən? 

Əl çəkmədim bu xülyadan, 

Baş açmadım bu dünyadan. 

 

 



Ömür yolu 

 

Ömür yolu müəmmalı, 



Əsrarəngiz bir cahandır. 

Ömür yolu yol deyil ki... 

Ömür yolu bircə andır... 

 

Ömür yolu məzələnir, 



Güləyəndir, ağlayandır. 

Uzandıqca təzələnir, 

Ömür yolu çağlayandır. 

Gah yüksəlir, gah da enir, 

Gah açıqdır, gah dumandır. 

Həm məkandır, həm zamandır... 

Ömür yolu yol deyil ki... 

Ömür yolu bircə andır... 

 

 

Qədim sual 



 

Bu dünyaya nə gətirdim? 

Bu dünyada nə qoymuşam? 

Nə bir işi tam bitirdim, 

Nə həyatdan tam doymuşam... 

Hey çalışdım, hey itirdim, 

Nə yoruldum, nə uf dedim... 

Nə qazandım, nə götürdüm? 

Nisgil qədim, sual qədim. 

 

Səpdiklərim cücərsə də, 



Tufanlara sinə gərmiş. 

Haqq‐ədalət ölməsə də, 

Sarsılarmış, incələrmiş... 

Doğru yolun hökmü ağır, 

Addımbaşı döngələrmiş... 

Qəm yağışı və çal‐çağır 

Bir‐birinə tən gələrmiş... 

 



 

Keçmiş 

 

Gələcək arzumdur, keçmiş xəyalım, 

Biri əlçatmazdır, biri ünyetməz. 

Birindən pay umar eşqim, amalım, 

Birinin həsrəti, nisgili bitməz. 

 

Zaman yaddaşımı süpürüb‐silir, 



Nə qədər siləcək bir allah bilir. 

Dumanlar bürüyür ötən günləri, 

Məndən uzaq düşmüş o küskünləri. 

 

Əyri budaqlardan enir yarpaqlar, 



Açır qucağını qara torpaqlar. 

Bağımı bürüyür gur xəzanələr, 

Könlümü sızladır son təranələr. 

 

Fikir karvanını saxlamaq olmaz, 



Ağıl güc gəlsə də, ürək aldatmaz. 

Qarşıda nə varsa, yaradan qurur, 

Könlümsə keçmişlə oturub‐durur. 

 

 



Dumanlı dünya 

 

Haqqa, ədalətə həsrət qalmışam, 



Xəyal dünyasında məskən salmışam. 

Arxa çevirmişəm nifrətə, kinə, 

Açıq səmalarda qanad çalmışam, 

Xəyal dünyasında məskən salmışam. 

 

İrəli üfüqdə bulud sürünür, 



Arxa tərəflərdə duman görünür. 

Ayağım yerlərdə, əlim göylərdə, 

Ulduzlar qaramtıl tülə bürünür, 

Arxa tərəflərdə duman görünür... 

 

Nazlı canan daha nazım çəkməyir, 



Tanrı yolum boyu çiçək əkməyir; 

Yollar həmən yoldur, mənzilsə yaxın, 

Qamçı göydə qalıb, atım səkməyir, 

Tanrı yolum boyu çiçək əkməyir. 

 

 



Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə