verilmiş diplomatik kuryerlərə və diplomatik
poçta da yerləşmə
dövlətinin verməyə borclu olduğu toxunulmazlıq və mühafizəni
verməlidir (40-cı maddənin 3-cü bəndi).
Üçüncü dövlətlərin bu maddənin 1,2 və 3-cü bəndləri ilə
nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə
vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan şəxslərə və rəsmi
məlumatlara, diplomatik poçta da aid edilir.
VI FƏSİL
BEYNƏLXALQ TƏŞKİLATLARIN
DİPLOMATİYA HÜQUQU
6.1. Beynəlxalq təşkilat və konfranslarda dövlətlərin
nümayəndələri anlayışı və onların hüquqi statusunun
fərqli xüsususiyyətləri
Dövlətlərin hər keçən gün geniş vüsət alan xarici əlaqələrinin
həyata keçirilməsində ikitərəfli diplomatiya ilə yanaşı, çoxtərəfli
diplomatiyadan da geniş istifadə edilir. Sonuncusuna
beynəlxalq
təşkilatlar yanında dövlətlərin dörd kateqoriya nümayəndələrinin –
daimi nümayəndəliklər, daimi müşahidəçi missiyaları, beynəlxalq
təşkilatların orqan və konfranslarındakı nümayəndə heyəti və
nəhayət, bu orqan və konfranslardakı müşahidəçi nümayəndələrin
fəaliyyəti aiddir.
Bu gün beynəlxalq təşkilatların dünyada rolu və yeri durmadan
artmaqdadır. Bu, müasir beynəlxalq münasibətlərin mürəkkəbliyi və
rəngarəngliyi, dünyada gedən inteqrasiya prosesləri və s. ilə izah
oluna bilər.
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat
mövcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyri-hökumət
təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır
1
.
Dövlətin qeyd olunan kateqoriya nümayəndələrinin hüquqi
vəziyyəti beynəlxalq hüquq doktrinasında çox az öyrənilmişdir.
Beynəlxalq təşkilatlar haqqında çoxsaylı ədəbiyyatların mövcud
olmasına baxmayaraq, nəzəriyyədə bu məsələlər kifayət qədər
işıqlandırılmamışdır. Bu sahədə mövcud olan keçmiş sovet ədəbiy-
yatlarının əksəriyyəti 1975-ci il Vyana Konvensiyasının qəbul
olunmasından öncəki dövrə dəlalət edir. Adı çəkilən
institutun əksər
dövlətlərin maraqları baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb
etdiyini nəzərə alaraq qeyd etmək olar ki, bu məsələlər hələ dəqiq
tənzimlənməsini gözləyir.
Beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi
statusunun əsası diplomatik nümayəndəliklərin hüquqi satusunun
əsası ilə eynidir. Onların hər ikisi öz dövlətini beynəlxalq arenada
təmsil edir
1
. Onların aralarındakı fərqi isə S.A.Kuznetsov aşağıdakı
kimi göstərmişdir. Diplomatik nümayəndəliyin başçısı öz dövlətini
əsasən bir dövlətdə təmsil edir. Beynəlxalq təşkilatlar yanında daimi
nümayəndələr isə xüsusi beynəlxalq qurum yanında dövlətinin
təmsilçisi qismində çıxış edir. Onlar çoxtərəfli diplomatiya çərçi-
vəsində fəaliyyət göstərir ki, bu da bizim aşağıda qeyd edəcəyimiz
mühüm beynəlxalq hüquqi nəticələr yaradır.
Orqan və
konfranslardakı nümayəndə heyətləri də çoxtərəfli forumlarda öz
dövlətlərini təmsil edirlər. Lakin bu təmsilçilik müvəqqəti xarakter
daşıyır. Təmsilçilik xarakteri eyni qaydada üzv olmayan dövlətlərin
daimi müşahidəçi missiyalarına və təşkilatın orqan və
konfranslarındakı müşahidəçi nümayəndələrə də xasdır
2
.
Göründüyü kimi, həm diplomatik agentlərin, həm də
beynəlxalq təşkilatlarda dövlətlərin nümayəndələrinin hüquqi
statusunun, immunitet və imtiyazlarının əsasını dövlətlərin
beynəlxalq aləmdə təmsil olunmaq hüququ təşkil edir.
Lakin bununla yanaşı beynəlxalq təşkilatların üzv dövlətlərinin
həmin təşkilatlar yanında daimi nümayəndəlikləri,
üzv olmayan
dövlətlərin beynəlxalq təşkilatlar yanında daimi müşahidəçilər
missiyası, beynəlxalq təşkilatların üzv dövlətlərinin təşkilatın
orqanlarında nümayəndə heyətləri, üzv olmayan dövlətlərin təşkilatın
orqanlarında nümayəndə heyətləri, beynəlxalq konfranslarda
dövlətlərin nümayəndə heyətləri, beynəlxalq konfranslara göndərilən
177
1
Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 13
1
Hüseynov L. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı. 2000, s.
128
2
Yenə orada. s. 14
176
dövlətlərin müşahidəçiləri – bütün bunlar bir sıra ümumi cəhət və
xüsusiyyətlərə malikdir ki, bu da onları dövlətlərin nümayəndələrinin
müstəqil kateqoriyasına ayırmağa imkan verir.
Onların ümumi cəhəti odur ki, onlar öz dövlətlərinin xüsusi
xarici əlaqə orqanlarıdır. Bu orqanlar
həmin dövlətin beynəlxalq
təşkilatlar yanında və ya bilavasitə təşkilat və konfranslarda
müvəqqəti və ya daimi əsasda təmsili üçün yaradılır.
Dövlətlərin adıçəkilən xarici əlaqə orqanlarının ümumi və
spesifik cəhəti bir də odur ki, onlar dövləti təmsil edərkən və təşkilat
yanında və ya konfranslarda öz funksiyalarını yerinə yetirərkən,
təşkilatın qərargahının və ya şöbəsinin yerləşdiyi və yaxud da
orqanın sessiyasının və ya konfransın çağırıldığı dövlətin ərazisində
yerləşir, eyni zamanda həmin dövlətə akkreditə olunmurlar. Başqa
sözlə desək, daimi nümayəndəliklər və nümayəndə heyətləri
beynəlxalq təşkilatların yerləşdiyi və yaxud da konfransın keçirildiyi
dövlətin ərazisində yerləşsələr də, həmin dövlətə münasibətdə deyil,
beynəlxalq təşkilat çərçivəsində öz suveren hüquqlarını həyata
keçirirlər. Bu yerləşmə dövləti ilə daimi nümayəndəliklər və
nümayəndə heyətləri arasında münasibətlərdə də özünü göstərir.
Dövlətin öz ərazisində beynəlxalq təşkilatların qərargahının
yerləşdirilməsinə və ya konfransın
keçirilməsinə icazə verməsi
faktından, həmin nümayəndələri immunitet və imtiyazlarla təmin
etməsi öhdəliyi doğur. Təbii ki, heç kəs dövləti onun ərazisində təş-
kilatın qərargahının yerləşdirilməsinə və ya konfrans keçirilməsinə
məcbur edə bilməz. Yox, əgər dövlət üzərinə belə bir rol götürürsə, o
zaman həmin dövlət daimi nümayəndəliklərə və nümayəndə
heyətlərinə birtərəfli qaydada, yəni qarşılıq haqda tələb irəli
sürmədən immunitet və imtiyazlar təqdim etməlidir.
Beləliklə, daimi nümayəndəliklər və nümayəndə heyətlərinin
yerləşmə dövləti ilə hüquq münasibətləri, onların beynəlxalq
təşkilatlarla qarşılıqlı münasibətləri nəticəsində yaranır.
Bu nümayəndəlik və deleqasiyaların statusu üçün üçtərəfli
(üçbucaqlı) hüquq münasibətləri xarakterikdir: göndərən dövlət –
təşkilat (konfrans)- yerləşmə dövləti. Bu üçbucağın maraqlı tərəfi
ondan
ibarətdir ki, daimi nümayəndəliklərin (nümayəndə
heyətlərinin) statusu, onların immunitet və üstünlükləri beynəlxalq
təşkilatlar tərəfindən, onun nizamnaməsində və ya uyğun
razılaşmaların imzalanması ilə müəyyən olunur, lakin bu imunitet və
üstünlüklərin təqdim olunması və onların təmin olunması yerləşmə
dövlətinin üzərinə düşür.
Təşkilat və ya konfrans, lazım olan təqdirdə vacib immunitet
və üstünlüklərdən istifadə edə bilmələri üçün göndərən dövlətə, onun
nümayəndəliyinə (nümayəndə heyətlərinə) və nümayəndəliyin
əməkdaşlarına (nümayəndə heyətlərinin üzvlərinə) yardım edir. Eyni
dərəcədə Təşkilat və ya Konfrans göndərən dövlət, onun nüma-
yəndəlikləri (nümayəndə heyətləri) və nümayəndəliklərin əmək-
daşları tərəfindən immunitet və imtiyazlardan
vicdanla istifadə etmək
öhdəliklərinə əməl olunmasını təmin etmək üçün yerləşmə dövlətinə
yardım edir. Bu müddəalar Universal xarakterli beynəlxalq
təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 14
mart 1975-ci il Vyana Konvensiyasının 22 və 53-cü maddələrində
əks olunmuşdur.
Beləliklə, bir tərəfdən göndərən dövlət, digər tərəfdən
yerləşmə dövləti çıxış edən ikitərəfli münasibətlərdən fərqli olaraq,
göstərdiyimiz halda göndərən dövlətlə, qəbul edən dövlət arasında
münasibətlərdə beynəlxalq təşkilat əlaqələndirici kimi çıxış edir.
Həm yerləşmə dövlətinin bu keyfiyyətdə çıxış etməyə verdiyi
razılığında, həm də göndərən dövlətin təşkilatla münasibətlər
yaratmasına və ya orqanın iclasında və yaxud da konfransda iştirak
etməyə razılığında bilavasitə təşkilat nəzərdə tutulur. Beynəlxalq
təşkilatlarla dövlətlər arasında münasibətlər
çərçivəsində buradan
yaranan razılıqlar və hüquqi əlaqələr: 1) yerləşmə dövləti ilə təşkilat
arasında və; b) hər bir göndərən dövlətlə təşkilat arasında yaranır.
Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi
nümayəndəliklərinin, bu təşkilatın orqanlarındakı və beynəlxalq
konfranslardakı nümayəndə heyətlərinin hüquqi statuslarının
yuxarıda göstərilən xüsusiyyətləri mühüm beynəlxalq hüquqi
nəticələr yaradır ki, bunları da aşağıdakı şəkildə ifadə etmək olar.
Birincisi, beynəlxalq təşkilatın qərargahı üçün və ya
beynəlxalq konfransın keçirilməsi üçün öz ərazisini təqdim edən
dövlətin (yerləşmə dövlətinin ) göndərən dövlət tərəfindən öz
nümayəndələrini beynəlxalq təşkilat yanında, bu təşkilatın
orqanlarında iclaslara və konfranslara sərbəst təyin olunması
məsələlərinə müdaxilə etməyə ixtiyarı yoxdur. Universal xarakterli
beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri
haqda 1975-ci il Vyana Konvensiyasının 9-cu maddəsində göstərilir
178
179