164
malıdır və bunun üçün dövlət bütün lazımı tədbirləri görməlidir. Bu-
raya müxtəlif tədbirləri aid etmək olar. Dövlət orqanlarının və ya
ayrı-ayrı şəxslərin diplomatik agentin toxunulmazlığına
xələl gətirən
istənilən fəaliyyətdən çəkinməsi, diplomatik agentlərə qarşı hüquq
pozuntularının qarşısının alınması, onlara qarşı hüquq pozuntusu
törədən şəxslərin dövlət tərəfindən agır cəzalarla cəzalandırılması,
diplomatların faktiki pozulmuş hüquq və imtiyazlarının bərpa
edilməsi, vurulmuş zərərə görə təzminat, uyğun sahədə dövlətlərin
əməkdaşlığının həyata keçirilməsi qeyd olunan problemin tərkib
hissələridir. Bu problemlərin əksər hissəsi tərəfimizdən II fəsildə
ətraflı öyrənildiyi üçün indi yalnız bəzi məqamları qeyd etmək
istərdik.
Diplomatların pozulmuş hüquq və imtiyazlarının bərpası bəzi
hallarda mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. Hal-
hazırda daha çox aktuallıq kəsb edən hallardan biri diplomatik
agentlərin girov götürülməsi məsələləri ilə əlaqəlidir. Bu zaman
yerləşmə dövlətinin hakimiyyəti dilemma qarşısında qalır: diplomat-
ların toxunulmazlığını təmin etmək üçün terrorçuların tələblərini
yerinə yetirmək və bununla da dövlətin maraqlarını təhlükə altına
atmaq və yaxudda bu maraqları əsas götürərək terrorçuların
tələblərinə əməl etməmək və girovların həyatını təhlükəyə atmaq.
Bu məsələnin
universal həlli yoxdur, belə ki, beynəlxalq hü-
quqda bu iki seçənəkdən birinin seçilməsini müəyyən edən norma
mövcud deyil. Bu məsələ ilə bağlı dövlətlərin praktikası da
müxtəlifdir.
Bütün qeyd olunan məsələlərlə bağlı dövlətlərarası
əməkdaşlığın həyata keçirilməsində 1973-cü il dekabrın 14-də qəbul
edilən Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən,
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya mühüm yer tutur. Konvensi-
yanın əsas müddəaları ilə İİ fəsildə ətraflı tanış olmuşduq.
Diplomatik agentlərin şəxsi toxunulmazlığını təmin edən ən
mühüm vasitələrdən biri dövlətlərin məsuliyyəti institutudur. Diplo-
matik agentlərin diplomatik toxunulmazlığının pozulması beynəlxalq
deliktlərə aiddir. Bu cür deliktlər dövlətin beynəlxalq hüquqi
məsuliyyətini yaradır. Dövlətin məsuliyyəti onun hüquqazidd
fəaliyyəti və ya öz öhdəliklərinin yerinə yetirilməməsində ifadə olu-
nan fəaliyyətsizliyindən yaranır.
165
b) İqamətgahın, şəxsı kağız və yazışmaların, əmlakın
toxunulmazlığı
Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik
binalarının istifadə etdiyi toxunulmazlıq
və müdafiədən istifadə edir
(maddə 30, bənd 1).
Şəxsi iqamətgaha akkreditiv dövlət tərəfindən icarəyə götürü-
lən və ya ona məxsus olan yaşayış yerləri və həmçinin diplomatın
şəhərkənarı bağı da aiddir.
Beynəlxalq hüququn adət normasına əsasən əgər səfər inko-
qnito deyilsə bu toxunulmazlıq eyni qaydada diplomatın müvəqqəti
iqamətgahına da şamil edilir.
Konvensiyanın 30-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq
diplomatların kağızları və yazışması toxunulmazdır. Bu toxunul-
mazlığa əsasən onların saxlanılmasına, açılmasına və ya yerli
hakimiyyət orqanları tərəfindən rəsmi məqsədlərlə istifadə olun-
masına icazə verilmir. Diplomatın şəxsi korrespondensiyasının
diplomatik poçtdan fərqli olaraq xarici görünən əlamətlərə malik
olmaması praktikada onun toxunulmazlığının təmin ediməsində
müəyyən problemlər yarada bilər.
Qərb hüquq ədəbiyyatlarında
korrespondensiyalara texniki
vasitələrlə nəzarətin həyata keçirilməsinin mümkünlüyü, yalnız
xidməti kağız və yazışmalara toxunulmazlığın verilməsi və sair kimi
məsələlərı əsaslandırmaq cəhdləri olunur.
Mülkiyyətin toxunulmazlığı Konvensiyanın 31- ci maddəsinin
3-cü bəndindəki istisnalarla təmin olunur. Bu isə artıq
yurisdiksiyadan immunitet məsələləri ilə bağlıdır.
c) Yurisdiksiyadan immunitet
Diplomatik agentin yerli dövlətin yurisdiksiyasından
immuniteti məsələsi 1961-ci il Vyana Konvensiyasının 31-ci
maddəsində öz əksini tapmışdır. Konvensiya təsdiq edir ki, yerləşmə
dövlətinin cinayət yurisdiksiyasından diplomatik agent tamamilə
azad edilir. Diplomatik agentin mülki və inzibati yurisdiksiyasından
kənar edilməsinə gəldikdə isə, burada istisnalar mövcuddur.
Birinci istisna daşınmaz əmlaka aiddir. Diplomata qarşı, onun
olduğu dövlətin ərazisində yerləşən və akkreditiv dövlətin adından
malik olmadığı xüsusi daşınmaz mülkiyyətinə tələblə bağlı iddia
166
qaldırıla bilər.
İkinci istisna varisliklə bağlıdır. Yəni diplomata qarşı, onun
vəsiyyətinin icraçısı kimi, irsi əmlakın
qoruyucusu və ya himayəçisi
(qəyyum) kimi, varis kimi çıxış etdiyi hallarda varislik məsələləri ilə
bağlı iddia qaldırıla bilər. Təbii ki, bu zaman diplomat akkreditiv
dövlətin adından deyil, adi şəxs kimi çıxış edərsə.
Üçüncü istisna peşəkar və kommersiya fəaliyyəti ilə
əlaqədardır. Öz rəsmi funksiyaları hüdudlarından kənarda olduğu
dövlətdə həyata keçirdiyi hər hansı peşəkar və ya kommersiya
fəaliyyəti ilə əlaqədar diplomata iddia qaldırıla bilər.
Ümumiyyətlə, diplomatın öz rəsmi funksiyalarından kənar,
professional və ya kommersiya fəaliyyəti ilə məşğul olması məsələsi
mürəkkəb məsələdir. Əslində Konvensiyanın bu maddəsi onun 42-ci
maddəsi ilə ziddiyyət təşkil edir, 42-ci maddəyə əsasən diplomatik
agentə şəxsi mənfəət məqsədiylə kommersiya
və ya professional
fəaliyyətlə məşğul olmağa icazə verilmir.
Y.Q.Demin yazır ki, Konvensiyada təsdiq olunmuş mülki-
hüquqi yurisdiksiya immunitetindən istisnalar müasir diplomatiya
praktikasının tələblərinə cavab vermir. Hal-hazırda əksər dövlətlər öz
diplomatik agentlərinə yerləşmə dövlətində şəxsi daşınmaz əmlaka
malik olmağı, həmçinin şəxsi peşəkar və ya kommersiya fəaliyyəti ilə
məşğul olmağı qadağan edirlər. Diplomatların varislik məsələləri ilə
əlaqədar işlərdə iştirakına isə çox nadir hallarda rast gəlinir.
Doğrudan da, diplomatik agent tərəfindən cinayət hadisəsi
törədildikdə onun xidməti və ya qeyri-xidməti fəaliyyəti arasında fərq
qoyulmur və o, istisnasız cinayət mühakimə aidiyyətindən azad
olunur. Mülki hüquq pozuntusu törətdikdə isə,
baxmayaraq ki, bu
zaman diplomat yerləşmə dövlətinə 1-ci haldan fərqli olaraq daha az
ziyan vurmuş olur, Konvensiya yurisdiksiya immunitetindən onun
xidməti fəaliyyəti ilə əlaqəli olmayan hallarda istisnalar nəzərdə
tutur. Fikrimizcə, gələcəkdə, diplomatiya hüququnun sonrakı
məcəllələşdirmə prosesində bütün bunlar nəzərə alınacaq və
diplomatik agentlər mülki-hüquqi yurisdiksiya immunitetindən
istisnasız istifadə edəcəklər.
Yurisdiksiya immunitetindən daha bir istisna Konvensiyanın
32- ci maddəsində öz əksini tapmışdır. Belə ki, yurisdiksiya
immunitetindən istifadə edən şəxsin məhkəmədə iş qaldırması onun
əsas iddia ilə bilavasitə əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə
yurisdiksiya immuniteti hüququndan məhrum edir. Lakin immunitetə
istinad etməyin mümkün olmadığı hallarda belə beynəlxalq hüquqa
əsasən məhkəmə və ya inzibati qərarların icrası diplomatik agentin
şəxsi toxunulmazlığına
və həmçinin, onun iqamətgahının
toxunulmazlığına xələl gətirməməlidir.
167
Konvensiyanın 31-ci maddəsinin 2- ci bəndinə əsasən dip-
lomatik agent şahid kimi ifadə vermək öhdəliyindən azad olunur.
Akkreditiv dövlətin icazəsi ilə o, məhkəməyə cəlb olunmaq öhdəliyi
olmadan bunu yazılı və ya şifahi formada edə bilər.
Diplomatik agentlərə yerləşmə dövlətinin cinayət, mülki və
inzibati hüquqi yurisdiksiyasından immunitetlər verilməsi o demək
deyildir ki, onlara heç bir hüquq norması şamil edilmir və onların
əməlləri cəzasız qalır. Onları hüquqazidd əməllərinə görə
cəzalandırmağın iki real imkanı vardır:
1) Konvensiyanın 31-ci maddəsinin 4-cü bəndinə əsasən dip-
lomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından immuniteti
onu akkreditiv dövlətin yurisdiksiyasından azad etmir. Yəni
diplomatik agent yerləşmə dövləti və ya ayrı-ayrı şəxslərin vəsatəti
ilə akkreditiv dövlətdə məsuliyyətə cəlb oluna bilər.
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında”
qanununun Diplomatik xidmət əməkdaşlarının
məsuliyyətini
müəyyən edən 19-cu maddəsinə əsasən “diplomatik xidmət
əməkdaşları... Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb
oluna bilərlər”;
Lakin bu normanı kifayət qədər effektiv vasitə hesab etmək
doğru olmazdı. İstənilən halda diplomatik agentin akkreditiv dövlətin
tapşırığı ilə həyata keçirdiyi hüquqazidd əməlləri cəzasız qalacaqdır.
Eyni qaydada törənmiş əməlin yerləşmə dövlətindən fərqli olaraq
akkreditiv dövlətin ərazisində hüquq pozuntusunu təşkil etməməsi də
mümkündür.
2) Konvensiyanın 32-ci maddəsinə əsasən diplomatik
agentlərin yurisdiksiya immunitetindən
akkreditiv dövlət imtina edə
bilər (imtina aydın ifadə edilməlidir). İmmunitetdən imtina qərarın
çıxarılmasına qədər məhkəmə araşdırmasının istənilən mərhələsində
edilə bilər.
1961-ci il Vyana Konvensiyasının mətni olan əsas sənədlə
yanaşı mülki iddialara baxılmasına dair qətnamə də qəbul edilmişdir.