267
Haqq-nahaqq seçilər Haqq divanında
Aşıq Musa 1912-ci ildə Ağkilsə kəndində vəfat etmiş
və kəndin şərqindəki qəbiristanlıqda dəfn olunmuşdur”
(səh.41).
Beləliklə, cəmi iki müəllifdən gətirdiyim sitatlarda Aşıq
Musanın doğum tarixi (və yeri) ilə bağlı xeyli fərqli variantlara
rast gəlirik. Ağkilsə kəndinə aid ilk təqdim etdiyimiz 1873-cü
ilin kameral siyahısında bu sualların hamısının cavabı vardır.
Kənddəki 24 nömrəli ailə Aşıq Musanın ailəsidir:
24.--Səfər Mustafa oğlu 70 y(Qazax qəzasının Tatlı
kəndindən buraya köçüb); iki oğlu var: Kərim 30 y(onun
oğlanları: Rəhim 4 y; Şərif 2 y; Namaz 1 y). Musa 20 y.
Siyahıdan görünür ki, aşığın nəvəsi Musa Süleymano-
vun söylədiklərində müəyyən həqiqət var. Bu ailə doğrudan
da Qazax mahalının Tatlı kəndindən gəlib, amma Səfərin
üç deyil, iki oğlu var, adı çəkilən Rəhim Səfərin oğlu de-
yil, nəvəsidir, yəni böyük oğlu Kərimin oğludur və 1873-cü
ildə 4 yaşı vardı. Musa Süleymanov Səfərin böyük oğlunun
da adını səhv deyib, onun adı Kərəm deyil, Kərimdir. Ola
bilsin ki, tədqiqatçılar onu dəyişik yazıblar. Həm də qardaş-
ların doğulma ardıcıllığı Musa Süleymanovun dediyi kimi
deyil, Musa kiçik qardaşdır.
1873-cü ildə 20 yaşında göstərilən Musa beləliklə, aydın
olur ki, 1853-cü ildə anadan olub və İ.Ələsgər onu 23 il, pro-
fessor S.Paşayev isə 33 l(!) böyüdüb və adını göstərmədiyi ya-
lançı şahidlərdən özünə dayaq yaratmağı da unutmayıb.
Yumşaq desək, aşığın qızı, Musa Süleymanovun anası
Qaratel də həm aşığın 93 il yaşamasında, həm də oxuyan-
da səsinin qonşu Zod və Zarzebil kəndlərində eşidildiyini
deyəndə xeyli şişirtməyə yol verib.
Açığını deyim ki, bu yazılarda hər addımbaşı şişirt-
mələrə rast gəldiyimə görə, Aşıq Musanın heç olmasa,
ölüm tarixinin miladi tarixə düzgün çevrilib-çevrilmədiyini
yoxlamaq qərarına gəldim.
Astronomiyaya qısa səyahət
Əvvəlcədən deyim ki, həmin hesablamanı apararkən,
oxucuları bir qədər əyləndirmək üçün onları astronomiya
ilə bağlı bəzi rəqəmlərlə tanış edib bu mübahisəli tarix və
ədəbiyyat məsələlərindən ayırmaq qərarına gəldim.
Məlum olduğu kimi, Yer kürəsi Günəşin ətrafında fırla-
nır və onun Günəş ətrafında bir dövr etməsinə sərf olunan
vaxta “il” deyilir, başqa sözlə, Yer kürəsi 1 il ərzində Günəş
ətrafında tam bir dövrə vurur.
Yer kürəsi həmin 1 il ərzində nə qədər yol gedir və han-
sı sürətlə gedir, yəni Günəşin ətrafında dövr edir? Bunu he-
sablamaq elə də çətin iş deyil.
Astronomlar hesablayıb ki, sürəti saniyədə 300 min km
olan işıq Günəşdən Yer kürəsinə təxminən 8 dəqiqəyə ça-
tır. Yerdən Günəşə qədər olan məsafə 150 milyon kilometr
olduğuna görə, çevrənin C=Pd (P-3,14-ə bərabər olan kə-
miyyət, d-isə çevrənin diametridir, yəni radiusun 2 mislinə
bərabərdir. Radius isə bizim misalımızda Yerdən Günəşə
qədər olan məsafədir) düsturundan istifadə etməklə onu he-
sablaya bilərik. Beləliklə, Yer kürəsinin 1 il ərzində getdiyi
yolu hesablamaq üçün 150 milyon km-i həm 2-yə, həm də
3,14-ə vurmalıyıq. Bu rəqəm 942 mln. km edir. Yəni Yer
planeti 1 ildə bu qədər yol qət edir.
İndi Yerin hərəkət sürətini hesablayaq. Məlum olduğu
kimi 1 astronomik il 365 gün 6 saata bərabərdir (həmin 6 sa-
atı 3 il boyunca nəzərə almırıq, bu 6 saatlar toplanaraq 4-cü
il 24 saat edəndə 1 günə bərabər olur və biz həmin il fev-
ral ayını 29 gün hesablayırıq). Bir günün 24 saat olduğunu
nəzərə alsaq, 1 il=365x24+6=8.766 saat. Beləliklə, tapdıq
269
Haqq-nahaqq seçilər Haqq divanında
ki, Yer kürəsi 1 ildə, yəni 8.766 saat ərzində 942 mln. km yol
gedir. İndi onun sürətini hesablayaq. Bunun üçün 942 mil-
yon km-i 8.766 saata bölərək tapırıq ki, Yerin saatda sürəti
942.000.000:8.766=107.460 km-dir(!!). Təsəvvür edirsiniz-
mi, Yer kürəsinin saatda sürəti 107 min km-dən də çoxdur!
Halbuki, magistral yolda 110 km/saat sürətini aşan kimi in-
safsız radarlar sizi qeyd edir və cərimə ödəməli olursunuz!
Yuxarıdakı rəqəmi 60-ə bölsək, tapırıq ki, Yer kürəsi
1 dəqiqədə (107.460:60=1.791) 1.791 km, 1 saniyədə isə
(1.791:60=29,85) təxminən 30 km yol gedir!
Təsəvvür edirsinizmi, üzərində yaşadığımız, yaratdığı-
mız, sənətdən zövq aldığımız Yer kürəsi saniyədə 30 km
sürətlə hərəkət edir, biz isə bunu hiss etmədən öz işimizlə
məşğul olur, həyat hadisələrindən zövq alaraq yaşayır, se-
vinir, kədərlənir, mübahisə edir, rəqs edir, nəğmə oxuyur,
müharibələr aparır, kütləvi qırğın silahları hazırlayaraq öz
sonumuzu yaxınlaşdırırıq!
Amma Yer kürəsi təkcə Günəşin deyil, həm də öz oxu
ətrafında fırlanır və axşam-səhər, alatoranlıq, günortanın
qızmarı, axşamın sərinliyi, gecə və gündüz bu fırlanmanın
nəticəsində yaranır! Bəs Yer öz oxu ətrafında hansı sürət-
lə fırlanır? Bunun üçün bəzi rəqəmlərdən istifadə etməklə
bunu asanlıqla hesablamaq olar! Birincisi odur ki, Yerin öz
oxu ətrafında tam bir dövrə etməsi 1 gündür və insanlar onu
24 saata ayırıblar. İkincisi, Yerin 24 saat ərzində fırlanma
nəticəsində qət etdiyi məsafə Yerin ekvatoru qədərdir, yəni
40 min kilometrdir. Beləliklə, 40 min km-i 24-ə bölməklə
tapırıq ki, bu fırlanmanın sürəti (40.000:24==1.667) 1.667
km/saatdır. 1 dəqiqə üçün bu sürət təxminən 28 km, 1 sa-
niyədə isə 463 metrdir. Yer öz oxu ətrafında saniyədə 463
metr, Günəş ətrafında isə 30 km sürətlə fırlanır!
Bir halda ki, bu söhbəti başladıq, onu tamamlamalıyıq.
Bu da Yerin peyki olan və zaman etibarilə “ay” məfhumu-
Dostları ilə paylaş: |