Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə118/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   114   115   116   117   118   119   120   121   122

Vərəsəliklə əlaqədar funksiyalar 
 
1.
 
Qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün qədər qısa 
müddətdə konsulluq vəzifəli şəxsinə onun konsulluq dairəsində 
bu orqanlara göndərən dövlətin vətəndaşı kimi məlum olan 
şəxsin ölümü barədə məlumat verir, habelə miras qalmış əmlakı, 
vəsiyyətnamənin mövcud olduğunu, eləcə  də  qəbul edən 
dövlətdə olan və ya təmsil olan hər hansı  şəxsin bu əmlakın 
sərəncamçısı təyin olunması barədə konsulluğun vəzifəli şəxsini 
xəbərdar edir. 
2.
 
Qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün qədər qısa 
müddət ərzində göndərən dövlətin və ya bu səlahiyyətli orqanlara 
göndərən dövlətin və ya bu səlahiyyətli orqanlara göndərən 
dövlətin vətəndaşı kimi məlum olan hər hansı bir şəxsin qəbul 
edən dövlətin  ərazisində qalmış miras əmlaka vərəsə  və ya 
vərəsəlik üçün müraciəti rədd edilmiş olduğu halda bu barədə 
konsulluğun vəzifəli şəxsini xəbərdar edirlər. 
3.
 
Konsulluğun vəzifəli  şəxsi qəbul edən dövlətin  ərazisində 
göndərən dövlətin vətəndaşının ölümü və ya göndərən dövlətin 
mərhum vətəndaşı  tərəfindən qəbul edən dövlətin  ərazisində 
qalmış miras əmlakın mövcud olması barədə  qəbul edən 
dövlətin səlahiyyətli orqanlarına məlumat verir. 
4.
 
Bu maddənin 1, 2 və 3-cü bəndlərində  əks olunmuş miras 
qalmış  əmlaka aid məsələlərə münasibətdə habelə  qəbul edən 
dövlətin qanun və qaydalarının icazə verdiyi dərəcədə 
konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir: 
a) miras əmlakın müdafiəsi, sazlanması  və onun üzərində  sərəncam 
verilməsinə  təmin edilməsi üçün qəbul edən dövlətdə  tədbir 
görmək; 
b) bu maddənin a bəndində göstərilən tədbirlərin görülməsində 
şəxsən və ya hər hansı digər şəkildə iştirak etmək; 
c) qəbul edən dövlətdə olmayan və bu dövlətdə nümayəndəsi 
olmayan bu əmlaka qanuni marağı olan göndərən dövlətin 
vətəndaşının nümayəndəliyini təmin etmək. 
5.
 
Bu maddənin 4-cü bəndinə uyğun olaraq nümayəndəliyin təmin 
edilməsi üçün tədbirlər görüldüyü halda bu nümayəndəlik təmsil 
edən  şəxslər tərəfindən beləliklə, öz xüsusi nümayəndələrini 
təyin edənədək və ya hüquqlarının və  mənafeyinin müdafəsinə 
görə məsuliyyəti öz üzərinə götürənədək davam edir. 
6.
 
Göndərən dövlətin hər hansı  vətəndaşı  qəbul edən dövlətin 
ərazisində müvəqqəti olduğu zaman bu dövlətdə daimi yaşayan 
olmadığı təqdirdə konsulluğun vəzifəli şəxsi göndərən dövlətin 
qanununu nəzərə alaraq sahibliyə daxil ola və ölənin sənədləri, 
pulları  və sair şəxsi  əmlakı üzərində  sərəncam verə bilər, bu 
şərtlə ki, qəbul edən dövlətin  ərazisində bu cür sənədlərin, 
pulların və ya şəxsi  əmlakın iddiasında olan şəxs olmasın. 
Müvəqqəti sahiblik hüquqları qəbul edən dövlətin qanun və ya 
qaydalarına müvafiq lazımi surətdə  təyin olunmuş  sərəncam 
verənə və ya digər müvəkkil olunmuş şəxsə verilir. 
7.
 
Göndərən dövlət və  qəbul edən dövlət qalmış  əmlakın 
verilməsinə yardım edirlər; 
a) əmlakın gətirilməsi və çıxarılmasına razılığı tələb olunan dövlətin 
qanun qaydaları ilə birbaşa qadağan edilməyən miras əmlakın 
hissəsi olan əşyaların gətirilməsi və  çıxarılmasına razılıq 
alınması yolu ilə və; 
b) hazırkı bəndin a yarımbəndinin müddəalarına uyğun olaraq miras 
əmlakın hər hansı hissəsinin realizə edilməsinə icazə verilməsi 
yolu ilə; və 
c) göndərən dövlətin valyutası ilə  vərəsəliyə görə müraciəti rədd 
edilən  şəxsin yaşadığı dövlətdə ödənilən haqq, vergi və 
rüsumlar çıxılmaqla xalis gəlirin köçürülməsinə icazə vermək 
yolu ilə. 
8.
 
Hər hansı  şəxsin ölümü ilə  əlaqədar göndərən dövlətin 
vətəndaşının pul və ya başqa mülkiyyətə hüququ vardırsa, miras 
qalmış  əmlak, bədbəxt hadisələrin baş verməsi ilə  əlaqədar 
kompensasiyaların verilməsi üçün qanunlara uyğun olaraq 
yerinə yetirilən ödəmələr habelə  həyatının sığorta edilməsi ilə 
əlaqədar ödəmələr daxil olmaqla konsulluq vəzifəli  şəxsin 
göndərən dövlətin vətəndaşının adından, əgər bu vətəndaş qəbul 
edən dövlətin  ərazisində deyildirsə, məhkəmədən, hakimiyyət 
orqanlarından və ya ayrı-ayrı  şəxslərdən pul və ya digər 
mülkiyyət ala bilər. 
 
Maddə 41 
Vətəndaşlıq məsələləri ilə əlaqədar funksiyalar 
 
 
476
 
477


Konsulluğun vəzifəli şəxsinin hüquqları: 
a) göndərən dövlətin vətəndaşlarını qeydiyyatdan keçirmək; 
b) göndərən dövlətin qanunlarına və qaydalarına uyğun vətəndaşlıq 
məsələlərinə aid ərizələrin qəbul edilməsi və ya alınması, 
sənədlərin verilməsi və təqdim edilməsi. 
 
Maddə 42 
Vətəndaşlıq vəziyyəti məsələlərinə aid funksiyalar 
 
1.
 
Konsulluq vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir: 
a) göndərən dövlətin vətəndaşlarının doğumu və ölümü qeydiyyatı 
kitabının aparılması  və müəyyən məlumatların və  sənədlərin 
alınması; 
b) göndərən dövlətin vətəndaşlarının vətəndaşlıq vəziyyətinə aid olan 
hər hansı vəsatət və ya ərizələrin qəbul edilməsi. 
2. Hazırkı maddənin 1-ci bəndində göstərilən müddəalar  şəxsləri 
qəbul edən dövlətin qanun və qaydalarından irəli gələn 
öhdəliklərdən azad etmir. 
 
Maddə 43 
Qəyyumluğa aid funksiyalar 
 
1.
 
Göndərən dövlətin vətəndaşı olan və tam fəaliyyət qabiliyyəti 
olmayan və ya yetkin iş yaşına çatmayan şəxslərin marağına 
cavab verən qəyyum və himayəçilərin təyin edildiyi bütün 
hallarda qəbul edən dövlətin səlahiyyətli orqanları müvafiq 
məlumatları olduqda təxirə salınmadan müvafiq konsulluğa 
məlumat verməlidirlər. 
2.
 
Konsulluğun vəzifəli  şəxsi qəbul edən dövlətin səlahiyyətli or-
qanlarına onları qəyyum və himayəçi təyin etmək üçün münasib 
olan şəxslərin soyadlarını təklif etmək hüququna malikdir. 
 
Maddə 44 
Göndərən dövlətin hava gəmisinə kömək göstərilməsi 
 
1.
 
Konsulluq vəzifəli  şəxsi öz konsulluğu dairəsində göndərən 
dövlətin, qəbul edən dövlətin  ərazisində olan hava gəmisinə, 
komandirinə  və ekipajının üzvlərinə lazımi kömək göstərmək, 
habelə: 
a) hava gəmisinin bortuna qalxmaq, komandir və ekipajın hər hansı 
üzvünü dindirmək, habelə  gəminin uçuşu və yükləri barədə 
məlumat almaq; 
b) uçuş vaxtı baş vermiş  hər hansı  bədbəxt hadisəni qəbul edən 
dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər vurmadan 
təhqiq etmək; 
c) komandir və ekipajın üzvləri arasında mübahisləri həll etmək
habelə hava gəmisində təhlükəsizlik tədbirlərini görmək; 
ç) hava gəmisinə aid olan sənədləri qəbul etmək, baxmaq, təşkil 
etmək, imzalamaq və ya təsdiq etmək; 
d) göndərən dövlətin tapşırığı ilə hava gəmisinə aid olan digər 
problemləri həll etmək hüququna malikdir. 
2. Komandir və ekipajın üzvləri olduqları dövlətin qanun və 
qaydalarını pozmamaqla konsulluq vəzifəli şəxsi ilə birbaşa əlaqə 
saxlamaq hüququna malikdirlər. 
 
Maddə 45 
Göndərən dövlətin bayrağı olan hava gəmisinə  
qarşı məcburi tədbirlər zamanı onun müdafiə edilməsi 
 
1.
 
Əgər qəbul edən dövlətin məhkəmə  və ya digər səlahiyyəitli 
orqanları göndərən dövlətin gəmisində məcburi tədbirlər görmək
yaxud istintaq aparmaq istəyərlərsə, konsulluğun vəzifəli şəxsi və 
ya onun nümayəndəsinin həmin tədbirlərin görülməsində  iştirak 
etmək imkanına malik olması üçün bu barədə  qəbul edən 
dövlətin səlahiyyətli hakimiyyət orqanları tərəfindən qabaqcadan 
xəbərdar edilməlidir. Təcili hallarda qabaqcadan bildiriş 
göndərmək mümkün olmazsa, konsulluğa qəbul edən dövlətin 
səlahiyyətli orqanlarının gördüyü tədbirlər, konsulluq vəzifəli 
şəxsinin xahişi ilə isə görülmüş tədbirlərin nəticəsi barədə təcili 
surətdə məlumat verirlər. 
2.
 
Bu maddənin 1-ci bəndinin müddəaları  qəbul edən dövlətin 
səlahiyyətli orqanları  tərəfindən qəbul edən dövlətin  ərazisində 
(hava gəmisinin bortundan kənarda) gəmi komandirinə və ya bir 
heyət üzvünə münasitbətdə görülən tədbirlərə də müvafiq şəkildə 
aiddir. 
3.
 
Bu maddənin 1 və 2-ci bəndinin müddəaları qəbul edən dövlətin 
 
478
 
479


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə