Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

Şaxta vurdu, buz bağladı, 

Nə mən dondum, nə sən dondun. 

 

Hicran min cür oyun qurdu, 



Kim əl qatdı, kim buyurdu? 

Kədər cumdu ordu‐ordu, 

Nə mən yendim, nə sən yendin. 

 

Canımızı həsrət üzdü, 



Ayrılıqlar ölçüsüzdü, 

Bilməm ürək necə dözdü? 

Nə mən qandım, nə sən qandın. 

 

Çərxi‐fələk etdi xəta, 



Hicrandan olarmı əta?[1]

 

Yəhərlənmiş qoşa ata 



Nə mən mindim, nə sən mindin. 

 

Kölgə çökdü gözümüzə, 



Kül ələndi üzümüzə, 

Bənzəmədik özümüzə 

Nə mən məndim, nə sən səndin... 

 

 



1.

 

bəxşiş (ə.) 

 

 

Dərd 



 

Dərdə düçar olmuşam, 

Dərd düyündür, açılmaz. 

Dərdə düçar eyləyən 

Dərdimə çarə qılmaz. 

 

Günəş dərddən əyilib, 



Üfüqlərdə sürünsə, 

Ay buluda bürünsə, 

Aləmə nur saçılmaz. 

 

Dərdim dağa dönübdür, 



Başı dərddən açılmaz. 

Eşq dərdi yaman dərddir, 

Eşq dərdindən qaçılmaz. 

 

 




Unuda bilsəydim səni 

 

Səni sevmişdim 



İlk gəncliyimdə, 

Sənə bağlanmışdı 

Hər ilim də, 

Hər günüm də. 

Sənsə dəyişdin... 

Gah mənimlə döyüşdün, 

Gah mənim kölgəmlə, 

Gah da özünlə. 

Məni üşütdün 

Ucuz‐ucuz, bumbuz 

Sözünlə. 

Duyulmadın, 

Get‐gedə söndün 

Qəlbimdə titrəyən simdə. 

Zəhərə döndün 

Dilimdə. 

Sən oldun 

Vaxtsız sönən zilim də, 

Sönməyən  nisgilim  də. 

Sənə yer tapılmadı 

Qar yağan, şaxta vuran 

Qəlbimdə. 

Söylə, günah kimdə? 

Eh, nə fərqi var?... 

Yaramı sağalda bilməz 

Dünyanın o başından gəlmiş 

Məşhur həkim də. 

Könlümdəki şəhəri 

Məhv etdin, 

Ey qədirbilməz. 

Daha üzüm gülməz, 

Qaranlıq bürüdü 

Hər yeri, 

Açılmaz bir daha səhər. 

Eh!... 

Ey dili zəhər, 



Unuda bilsəydim səni 

Birtəhər... 

 

 

Susma, danış, ay ana! 



 


Səssizliyin nə dərindir, ay ana, 

Səssizliyin inildəyir içimdə. 

Bu ölçüdə, bu biçimdə 

Səssizliyə dözmək olmur, ay ana. 

Eşitməsəm səsini, 

Duymasam nəfəsini, 

Gen dünyada 

Rahat‐rahat gəzmək olmur, ay ana. 

 

Səssizliyin səsi‐ 



O deyilmi 

Səsin ən yüksək mərtəbəsi? 

Gözlərim qaralır; 

Danış, ay ana, dillən, 

Səbrim daralır. 

Səsinin qanadları 

Alsın məni qoynuna, 

Sarılım boynuna, 

Eşidim həzin səsini, 

Duyum doğma nəfəsini, ay ana! 

Səssizliyin də mənə tanış, 

Səsin də. 

Danış, ay ana, susma, danış! 

Danışanda gülür həyat, 

Səssizliyin qəlbimdə qoparır 

Fırtına, tufan, fəryad, 

Səssizliyin pozur dincliyimi. 

Səssizliyinlə keçən gəncliyimi 

Həmişəlik qoydum arxada, ay ana. 

İndi sənsən mənə 

Təsəlli də, arxa da. 

 

İnsaf et, danış, ay ana, 



Sözlərin canıma yayılsın 

Sapsarı yağ kimi. 

Taleyim qəm mürgüsündən ayılsın, 

Dəmlənsin, kefdən bayılsın 

Çən‐çiskini çəkilmiş 

Çiçəkli dağ kimi. 

Sən susanda 

Canımı odda yandırırsan, ay ana. 

Danışanda 

Ruhuma sığal çəkən 

mələkləri andırırsan, ay ana. 

Baxışların nə məhzun... 




Keçmişəmi baxırsan, 

Sabahımı görürsən, ay ana? 

Cansız barmaqlarınla 

fikir‐zikir  tellərindən 

Nə hörürsən, ay ana? 

De, baxırsan hayana? 

De, gözlərin yol çəkir 

nə uzun? 

Baxışların nə məhzun? 

 

Danış, gül, sevin, ay ana! 



Sən güləndə qəlbim oynar yerindən, 

Nəfəs allam dərindən. 

Gülüşün niyə səssiz, 

Qəhqəhən niyə ürkəkdir, ay ana? 

Yoxsa gülüşün 

Qüssənlə qonşumudur? 

Yoxmu qismətində ürəkdən gülmək? 

Qədərin cilvəsi bumudur? 

Yamanca qocaldın, ay ana, 

Bükülüb kiçildin; 

Kiçildikcə sən böyüdün gözümdə. 

Qarşında baş əydim, 

Səcdəgahımsan ümdə. 

Qocalıbsan, ay ana, 

Yaman qocalıbsan; 

Qocalığın da səssizliyin kimi 

Göynədir içimi. 

Gücsüzlükdən kəsər qalmır sözümdə, 

Ay ana... 

Gücsüzlükdən kiçilirəm 

Öz gözümdə özüm də, 

Ay ana... 

Xatirində keçmişlərin üzüntüsü, 

Gözlərində gələcəyin hüznü var. 

Sənə yasaq yoxdur, 

Nə istərsən de, danış, ay ana, 

Gileyində İlahinin izni var. 

Danış, nəğmə söylə, ay ana, 

Zümzüməndə Füzulinin vəzni var. 

 

Baxma uşaq olmayan yaşıma, 



Əlini çək başıma, ay ana, 

Gücsüz əllərinə ehtiyacım var. 

Qayğılı gözlərinə, 



Sayğılı sözlərinə 

Ehtiyacım var, ay ana... 

Susma, qurbanın olum... 

Danış, ay ana! 

 

 

Tək qalmaq istəyirəm 



 

Yoruluram 

Şəhərlərin hay‐küyündən, 

Qaçmaq istəyirəm hərdən 

İnsanlardan, bu gündən. 

Bezirəm 


Müdrik səbrdən, 

Dünyanın gərdişinə dözümdən; 

Uzaqlaşmaq istəyirəm 

Özümdən. 

Böyük‐böyük iclaslarda, 

Haylı‐küylü məclislərdə 

Sevmirəm söz deməyi, 

Ya boş sözü dinləməyi. 

Əvəzində, 

Düşünürəm xəfif‐xəfif... 

Bu yandasa bir hərif 

Kürsüdən yağdırır 

Tərif, tərif, tərif. 

Lüğətində yoxdur qürur, 

Cümləsində çox azdır 

Xoş mübtəda, yaxşı xəbər, 

Amma sifət nə qədər... 

Sifət, sifət... 

Özümü ələ alıram, 

Şeytana lənət. 

İçimdə boğulur nifrət 

ətək‐ətək, 

tək qalmaq istəyirəm, tək. 

Gündəlik qayğılar 

Başımdan aşanda, 

Dünyanın haqsızlığı 

Aşıb, daşanda 

Sıxır məni 

Şövkət də, şan da, 

Toy da, nişan da. 

Qaçmaq istəyirəm 

Gurultulu çal‐çağırdan, 




Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə