Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ƏLLAMƏ ƏMİNİDƏN BİR NEÇƏ SÖZ



Yüklə 462,01 Kb.
səhifə24/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

ƏLLAMƏ ƏMİNİDƏN BİR NEÇƏ SÖZ


Əllamə Əmini, Təbərinin nəql etdiyi Abdullah ibn Səbanın fitnələrdəki rolu haqqında yazır: "Əgər İbn Səba fitnələr törətməkdə bu qədər qabaqcıl idisə, nə üçün ümmətin siyasətçiləri, valiləri onu tanıdıqları halda həbsi üçün məmur göndərmədilər? Bu qədər cinayətə nə üçün göz yumdular? Nə üçün onu edam edib xalqı onun şərindən xilas etmədilər. Quranın bu çağırışını eşitmirdilərmi?

Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarının) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalalarıdır. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir (Maidə, 33).

Nə üçün xəlifə onu öldürərək fitnələri yatızdırmadı? Yoxsa onun hücumu yalnız Peyğəmbərin (s) yaxınlarına qarşı idi?2



ŞİƏLİK ƏSL İSLAM RUHUDUR!


Əgər Abdullah ibn Səbanın fitnələrdəki rolu haqqında deyilənlərin doğru olduğunu qəbul etsək belə, bunun şiəliyin yaranması ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki öncə də qeyd etdiyimiz kimi şiəliyin təsisçisi ilk növbədə Allah-Taalanın özüdür. Peyğəmbər (s) isə Quranda önə çəkilən bu məsələni 23 il ərzində insanlara çatdırmışdır. O həzrətin həyatda olduğu dönəmdə və vəfatından sonra çoxlu sayda səhabə bu təlimləri mənimsəmiş və Əhli-beytin (ə) imamətinə etiqad bəsləmişlər".

Əl-Əzhər universitetinin şeyxi Əbd əl-Həlim Mahmud yazır: "Fikrimizcə, şiəliyin yaranmasını iranlıların İslamı qəbul etdikləri dövrə aid etmək yanlışdır. Bunu yəhudiliklə, yəni Abdullah ibn Səba ilə də bağlamaq olmaz. Şiəliyin kökləri daha öncəyə gedib çıxır. Onun keçmişi bir tərəfdən Əli (ə), digər tərəfdən isə Peyğəmbərin (s) özü ilə bağlıdır”1.

O, yazır: "Şiəliklə bağlı hesab olunan və ya şiəliyə aid etdikləri Abdullah ibn Səba şiə kitablarının tənqid etdiyi, lənət yağdırdığı şəxdir. Şiə kitablarında onun haqqında deyilir: “O, yad edilməyəcək dərəcədə məlunudr!”2

Ustad Davud Hənəfi yazır: "Təqiqatçıların ən böyük xətaları şiəlik haqqında irəli sürülən versiyalarıdır. Belə ki, onu Abdullah ibn Səbaya aid etmişlər. Bu haqsızlıqdır"3.

Şeyx Şəltut, Əbu Zöhrə və Əhməd bəy yazırlar: "İmamiyyə şiələrinin hamısı müsəlmandırlar. Onlar Allaha, Peyğəmbərin (s) gətirdiklərinə, Quranın buyurduqlarına inanırlar. Onların arasında keçmişdə və indi hər bir elmi sahədə böyük alimlər olmuşdur. Onlar dərin təfəkkürə, geniş məlumata malikdirlər. Onların qələmə aldığı əsərlər yüz minlərlədir. Mənim bu əsərlərin böyük bir hissəsindən xəbərim var"1.

Şeyx Mahmud Əbu Zöhrə yazır: "Şübhəsiz ki, şiəlik İslam firqələrindəndir. Onlar nə deyirlərsə, Qurana və ya Peyğəmbərdən (s) nəql olunan hədislərə istinad edirlər. Onlar da özlərinin əhli-sünnədən olan qonşularına belə dost münasibət bəsləyir və kindən uzaq dururlar”. 2

İordaniya müftilərindən Şeyx Mahmud Sərtavi yazır: "Mən əmilsaleh sələflərimizin dediklərini deyirəm. İmamiyyə şiələri bizim din qardaşlarımızdır. Onların bizim boynumuzda qardaşlıq haqqı var. Eləcə də bizim onların boynunda qardaşlıq haqqımız var”3.

Ustad Əbd əl-Fəttah Əbd əl-Maqsud yazır: "Fikrimizcə, şiəlik İslamı tam təmsil edən məzhəbdir. Həqiqi İslamı görmək istəyənlər ona şiə etiqadlarından baxmalıdırlar. Tarix şiəliyin İslam etiqadlarını qorumaq üçün göstərdiyi xidmətlərə şahiddir"4.

Qahirə dilçilik institutunun Ərəb ədəbiyyatı müəllimi Doktor Hamid Hənəfi Davud yazır: "Burada hörmətli oxucunun diqqətinə çatdırıram ki, şiəlik heç də yolunu azmışların və süfyanilərin göstərdikləri kimi sırf nəqli, İsrail əsilli xurafata əsaslanan, yaxud Abdullah ibn Səba və yalnız təxəyyülün məhsulu olan digər şəxsiyyətlərin yaratdığı məzhəb deyil. Şiəlik bizim bu gün önə çəkdiyimiz elmi üsullara görə güman edilən məzhəb deyil. Şiəlik ənənənvi və rasional (nəqli və əqli) dəlillərə əsaslanan ilk müsəlman məzhəbidir. O, İslam məzhəbləri arasında geniş, parlaq yol keçmişdir. Əgər şiəlikdə ənənəvi və rasional dəlilləri toplamaq imtiyazı olmasaydı, o, əsl İslam ruhuna sadiq qalmaq şərti ilə yenilik ruhu, ictihad vasitəsi ilə zaman və məkana uyğunlaşa bilməzdi"1.

O, “Abdullah ibn Səba” kitabına rəy verərkən yazır: "İslam tarixindən on üç əsr keçir və biz hər gün alimlər tərəfindən şiəlik əleyhinə fətvaların verildiyinin şahidi oluruq; kökündə nəfsi istəklər, duyğu və hisslər dayanan fətvalar. Bu yanlış üsul İslam firqələri arasında böyük fasilə yaranmasına gətirib çıxarmışdır. Nəticədə elm və İslam alimləri bu məzhəbin böyüklərinin bilgilərindən məhrum olmuşlar. Əslində bunun ziyanını elmi ictimaiyyət görmüşdür. Bu xurafat vasitəsi ilə şiəlik çoxlu zərbələr almışdır. Lakin bu, şiəliyə qarşı haqsızlıqdır. Şiə fiqhinin bayraqdarı İmam Sadiqin (ə) (vəfatı: 148 h. q.) iki əhli-sünnə imamının, Əbu Hənifə Nöman ibn Sabitin (vəfatı: 150 h. q.) və Əbu Abdullah Malik ibn Ənəsin (vəfatı: 179 h. q.) müəllimi olması bizə yetər. Təsadüfi deyil ki, Əbu Hənifə: "O iki il olmasaydı, Nöman həlak olardı", – deyə bildirir. Onun məqsədi İmam Sadiqdən (ə) dərs aldığı, elmindən bəhrələndiyi iki il müddətdir. Malik ibn Ənəs deyir: “Mən Cəfər ibn Məhəmməddən (ə) fəqih, bilgili insan tanımıram”2.

Əl-Əzhər universitetinin İslam fəlsəfəsi müəllimi professor Əbu əl-Vəfa Qənimi Taftazani yazır: "Qərbdə və şərqdə, qədim və keçmiş alimlər şiəliyə qarşı yanlış mövqedə olmuşlar. Bu isə heç bir nəqli dəlilə uyğun gəlmir. Adi camaat bu yanlış məlumatları əldən-ələ keçirərək, yanlış və ya doğru olduğuna fikir vermədən şiələri ittiham etmişlər. Onların belə insafsızcasına davranmalarının səbəblərindən biri şiə qaynaqlarından xəbərsiz olmalarıdır. Onlar şiəliyə qarşı ittihamlarda yalnız şiəlik əleyhinə yazılmış kitablara əsaslanırlar”1.
Səd İbn Abdullah Əşərİnİn FİKİRlərİnİn tənqİdİ

Şiəliyə müxalif qüvvələr ona zərbə vurmaq üçün Səd ibn Abdullah Əşərinin sözlərinə əsaslanmışlar. O, "əl-Məqalat vəl-firəq" əsərində yazır: "Yəhudi Abdullah ibn Səba Əlinin (ə) imamlığını qəbul edən ilk şəxs idi"2.

Şiəliyə qarşı olanlar bunu, onun Abdullah ibn Səbanın təlimləri olduğuna dəlil kimi göstərirlər.

Cavab: 1. Bəziləri bunun dörd şiə qaynağında qeyd edildiyini güman etmişlər. Bu qaynaqlar aşağadakılardır: "Əl-Məqalat vəl-firəq", Əşəri (hicri-301); "Firəq əş-şiə", Növbəxti (vəfat - hicri IV əsrin birinci yarısı); "Ricali-Kəşşi", Məhəmməd ibn Ömər Kəşşi (vəfat - hicri 4 əsrin ortaları); "Bihar əl-ənvar", Məclisi (vəfat - 110). Lakin həqiqət budur ki, bu yalnız "əl-Məqalat və əl-firəq" kitabında qeyd edilmişdir, digər kitablar isə ondan götürmüşlər. "Əl-Məqalat vəl-firəq" və "Firəq əş-şiə" kitabı əslində bir kitabdır. Hər ikisinin müəllifi Əşəridir.

Ustad Seyid Məhəmməd Rza Hüseyni yazır: “Bu kitabın Növbəxtiyə aid edilməsi yanlışdır. Çünki o, Əşərinin kitabının ixtisara salınmış nüsxəsidir"1.

Məclisi bu ibarəni Kəşşidən iqtibas etdiyini açıqca bildirir. Kəşşinin bu sözü isə Əşərinin yazdığı "əl-Məqalat vəl-firəq"dən götürülmüşdür. Nəticə etibarı ilə, bu sözün yeganə qaynağı Səd ibn Abdullah Əşərinin kitabıdır.

2. Nəccaşi (h. q. 450) Səd ibn Abdullah Əşərinin haqqında yazır: "O, əhli-sünnədən çoxlu sayda hədis əxz etmişdir. O, bu hədisləri toplamaq üçün səfərə çıxmış, Həsən ibn Ərəfə, Məhəmməd ibn Əbd əl-Malik Dəməşqi, Əbu Hatəm Razi və Abbas Tərqufi kimi alimlərlə görüşmüşdür”2.

3. Səd ibn Abdullah Əşəri Abdullah ibn Səba haqqında deyir: "Bəzi elm adamları Abdullah ibn Səbanın yəhudi olduğunu nəql etmişlər". Onun "bəzi elm adamları" ifadəsi anlaşılmazdır. Bu elm adamlarının şiə və ya əhli-sünnə tarixçi və ya hədisşünası olduğu bəlli deyil. Digər qaranlıq məqam isə onun bu sözləri bilavasitə elm adamlarından eşidib-eşitməməsidir. Əşərinin sözlərində olan bu anlaşılmazlıqlar onun sözünü etibardan salır.

4. Çox güman ki, Əşəri bu sözləri əhli-sünnədən nəql etmişdir. Hansı ki, o dövrdə şiəliklə bağlı bu növ sözlərə çox yer verilmişdi. Bu fikri təsdiq edən digər dəlil isə “bəzi elm adamları” ifadəsinin əhli-sünnə alimlərinin haqqında işlənməsidir. Şiə alimləri haqqında isə “dostlarımızdan bəziləri” ibarəsindən istifadə edilir. Əşərinin sözlərinə diqqət yetirdikdə bu daha aydın nəzərə çarpır. O, yazır:

"Bəzi elm adamlarına görə, Abdullah ibn Səba yəhudi olmuş, sonradan İslamı qəbul edərək Əlinin (ə) imam olduğuna etiqad bəsləmişdir. O, yəhudi olduğu zaman Musanın (ə) vəsisi Yuşə ibn Nun haqqında da belə düşünürdü. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra İslamı qəbul etdi və Əli haqqında da həmin sözləri deməyə başladı. O, Əlinin (ə) imamətinin zəruriliyini meydana çıxarmaqla məşhur olan, onun düşmənlərinə qarşı çıxan, müxaliflərinin daxilini kəşf edərək kafir olduqlarını üzə çıxaran ilk şəxsdir. Elə buna görə də şiəliyə qarşı olanlar rafiziliyin yəhudilikdən gəldiyini iddia edirlər”1.

Burada onun, Əlinin (ə) imam olduğuna etiqad bəsləyən ilk şəxs olduğu qeyd edilmir. Yalnız həzrətin (ə) imamətinin zəruri olduğunu söyləyən ilk şəxs kimi məşhurlaşdığı söylənilir. Digər ibarələrdə də onun "təbərra" məsələsini aşkara çıxardığı qeyd edilir. Bu ibarədən anlaşdığına görə, o, həzrətin (ə) müxaliflərinə qarşı münasibətini gizləmirdi. Hansı ki, bir çoxları uzun müddət xəlifələrə qarşı belə davranırdılar.

Əşəri sözünün sonunda həmin məsələyə toxunaraq yazır: “Buna görə, şiəliyə qarşı olanlar bu məzhəbi Abdullah ibn Səbaya aid edirlər". Bu, əslində Əşərinin məlum fikrə qarşı etirazıdır.

5. Əgər Əşərinin bu fikirdə olduğunu qəbul etsək də bu, tarixi faktlarla üst-üstə düşmür. Çünki bir çox səhabə və tabeilər Əlinin (ə) imamətinin zəruriliyinə etiqad bəsləmişlər.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə