Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞIƏLIYIN GENIŞLƏNMƏSININ SƏBƏBLƏRI



Yüklə 462,01 Kb.
səhifə27/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

ŞIƏLIYIN GENIŞLƏNMƏSININ SƏBƏBLƏRI


Peyğəmbərin (s) vəfatından sonra şiəliyin xalq arasında yayılmasında bir sıra təsirli amillər oldu. Bu amillərdən bir neçəsinə nəzər salaq:

1. Ələvilərin xalq tərəfindən sevilməsi;

Şiəliyin genişlənərək bir çox bölgələri əhatə etməsinin başlıca səbəblərindən biri Ələvilərin sevilməsidir. Bu, İraq xalqı arasında Əhli-beytə (ə) məhəbbətdən başqa siyasi məqsəd də daşıyırdı. Belə ki, artıq Əlinin (ə) hakimiyyət dönəmini arxada qoymuş Kufə əhalisi Ələvilərin rəhbərliyə daha layiq oldduğunu düşünürdü. Peyğəmbərin (s), Əhli-beyt (ə) haqqında buyurduqlarını nəzərə alsaq, insanların onlara məhəbbətini təbii qarşılayarıq. Başqa sözlə desək, insanlar Peyğəmbərin (s) Əhli-beyti (ə) dini ideallar olaraq önə çəkdiyini görüb onlara doğru yönəlirdilər. Tarix boyu Ələvilərə bəslənən sevgi zərrəcə azalmamışdır. Hansı dövrdə, dünyanın hansı nöqtəsində bir ələvi qiyam etmişsə, xalq onun ətrafına toplaşmışdır. Hətta "Sahib əz-zənc"də zəncilərə nüfuz etmək üçün özünü ələvi adlandırmışdı1.

Abdullah Məhz yazır: “Hamı ələvi olmağı arzu edir. Lakin heç bir ələvi olmamağı arzu etmir”2.

Ələvilərin sevilməsinin səbəbləri:

Ələvilərin sevilməsinə yol açan bir neçə amili qeyd etmək olar:

1. Peyğəmbərdən (s) Əhli-beytin (ə) fəziləti haqqında nəql olunan rəvayətlər;

2. Onların əxlaqi keyfiyyətləri;

3. İnsanların Peyğəmbər (s) ailəsinə təbii sevgisi.

Bütün bu amillər bu dövrdə şiəliyin, əhli-sünnənin çoxluq təşkil etdiyi bölgələrdə belə yayılmasına səbəb olmuşdur. Onlar dünyalarını dəyişdikdən sonra belə onlara qarşı sevgi itmir, məzarları üzərində qübbələr ucaldılır və beləcə şiəliyin toxumu səpilirdi.



2. Şiələrin zahid həyat sürməsi;

Şiələrin dini göstərişlərə bağlılıqları bu məzhəbin yayılmasına səbəb olan amillərdəndir. Xalq onlara nəzər saldıqda onların etiqad bəslədiyi İslamla Əməvilərin, Abbasilərin etiqad bəslədiyi İslamın fərqini tam aydınlığı ilə görürdü.

Süfyan Suri deyir: “Şiələrdən başqa yaxşı insan görmüsənmi?”1

Mədain ərəblərin mühacirət etdiyi şiə şəhəri kimi tanınırdı. Bu şəhər haqqında yazırlar:

"Bu bölgənin əhalisi əkinçiliklə məşğul olan on iki imamlı şiələrdir. Onların adət-ənənələrindən biri budur ki, qadınları gündüz evdən xaric olmur”2.

Müaviyəyə qarşı müqavimət göstərərək şiəlikdən bir addım belə geri çəkilməyən Hücr ibn Ədi və dostları haqqında yazırlar: "Onlar dində möhkəm idilər"3.

Namazı vaxtında qılmaq da şiələrin xüsusiyyətlərindən olmuşdur1. Dinəvəri nəql edərək yazır: "Übeydullah ibn Ziyad Müslimin gizləndiyi yeri tapmaq qərarına gəldikdə məmurlarından birini onu axtarmaq üçün məscidə göndərərk dedi: "Şiələr çox namaz qılırlar". Yəni orada bu xüsusiyyətdə olan kimsə taparsan, onun vasitəsi ilə Müslimin yerini öyrənərsən. O, məscidə gedib Müslim ibn Övsəcənin hamıdan çox namaz qıldığını müşahidə etdi. Beləcə onun yanına gedib hiylə ilə Müslimin yerini öyrəndi”2.

Salman Farsi şiələrin ilk görkəmli simalarından biridir. O, təqva və elm baxımından səhabələrə örnək idi. Əbuzər ən məşhur şiələrdəndir. O, dünyadan uzaq, maddi aləmə etinasız, insanların hüququna diqqətlə yanaşan bir səhabə kimi yadda qalmışıdır. Şiəlikdə ad çıxarmış Əmmar Yasir haqqında yazırlar: "Əmmar Yasir İslamın radikal keşikçilərindən idi”3.

Üveys Qərəni məşhur zahid şiələrdən olmuşdur. O, Əlinin (ə) şiələrindən idi və Siffeyn döyüşündə şəhadət məqamına yüksəldi. O, ürfani məqam baxımından çox yüksəkdə idi1. Şeybi onun haqqında yazır: “Üveys Qərəni şiə idi”. Əsfərayini onu məşhur abidlərdən biri hesab edir”2.

Kümeyl haqqında yazırlar: “O, öncədən zahid şiə idi”.3

Xəbbab ibn Ərətt haqqında yazırlar: “Xəbbab ibn Ərətt abid şiələrdən, göz yaşı tökən növhəxanlardan idi” 4.

Şiə rəvayətçisi Məhəmməd ibn Müslim haqqında yazırlar: “O, öz dövrünün ən çox ibadət edənlərindən idi”.5

Səid ibn Cübeyr haqqında yazırlar: “Səid ibn Cübeyr şiə zahidlərindən idi”. Doktor Şeybi əlavə edir: “Beləcə bizə məlum olur ki, şiəliyin mənşəyi zöhddür” 6.

Doktor Verdi yazır: “Şiəlik üç şəhərdə kök atdı. Bunlardan biri Kufə idi. Əmmar ibn Yasir orada olduğu üçün şiəlik də möhkəm idi. İkincisi, Mədain idi. Burada da Salman Farsinin olması şiəliyin güclənməsilə nəticələnmişdi. Üçüncüsü isə Cəbəl Amil idi. Burada da Əbuzər Qifarinin böyük təsiri olmuşdur”7. Kufədə şiəliyin inkişafında Əmmar kimi müqəddəs insanların təsiri olmasına baxmayaraq, burada əsas rolu Əli (ə) özü oynamışdır.



3. Şiəliyin genişlənməsi və Ələvilərin məzlumluğu;

Şiə və Ələvilərin Abbasi xəlifələrinin zülmünə məruz qalması şiəliyin genişlənməsinin səbəblərindən biri hesab olunur. İmam Əli ibn Hüseyn (ə) uzun illər atası və Kərbəlada onunla birgə həlak olan digər şəhidlər üçün yas saxladı, göz yaşı axıtdı. Abbasilər bu məzlumluq dalğasından istifadə edib hakimiyyətlərini İmam Hüseyn (ə), məzlumcasına şəhid edilən səhabələri və Yəhya ibn Zeyd üçün axıdılan göz yaşları üzərində qurdular.

Əməvilər ən çox Kufədə, İraqda yaşayan Ələvilərə və bütün şiələrə qarşı amansız davranırdılar. Müaviyə məhkəmələrdə Əli (ə) səhabələrinin şahid qismində dinlənilməsini yasaq etmişdi1. İmam Hüseyn (ə) Müaviyəyə ünvanladığı məktubda yazırdı: “Sən İraq hakimiyyətini Ziyada verdin. Bir halda ki, o, insanların gözünü çıxarır, əl-ayağını kəsir, xurma ağaclarından asdırırdı. (Bütün bunlara rəğmən) sən ona yazdın: “Əlinin (ə) dini xətti ilə gedənləri sağ qoyma!” O da bu tapşırığı həyata keçirərək şiələri öldürür, onlara işgəncələr verirdi2.

Tarixçilərin qeyd etdiklərinə görə, Müaviyə yerlərdə Əlisevərlərə qarşı amansız davranmağı, onlara beytülmaldan pay ayırmamağı, sıxıntılı həyat tərzinə məhkum etməyi, evlərini viran qoymağı əmr etmişdi1. Onların Əhli-beyt əleyhinə düşmən mövqeləri elə bir həddə çatmışdı ki, açıqca “Əliyə lənət oxumadan qılınan namaz namaz deyil”, - deyə car çəkirdilər. Doktor Şeybi şiələrin tarix boyu zülmə məruz qalmaları haqqında yazır: “Şiə tarixi Kərbəladan başlayaraq bir sıra sıxıntı və işgəncədən ibarət olmuşdur”.2

Hücr ibn Ədi və tərəfdarlarının, Əmr ibn Həmiq Xüzainin, Meysəm Təmmar və başqalarının Ziyad tərəfindən öldürülmələri İraqda şiələrin məzlumluğunu bir adət halına gətirmişdi. İmam Baqir (ə) Əhli-beytin (ə) məzlumluğu haqqında buyurur: “Biz daim təhqir olunur, zülmə məruz qalırıq. Bizi hər şeydən uzaqlaşdırır, məhrum edir və öldürürdülər. Biz daim qorxuyla qarşı-qarşıya idik. Hətta dostlarımızın canı belə təhlükədə idi. Şiələrimizi şəhərlərdə qətlə yetirir, ən kiçik bir ehtimalla əl-ayaqlarını kəsirdilər. Bizi sevənlərdən hansının adı çəkilsəydi, zindana atılırdı, əmlakı qarət olunur, evi uçurulurdu. Bu müsibətlər Übeydullah ibn Ziyadın dönəmində artan xətt üzrə inkişafdaydı. Ondan sonra Həccac hakimiyyətə gəldi. O, şiələri qətlə yetirir, ən kiçik bir ehtimalla həbs etdirirdi. O zaman şiələrin vəziyyəti o qədər acınacaqlı idi ki, Həccac üçün kiməsə kafir, allahsız demək şiə deməkdən yaxşı idi” 3.

Şiələrin zülmə məruz qalması onların sevilməsinin ümdə səbəblərindəndir. Belə ki, Zeyd və oğlu Yəhyanın başına gələnlər Xorasanı bütünlüklə Bəni-Haşimə doğru sövq etdi. Lakin Abbasilərə meyilli olan Əbu Müslim hadisələrin axırını yanlış istiqamətə yönəldərək xilafətin həqiqi sahiblərinin, yəni Ələvilərin əlinə düşməsinə imkan vermədi.


4-Antizülm hərəkatlar.

Şiə hərəkatlarının formalaşması, onların xəvaricdən fərqli olaraq mötədil mövqeyi kütlənin şiəliyə yönəlməsinin amillərindən biri idi. Zülmə qarşı çıxma amili həm şiə fiqhində, həm də şiələrin həyat tərzində özünü göstərir. Bu müxalifət və mübarizə Əməvi və Abbasi xilafətləri dönəmində də davam etdi.

Əhli-sünnəyə məxsus rical kitablarında fasiq hakimə qarşı mübarizənin qaçılmaz olduğuna etiqad bəsləmək şiəliyin əlamətlərindən biri kimi göstərilir1. Əyyub ibn Mütəvəkkil yazır: “Bir padşah keçirdi. Məşhur şiə Əban ibn Təğlibdən başqa hamı ayağa durdu. Ondan bu hərəkətinin səbəbini soruşduqda dedi: “Quranı təhqir edəcəyimdən qorxdum”.

Zeyd ibn Əli atdığı addımların səbəbəini belə izah edir: “Ey insanlar! Biz sizi Allahın kitabını, Peyğəmbərin (ə) sünnəsini tanımağa sövq edirik. Sizi zülmkarlara qarşı savaşa, zülmə məruz qalanları himayə etməyə, imkansızlara köməyə, beytülmalın ona layiq olanlara verilməsinə və Əhli-beytə kömək etməyə səsləyirik”.

Məsudi Yəhya ibn Zeyd hərəkatını təhlil edərkən yazır: “O, bütün xalqı əhatə edən zülmə qarşı üsyan etdi” 1.

Muxtar kütləni belə səsləyirdi: “Sizi Allahın kitabını, Peyğəmbərin (s) sünnəsini tanımağa, Əhli-beytin (ə) intiqamını almağa, onlara hörmətsizlik edənlərlə savaşa və zülmə məruz qalanları müdafiə etməyə dəvət edirəm”.

Şiəyönlü hərəkatlarda zülmə qarşı mübarizədən başqa Peyğəmbərin (s) sünnəsinə, Qurana sədaqət də özünü göstərir. Bu hərəkatlarda şiə ədəbiyyatı böyük əhəmiyyət daşıyırdı. Kümeyl ibn Zeyd Əsədinin, Seyid Hümeyranın və digər ədiblərin ahəngli, ritmik şeirləri şiəliyin yayılmasına öz töhfəsini vermişdir. Daha çox Əhli-beytin (ə) fəzilətlərini, başına gələn müsibətləri əks etdirən bu şeir nümunələri insanlara böyük təsir bağışlayırdı. Şiəliyə bu vasitə ilə xidmət göstərənlərdən Əlinin (ə) səhabəsi Əli ibn Rafei, İmam Səccadın (ə) və İmam Sadiqin (ə) yetirmələrini göstərmək olar.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə