Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

Xəyalında canlandımı füsunkar Rövzeyi‐rizvan?[38] 

Ruzədarsan[39], ya ruzəxar[40], könlündə ləli‐müzabmı?[41] 

Mizanında[42] nə ağırdır, püli‐sirat[43] bir əzabmı? 

Şükrüllah[44], yola çıxmısan, kənarda axtarma hadi[45], 

İsaxanlı Hamlet sənə duaçıdır mütəmadi[46]. 

 

1. Ziyalı, dini ehkamları öyrənən (ərəbcədən). 



2. Süxən: söz, nitq (farscadan); sərraf: başa düşən, usta mənasında (ərəbcədən). Sərrafi‐süxən: söz 

ustası, hazırcavab. 

3. “Əzəmətli ev”, yəni Kəbə (ə.) 

4. “Allah kitabı”, yəni Quran (ə.) 

5. Təbiəti ilahiləşdirmə. Varlığın, vücudun birliyinə, təkliyinə inanmaq. Panteizm (ərəbcədən). 

6. Burada: cavahir saçan, söz cövhəri səpən, şair, natiq (f.və ə.) 

7. İlahiyyat bilicisi; natiq (ə.) 

8. İlahiyyat elmi (ə.) 

9. Gücsüz, aciz (f.) 

10. Ərəfə: Qurban bayramına bir gün qalmış; bir işin görülməsinə qalan az vaxt (ə.) 

11. Hacıların Məkkə yaxınlığında ziyarət məqsədi ilə Səfa ilə Mərvə arasındakı yolda sürətlə 

yerimələri. Buna səy (ə.) deyilir. 

12.“Qədim ev”, yəni Kəbə 

13. Səmimi, ürəkdən, doğrudan (ə.) 

14. Təvah: bir şeyin ətrafına dolanma. Təvvah (burada): Həcc mərasimində Kəbənin ətrafında 

dolanan (ə.) 

15. Həcər: daş. Əsvəd: qara. Qara daş; Kəbədəki qara daş nəzərdə tutulur (ə.) 

16. Tar: tel, sap. Qaratel, qaratelli (f.) 

17. Namaz qılmaq, dua oxumaq üçün ayrılmış yer (ə.) 

18. Ramazan gecələrində axşam namazı ardınca qılınan iyirmi rükətlik namaz (ə.) 

19. Bərpa etmə, canlandırma. Burada: ramazan vaxtı gecə oyaq qalıb ibadətlə məşğul olmaq (ə.) 

20. Namaz qılarkən deyilən “allahü əkbər” (ə.) 

21. Mürğ: quş. Dil: ürək, qəlb. Könül quşu; ürək (f.) 

22. Qarışıq, saxta (ə.) 

23. Məsciddə qiblə cəhətdə divarda düzəldilmiş və pişnamazın (camaatın önündə namaz qılan din 

xadimi) namaz qıldığı yer. Məcazi mənada: üz çevriləcək yer (ə.) 

24. Həzrəti Məhəmmədə peyğəmbərlik xəbəri verildiyi gün (qəməri ilinin səkkizinci ayı – şəbanın 

15‐i) (ə.) 

25. İnsanların ən yaxşısı, yəni Həzrəti Məhəmməd (ə.) 

26. Allahın vəlisi, yəni Əli, Vəli: yaxın dost, hami (ə.) 

27. Qadınların ən yaxşısı, yəni Peyğəmbərin qızı Fatimə. Əli və Fatimənin toyunun bərat günü 

olduğuna işarədir. 

28. Yar: dost, yoldaş, köməkçi, sevgili (f.). Qar: mağara (ə.) “Mağara yoldaşı”. Həzrəti Məhəmməd 

Məkkədən Mədinəyə qaçarkən onunla bərabər mağarada gizlənən Əbubəkrə işarədir. 

29. İki dünya. Dünya və axirət. Maddi və mənəvi aləm (ə.) 


30. Dörd yoldaş (f.). Dörd rəşid xəlifə: Əbubəkr, Ömər, Osman, Əli nəzərdə tutulur. 

31.“İki fəqərəli” (ə.). İki ağızlı qılınc. Əlinin ləqəbi. 

32. Kəlimullah: “Allah ilə danışan”, yəni Musa peyğəmbər (ə.). Musanın əsası (dəyənəyi, əl ağacı) 

deyilənə görə ilana çevrilə bilirdi. 

33. Leyl: gecə (ə.). Əsra gecəsi – Həzrəti Məhəmmədin merac etdiyi gecə 

34. Həzrəti Məhəmmədin göyə çıxıb səyahət etməsi. Çıxılacaq yer; nərdivan (ə.) 

35. Şübhələnən 

36. Şəqq: parçalama, sındırma. Qəmər: ay (ə.). Ayın parçalanması; möcüzə. Məhəmməd 

peyğəmbərin göstərdiyi möcüzə‐ ayın 2 parçaya ayrılıb yerə enməsi 

37. Ruzi verən, yəni Allah (f.) 

38. Rövzə: bağça, axar sulu və çəmənli bağça. Məcazi mənada: cənnət. Rizvan: Cənnətin gözətçisi və 

qapıçısı olan mələk. Burada: cənnət, behişt bağı (ə.) 

39. Oruc tutan (Ruzə: oruc, orucluq) (f.) 

40. Orucunu yeyən, oruc tutmayan. Burada xar: yeyən, içən mənasındadır (f.). 

41. “Əridilmiş ləl”, burada: (poeziyada) qırmızı şəraba işarədir. Yəni ləl (qiymətli daş, yaqut) rəngli 

– al qırmızı (ə.) 

42. Ölçü, meyar, tərəzi. Qiyamətdə hər adamın günah və savabını ölçən tərəzi 

43. Pül: körpü (f.). Sirat: yol (ə.). Sirat körpüsü. Qiyamətdə hamının keçəcəyi qıl körpüdür. 

Cəhənnəm üzərində qurulub, yıxılan – günahı çox olan adam odda yanır. 

44. “Allaha şükür olsun”. Şükr: razılıq, minnətdarlıq (ə.) 

45. Doğru yol göstərən. Düz yola çağıran. Bələdçi (ə.) 

46. Daimi. Davam edən (ə.) 

 

 



Oldu 

 

Aylar, illər uçub getdi, mənə qalan yaş oldu, 



Mənzil gödək, qayğı yedək, işim tamam yaş oldu. 

 

Çərxi‐fələk yorulmadı, hümay[1] huşyar[2] olmadı, 



Qartal zirvədə tək qaldı, qarğa düzdə baş oldu. 

 

Yollar eniş, yollar yoxuş, yollar duman içində, 



Nəqşə[3] cızan kişilərdən millətim çaş‐baş oldu. 

 

Söz, qafiyə, məna, ahəng ipə‐sapa yatmadı, 



Məxrəc böyük, qiymət kiçik, ölçülərim çaş oldu. 

 

Düşünürdüm, necə açım öz eşqimi canana, 



Mən bir sirdaş izindəykən sirrim kəm‐kəm[4] faş[5] oldu. 

 

Eşq bağında qonaq oldum, iştaham da maşallah, 



Yarın mənə yedirtdiyi bir turşulu aş oldu. 


 

Dedim, yandı canım odda, su çilə adda‐budda, 

İnsaf əli quruyubmuş, qəlbi qara daş oldu. 

 

Gözəllər çox gözəlləşdi, əsir düşdüm sərasər[6], 



Əlim bağlı, dilim bağlı, əlac tək göz‐qaş oldu. 

 

1.



 

Cənnət quşu, dövlət quşu (ə.) Məcazi mənada: səadət, uğur, xoşbəxtlik 

2.

 

Ayıq, diqqətli (f.) 

3.

 

Rəsm, plan, xəritə (f.). Nəqşə cızan‐ Burada: plan çəkən, yol göstərən 

4.

 

Az‐az, bala‐bala (f.) 

5.

 

Açıq, aşkar, ifşa olunmuş (f.) 

6.

 

Tamamilə, bütöv (f.) 

 

 



Bağlıdır 

 

Gecələrin məsum hüsnü nurlu aya bağlıdır, 



Payızın sevda çələngi dilbər yaya bağlıdır. 

 

Çayın incə təranəsi bulağın ahənginə, 



Dənizin ağır ləngəri coşğun çaya bağlıdır. 

 

Hicranın yorğun düşməsi, vüsalın şən nəğməsi 



Kim bilir ki, neçə ilə, neçə aya bağlıdır?! 

 

Aşiqin dönər əhvalı oynaq səmt küləyi tək, 



Sevinci də, kədəri də küyə, haya bağlıdır. 

 

Hilalqaş lütf eyləyərsə, iki göz tüğyan eylər, 



Oxun tüğyan eyləməsi əyri yaya bağlıdır. 

 

Sevgi ruhu qanadlanıb dolansa da aləmi, 



Həyat dostu qismətinə düşən paya bağlıdır. 

 

 



Vüsal həsrətindəyəm 

 

Zahirim quru cəsəddir, hər nə var batindəyəm, 

Piyadəlik əhvalım yox, hey xəyal atindəyəm. 

 

Ruhum oynar, könlüm qaynar, cismim alışıb‐yanar, 



Doyumsuz eşqə düşmüşəm, olmazın çətindəyəm. 

 



Ağlıma vuruldu qıfıl, gözüm qamaşdı qafil, 

Mehrabımı unutmuşam, bilməm hansı dindəyəm. 

 

Tale mənə gülümsəsə, qəşş edərəm sevincdən, 



Xoşbəxtlərin qatarında sanaram ən öndəyəm. 

 

Dünyanı fəth eyləyərəm, bəxtim müttəfiq olsa, 



Məğrib mənim, Məşriq mənim, Hindistanda, Çindəyəm. 

 

Şux geyimdə süzə‐süzə çıxdı üzə o afət, 



Qaş‐qabağı yıxdı məni, ay allah, nə gündəyəm?! 

 

Kəmər düşəydi belindən, “gəl” çıxaydı dilindən, 



Xəyalımı tərk et, yavrum, vüsal həsrətindəyəm. 

 

 



Fələyin işi 

 

Bu günümdən bezib qaçsam, yox olsam ilim‐ilim, 

Dünyanın o başında da mənimlədir nisgilim. 

 

Yara yetmək müşkül imiş, bu, fələyin işidir, 



Xəyalım yetəcək sənə, oxşa onu, sev, gülüm. 

 

Xəyal ilə gerçək həyat tutuşaydı əl‐ələ, 



Yerlə göy öpüşən yerdə görüşəydik, sevgilim. 

 

Göydən ulduz qoparaydım, solmaz ilahi çiçək, 



Sən yerdən çiçək dərəydin, solar, solmaz, nə bilim? 

 

Duydum fələyin işini, gah bağlayar, gah açar, 



Açılsın bağlı qapılar, eşqdən tutulsun dilim. 

 

 



Təzadlar 

 

Həyatın al günəşi var, zülməti, küləyi var, 



Hər kəsin öz ürəyincə arzusu, diləyi var. 

 

Saraylarda həm əl çalmaq, həm susmaq gərəyi var, 



Aqillərin məclisində hərənin öz rəyi var. 

 

Qəmi həmdəm edənlərin bayatı deməyi var, 



Xoşbəxtlərin coşğusu var, oynayıb‐gülməyi var. 

 



Pislikdə ad çıxaranın zəhəri var, zəyi var, 

Ədalətə uyanların sevgidən bəzəyi var. 

 

Zoru qayda sayanların əldə dəyənəyi var, 



Zora qarşı duranların atəşdən köynəyi var. 

 

Zalımların qəlbi daşdır, çətin əriməyi var, 



Mərhəmətli insanların ipək tək ürəyi var. 

 

Dünyadan köç edənlərin kəfəndən bələyi var, 



Həyata göz açanların eşqi, gələcəyi var. 

 

İnsan ulu, insan cocuq, təzadlı gerçəyi var, 



Bir əlində iti bıçaq, birində çiçəyi var. 

 

 



 

 

Rübailər 



 

/* 

Başqa fəzalarda gördüm yerimi, 

Ağlatdım, sızlatdım şer pərimi. 

Ağlın gözü ölçüb‐biçməsin deyə, 

İçimdə gizlətdim şerlərimi. 

*/ 

 

/* 



Qayda yaradanam, qayda pozanam, 

Sufiyəm, Dərvişəm, Dəli Ozanam. 

Şairlik sevdası yoxdur başımda, 

Məhəbbət coşanda şer yazanam. 

*/ 

 

/* 



Doğrumu axıtdım alın tərimi? 

Tapdımmı həyatda əsl yerimi? 

Cavab axtarmıram bu suallara, 

Sadəcə, düşündüm öz qədərimi... 

*/ 

 

/* 



Nədəndir gen dünya mənə dar gəlir, 

Sevinc üz döndərir, intizar gəlir? 

Kişiyə ağlamaq yaraşmasa da, 

Bəzən ağlamamaq mənə ar gəlir. 




*/ 

 

/* 



Başlanğıc olubsa, söylə o, nədir? 

Öncə kainatdır, ya düşüncədir? 

Məhdud ağlımızla əbədiyyəti 

Dərk edə bilmirik iş çox incədir. 

*/ 

 

/* 



Dünənim bitmişdir, sabahım‐duman, 

Gedənim itmişdir, gələnim‐güman, 

Ortada durmağa nə yer, nə vaxt var, 

Dayanmayır zaman, dəyişir məkan. 

*/ 

 

/* 



Yoxdur bərabərlik qoca dünyada, 

Kimi at oynadır, kimi piyada. 

Sevgi üstələsə kini, nifrəti, 

Əzilməzdi bəşər həddən ziyada. 

*/ 

 

/* 



Kövrəkdir hər günüm, heyhat, hər anım. 

Çıxacaq əlimdən bir gün sükanım. 

Cismani varlığım yetəcək sona, 

Könüllər mülkünə qalır gümanım. 

*/ 

 

/* 



Karvan köçür, yola salmaq vaxtıdır, 

Küsmüşəm, könlümü almaq vaxtıdır. 

Laylası  əksikdir nazik ömrümün, 

Çal, aşıq, çal, qardaş, çalmaq vaxtıdır. 

*/ 

 

/* 



Tale hər vaxt nəvazişə qərq etməz, 

Günəşlər də nəhayətsiz bərq etməz. 

Ölüm haqdır, dadacaqdır hər insan, 

Dəli olsun, dahi olsun, fərq etməz. 

*/ 

 

/* 




Dərinə nüfuz et, düşünmə üzdən, 

Vaz keçmə gecədən, bezmə gündüzdən. 

Ədalət nur saçar ömür yoluna, 

Doğru seçə bilsən əyrini, düzdən. 

*/ 

 

/* 



Günahkar bəndənin başqa bəndədən, 

Kişinin qadından, qızın dədədən 

Üzr diləməsi çətin deyilsə, 

Cilddən cildə girmək baş alır nədən? 

*/ 

 

/* 



Deyirsən yayğındır tərif söyləmək, 

Güclüyə yalvarmaq, təzim eyləmək. 

Hər işin sahibi, sənətkarı var, 

Məddahlıq sənətmiş, daha neyləmək? 

*/ 

 

/* 



Başqan çaldı‐çapdı iş arasında, 

Dilim kilidləndi diş arasında. 

Cumdum təbiətə, eşqə, sənətə, 

Dəmləndim yaz ilə qış arasında. 

*/ 

 

/* 



Dünəni yaşadım, dünəndə bitdi, 

Uşaqlıq qayğılar  dinəndə bitdi. 

Qısqanclıq, çılğınlıq dolu səhnələr 

Ömrümüz  payıza  dönəndə bitdi. 

*/ 

 

/* 



Gözəllik seyrinə dalmaq üçündür, 

Məhəbbət ürəkdə qalmaq üçündür. 

Həyat hərəkətdir, gəlib‐gedəndir, 

Əməl həyatdan bac almaq üçündür. 

*/ 

 

/* 



Ocaq külə dönsə, yandırıb‐yaxmaz, 

İlham gahdan sönsə, söz sözə baxmaz, 

Günahlar dillənsə, sıxılar könül, 



Dodaqlar tərpənər, göz gözə baxmaz. 

*/ 


 

/* 


Hər vaxta alışdım, hər üzü gördüm, 

Gecəylə öpüşən gündüzü gördüm. 

Ürək sadiq qaldı  sevgilərinə 

Ürəkdə yaşayan hər izi gördüm. 

*/ 

 

/* 



Ürəyə düşən iz itmir ki, itmir, 

Eşqin  tərənnümü  bitmir ki, bitmir, 

Bəstəkar, ya şair, alim, ya rəssam, 

Ömür həsr etsə də, yetmir ki, yetmir. 

*/ 

 

/* 



Nədir ölçü, nədir çəki dünyada? 

Sevgi hökm edəydi təki dünyada. 

Öləcəm qəlbimdə son məhəbbətim, 

Gör necə xoşbəxtəm iki dünyada. 

*/ 

 

/* 



Atəşlər püskürən odlu günəşdin, 

Ayla bəhsə girdin, göylə əlləşdin. 

Bu nə incə görkəm, nə açıq geyim? 

Nə xəbər eylədin, nə bir gənəşdin. 

*/ 

 

/* 



Qüdrətdən pay versin Füzuli, Xəyyam, 

Vəsfinə gücüm yox, özgədir əyyam. 

Gözlərim söyləyir sənə sevgimi, 

Neyləyim, dilimi bağlayıb həyam. 

*/ 

 

Tərcümələr

 

 

V.A.Jukovskiy (1783‐1852) 



Nəğmə 

 

Gündoğana, gündoğana 



Can atır yer kürəsi. 


Gündoğana, gündoğana 

Uçur könül nəğməsi. 

Çox uzaqda, gündoğanda, 

Göy meşədən o yanda, 

Göy dağların arxasında 

Bir gözəl ömür sürür. 

 

Ayrılıq baş verdi, yəqin; 



Düşünürəm, o gözəl 

Möcüzəli keçmişlərin 

Qəşəng əfsanəsidir. 

O, sanki, əski günlərdən 

Qonaq gəlmişdi mənə. 

Bir nəşəli yuxu idi, 

Bəxtim gülmüşdü mənə. 

 

 



F.İ.Tütçev (1803‐1873) 

Son məhəbbət 

 

Yaşımız ötsə də, sevgimiz mətin, 

Ən zərif duyğudur, ən dərin inanc! 

Ey qürub çağının, son məhəbbətin 

Vida işıqları, parla, şəfəq saç! 

 

Kölgədən don geydi göylərin tağı, 



Şəfəqlər bəzədi tək günbatanı, 

Tələsmə, tələsmə, axşamqabağı, 

Rəhm et, bizimlə qal, gözəllik anı. 

 

Donsun asta‐asta damarlarda qan, 



Təki tərk etməsin qəlbi zəriflik... 

Sən ey son məhəbbət, sən ey son məkan, 

Sən həm səadətsən, həm çarəsizlik. 

 

 



F.İ.Tütçev 

Son an 

 

Nə qədər ağırdır son an... 



Ağıl ‐ aciz, fikir ‐ duman. 

Ölüm ‐ əzab, ölüm ‐ vəhşət, 

Qəlb yanğısı daha dəhşət; 

Gör puç olur, ölür nələr... 

Ən sevimli xatirələr... 



 

 

A.Fet (1820‐1892) 

 

Sənə gətirdim salamlar, 



Ərz edim ki, günəş qalxdı. 

Oynadı qaynar şüalar, 

Yarpaqların güldü baxtı. 

 

Ərz edim ki, yaz meşəsi 



Tam oyandı hər budaqda, 

Quşcuğazın silkinməsi 

Və yaz dolu yanğılarda. 

 

Ərz edim ki, tam istəklə 



Dünənki tək gəldim yenə. 

Ömrümü sidqi[1]‐ürəklə 

İstərəm, həsr edim sənə. 

 

Ərz edim ki, hər tərəfdən 



Öpür məni xürrəm[2] yellər. 

Oxuyacam, bilməm nədən? 

Budur, yetişir nəğmələr. 

 

1.



 

sidq: səmimi, təmiz, saf (ə.) sidqi‐ürəklə, ürək təmizliyi ilə, səmimi ürəklə 

2.

 

şad, şadyana, şən (f.) 

 

 



N.S.Qumilev (1886‐1921) 

Mən və Siz 

 

Özgə bir diyardan gəlmişəm bura, 



Deyiləm Sizinlə eyni biçimdə. 

Xoşuma gəlməyir soyuq gitara, 

Vəhşi zurna səsi inlər içimdə. 

 

Məni cəlb etməyir geniş salonlar, 



Şer oxuyuram əjdahalara. 

Boş şeydir tünd pencək, ədalı donlar, 

Varam buludlara, şır‐şır sulara. 

 

Şəkildə gözünü  ulduza dikən 



Cəngavər zatına yoxdur marağım. 

Su üçün əyilib belini bükən 

Ərəb tək səhradan gəlsin sorağım. 

 



Can verən deyiləm yorğan‐döşəkdə, 

Öləcəm həkimsiz və qeydiyyatsız, 

Sarmaşıq bürümüş vəhşi xəndəkdə, 

Xeyli uzaqlarda, ünvansız, adsız. 

 

Axı səliqəli, açıq və aydın 



Protestant cənnət nəyimə lazım? 

Harda qaçaq‐quldur, ya suçlu qadın 

Dur, ‐ deyə hay salır ‐ odur muradım. 

 

 



Anna A.Axmatova  (1889‐ 1966) 

Mən səninlə şərab içməyəcəyəm, 

Çünki sən, ay uşaq, yaman dəcəlsən. 

Ay işıq saçanda, bilirəm, o dəm 

Qarşına çıxanla öpüşəcəksən. 

 

Bizimkisə ‐ dinc həyat, 



İlahidən yaxşı gün. 

Bizimkisə ‐ şux gözlər, 

İnsafı ‐ qeyri‐mümkün. 

 

 



Anna Axmatova 

Təbii zəriflik gəlməz ölçüyə, 

Səssizdir, heç nəylə qarışıq düşməz. 

Əbəsdir diqqətin, düşübsən küyə, 

Çiynimə, sinəmə dolayırsan xəz. 

 

Və əbəsdir ilk sevgiyə 



Həsr edirsən müti sözlər. 

Az qalır ki, məni  yeyə 

Bu inadcıl, doymaz gözlər. 

 

 



S.Yesenin (1895‐1925) 

 

Cavandım, qəşəngdim ötən əyyamlar, 

O mavi axşamlar, aylı axşamlar. 

 

Əsdi külək kimi, geri dönmədən, 



Hər şey uzaq oldu, yan keçdi məndən. 

 

Ürəkdə şaxta, qar, gözdə kölgələr, 



Ah, mavi səadət, aylı gecələr.

 

Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə